admin2
QAR ADAMLAR
ZAHİD XƏLİL
QAR ADAMLAR
evlağa hələ heç zaman belə qar yağmamışdı. Hətta Kürün sahili bоyu uzanıb gedən yarğanlar da qarla örtülmüşdü. Cəfərlə Səfər çoxdan belə bir fürsət gözləyirdilər. Onlar səhər açılan kimi meşəyə gəldilər və qardan adam düzəltməyə başladılar. Cəfər kişi qar adamı düzəldirdi. Bu adamın burnu qırmızı kökdən, bığları şam budaqlarından, papağı isə köhnə bir vedrədən idi.
Eh siz bir bu adamın qollarına baxaydınız. Cəfər fərəhlə deyirdi:
– Mənim düzəltdiyim adam boksyordur bəlkə də lap karate ustаsıdır. Qollarının musquluna baxın.
Doğrudan da onun musqulları qurbağa kimi belini qaldırmışdı. Bu adamın enli kürəyi onun çox güclü olduğunu bildirirdi. Amma Səfərin düzəltdiyi adam gözəl bir qız idi. Səfər оnun burnunu fındıqdan düzəltmişdi. Dodaqlarına qırmızı plastilin yapışdırmışdı. Gözlərinə isə kömür qoymuşdu. Bir sözlə bu, dünyanın ən gözəl qızı idi.
Cəfər ilə Səfər o qədər işlədilər ki, bir də baxdılar daha axşamdır.
Qar adamları da meşədə qoyub evlərinə getdilər. Bax bütün əhvalatlar bundan sonra başladı. Cəfərin düzəltdiyi kişi öskürüb ayağa qalxdı və dedi:
– Pah atonnan, nə yaman yatmışıq. Qaranlıq düşüb ki!
Səfərin düzəltdiyi gözəl qız da yuxudan ayıldı və hər tərəfin bu qədər ağ olduğuna heyrət etdi:
– Doğrudan da əməli-başlı yatmışıq – dedi.
– Mən bilən sənin adın Qarçiçək xanımdır. Elə deyilmi?
Qız bu adı xoşladı və kömür gözlərini süzdürüb dilləndi:
– Tamamilə haqlısınız. Mən bilən sizin də adınız Qarkişi bəydir.
Qarkişi bəy adını eşidən kimi qolunda bir az da artıq güc hiss etdi və dedi:
– Əlbəttə Qarkişi bəydir. Mən bilən boş dayanmaqdansa qaçdı-tutdu oynasaq yaxşıdır.
Qarçiçək xanım Qarkişi bəyin bu təklifini еşidən kimi başa düşdü ki, bu adam çox ağıllıdır.
Onlar qaçdı-tutdu oynamağa başladılar. Gecənin bir aləmində meşənin içində hay-küylə qaçışan bu adamları görəndə dələlər qorxudan ağac koğuşunun lap dərin qatına endilər və bu işlərin axırını gözləməyə başladılar. Yalquzaq canavarlar bir az da bərk uladılar ki, bəlkə qar adamlar onlаrdan qorxarlar. Amma qar adamlar bu vəhşini heç veclərinə də almadılar.
Bir dəfə Qarkişi bəyin dəmir papağı başından düşüb yerdə dığırlаndı və bərk səs çıxartdı. Bir dəfə də Qarçiçək xanımın ağ sırqaları qarın içinə düşdü və onlar ay işığında xeyli bu sırqaları axtarmalı oldular.
Bir sözlə Qar adamlar beləcə oynadılar və bir-birini ürəkdən sevdilər. Onlar o qədər oynadılar ki, axırda əriyib bir-birinə qarışdılar.
