admin2
YAY TƏTİLİNDƏ
Münəvər Tapdıqova
YAY TƏTİLİNDƏ
(Hekayə)
ər gün günlərimi sayırdım. Axı mən tətildə istirahət üçün kəndə ana nənəmin, babamın yanına getmişdim. Kənd həyatı mənim çox xoşuma gəlirdi, hara baxırsan təmizlik, yaşıllıqdır. Amma əvvəl-əvvəl bir az darıxırdım. Sonra hər şeyə uyğunlaşdım. Təmiz, saf dağ havası adama xoş gəlirdi. Təmiz hava məni vurduqca iştaham artırdı. Şəhərdə o qədər də iştaham olmurdu. Məktəbdən qayıdanda çox az yemək yeyirdim. Uşaqlarla həyətdə oynamağa çıxırdım. Yoldan şütüyüb keçən maşınların istisi, qazı bizi vururdu.
Amma kənd həyatı bir başqa cürdür. Hər yerdən otların iyi gəlir, çayların şırıltısı adamı yormur, quşların oxuması, cəh-cəhi adama xoş gəlirdi. Hərdən mən yaşıl ağaclara, çəmənə baxanda nənəm deyirdi - qızım, yaşıllığa baxmaq xeyirdi, gözün işığını artırır.
Hərdən də bu həyətdə gəzən toyuq-cücənin, hind toyuğunun quyruq yelpiyini daraq kimi açıb səs salması «deyinməsi» adama ləzzət verirdi. Bir dəfə istədim ki, həyətdə gəzən kürd toyuğun sarı, tükü yumşaq balasını əlimə götürüm, həm nənəm icazə vermədi, həm də kürd toyuqdan qorxdum. Onun balasına əl dəymək istəyəndə o qanadlarını pırpızlayıb mənə tərəf şığıyırdı -«yəni balama dəymə deyirdi». Nənəm bunu görüb, məni başa saldı ki, cücələr hələ ətcəbaladırlar, onları ələ götürmək olmaz, əlində sıxa bilərsən. Onsuz da bu toyuq-cücənin qənimi olan çalağan havada uçaraq fürsət axtarır ki, cücədən-zaddan caynağına alıb aparsın.
Nənəm hər səhər Qızıl inəyini sağıb süd gətirirdi, mənim üçün də bişirirdi. Deyirdi ki, nənə qurban Güntac gəl süd iç. Evinizə gedincə ətə-qana gələrsən. Mən də nənəm Qumralın sözünə qulaq asırdım. Nənəm çox mehriban idi. Kənddə müəllim işləyirdi. Təqaüdə çıxmağa nənəmi qoymurdular. Nənəm çox təcrübəli idi və öz işini yaxşı bilirdi. Nənəm istəyirdi ki, mən hər şeydən az da olsa yeyim. Sağlam və gümrah böyüyüm, dərslərimi yaxşı oxuyum. Nənəm şəhərə - bizə qonaq gələndə ona nə qədər qulluq etsək də, o öz ev-eşiyi üçün darıxırdı. Nənəmin yaxşı qonşuları vardı, hərdən nənəmin yanına gəlib şirin-şirin söhbət edərdilər. Nənəmgilin evlərindən xeyli aralıda çay axırdı, çayın kənarından bir qədər uzaqda bulaqlar vardı ayrı-ayrı yerlərdən qaynayıb çıxırdı. Bu bulağa Beş bulaq deyirdilər. Bulaqların suyu axıb çaya qarışırdı. Yan-yörəsində çoxlu yarpız, əvəlik bitmişdi. Mən də qızlarla bulağa gedəndə onlardan yığıb nənəmə gətirirdim. Nənəm mənə başa salırdı ki, onları bir qəzetin üstünə sər, sən gedincə qurusun, gedəndə evinizə apararsan. Anan dovğaya qatar, yarpız çayı dəmləyər.
