admin2
ASLAN VƏ AĞCAQANAD
İvan Andreyeviç Krılov
ASLAN VƏ AĞCAQANAD
Tərcümə edəni Abdulla Şaiq
Təhqir etmə zəifi, gücsüzə gülmə, utan!
Zəiflərin gücünü görmədinsə, qorx ondan!
О qədər də qürurla güvənmə qüvvətinə,
Eşitmişəm keçmişdə mən belə bir əfsanə:
Aslan nələr çəkməmiş kiçik Ağcaqanaddan,
Kin və nifrət göstərdi ona bir gün bir Aslan.
Ağcaqanad hirsləndi, dözmədi bu təhqirə,
Qüvvətini toplayıb hücum etdi о şirə.
Vızıldadı, çünki о boruçalan əsgərdir,
Düşməni çarpışmagа çağırdı, bu hünərdir!
Aslan güldü, о isə möhkəm durdu sözündə,
Vızıldadı Aslanın qulağında, gözündə.
Fürsət seçdi, vermədi aman kinli düşmana.
Qartal kimi şığıdı о qudurğan aslana.
İynəsini batırıb sordu onun qanını,
Çırpındı quyruğıylə vursun boruçalanı.
Ağcaqanad qorxmadı, yerini tez dəyişdi,
Qondu onun alnına, zəli kimi qan içdi.
Şir başını tərpətdi, quyruğunu oynatdı,
Hər iynəsi Aslana kəskin ox kimi batdı.
Sancdı onun ağzını, qulağını, burnunu,
Nərildətdi Aslanı, qeyzə gətirdi onu.
Şir qıcadı dişini, acıqlı nərəsindən
Tirim-tirim titrədi orman, qaya, çöl, çəmən.
Bu nərədən heyvanlar qalxaraq tez ayağa,
Bir başqa dəhşət ilə başladılar qaçmağa.
Sanki, daşqın sel gəlir, ya sönməz bir yanğın var,
Kiçik ağcaqanaddan qopdu bu fısqırıqlar.
Çox dartındı, çırpındı, qüvvətdən düşdü aslan,
Qucaqlayıb torpağı, sülh istədi düşmandan.
Boruçalan qəhrəman ona sülh etdi əta,
Axilles ikən dönüb Omir oldu o, hətta.
Vızıltı ilə uçdu, aslanı endim, deyə,
Bu zəfər nəğməsini yaydı bütün meşəyə.
AŞÇI VƏ PİŞİK
İvan Andreyeviç Krılov
AŞÇI VƏ PİŞİK
Tərcümə edəni Abdulla Şaiq
Dünya görmüş aşçı çıxdı mitbaxdan:
Bir məzar üstündə verməyə ehsan.
Siçandan qorusun deyə ərzağı,
Pişiyə tapşırdı yağlı mitbağı.
Dönərkən gördü ki, bulaşıb hər yan,
Fəsəli yeyilmiş, bucaqda Məstan
Bir masa altında çox qımıldanır,
Ötürür toyuğu, hey mırıldanır.
Elə ki, mətləbi aşçı anladı,
Xeyirsiz Məstanı belə danladı:
- Bu nədir? Ey şeytan, ey qarınqulu,
İnsanlıq bir yana, heç olmazsa, bu
Dörd gözlə seyr edən divardan utan!
(Dinmədən, toyuğu ötürür Məstan).
Nə doğru pişikdin bu vaxta qədər,
Nümunə olmuşdun, dillərdə əzbər.
Bu sənə ləkədir, bütün qonşular
Deyəcək Məstanın oğurluğu var.
Mitbağa girməsin, daha yaramaz!
Onu bu həyətə buraxmaq olmaz!
Ac qurdu sürüyə buraxmaz insan!
Vəbadır, taundur, qorunun ondan!
Məstan öz işində, toyuğu yeyir,
O, uzun-uzadı hey nitq deyir.
Sonu yox, bitirməz əxlaq dərsini,
Bir duyan varmıdır boş nəğməsini?
Qızarmış toyuğu ötürdü Məstan,
Quyruğu üstündə oturdu Məstan.
Mən başqa aşçıya ancaq bir çara,
Göstərim, qoy yazsın bunu divara:
Hökm işlətməli olan bir yerdə -
Yanılıb boş nitqə qaçmasın bir də.
ARABALAR
İvan Andreyeviç Krılov
ARABALAR
Tərcümə edəni Abdulla Şaiq
Arabalar dibçək ilə yüklənmiş.
Dağ başından enməlidir, yol - eniş.
Arabaçı toxuşmasmlar, deyə,
Birincini başladı endirməyə.
Arabanı yavaş-yavaş qoçaq at
Sağrısında aparır, bir oynaq at,
Dağ başından qoca atı danlardı,
Hər addımda ona tənə vurardı:
-Xərçəng kimi geriləyir, ona bax,
Arabanı çuxurlara çarpacaq.
Çolaqmısan-nədir, ey qanmaz heyvan?!
Dikdə neylər, enişdə böylə olan?
Nə yaxşı ki, gündüz imiş, ey naşı,
Bacarığın ki yoxdur, get, su daşı!
Biz aşağı enəndə bir dayan, bax,
Sən deyilik, vaxta qiymət qoyaraq
Arabanı toxundurmadan daşa,
Dağ başından endirərik birbaşa.