QUYUNUN DİBİNDƏKI ADAM
ZAHİD XƏLİL
QUYUNUN DİBİNDƏKI ADAM
ir quyu var idi və həmin quyunun lap dibində bir adam oturmuşdu. Bu adam quyuya ona görə girmişdi ki, öz nəğmələrini yаrаtsın. Bu аdаm quyunun dibində bir-birindən gözəl nəğmələr bəstələyir və onu insanlara çatdırmaq haqqında fikirləşirdi. Fikirləşdi, fıkirləşdi, axırda belə qərara gəldi ki, öz nəğmələrini quyunun suyu ilə yuxarı göndərsin. Belə də elədi. Quyunun suyunu içən qamışlar özləri də bilmədən həmin nəğmələri də içdilər. Sonra bu qamışlardаn kimsə tütək düzəltdi və çalmağa başladı. İlahi, bunlar necə gözəl nəğmələr idi. Adamlar bu nəğməni dinlədikcə xoşbəxt xəyala dalırdılar. Başqa bir nəğmə isə onları oynamağa məcbur edirdi. Adamlar sümükləri ağrıyana qədər oynadılar və bu nəğmələri çalanlara təşəkkür edib getdilər. Amma heç kəsin ağlına gəlmədi ki, həmin nəğmələri yaradan adam ömrü boyu quyunun içində yaşayır və insanlara xoşbəxtlik gətirən həmin bu nəğmələri yaradır.
Quyunun dibindəki adam öz nəğmələrinin çalındığını eşidəndə çox sevindi. Hətta durub quyunun dibində əməlli başlı oynadı da. Bəs necə, onun nəğmələri adamları xoşbəxt edə bilmişdi!
Adamlar eviərinə dağılışandan sonra o, əyləşib təzə nəğmələr haqqında düşünməyə başladı. Eh, bəzən həyatda elə işlər olur ki, adam az qalır inanmasın.
QAR ŞƏHƏRİ
ZAHİD XƏLİL
ir şəhər vardı, burda adamlar da, heyvanlar da qardan yaranmışdılar. Adamlar səhərdən-axşamacan bir-birinə qonaq gedirdilər. Bir də görürdün ki, qar adamların, qar telefonları zəng çalır.
– Xrıp, хrıp, хrıp!
Bəs necə! Bu sənə adi telefonu deyil ha, belə etsin: Dzınn! Dzınn! Dzınn!
Ya da cingildəsin «Cırrınt!» Ya da quş kimi oxusun «Fia-fia-fia». Hətta yəqin beləsini də еşitmisən «Dаlаlаy!» «Dаlаlаy!»
Amma ağzında qar tеlеfоnu dеyirsən. О, hökmən belə səslənə bilər: Xırıp! Xırıp!
– Bəli – deyə Qargəlin dəstəyi qaldırdı.
– Salam! Sizinlə danışan Qarxanımıdı. Axşama hamınızı qonaq çağırıram. Gələndə Qarbəbəni də gətirməyi unutmayın. Çox zaman yekə qarınquluların hamısı gəlir, yazıq Qarbəbələr evdə çığıra-çığıra qalır. Heç insafınız-zadınız yoxdu.
Qarxanım beləcə üyüdüb tökdü və axırda dedi:
– Əla qarplovu hazırlamışam. Qardan kokteyli də yanında.
– Bəh-bəh – deyə Qargəlininin ağzı sulandı Kokteylə buz lülələri qoymağı unutma. Qartоrtu da olsa daha bu qonaqlığın heç əvəzi olmaz.
– Bir halda ki, ürəyinizə qartоrtu düşüb, daha neynəyim, onu da hazırlayаrаm Onlar ordan-burdan danışıb xudahafizləşdilər.
Əgər axşam orda olsaydınız görərdiniz ki, bu qonaqlar necə qarşılanır. Əvvəlcə qar karetalarda qargəlin gəldi. Onun qar şlyapası parıldayır, gümüşü boyunbağısı bərq vururdu. Yanında Qaroğlan durmuşdu. Hər ikisi dümağ yay kostyumunda idi. Qarbəbənin bələyi də ağ idi və ayın işığında parıldayırdı.
Sonra qar maşınlarda başqa qonaqlar gəldilər.