Babam Aslan bağban idi, o, səhər gedib evə axşam qayıdırdı. O, deyirdi ki, bağda gərək ağaclara, moruq kollarına qulluq edəsən, yoxsa o bağdan bağ olmaz, atalar demişkən «Bağa baxarsan bağ olar, baxmazsan dağ olar».
Nənəm, babam hiss edirdilər ki, mən anam üçün çox darıxıram. Ona görə babam məni evimizə gətirdi.
Güntac indi də nənəsi üçün darıxırdı. Kənddə yazdığı gündəliyini açıb oxuyurdu, gündəliyin arasındakı çiçəklər də qurumuşdu.
NƏRMİNİN GƏZİNTİSİ
MÜNƏVƏR TAPDIQOVA
NƏRMİNİN GƏZİNTİSİ
(Hekayə)
yun ayı idi. Nərmin evdə çox darıxırdı. Məktəbdə dərslər də qurtarmışdı. Nərmin tez-tez Süsən nənəsinə sual verirdi:
- Ay nənə, elə hey deyirsən, bizi Tofiq baba bağa gəzməyə aparacaq, amma aparıb çıxarmır.
Nənəsinin yadına düşdü ki, Tofiq babası deyib ki, sizi bir yaxşı yerə gəzməyə aparacağam. Tofiq baba adəti üzrə qəzet köşkündən «Savalan» qəzeti alıb gələndə Süsən nənəsi babanın yadına saldı ki, sən Nərmini və məni gəzməyə bir dostunun bağına aparacaqdın, nə oldu? Tofiq baba cavab verdi:
- Bəyəm bilmirsiniz, professor Bayram dostum elə mənə bu gün bağa gəlin deyib?
Nərminin sevinci yerə-göyə sığmırdı. Nərmin soruşdu:
- Baba, o bağda tut var?
Tofiq baba cavab verdi:
- Nərmin, balası, orada hər şey var. Tez olun geyinin gedək.
Süsən nənə paltarını geyindi, Nərmini də geyindirib, həyətə maşının yanına endilər.
Baba maşını işə salırdı. Maşın işə düşəndən sonra onlar maşına oturdular və şəhərə çıxdılar. Şəhərin baş tərəfində televiziya qülləsinin yan-yörəsində olan bir yerə çatanda baba maşını saxladı. Süsən nənə xəbər alır:
- Ay babası, sən dediyin bağ buradır?
Tofiq baba dilləndi:
- Bəli, buradır. Hələ professor bura yaxşı yol çəkməyib. Siz gəlin bir içərilərə baxın görün nə dəmdəsgahdır.
Doğrudan da yolun qırağında bağda çox da böyük olmayan bir ağ tut ağacı vardı. Ağacın üstü tutla dolu idi. Bir az irəli gedəndə Nərmin nənəsinə dedi:
- Ay nənə, bir bura bax, çiyələklər yarpaqların arasında qıpqırmızı görünür. Ay nənə, hələ bura bax, albalı dəyib.
Nərmin babasına dedi:
- Baba, sən soruş da Bayram əmidən, bu tutdan, çiyələkdən, albalıdan yemək olar?
Bu sualı babaya Nərmin verəndə Bayram müəllim eşitdi.
- Olar, olar, mənim qəşəng balam, niyə olmur? Nə qədər istəyirsən ağacdan dər ye. Bunun öz ləzzəti var ağaclar cavan ağaclardı, özünün də budaqları yerə dəyir və ələ asanlıqla çatır.
Nərmin bir neçə dənə çiyələkdən, albalıdan dərdi, sonra suda yaxalayıb, stola qoydu və babalara, nənəyə yeməyi təklif etdi.
- Ay baba, bu çiyələkləri, ağacları bura kim əkib?
Baba cavab verdi:
- Bax, bu Bayram əmin əkib.