Kəhər birdən arabanı sürüdü;
Kələ-kötür yolları toz bürüdü.
Bir qayaya toxundu birdən-birə...
Çevrilərək yıxıldı daşlıq yerə.
О lovğa at buna heç baxmayaraq,
Arabanı sağa-sola çarparaq,
Sürüklədi özü ilə bərabər.
Yükü ağır, işləməyir həm təkər,
At dartınır о yana, gah bu yana.
Öz yanında qiymət qoyub zamana,
Dörd ayağa götürülmüş, hey şıraq,
Şıraq! Onu çuxurlara çarparaq.
Birdən dərin arxa saldı о kəhər,
Əlvida, ah, əlvida, ey dibçəklər!
QORXUNC TARAKAN
Korney Chukovski
QORXUNC TARAKAN
(Tərcümə edəni Teymur Elçindir)
Birinci hissə
Ayılar minmişdilər Kiçik velosipedə. Pişik miyoldayırdı Dal-dalı gedə-gedə.
Qonmuşdu şar üstünə Vız-vız ağcaqanadlar Xərçənglərin altında Çolaq it olmuşdu zar.
Canavar at sürürdü, Şirlərsə avtomobil. Xortumunu sallayıb Yeriyirdi ana fil.
Tramvaydan baxırdı Dovşanlar sola, sağa, Süpürgənin üstündə Yol gedirdi qurbağa.
Deyirdilər, Gülürdülər, Şirin qoğal Yeyirdilər.
Birdən qapı altından Çıxdı qorxunc pəhləvan Sarı bığlı Ta-ra-kan. Tarakan, Tarakan, İri, yekə Tarakan.
Bığlarını tərpədib Bar-bar bağırdı birdən: "Dayanın, tələsməyin, Udacağam sizi mən. Qurtara bilməyəcək Heç kəs mənim əlimdən". Heyvanlar hürküşdülər, Titrətməyə düşdülər. Qorxudan canavarlar Bir-birini diddilər, Bir-birini yedilər. Yazıq timsah Çəkdi ah, Qurbağanı ötürdü. Fil qorxudan kirpinin Düz üstündə oturdu.
Dava qorxutmadı heç Dalaşqan xərçəngləri, Onlar çəkilib geri Bığlarını eşdilər. Uzunbığ pəhləvanın Üstünə bərk düşdülər: "Çığırma çox, sərsəri, Qalmırıq səndən geri, Bizim də bığımız var; Tərpətsək, hamı qorxar". Bu sözü deyə-deyə Çəkildilər geriyə.
Söylədi Hippopotam "Belə iş olmaz, atam, Timsahlar, balinalar, Qulaq asın, sözüm var: Kim о zalımı yıxsa, Kim ondan güclü çıxsa, Məndən bəxşiş alacaq. İki dənə qurbağa Bir dənə şam qozası О qoçağın olacaq".
"Əsla qorxmuruq, inan, Dediyin yırtıcıdan. Onu didib-parçalar İti, xəncər dişimiz, Tapdalarıq onu biz".
Heyvanlar hücum çəkib Döyüşə girişdilər. Bığlını görən təki (Ay-ay-ay!) Əl-ayağa düşdülər. (Ay-ay-ay!) Heyvanlar dağılışdı Meşələrə, düzlərə, -Hərə qaçdı bir yerə. Yazıqlar qorxmuşdular: (Ay aman!) Tarakanın bığından. Hippopotam yüyürdü, Hirsindən bərk böyürdü: "Ayıb olsun, utanın! Ey kəllər, kərgədanlar, Rüsvay oldu heyvanlar, Tez çıxın mağaradan, Buynuz vurun, Düz vurun, Düşmən qaçar aradan". Kərgədanlar və kəllər Mağaradan dedilər: "Buynuz vurardıq, Lap düz vurardıq, Amma ki, bizdən ötrü Şirindir öz canımız, Təkcə buynuza gəlir Bizim də gümanımız". -Kol-kosda gizləndilər.
Qorxudan əsə-əsə, Verib nəfəs-nəfəsə. Vurdu gicitkanlığa Timsahlar özlərini Fillər girib xəndəyə Yumdular gözlərini.
Şaqqıldayan dişlərin Səsi gəlirdi ancaq, Tir-tir əsən qulaqlar Görünürdü ağappaq.
Qapıb çamadanları Meymunlar gözdən itdi, Kim bilir hara getdi.
Qaçdı naqqa balığı, Tərpətdi quyruğunu, Görən olmadı onu.
Dalınca su ilbizi -Dizin-dizin süründü. Gah itdi, gah göründü. |
İkinci hissə
Beləliklə, hamıya Qalib gəldi tarakan. Meşələrə, düzlərə Oldu sahib, hökmran. Bütün heyvanlar onun Hüzurunda durdular, Görüm lənətə gəlsin, Yerə girsin о murdar. Tarakansa onların Arasında gəzirdi, Qarnına sığal çəkib, Gözlərini süzürdü: "Ey heyvanlar, mənə siz Balanızı gətirin. Bu axşam yeyəm gerək, Ət istəyir xətirim".