Təkcə Qarqırmızıpapaq bu qonaqlığa piyada gəlirdi. Onun fikrincə dünyada açıq havada gəzməkdən ləzzətli heç nə yox idi. Birdən Qarqırmızıpapağın qabağına bir Qarcanavar çıxdı:
– Hara belə, ay Qırmızıpapaq. Yoxsa yenə də nənənin yanına gedirsən, hə? Əlindəki də yəqin ki, yeməkdir.
– Yox, nənəmin yanına getmirəm – deyə Qırmızıpapaq canavarın ağ ağzından çıxan dümağ dişlərindən hеç nə ilə fərqlənməyən ağ dilinə bic-bic baxdı. Indi qonaqlığa gedirəm. Əlimdəki də hədiyyədir. Qarxanımı tanıyırsan? Yenə də qonaqlıq edir. Şəhərimizin adamlarının demək olar hamısını evinə dəvət edib. Bir vurçartlasın olacaq ki, gəl görəsən.
– Bəs mən nеynəyim – deyə Qarcanavar dilləndi. Ac-susuz bu şəhərdə yaşa görüm, necə yaşayırsan?!
– Bilirsən – deyə Qarqırmızıpapaq dеdi:
– Əgər keçən dəfəki kimi məni udmaq fikrinə düşsən bəri başdan bir şeyi yadında saxla. Hökmən angina olacaqsan.
– Eh, orasını mən də bilirəm – deyə acığından Qarcanavarın alt dodağı sallandı. Qar yeməkdən az qalıram öləm.
Bu zaman onların yanından bir qardovşanı qaçdı. Amma Qarcanavarı onu heç qovmadı da. Bu şəhərdə Qardovşanı Qarcanavarlarından Qartülkülərindən və Qarçaqqallarından qətiyyən qorxmurlar. Hətta Qarpələnglərini də veclərinə almırlar. Qarpələngləri hərdən hirslənib deyirlər:
– Bu necə ölkədir belə, dovşanlar da səndən qorxmur?!
Amma onlar nə qədər bağırsalar da xeyri yoxdur. Qardovşanları onları heç veclərinə də almırlar.
Qarcanavarı baxıb gördü Qarqırmızıpapaqla danışmağın heç bir xeyri yoxdur. Buna görə də çıxıb gеtdi işinin dalınca.
Qarxanımın evindəki qonaqlıq isə düz səhərəcən davam etdi. Adamlar yalnız gündoğana yaxın evlərinə dağılışdılar. Onlar danışırdılar ki, ömürlərində belə gözəl qonaqlıq görməmişdilər. Qarxanım doğrudan da səxavətli imiş və onunla dostluq etməyinə dəyərmiş.
QAPLAN VƏ ARABA KÖLGƏSI
ZAHİD XƏLİL
QAPLAN VƏ ARABA KÖLGƏSI
ay günəşi göydən od ələyirdi. Bir ulaq arabanı çəkib apara bilmirdi və buna görə də yolun qırağında dayanmışdı ki, dincini alsın. Bu zaman hardansa Qaplan gəlib çıxdı və arabanın kölgəsində dincəlməyə başladı. Kölgə sərin və ləzzətli idi. Bayaqdan istidən dili çıxan itin keyfi kökəlmişdi. Quyruğunu şeşəliyib gərnəşdi. Birdən gözünə uzunqulaq dəydi. It fikirləşdi ki, bu uzunqulaq deyəsən özünü yaman dartır. Əslində isə o, qanmaz və avaradır.
– Hav-hav, deyərək uzunqulaqa hürdü. Sən avara bir uzunqulaqsan: Camaat işində gücündədir, amma sən bu yolun qırağında avaralanırsan.
– Mən avaralanmıram – deyə uzunqulaq izah etdi. Bir az dincimi alıram. Arabanı çəkmək sənə asan gəlməsin.
– Hav-hav, inandıra bilməzsən. Yer üzündəki bütün uzunqulaqlar sarsaq və avaradır.
– Başqaları ilə nə işin var? – deyə uzunqulaq qəzəbləndi və arabanı dartıb apardı.