Bayram müəllim söhbət zamanı dedi:
- Görürsünüz də, binalar tikiləndə artıq qalan nə varsa, - sınıq şüşələri, daşı-kəsəyi, bura atıblar, bir sözlə inşaat zibilliyi idi.
Bayram müəllim sonra qeyd etdi ki, zibilləri buradan maşınla daşıtdırmışam, belə-belə təmizlik işləri apardım, bura bir neçə maşın torpaq da tökdürmüşəm, su çəkdirmişəm. Ağacları rayondan gətirib, özüm əkmişəm. Ondan sonra bura bu gördüyümüz hala gəlib çıxıb. Bayram müəllim dedi:
- Bilirsiniz, bu çiyələk bitkisini haradan gətirmişəm?
Tofiq müəllim cavab verdi:
- Yəqin dağdan gətirmisən? Eləmi?
Bayram müəllim:
- Düz tapdın, Tofiq müəllim. Görürsüz, bu göyəm ağacıdır, üstü göyəmlə doludur, bu da avqust-sentyabr aylarında dəyəcək. Burada nanə, cəfəri, reyhan, keşniş, alma, badam ağacı, üzüm meynəsi və s. var idi. Bayram müəllim daha sonra Nərminə dedi:
- Quzu bala, bax bu əncir, bu şirin gilas, bu da badam ağacıdır.
Bayram müəllim bizim üçün bağda xan kababı verdi. Qoyunun qaraciyərini tikə-tikə doğrayıb qoyunun iç piyinə (bəzi yerlərdə ona çöz də deyirlər) tikələri dolma kimi bükərək şişə taxdı, sonra qoyunun bağırsağını təmiz-təmiz yuyub, onun iç tərəfini üst tərəfə çevirərək (onda bağırsağın piyli tərəfi içəridə qalır, iç sığallı tərəfi isə üzə çıxır) bağırsağı bir ucundan şişə keçirərək doladı və manqalda kabab - özü də xan kababı bişirdi. Nərmin hərəsindən bir tikə yeyib, dadına baxdı. Bu vaxt Nərminin gözü kranın altındakı suda çimişən quşlara sataşdı. Nərmin dedi:
- Baba, baba, bir ora bax gör quşlar necə çimirlər. Mən quşların belə ləzzətlə çimdiyini görməmişdim. Bayram əmi gülümsəyərək dedi:
- Qızım bilirsən bu quşların adı necədir?
Nərmin çiyinlərini dartaraq bilmirəm deyib, babasının üzünü baxdı.
Babası dedi:
- Bu sarı dimdikli, qara quşların adı qaratoyuqdur, hətta onların əti yeməlidir.
Nərmin dedi:
- Yox, yox baba, onları öldürmək olmaz. Onlar bu bağda gəzəndə adam ona baxanda sevinir.
Bayram əmi söylədi:
- Nərmin, burada əsl bülbüllər də var. Onlar bağa gələndə bilirsən necə cəh-cəh vururlar. İndi görünmürlər. Hələ burda bir tısbağamız da var.
Nərmin xəbər aldı:
- Bəs hanı o?
Bayram əmi dedi:
- Tısbağa göy-göyərtidən, qabağına çıxan cücüdən-zaddan yeyib gizlənib.
Nərmin babası Tofiqə sual verdi:
- Bizi bura tez-tez gətirərsən?
Babası cavab verdi:
- Əlbəttə, bağa tez-tez gələrik.
Nərmin, nənə, baba bir xeyli təbiətin bu balaca guşəsini beləcə seyr etdilər, dincəldilər. Sonra da axşama doğru maşina minib evə qayıtdılar. Bayram əmi Nərminə tez-tez mənim bağıma qonan gəlin, deyib öz əlləri ilə əkib-becərdiyi qızılgüllərdən bir dəstə gül də verdi. Sonra da əlini havada yellədərək sağollaşdı.