Məzlum, yazıq heyvanlar Ağlaşır yenə zar-zar, Ulayır, bağırırlar, Köməyə çağırırlar. Qarğış edir hamısı Yekəqarın zalıma, Yazıqlar belə dərdi Kimə desinler, kimə? Bir deyin, hansı ana Qıyar öz balasına? Sallayıb qulağını Ayı, canavar, ya fıl. Verərmi uşağını - Acgöz axmağın biri Çeynəsin diri-diri? Heyvanlar hey ağlaşır, Hər kəs öz balasıyla Öpüşüb-qucaqlaşır.
Çox keçmədi, bir səhər Qaçıb gəldi kenquru. Bığlını görən kimi Bərkdən güldü kenquru Dedi: "Budur pəhləvan? (Ha-ha-ha) Bu - cücüdür, - Tarakan! (Ha-ha-ha) Tarakan, Tarakan, Tarakancığaz, Balaca cücüdür Bu heyvancığaz! Bəs qanmırsınız, Utanmırsınız? Хәncərə oxşar Dişləriniz var. Bir-birinizə Nə dəymisiniz, Kiçik cücüyə Baş əymisiniz". Begemotlar qorxudan Pıçıldadı: "Dinmə, kəs, Başımıza iş açma Çıx get burdan, salma səs". Birdən kolun dalından, Kiçik göy meşəcikdən Çıxdı balaca Sərçə. Buraya uçdu gəldi Çöllərdən keçə-keçə. Hoppanaraq Cikgildədi, Belə dedi: Çik-çirik, Çiki-riki-çik-çirik. Dimdiklədi Tarakanı -Uddu yekə pəhləvanı. Çatdırdı cəzasına, Bığı da heç qalmadı, Onu görən olmadı. Aha, buna görədir Heyvanların bayramı, İndi igid Sərçəni Tərif eləyir hamı. Notlara baxa-baxa, Gözləri axa-axa Nəğmə oxuyur ona Ulaqlar yana-yana.
Keçilərin saqqalı Süpürgə çəkir yola -İstəmirlər toz ola. Görün, dəcəl qoyunlar, Bilir necə oyunlar. Şeypur çalır yapalaq, Dolaşada səsə bax. Dama çıxıb yarasa Dəsmal edir harasa. Rəqs eləyir fıl xanım, Yaman çıxıb özündən. Qırmızı ay titrəyir, Fırlanır göy üzündə Birdən-birə Düşür yerə -Yazıq filin üstunə. Sonra da nə deyim, nə Min əzıyyət başlanır: Çıxarmaq üçün ayı Girirlər bataqlığa Batırlar lilə, zığa. Sonra da başlayırlar. Nərdivanlar qurmağa, Ayı göyə vurmağa.
|
MOYDODIR
Korney Chukovski
MOYDODIR
(Tərcümə edəni Teymur Elçindir)
Yorğan qaçdı,
Döşəkağı
Qanad açdı.
Yastığa bax,
Qurbağa tək
Tullanaraq
Qaçdı məndən.
Əl uzatdım
Tutum şamı,
Girdi peçə;
Güldü hamı.
Götürəndə
Kitabı mən
Qorxub qaçdı
О da məndən,
Çarpayının
Altına lap
Qaçıb girdi
Tap-tap, tarap.
İstədim ki, bir çay içim,
Yaxınlaşdım samovara,
Yekəqarın, qorxu yaman,
Heç bilmədim qaçdım hara.
Nə var belə,
Nə olmuşdur?
Deyin görək
Niyə hər şey
Yerbəyerdən
Təkər kimi
Hərlənərək,
Fırlanaraq
Qaçdı birdən
Düzüldülər
Dalbadal:
ütü,
çəkmə
və qoğal,
Maşa,
çəngəl
və кәmər.
Hərlənirlər,
Fırlanırlar.
Mayallaq da
aşırlar.
Birdən yataq otağından
Çıxdı çolaq əlüzyuyan.
Yırğaladı başını:
"Bir buna bax,
Pinti uşaq.
His yaxıbsan üz-gözünə,
Utan ban, bax özünə:
Qapqarasan kömür kimi,
Boynun paslı dəmir kimi.
Əllərini görüb gendən
Şalvarın da qaçıb səndən,
Şalvarın da, şalvarın da
Qaçıb səndən.
Səhər-səhər yuyunurlar
Uçanlar da, qaçanlar da,
Bapbalaca siçanlar da,
Pişiklər də, ördəklər də.
Hörümçəklər, böcəklər də.
Təkcə sənsən çirkli qalan.
Yuyunmayan, pinti olan,
Odur qaçıb kitabların,
Ayaqqabın, corabların.
Mənəm
Böyük Əlüzyuyan,
Məşhur, məşhur Moydodır!
Pintiləri təmiz yuyan,
Liflərə də komandir.
Ayağımı döysəm yerə,
Qoşunumu çağırsam,
Neçə-neçə əlüzyuyan
Uçub gələr - bağırsam.
Səninlə bərk dalaşarlar.
Tutub səni,
Çimməyəni
İsladarlar
О ki, var
Sənin kimi pis uşağı.
Başaşağı
Ağ ləyənə vurdu qapaz,
Çığırdı bərk: "Kara-baras".
Tez şotkalar düşdü işə.
Çox çəkdilər məni dişə.
Hey sürtdülər bədənimi,
Oxudular:
"Kömürçünü yuyuruq biz,
Olur təmiz, olur təmiz.
Görürsünüz kömürçümüz,
Olur təmiz, olur tomiz".
Sabun gəldi tələsərək
Saçlarımdan yapışdı bərk
Arı kimi sancdı məni,
Çox danladı,
Sabunladı.