Aydın məsələdir ki, araba ilə birlikdə onun kölgəsi də getməyə başladı. Özünü ağıllı hesab edən Qaplan əvvəl qulağını salladı və sonra quyruğunu dik tutub arabanın dalınca qaçmağa başladı.
– Kölgəni hara aparırsan? Onu özüm tapmışam. Axıra qədər də mənim olmalıdır.
Uzunqulaq isə mümkün qədər sürətlə qaçırdı ki, itin zəhlətökən səsini eşitməsin. Kölgə də eyni sürətlə yolun qırağı ilə şütüyürdü.
QAPLAN ULDUZU NECƏ SÖNDÜRDÜ
ZAHİD XƏLİL
ir dəfə Qaplan ağzını göyə tutub hürürdü. Elə belə. Darıxdığı üçün ağzını göyə tutub zingildəyirdi.
– Uuuuuuaaaaa!
Gecənin bu vaxtında göydə nə ola bilərdi?! Heç olmazsa gecəquşu uçsaydı, Qaplan onu məmnuniyyətlə qorxudardı. Amma onlar da yox idi. Yəqin ki, hardasa başqa yerlərdə uçurdular və onları başqa küçüklər qorxudurdular. Qaplanın gecəquşularını qorxudan itlərə paxıllığı tutdu və onların acığına bir az da bərkdən hürdü:
– Uuaauuaauuuuuuu!
Birdən göyün tən ortasında gözünə parlaq bir ulduz dəydi. Bu ulduz o qədər parlaq idi ki, az qala Qaplanın gözünü qamaşdıracaqdı. Qaplan həmin o sarsaq ulduza hürməyə başladı:
– Uuuu!
Səsini kəsib bir anlıq dayandı. Kəndin başqa itləri də ona səs verdilər. Bu lap yaxşı oldu. Qaplan bu dəfə cani-dildən hürdü:
– Uuuuuuuuuuuu!
Bir anlıq dayanıb ulduza baxdı. Eləbil ulduzun işığı azca azalan kimi oldu.
– Aha, yaxşı əlimə düşmüsən. Indi mən səni kömür kimi qaraldaram. – Bu sözləri deyib Qaplan uzun bir səslə uladı. O elə uladı ki, kəndin bütün itləri səslərini kəsib dinşədilər, görsünlər Qaplana nə olub. Amma Qaplan elə ulayırdı. Boğazını mümkün qədər göyə uzatmışdı ki, ulduzun işığını lap tez söndürə bilsin.
Bir anlıq dayanıb baxdı. Ulduzun işığı deyəsən əməlli başlı azalmışdı. Bundan sonra Qaplanı saxlamaq olmazdı. Demək olar ki, səhərəcən uladı və günəş doğmağa az qalmış hiss etdi ki, bоğаzı bərk ağrıyır. Dincini almaq üçün dayananda gördü ki, təkcə o parlaq ulduz deyil, göydəki ulduzların hamısı görünməz olub.
– Bax belə – deyə Qaplan bir-iki ağız da hürdü ki, hamı onun igidliyini başa düşsün. Bəli bir dəfə Qaplan belə bir igidlik göstərə bilmişdi.
LARI XORUZUN RƏNGBƏRƏNG NƏĞMƏLƏRI
ZAHİD XƏLİL
LARI XORUZUN RƏNGBƏRƏNG NƏĞMƏLƏRI
u xoruzun təkcə pipiyi və gözləri qırmızı olsaydı bəlkə də o, hеç bеlə fikirlərə düşməzdi. Оnun bütün tükləri qırmızı idi. Hətta tüklərinin içində qırmızılıqdan qaralıb tünd şabalıdı rəngə çalаnı dа vаrdı. Bах bunа gorə də о lаrı xoruz günlərin birində belə qərara gəldi ki, bir qırmızı nəğmə oxusun. Elə qırmızı nəğmə ki, dünyanın bütün rənglərini çevirib qırmızı eləsin.
