Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Вторник, 04 Сентябрь 2012 08:34

ARABALAR

İvan Andreyeviç Krılov

ARABALAR

Tərcümə edəni Abdulla Şaiq

 

Arabalar dibçək ilə yüklənmiş.

Dağ başından enməlidir, yol - eniş.

Arabaçı toxuşmasmlar, deyə,

Birincini başladı endirməyə.

Arabanı yavaş-yavaş qoçaq at

Sağrısında aparır, bir oynaq at,

Dağ başından qoca atı danlardı,

Hər addımda ona tənə vurardı:

-Xərçəng kimi geriləyir, ona bax,

Arabanı çuxurlara çarpacaq.

Çolaqmısan-nədir, ey qanmaz heyvan?!

Dikdə neylər, enişdə böylə olan?

Nə yaxşı ki, gündüz imiş, ey naşı,

Bacarığın ki yoxdur, get, su daşı!

Biz aşağı enəndə bir dayan, bax,

Sən deyilik, vaxta qiymət qoyaraq

Arabanı toxundurmadan daşa,

Dağ başından endirərik birbaşa.

Kəhər birdən arabanı sürüdü;

Kələ-kötür yolları toz bürüdü.

Bir qayaya toxundu birdən-birə...

Çevrilərək yıxıldı daşlıq yerə.

О lovğa at buna heç baxmayaraq,

Arabanı sağa-sola çarparaq,

Sürüklədi özü ilə bərabər.

Yükü ağır, işləməyir həm təkər,

At dartınır о yana, gah bu yana.

Öz yanında qiymət qoyub zamana,

Dörd ayağa götürülmüş, hey şıraq,

Şıraq! Onu çuxurlara çarparaq.

Birdən dərin arxa saldı о kəhər,

Əlvida, ah, əlvida, ey dibçəklər! 

Прочитано 9900 раз