Quduz lifdən qorxdum yaman,
Vermədi heç mənə aman.
Qaçdım, qaçdım,
Elə bil ki, qanad açdım.
Keçdim neçə
Uzun küçə,
Hasar aşdım, girdim bağa,
Gəlib çatdı, başladı tez
Ac qurd kimi dalamağa.
Birdən çıxdı qabağıma
Çox sevdiyim timsah lələ,
Totuş, Kokuş yanındaydı,
Gəzirdilər gülə-gülə.
Timsah lələ
Bircə anda lifi tutdu,
Кörpә quş tək onu uddu.
O, üstümə birdən necə
Böyürdü,
Hirslənmişdi, ayağını
Döyürdü,
Dedi: "Tez ol, çıx get evə
Nədir bu
-Dedi - tez get, əl-üzünü
Təmiz yu,
-Dedi - yoxsa gəlib səni
Tutaram.
-Dedi - əzib-tapdalaram,
Udaram".
Qoyub qaçdım, qorxdum yaman,
Evimizdə gözləyirdi
Əlüzyuyan.
Sabun sürtdüm
Əl-üzümə,
Sabun sürtdüm
Üz-gözümə.
Yudum, yudum,
Yudum, yudum,
Sizdən daha nə gizlədim.
Üzümdəki, boynumdakı
Ləkələri təmizlədim.
Elə bu vaxt
Şalvar çıxdı yolum üstə,
Tez tullandı qolum üstə.
Dalınca da pendir-çörək
Dedi: məni tez ye görək.
Gəlib salam verdi qutab,
Düz ağzıma girdi qutab.
Bax, kitabım döndü geri
Yanında da ev dəftəri,
"Ana dili" "Hesab" ilə
Oynayırdı aşa-aşa
Eləyirdim mən tamaşa.
Bu vaxt Böyük Əlüzyuyan
Məşhur, məşhur Moydodır
Pintiləri təmiz yuyan,
Liflərə də komandir,
Qaçıb gəldi düz yanıma,
Tutdu məni, rəqs elədi,
Öpə-öpə belə dedi:
"Xoşum gəlir indi səndən
Tərifıni deyirəm mən.
Təmizlədin hisi, qırı,
Sevindirdin Moydodırı".
Pintilərə
Ayıb olsun,
Min-min kərə
Ar olsun!
Çiçək sabun,
Yumşaq dəsmal,
Narın daraq
Var olsun.
Yuyun, yuyun səhər-axşam,
Sən hər səhər, sən hər axşam
Min yaşasın
Ağ diş tozu,
Unutmayaq
Dostumuzu.
Gəl yuyunaq, üzək, çimək.
Baş vuraq, gəl, sulara biz
-Təknə və teşt, ləyən, çəllək,
Hər yerdə çay, bulaq, dəniz
Olsun bizim məskənimiz.
Vannada da, hamamda da
Bapbalaca bir camda da
Üzümüzü yuya-yuya
Biz hər yerdə, hər bir zaman
Alqış deyək, var ol deyək
Sərin suya,
Şirin suya.
MİLÇƏK-VİZİLÇƏK
Korney Chukovski
MİLÇƏK-VİZİLÇƏK
(Tərcümə edəni Teymur Elçindir)
Milçək, Milçək Vizilçək,
Qarnı qızılı dibçək,
Pul tapdı bir düzəndə
Başaşağı gəzəndə,
Yolu bazara saldı,
Yekə samovar aldi:
"Gəlin, ay tarakanlar,
Qonaq olun, çayım var".
Yığıldı tarakanlar,
Boşaldı stəkanlar.
Süd gəldi böcəklərə,
Üç fincan içdi hərə,
Hamısı qoğal yedi:
Axı, bizim Milçəyin,
Milçəyin-Vizilçəyin
Ad günü idi,
Şad günü idi.
Qonaq gəldi birələr
Vizilçəyi görələr.
Çəkmə də gətirdilər
Uzunboğaz, dikdaban,
Düymələri qızıldan.
Qonaq gəldi Milçəyə
Şirindil Arı nənə,
Milçəyə-Vizilçəyə
Bal verdi qarı nənə
"Göyçək qız, kəpənək qız,
Mürəbbə yeyin.
Yoxsa, xoşlamırsınız.
Düzünü deyin".
Birdən qoca Hörümçək
BizimMilçəyi görcək
Tutub sürüdü küncə,
İstəyirdi yazığı
Əzişdirə ölüncə.
"Ay qonaqlar, görün bir
halımı,
Parça-parça doğrayın
zalımı.
Yedirtmişəm,
İçirtmişəm
sizi mən.
Bu axır nəfəsimdə
Məni buraxmayın tək,
Öldürməsin Hörümçək".
Amma Qurdlar, Böcəklər
qorxdular.
Özlərini künc-bucağa
soxdular:
Tarakanlar divanın,
Böcəklər nərdivanın,
Cücülər çarpayının
Altında gizləndilər,
Hərə bir yerə girdi.
Çünki heç kəs döyüşmək,
Dalaşmaq istəmirdi.
Çəkildilər lap geri,
Tərpənmədi heç biri.
Ölürsən, öl, Vizilçək,
Tez qurtar, bizdən əl çək.
Çəyirtkə
əsə-əsə
Lap balaca adam kimi,
Hopp elədi,
Topp elədi,
Düşdü kolun dalına.