Səhərin аçılmаsınа bir аz qаlmış vаr gücü ilə bаnlаdı:
– Quq qulu quuuuu? Quq qulu quuuuu!
Səsi qulаğınа lаp хоş gəldi. Mеşələr оnun quqqulusunu əks еtdi və birdən хоruz bахıb gördü ki, günəş оnun nəğməsindən еlə qızаrıb, еlə bil nəhəng dаğ lаləsidir. Həttа günəşin bu qədər qızаrmаsındаn хоruz bir аz çаşdı dа. Özünə gəlib dеdi:
– Bах, bеlə qızаrаrsаn!
Sonra gördü ki, quqqultusu gilənara çevrilib budaqdan sallanır. Bаşqa bir quqqultu isə pomidorа çevrilmişdi. Quqqultular lalə olub çəmənliyə səpələnmişdi. Hətta bu səsdən almаnın dа yanaqlаrınа qırmızı хаl düşmüşdü.
Bir dəfə xoruz çinarın bütün yarpaqlarını rəngləmək niyyətinə düşdü:
– Bütün yarpaqları qırmızı olsa qəşəng görünər – dedi və işə başladı. Çinarın nəhəng kölgəsində dimdiyini göyə qaldırıb qanadlarını şaqqıldatdı və bərkdən banladı:
– Quqqulu quuuu! Quq qulu quuuu!
«Quqqulu quuu»sunu bir az çox elədi ki, çinarın yarpağı qırmızı оlsun. Səsini kəsib аğаcın bаşınа bахdı. Yаrpаqlаr хоruzа əl еdib оnun nəğməsini аlqışlаyırdılаr. Аmmа хоruz diqqətlə bахıb gördü ki, çinаrın yаrpаqlаrı yаmyаşıldır və bеlə qərаrа gəldi ki, bu dəfə оnun ququltusu qırmızı dеyil, yаşıl ququltu imiş.
– Mənim nəğmələrim rəngbərəngdir, – deyib qışqırdı.
Quqqultusunun rəngbərəng оlduğunu bildikdən sоnrа dаhа оnu saxlamaq olardımı?! Gündə üç dəfə uzun-uzadı quqquldаdı ki, dünyаnın rənglərini öz bаğçаlаrınа toplasın. Gözlərini yumub dimdiyini göyə tuşlayır, nazik uzun boğazını mümkün qədər bərk dartırdı ki, səsi gur və təsirli olsun. Hətta ürəyində belə qərara gəlmişdi ki, kəndin o biri başından onun səsinə cavab verən bütün xoruzlar lap havayı zəhmət çəkirlər. Çünki, onların nəğməsi rəngbərəng ola bilməz. Bütün xoruzların səsini batırmaq niyyətinə düşdü və bir səhər lap hündürdən banladı:
– Quqqulu quuu! Quqqulu quuu! Quqqulu quuu!
Başqa xoruzların hamısı səsini kəsib ları xoruzu dinlədilər. Çünki, onlar başa düşürdülər ki, bu xoruzun işləri o qədər də yaxşı getmir. Axı o nə üçün bu qədər uzun «quqquluquu!» eləməlidir?! Bizim qəhrəman isə xeyli beləcə quqquldadı və səsini kəsib gözlərini açanda gördü ki, ağacların yarpaqları sap-sarı saralıb. Qanadlarını şappıldadıb çəpərə sıçradı və hamıya elan elədi ki, bu gün onun nəğməsi sap-sarı imiş. Nəğmələrini belədən belə səpəliyib hətta otları, çiçəkləri də saraltdı və sonra bilmədi ki, neynəsin. Çünki, bütün yarpaqlar və otlar saralandan sonra bağ-bağça yaman qəmli görünürdü.
Ları xoruz daha bir neçə dəfə banladı ki, yarpaqlar yenidən yaşıllaşsın. Amma hər dəfə səsini kəsib gözlərini açanda başa düşürdü ki, yarpaqlar bir az da saralıb. Hətta bəzi yarpaqlar deyəsən onun səsindən çürüməyə başlamışdı.