Nərmin balanın bu günkü gəzintisi beləcə başa çatdı.uğu �i U@mToyun pendiri və kərə yağdan yaxma düzəldib yeyərdim. Nənəmə sağ ol deyib məktəbə yollanardım. Bəzən yaz dumanı, çəni olanda onu yara-yara gedərdim, geriyə baxanda hər yer ağappaq dumana bürünmüş görünərdi, elə-bil göylə yer bir-birinə qarışmışdı. Ancaq özüm olduğum dairəni görərdim. Teatr səhnəsinə salınan projektor işığı kimi.
Mən bir gün möhkəm xəstələndim. Yüksək temperaturum vardı. Taxtın üstündə yatırdım. Oradan nənəmin ev-eşiyi yığmasına, səliqə-sahmanına baxardım. Nənəm əvvəlcə yerini yükün üstünə səliqə ilə yığardı. Baş altına qoyduğu yastıqları Nikolaydan qalma (nənəm belə deyərdi) sandığın üstünə yığardı. Nağıllarda olduğu kimi bu sandığın qara uzun açarının əl tutan yeri halqa kimi dəyirmiydi, lap sehrli açara oxşayırdı. Sonra da çaydanı odunla yanan dəmir peçinin üstünə qoyub işlərini davam etdirərdi. Evin döşəməsini yaş dəsmalla silərdi. Mən yerimdə ona baxanda ürəyimdən keçirdi ki, görəsən mən nə vaxt yaxşı olacağam, sağalacağam ki, mən də nənəm kimi ev-eşiyi belə yığışdırım.
Bir dəfə nənəm belə işlərini görüb qurtardıqdan sonra bərk susamış adam kimi suyla dolu qrafini taxtın bir ucunda oturub başına çəkdi, qurtaqurtla sudan içdi (nənəm deyərdi ayaqüstə durub su içmək günahdı). Mən də ona baxıb dururdum. Birdən mənim də ürəyim su istədi. Nənəmə dedim mənə də qrafində su ver də. Nənəm qrafini mənə verdi, mən də yerimdə oturub qrafini başıma çəkdim. Gördüm ki, nənəm içdiyi kimi ləzzətli alınmır. Nənəmə dedim, ay nənə sən mənə qrafini ağzına kimi doldur ver, mən də içəndə su qurt-qurt etsin. Nənəm heç bir şey demədən qrafini ağzına kimi doldurub mənə verdi, mən də suyu qurt-qurt edə-edə həvəslə içdim. Bundan çox xoşum gəldi. Ondan sonra elə bil gözümə işıq gəldi. Özümü yüngül hiss etməyə başladım. Sabahısı günü demək olar ki, özümü sağlam və gümrah hiss etdim.
O gündən etibarən daha mən ağrımadım. Görünür, mənim ürəyimcə olan bir şey - yəni bir qrafin soyuq sudan qurtaqurtla içmək mənə sağaldıcı və yaxşı təsir etdi.
KƏHRİZ SUYU
Münəvər Tapdıqova
KƏHRİZ SUYU
(Hekayə)
ayın cırhacır vaxtı idi. Cırcıramalar ağacların başında yorulmadan cırıldaşır, bəziləri isə «oxumaqdan» partlayıb yerə düşürdülər.
Həvvaqızın nənəsi Anabay da ağ nikelli kömür samovarını qaynadıb cökə ağacının altında sərinlikdə oturardı. Hind çayı tökülmüş çayniki də samovarın dəmkeşində dəmləyərdi.
Həvvaqızın rəfiqələri darıxanda onlara oynamağa gələrdilər. Cökə ağacının altı çox sərin olardı, çünki o, sıxçətirli idi. Çiçək açanda mahmızlı sarı çiçəklərinin ətrindən doymaq olmur. Bal arıları sarı çiçəklərdən sallanıb ayaqlarına çiçəyin şirəsini çəkərdilər. Arıların bir-birinin bəhsinə şirə toplaması, onların vızıltısı adama xoş gələrdi.