Əsdi, əsdi,
Səsini kəsdi.
Zarafat etmirdi zalım Hörümçək,
Milçəyi kəndirlə sarıyırdı bərk,
Batırıb dişini qorxu-hürküsüz,
Haradansa gəldi bu vaxt
Balaca Ağcaqanad,
Əlində kiçik fanar:
Vızıldadı о ki var:
"Hani qatil? Hani bəs?
Qorxmuram pəncəsindən
Gəlsin, görüm onu mən".
Hörümçəyin yanında
Qılıncı çəkdi qından.
Birinci zərbə ilə
Baş üzüldü boyundan.
Ağcaqanad Milçəyin
Qoluna girdi,
Pəncərənin önünə
Çəkib gətirdi:
"Doğradım zülmkarı,
Öz qanına bələdim,
Səni azad elədim,
Indi də gəl, canım qız".
Evlənək biz, canım qız.
Cücü-mücülər bu vaxt
Ora-bura baxdılar,
Yerlərindən çıxdılar:
"Var olsun Ağcaqanad,
Ona yaraşır bu ad".
Yığışdı nur-böcəklər,
Yandı işıq-çiçəklər,
Bura sevinc də gəldi,
Keflər kökəldi.
Еу qırxayaqlar, qaçın,
Deyin çalğıçılara.
Gəlsinlər bura,
Oynayacayıq.
Çalğıçılar yüyürdülər,
Təbilləri döyürdülər:
Воm! Воm! Воm! Воm!
Milçək Ağcaqanadla
Rəqs eləyir dib-bi-dom.
Taxtabiti özündən çıxıb lap,
Ayağını yerə vurur tappatap.
Qaynaşırdı, Oynaşırdı
Böcəklər, pərvanələr,
Cücülər, nələr, nələr...
Şaxəbuynuz böcəklər,
Üstündə bər-bəzəklər,
Papaq yellədirdilər,
Kəpənəklərlə
Rəqs edirdilər.
Qızışdı ara,
Dara-ra, dara-ra.
Bütün cücü-mücülər
Rəqsə girdilər.
Camaat şadlıq edir,
Milçək xanım ərə gedir.
Qoçaq, igid bir zata –
Cavan Ağcaqanada.
Qarışqa lələ
Keçib varından –
Çarıqlarından
Arvadı ilə
Atılıb-düşür,
Cücülərə göz vurur:
"Ay cücülər, cücülər,
Canımı üzücülər
Nə qəşəngsiniz.
Dara-dara-dam,
Dara-dara-dam,
Nə göyçəksiniz".
Çəkmələr cırıldayır,
Dabanlar fırıldayır.
Səhərəcən böcəklər
Şadlıq eləyəcəklər:
Axı, bu gün Milçəyin,
Milçəyin-Vizilçəyin
Ad günüdür,
Şad günüdür.
BARMALEY
Korney Chukovski
BARMALEY
(Tərcümə edəni Teymur Elçindir)
Birinci hissəv Ay balaca uşaqlar, Sizə tapşırığım var: Afrikaya getməyin, Afrikada gəzməyin! Afrikada var Acgöz balıqlar. Afrikada var Qorillalar. Afrikada var Yekə timsahlar. Sizi döyərlər, Sizi yeyərlər, - Heç vaxt tərslik etməyin Afrikaya getməyin, Uşaqlar. Afrikada olur Qaniçən quldur, Bar-ma-ley. Afrikada gəzir Murdar, eybəcər, Acgöz Barmaley. "Acam, acam" deyir, Uşaqları yeyir. Ata-ana danışır Ağac altda mehriban. Ata-ana danışır Uşaqlarla bayaqdan: "Afrika qorxuludur. Bə-li, bə-li. Vəhşilərlə doludur. Bə-li, bə-li. Bax, dəcəllik etməyin, Afrikaya getməyin, Uşaqlar, heç vaxt". Axşam düşdü, günəş batdı, Ata yatdı, ana yatdı. Tanya, Vanya durub yerdən Afrikaya qaçdı birdən. Afrikaya! Afrikaya! Afrikada gəzdilər, Xurmalardan üzdülər, Ay can, Afrika! Aman, Afrika! Mindilər kərgədana, Qoymadılar dayana. Ay can, Afrika! Aman, Afrika! Qorilla çıxdı yandan, Dedi о yan-bu yandan: "Bax akula Karakula Ağzını açıb yaman. Ac akula Karakula Ov gözləyir bayaqdan. Yoxsa onun siz Ağzına girmək istəyirsiniz". "Qoy akula Karakula Yuxarı qalxsın. Qoy akula Karakula Bir bizə baxsın. Bil, akula Karakula Bizi görüncə, Yumruqlarıq, təpiklərik Onu ölüncə". Qorxdu akula, batdı, Suyun dibinə yatdı. Sənə bu da azdır, az. Ay akula - yaramaz! Kimdir elə bataqlıqda yüyürən, Gələ-gələ böyürən? Begemotdur, begemotdur yüyürən, Acığından böyürən, Tanya, Vanya gülə-gülə Qıdıqladı bilə-bilə Begemotun qarnını. "Qarnına bax, Burnuna bax, Bir buna bax" Begemot da dözmədi bu dəfə, Qaçıb getdi piramida tərəfə. Çox böyürdü, Bağırdı, Barmaleyi, Barmaleyi Çağırdı: "Barmaley, Barmaley, Barmaley! Tez gəl, ey, Barmaley. Burda var eybəcər uşaqlar, Tez ol, ye, Barmaley, Barmaley". İkinci hissə Tanya-Vanya duruxdu, Barmaleyi görüb qorxdu. Odur gəzir Afrikanı, Səsi tutub dörd bir yanı: "Qaniçənəm, Zalımam, Quldur Barmaleyəm mən. Acam, gərək yeyəm mən. İstəmirəm Nə marmelad, Nə şokolad. Bapbalaca Lap balaca Uşaqları Verin, yeyim". Dəhşətli gözlərindən od çıxır, Dəhşətli dişlərini bərk sıxır, Dəhşətli tonqal qurub, yandırır, Dəhşətli sözlər deyib anqırır: "Karabas! Karabas! Qulaq as: Gördünsə yemək, Daha nə demək". Uşaqlar qan-yaş tökür, Ağlayır hönkür-hönkür Barmaleyə yalvarırlar: "Can Barmaley, rəhm et bizə, And veririk canma. Burax gedək evimizə, Anamızın yanına. Bir də, bir də qaçmarıq Anamızın yanından. Afrikaya, Afrikaya Biz gəlmərik heç zaman. Sevimli adamyeyən, Dəymə, dəymə sən bizə, Verək konfet, çay, qoğal, Burax gedək evimizə". Adamyeyən güldü çox, Dedi: yo-o-ox... Birdən Tanya dedi: "Vanya, Bir bax göyə, təyyarəyə. Odur gələn, o-dur, o-dur Aybolitdir, bizim doktor". Əziz doktor Aybolit Gördü Tanya-Vanyanı. Elə bil ki, verdilər Ona bütün dünyanı. Qucaqladı Tanyanı, Qucaqladı Vanyanı, O güldü Barmaleyə Bu sözü deyə-deyə: "Ey əzizim Barmaley, Canım, gözüm Barmaley. Uşaqları aç, burax, Sevinək, şadlıq quraq". Zalım tutdu Ayboliti, Oda atdı Ayboliti. Aybolit çox çığırdı. Səsi güclə çıxırdı: "Aman, yandım, ay yandım, Yaman yandım, Vay yandım! "Bizim yazıq uşaqlar Gör nə günə düşüblər. Palma altında onlar Qorxudan büzüşüblər. Barmaleyə baxa-baxa, Göz yaşları axa-axa Qalıblar. Üçüncü hissə Odur, Nilin dalından Qorilla gəlir, Qorilla gəlir, Timsahı da gətirir. Əziz doktor Aybolit Sevinir daha, Deyir Timsaha: "Zəhmət olmasa, Tutun Barmaleyi, Udun Barmaleyi. Qoy acgöz Barmaley Balaca uşaqlara dəyə bilməsin, Balaca uşaqları yeyə bilməsin". Timsah birdən Geri döndü, Gülümsündü, Ayağını Yerə döydü, topp elədi. Barmaleyi, О zalımı Milçək kimi hopp elədi. Uşaqlar sevindilər, Oynayıb-gülüşdülər. Tonqalın ətrafmda Çox atılıb-düşdülər: "Bizi sən, Bizi sən Xilas etdin Ölümdən. Dərdimizi bildin sən. Nə yaxşı ki gəldin sən. Ah, Əziz Timsah, Timsahın qarnı dardı, Çox pis havası vardı. Timsahın qarnında hey Zarıyırdı Barmaley: "İncitmərəm heç kəsi, Uşaqları sevərəm. Lap kəsildi nəfəsim, Öldürməyin, amandır, Burda halım yamandır, Heç kəsi incitmərəm, Heç kəsə zülm etmərəm" Barmaleyin halına dözməyib daha Yalvardılar uşaqlar Timsaha: "Pislikdən əl çəkirsə, Göz yaşları tökürsə, Tərgidirsə hər şeyi, Bağışla Barmaleyi. Xahiş edirik ki, sən Onu bizə verəsən, Gedək Leninqrada; Aparaq biz onu da". Timsah dartdı qaşını, Tez tərpətdi başını. Yekə ağzı açıldı. Çıxdı ordan Barmaley, Şən, mehriban Barmaley: "Ay can, ay can, Leninqrad! Ay can, ay can, Şadam, şad!" Rəqs eləyir Barmaley, Barmaley: "Zalımlığı atdım, ey, atdim ey. Bişirərəm mən hər şey, mən hər şey. Uşaqlar da yeyər, hey, yeyər hey. Bazar-bazar gəzərəm, Gəzərəm, mən haylaram. Pul almaram uşaqlardan, Şirin qoğal paylaram, Gətirib şəkərçörək Deyərəm: yeyin görək. Vanya üçün, Tanya üçün Məndə olar qoğallar: Nanəcövhərli, Ballı, şəkərli Dadlı, ləzzətli. Gəlin alın, Razı qalın, Bir qəpik də verməyin. Çünki bilin: Barmaley Lap balaca uşaqları Çox sevir. Sevir, sevir, sevir Bapbalaca uşaqları Çox sevir".