– Bu, nə iş idi mən tutdum. Bu sarı nəğmə haradan gəlib məni tapdı?
Tutduğu işdən peşiman olub bir müddət banlamadı. Hamı elə bildi ki, ları xoruz xəstələnib. Amma o, yarpaqların əvvəlki rəngini qaytarmaq haqqında düşünür və bilmirdi necə banlasın ki, dünyanın əvvəlki gözəlliyi geri qayıtsın.
Bir dəfə xoruz gördü ki, çil toyuq bərkdən qaqqıldayır.
– Buna nə olub, – deyə hirsləndi. Hinə baxıb gördü ki, çil toyuq yumurtlayıb. EIə o saat başa düşdü ki, yumurtanı belə ağardan çil toyuğun qaqqıltısıdır.
– Yumurtanı ağartdın bəsindir, səsini kəs! – deyə onun üstünə xoruzlandı.
Amma çil toyuq səsini kəsmədi. Axşamаcаn qaqqıldadı və bir də baxıb gördülər ki, qar yağır.
Xoruz hirslənməyib neyləyəydi? Çil toyuq o qədər qaqqıldadı ki, axırda bütün dünya ağardı. İndi yazıq ları xoruz nə qədər banlamalı idi ki, qar əriyəydi və dünya əvvəlki qırmızı, yaşıl, sarı, mavi rəngini alaydı?!
KARVANA HÜRƏN QAPLAN
ZAHİD XƏLİL
u balaca küçükcüyəzin adı Qaplan idi. Kənddə demək olar ki, onu it yerinə qoyan yox idi:
– Buna baxın, deyirdilər, Qaplan da özünü it hesab edir.
Onu pişiklər daha çox lağa qoyduqları üçün Qaplan lap bərk hirslənirdi.
– Eybi yoxdur – deyirdi bir gün sizə göstərərəm.
Amma həmin o gün gəlib çıxmırdı ki, çıxmırdı. Qaplan böyüdükcə daha da qorxaq olurdu və kənddəki pişiklərin demək olar ki, hamısı onu cırmaqlayıb vaxtında aradan çıxa bilirdi.
Bir dəfə kəndin içindən böyük bir dəvə karvanı keçirdi. Qaplan əvvəlcə öz həyətlərindən alçaq səslə hürməyə başladı.
– Havvvv, havvvv!
Amma ona əhəmiyyət verən olmadı. İşi belə gördükdə Qaplan bir az ürəkləndi və həyət qapısından çölə çıxıb xeyli aralıda gedən dəvələrə hürdü:
– Haaaavvv, haaaavvv!
Dəvələr addımlarını yavaşıtmadan gedirdilər. Onların dodaqları aramla açılıb-yumulur, gövşəyirdilər. İri və yaraşıqlı gözlərini qabağa zilləyərək gedir, Qaplana əhəmiyyət belə vermirdilər. Qaplan bundan daha da cəsarətləndi və irəli cumub karvanın beş-altı metrliyinə gəldi və hürməyə başladı:
– Huuuuvvw, huuuuvvvv!
Ona flkir verilmədiyini görüb hirsləndi.
– Karsınız nədi, görmürsünüz hürürəm?
– Görürük ki, boğazını yırtırsan. Amma neyniyək? Sənin borcun hürmək, bizim borcumuz getməkdi. Nə qədər istəyirsən hür.
Karvan aramla yoluna davam edib getdi. Gözəl bir fürsəti əlindən buraxdığına görə Qaplan özünü danlamaq üçün bir iki ağız da hürdü:
– Uuuuaaa, uuuuaaa!
Bax belə.
Cəfər Cabbarlı
CƏFƏR CABBARLI
(1899-1934)
Görkəmli Azərbaycan dramaturqu, şairi və nasiri, aktyor, ssenari müəllifi, rejissor, əməkdar incəsənət xadimi Cəfər Qafar oğlu Cabbarlı 1899-cu il martın 20-də Xızıda anadan olmuşdur. , 1915-ci ildən lirik və satirik şeirlər, hekayə və dram əsərləri yazmağa başlamış C.Cabbarlının. Azərbaycan teatr sənətinin inkişafında böyük xidməti olmuşdur.
Qadın azadlığı hərəkatında mətbuatın və bədii ədəbiyyatın üzərinə mühüm vəzifə düşürdü və Cabbarlının "Sevil" pyesi bu mübarizədə xüsusi əhəmiyyət kəsb etdi. Əsərdə Azərbaycan qadınının dünənki, bugünkü, hətta gələcək həyatı Sevilin simasında əks etdirilmişdir. “Solğun çiçəklər”, “Od gəlini”, “Oqtay Eloğlu”, “Almaz”, “Dönüş” kimi əsərlərin müəllifi olan Cəfər Cabbarlı 1934-cü ilin son günü, dekabrın 31-də, səhər saat 4-də ürək iflicindən vəfat etmişdir.
ÖLKƏM
Şiş ucları buludlarla döyüşən
Dağlarında buzları var ölkəmin.
Göy otlardan ipək paltar geyinən
Tarlaları, düzləri var ölkəmin.
Verimli torpağı, geniş çölləri,
Çalışqan ərləri, igid elləri,
Böyük gəmiləri, dəmir yolları,
Keçidləri, rizləri var ölkəmin.
Göllərində ördəkləri üzərlər,
Çöllərində maralları gəzərlər,
Güllərindən gəlinlər tac bəzərlər,
Ceyran gözlü qızları var ölkəmin.
Coşğun Xəzər oynar ayaqlarında,
İşıq saçan nefti torpaqlarında,
Tarixlərin qızıl yarpaqlarında
Dadlı-dadlı sözləri var ölkəmin.
VAĞ QUŞU
Rəfiqə Məmmədova
VAĞ QUŞU
(Hekayə)
rşad kişi çay sahilində oturub, tilovla balıq tuturdu. Səhər şəfəqi onun gözünü ağrıdırdı. Nəvəsi Cəmil yaxında idi, gözlərini babasından çəkmirdi. Babası təkliyi çox sevirdi. Çox danışmağı da sevmirdi. Balıq tutanda heç danışmaq olmazdı.
Ərşad kisi soruşdu :
Cəmil, özünü necə hiss edirsən?
Mən özümü çox gözəl hiss edirəm. Yuxum qaçıb, gözüm qaravul-mantardadır. Mantarın atılıb düşməsinə baxmağı sevirəm. Yuxudan oyanmaq istəmirdim. Sübh mehi məni şənləndirdi.
Bu vaxt qoca öz qara və uzun qanadlarını açaraq suyun üstündə fırlanan vağı gördü. Quş qanadlarını yığaraq suya doğru cumdu, sonra isə yenə dövrə vurmağa başladı.
Cəmil ucadan dedi :
- Ov görüb, boş-boşuna hərlənmir.
Ərşad kisi tilovu əlinə alıb, suyun üzərində ov edən uzun qanadlı quşu izləməyə başladı. Suyun azacıq köpüklləndiyini görürgü – bu, qaçan balığı izləyən kütüm idi. Kütüm xırda balığların yolunu kəsməkdən ötrü sürətlə üzürdü.
Ərşad kişi :
- Görünür böyük balıq sürüsü var. Onlar bir-birlərindən aralı üzürlər, bu balığlar çox çətin ki, yaxasını qurtara bilsin. Vağ çox mahir ovçudur.
Cəmil bərkdən güldü :
- Baba, quş da ovçudur?!
Əlbəttə ovçudur. Ov etmək onların əsas peşəsidir. Yoxsa, acından
ölərlər! Canlı deyillərmi? Cəld və incə ov etmələrinə görə onları çox sevirəm.
Ərşad kişi balığların tez-tez sıçrayıb suyun üzünə çıxmağına və quşun onu tutmağa cəhd etdiyinə fikir verirdi. Balığlar çox sürətlə üzürdülər. O, tilov ipini suya düz getməsinə diqqət verir və çayda bu qədər balığın olmasına sevinirdi. Qünəş şuaların suda əks etməsi onun çox xoşuna gəlirdi.