AYBOLİT
Korney Chukovski
AYBOLİT
(Tərcümə edəni Teymur Elçindir)
1 Əziz doktor Aybolit Oturub baxır yola Ağac altında sakit. Yanına tez-tez gələr Sağalmağa xəstələr. Canavar da, inək də, Soxulcan da, böcək də, Ana ayı da. Sağaldar gəlsə hər kim. Bizim Aybolit - həkim. 2 Tülkü gəldi Aybolitin yanına, Dərdini açdı ona, Axıtdı, göz yaşları: Uf, məni sancıb аrı. Barbos gəldi Aybolitin yanına, Burnunu tutdu ona. Dərdini açıb dedi: - Oy, toyuq dimdiklədi. Qaçıb gəldi ana dovşan Haray saldı: balam, vay. Bu gün basıb-tramvay Dovşan balamı, Oğlan balamı. Basıb tramvay. Qaçanda evə sarı Kəsilib ayaqları. Doktor, halı yamandır, Qoyma ölsün, amandır. Körpəm, balacam mənim, Dedi doktor: -Ziyan yoxdur. Tez ol xəstəni gətir, Onu mənə tez yetir. Tikim təzə ayaqlar. Balan yenə oynaqlar. Gətirdilər doktora Xəstə, bala dovşanı, Az qala, çıxır canı. Doktor işini bildi, Tez ayaqlar tikildi. Yenə hoppanır bala. Anası onunla bir Oynamağa tələsir. Gah gülür ana dovşan, Gah çığırır ucadan: - Sağ ol, Aybolit Var, ol Aybolit. 3 Hardansa at belində Çaqqal göründü birdən: - Vardır sizə teleqram Göndərib Hippopotam. "Gəlin, doktor Aybolit, Afrikaya siz. Ölər bizim кörpələr Tez gəlməsəniz". - Necə? Necə? Körpələr Xəstələniblər? - Bəli. Tutublar angina, Skarlatina, xolerina, Difterit, appendisit, Qızdırma və bronxit. Tez yetirin özünüzü, Əziz doktor Aybolit. - Qaça-qaça gələrəm, Sizə kömək elərəm. Amma deyin yerinizi. Harda axtarım sizi Dağda, yoxsa gölmədə? -Yaşayırıq Zənzibarda, Böyük Səhra, Kalaxarda, Fernando-Po dağında. Orda gəzir Hippo-po, Axır geniş Limpopo. 4 Qalxdı Aybolit. Qaçır Aybolit, Düzlər, meşələr keçir Aybolit. Təkcə bir sözü tez-tez deyir о: -Limpopo, Limpopo, Limpopo Külək, qar, dolu çırpır üzünə: Qayıt, Aybolit, qıyma özünə! Qarın üstünə dəyir Aybolit: Gedə bilmirəm, - deyir Aybolit. Bu vaxt tərpəndi küknar, Çıxdı iki canavar: - Otur, Aybolit. Otur, çaparaq Səni aparaq - Mindi Aybolit, çapdı qabağa. Təkcə bir sözü tez-tez deyir о: -Limpopo, Limpopo, Limpopo. 5 Birdən dəniz kəsdi yolu; Şırıltılı, gurultulu. Dənizdəki dalğaya bax, Elə bil ki, lap indicə Ayboliti udacaq. - Bəs mən batsam, Dibə yatsam, Necə olar xəstələrim, Mənim heyvan dəstələrim. Elə bu vaxt üzə-üzə Bir balina çıxdı üzə: - Dalıma min, Aybolit, Min aparım od kimi, Böyük paroxod kimi, Aparım səni -Doktor Aybolit gedir Balinanın belində, Bircə söz var dilində: - Limpopo, Limpopo, Limpopo. 6 Yolunu dağlar kəsir, О darıxır, tələsir. Dağlar uca, qorxulu, Buluda girir yolu. - Gedib çatmasam, Qalsam darda mən, Bu yollarda mən. Necə olar xəstələrim, Mənim heyvan dəstələrim! Qayalıqdan qalxdı dərhal Yerə qondu neçə qartal. - Min, Aybolit, belimizə Tez aparaq, əmr et bizə. Uçur Aybolit, Qartal belində. Bir söz dilində: - Limpopo, Limpopo, Limpopo. 7 Afrikada, Afrikada Vardır qara Limpopo. Afrikada ağlayır hey Yazıq-yazıq Hippopo. Oturub Afrikada Palma altında. Oturub sakit Baxır dənizə, Görsün gəlirmi Doktor Aybolit? Axtanrlar onu yolda, Axtarırlar sağda, solda Fillərlə kərgədanlar. Acıqlıdır heyvanlar: -Niyə yoxdur Aybolit? Hanı doktor Aybolit? Onların yanındaca Balaca begemotlar Qıvrılırlar sancıdan: Qarınlarıdır belə Körpələri incidən. Yazıq-yazıq inildəyir, Çoşqa kimi zingildəyir Burda balaca quşlar Xırda dəvəquşular. Tutub çiçək, difterit, Qızılca və bronxit. Вәrk ağrıyır başları, Kəsilmir göz yaşları, Onlardan heç kəs Özünü bilmir. -Bəs niyə gəlmir, Bəs niyə gəlmir Doktor Aybolit?! Yanlarında uzanıb İtidiş bir akula, İridiş bir akula -Köpək balığı. Bərk-bərk yumub gözünü Günə verir özünü. Onun кörpəcələri Yazıq köpəkcələri Düz on iki gündür ki, Yatmır diş ağrısından, Ay aman! Yazıq çəyirtkənin də Çiyni çıxıb yerindən. Tullana bilmir, Sallana bilmir, Hönkür-hönkür ağlayır, Doktoru haraylayır: - Harda qaldı bizim doktor. Niyə ondan xəbər yoxdur? 