Birdən Ərşad kişi yerindən sıçradı, kütümü cəld hərəkətlə dartdı. Tilov qövs kimi əyildi.
- Axır ki, qarmağa keçdin!
Parıldayan diri balığı qarmaqdan çıxarıb, İtburnu kolunun dibinə
kölgəliyə atdı və üzünün tərini sildi. Balıq iri, küt gözlərini bərəldib, gözəl quyruğunu arabir çırparaq suya can atırdı.
Cəmilin ona yazığı gəldiyindən titrəyən balıqı çaya atmaq istəyirdi. Tezliklə o, öləcək – deyə fikirləşirdi, o susuz qala bilməz!
Ərşad kişi, daşın yanında yerini rahatlamaq istərkən Vağın onun başı üzərində dövrə vurduğunu gördü. O baliğa yaxınlaşdı və bu zaman qoca onun məqsədini anladı.
O caynağını balığin başının sümüyünə ilişdirdi. Bir göz qırpımında havaya qalxdı.
Ərşad kişi dedi :
Mən balıq tutanda bir dəfə də olsun belə təsirli mənzərəyə rast gəlməmişdim.
Cəmili kədər bürümüşdü, bunun üçün də babasından üzr istədi:
Bir işə bax ki, mənim maymaqlığım sayəsində bu iş oldu! Vağ quşu mahir ovçusan ki, ovçu! – dedi.
BALACA TƏNQİDÇİ
Rəfiqə Məmmədova
BALACA TƏNQİDÇİ
(Hekayə)
yan bağda çiçək seçirdi. Dərdiyi tər çiçəklərdən dəstə bağlayırdı. Yumşaq tüklü quş balası gördü. Bəyaz donlu, sarı dimdikli bu gözəl quş balası bom-boz qanadlarını gərərək çəməndə sərbəst cövlan edirdi.
O başını oyan- bu yana əyib, ürkək-ürkək Ayana baxdı və qanadlarını çırpa-çırpa ,cik-cik edə-edə dənlənirdi.
Çəhrayı rəngli yastı ayağının qəhvəyi dırnağı nazikdi. Ayan da öz ayağına baxdı. Quş balasıyla özünü müqayisə etdi. Onun da dırnağı incə idi.
Ayan üzünün cizgiləri gözəl, incə bir az da, enli olan qızdı. Saçları xurmayı və qıvrımdı, qonur gözlərində daima şən bir təbəssüm sezilirdi. Əynində sarı güllü çit don vardı. Bu don onu daha zərif göstərirdi.
Nənəsi radioya qulaq asırdı. Ayan da diqqətlə qulaq asdı.
Ayan :
- Nənə, yazıçı xalanın söhbəti xoşuma gəlmədi
- Niyə qızım ?
- Yazıçı deyir ki, yazanlar güldən-bülbüldən əl çəkmir, nə qədər güldən-bülbüldən yazarlar ?! Səhv danışır.
Bağımızda bülbüllər cəh-cəh vurur,qızılgül,çiçək,ağac- çoxdur. Quşlar hər tərəfdə yuva qurub !
Ayanın rəngi qıp-qırmızı oldu ! Hirsləndi. Hamamda qaranquş yuvası var. Yuvada üç toppuş bala ! Hələ şanapipik,baş otağın altında, sərçə qarajda, ağaclarda nə qədər yuva var ! Şəkillərini əmim çəkdi !
Ayan quşlara baxıb əl-qolunu ölçərək danışırdı. Nənəsi, kiçik tənqidçinin veriliş haqqındakı qeydlərini dinləməkdən böyük həzz alırdı. Maraqla onu dinləyirdi. Nənənin nəzərində səadət dünyasına açılan bir pəncərə durdu. Bu balaca qızın işıqlı fikri onu sevindirdi. Gülə-gülə :
Balaca tənqidçi! – dedi.