8 Odur, baxın, uçub gəlir qəribə bir quş. Yaxınlaşır, görünür ki, çoxdan uçurmuş. Yaxşı baxın, Aybolitdir quşun belində. О qışqırır, papağını tutub əlində: - Yaşasın mehriban Afrika! Вахın оrа Наrау salan uşaqlara: - Gəldi, gəldi. Ura, ura! Quş havada vurur dövrə, Yavaş-yavaş qonur yerə. Doktor Aybolit qaçır Bala begemotların lap yanlarına. Döyəcləyir əlini qarınlarına. Onlara bir-bir Şokolad verir. Onların bir-bir Qızdırmasını Ölçüb, öyrənir. Tez-tez qaçır yanına Üstü-başı zolaqlı Körpəcə pələnglərin, Sonra da qozbel, yazıq, Azarlı köşəklərin. Hər birinə qoqul verir. Moqul verir, Qoqul-moqul, Qoqul-moqul yedizdirir. Aybolit on gecədir Nə yatır, nə dincəlir. On gecədir yemir, içmir, Boğazından su da keçmir. Balaca heyvanları Sağaldır bircə-bircə. Qoltuğuna onların Tez-tez qoyur dərəcə. 9 Sağaldılar xəstələr, Limpopo. Meşədəki dəstələr, Limpopo. Getdilər güləşməyə, Limpopo. Hey atılıb düşməyə, Limpopo. Gülür, gülür Karakula Köpək balığı. Elə bil ki, əl vurublar, Tutub qıdığı. Bapbalaca begemotlar Nə yaman gülür. Bu gülüşdən ağac əsir, Yarpaq tökülür. Bu da Hippo, bu da Popo, Hippo-popo, Hippo-popo. Baxın, gəlir Hippopotam. Bildinizmi gəlir hardan Gəlir birbaş Zənzibardan, Gedir Gilimancaroya, manca-ro-ya. Gah böyüyür, gah yüyürür, Gah oxuyur gedə-gedə: - Alqış, alqış Aybolitə! Alqış belə doktorlara. U-ra, u-ra!
1
SİÇAN VƏ PİŞİK
Seyid Əzim Şirvani
SİÇAN VƏ PİŞİK
Var idi bir şəhərdə bir bəd pişik
Kim, yox idi bir belə mürtəd pişik.
Muşlәrә zülmün edib aşikar,
Gündә edәrdi neçә muşu şikar.
Gәlmiş idi tәngә siçanlar һamı,
Eylәdilәr dәfi-qәmә әncamı.
Cәm oluban eylәdilәr mәşvәrәt,
Gördülәr axır bu işi mәslәһәt:
Kim, tapılar bir cәrәsi-pürsәda,
Eylәyәlәr çareyi-dәrdü bәla.
Bağlayalar zәngi pişik boynuna,
Zәng elәyә pişik gәlәndә sәda.
Pişik gәlәn vaxt siçanı tutmağa,
Zәngin ola ta ki sәsi bәrmәla.
Qaçıb girә һәr biri yuvasına,
Düşmәyәlәr ta pişik bәlasına.
Cümlә bu tәdbirә dedi mәrһәba
Tapdılar bir zәngi-qәvi, pürsәda,
Әrz elәdi ta o zaman bir siçan:
Ey sizә qurban ola bu natәvan!
Etdiyiniz yaxşı sәrәncamdır,
Kim deyәcәk püxtә deyil, xamdır!
Kimdir o sizdәn ki, doya canına,
Qoya qәdәm o pişiyin yanına?
Kimdә o cürәt olu, kimdir o kәs,
Ta pişiyin boynuna assın cәrәs?..
Qaldı o dәm matü-müәttәl һamı,
Bilmәdilәr dәfi-qәmә әncamı...
Eylәmә Seyyid, bu sifәt fikri-xam,
Olma siçanlar kimi sәn dә әvam.
Fikrә düşüb etmә xәyali-mәһal,
Etmә qәvicәng ilә fikri cidal.
QAZ VƏ DURNA
SEYİD ƏZİM ŞİRVANİ
QAZ VƏ DURNA
Bir göl içrə üzürdü bir yekə Qaz,
Özünə fəxr edib uzatdı boğaz.
Dedi: "Mən bir əcibə cür quşam,
Üç hünər var məndə xeyli xoşam.
Uçaram göydə, həm suda üzərəm,
Quru yerdə boyun çəkib gəzərəm.
Bəs mənəm quşların şahənşahi".
Durna oldu bu nəqlin agahi,
Dedi: "Axmaqlığında yoxdur şəkk,
Qamətindir diraz, əql gödək.
Göydə tərlan tək uçmağın varmı?
Ya maral kimi qaçmağın varmı?
Bir balıq tək üzərmisən sudə?
Nədi bu köftguyi-bihudə.
Qaz utandı o göldə Durnadən.
Vaqif ol, ey oğul, bu mənadən.
Yəni bir elmə daim ol talib,
Zifən ol, züfünundur qalib.
Kişi bir sənəti bilər xalis,
Çoxuna meyl edən qalar naqis.