Amma Anabay nənə deyirdi ki, yayda sərin suyun yeri ayrıdı, Həvvaqız, qızım bəlkə rəfiqələrinlə kəhrizdən sərin su gətirməyə gedəsiniz. Həvvaqız və qızlar razı oldular. Həvvaqız bir vedrə su tutuan balaca səhəngini çiyninə aldı, çiyni əzilməsin deyə çay dəsmalını dördqat edib çiyninə qoydu. Bir rəfiqəsi əlinə balaca vedrə götürdü, o biri rəfiqəsinə isə su qabağı çatdı (su qabağı suyu çox sərin saxlayır). Qızlar kəhrizdən su gətirməyə getdilər. Çatanda gördülər ki, kəhrizin başında çoxlu qız-gəlin var. Böyüklər uşaqları kəhrizin lap yanına gəlməyə qoymurdular. Anabay nənə bilirdi ki, istidə kəhrizin başında çox adam olur. Ona görə uşaqları qorxmadan kəhrizdən su gətirməyə göndərmişdi. Qonşuları - Şəhruzat uşaqların qablarını doldurdu və daha yanınızda böyük adam olmadan kəhrizdən su çəkməyə gəlməyin dedi. Kəhriz Humbol çayından bir qədər aralıda - qoz ağaclarının altında idi. Qoz ağacının da sərin kölgəsi olur. Naxırçı qaramalı (inək, camış, buğa, öküz və s.) qoz ağacının kölgəsində sərin düşənə qədər saxlayardı.
Kəhrizin iç divarları daşdan hörülmüşdü. Adamlar vedrənin qulpuna kəndir bağlayıb kəhrizə sallayır və oradan su çəkər, qab-qacağını doldurub qurtardıqdan sonra ağzını taxtalarla örtərdilər ki, yolunu azan adam və ya mal-qara kəhrizə düşməsin. Kəhrizin suyu elə sərin idi ki, içəndə adamın boğazını göynədərdi. Qızlar suya gedəndə və qayıdanda çayın kənarındakı sığallı iri daşların yanında yorğunluqlarını alardılar. Bəzi daşların üzərində sarı, yaşıl ləkələr olurdu, elə bil üzərinə nazik parça yapışdırmısan. Buna el arasında xınalı daşlar və ya xınalı qayalar da deyirlər. Qızlar nazik bir daşla, daşın üzərindən «xına»nı qazıyıb, azca su vurub ovuclarında ovxalayırdılar, sonra əllərini çırpardılar ki, qalan əlindən yerə tökülsün, yerində isə qırmızı xına rəngində iz qalardı. Elə bil əlinə xına qoymusan. Qızlar və Həvvaqız evə çatanda Anabay nənə onlara deyərdi - tez olun əllərinizi yaxşı-yaxşı yuyun bəlkə o acı şeydir.
Qızlar aralarında mehribancasına söhbət edib ayrıldılar. Sabah Humbol çayının kənarındakı kolluqlardan böyürtkən yığmağa gedəcəklərini planlaşdırdılar.
Anabay nənə isə kəhrizin suyundan üzünə vuraraq sərinləndi, su qabağını başına çəkib kəhriz suyundan qurtaqurtla içdi və qızlara su qədər ömrünüz olsun deyə dua elədi.
BİR QRAFİN SU VƏ YA QURT-QURT
Münəvər Tapdıqova
BİR QRAFİN SU VƏ YA QURT-QURT
(Hekayə)
az dumanı gah hər tərəfi bürüyür, gah da ətəyini yığışdırıb çəkilib gedirdi. Bu ağ duman yazın lap yaxınlaşmasından xəbər verirdi. Nənəm deyərdi ki, qışda çoxlu qar, yaz yağışları yağanda torpaqda su, nəm çoxalar, məhsul da bol olar. Nənəm - anamın anası (Gülü ana) tək yaşadığı üçün məni atam-anam həmişəlik onun yanında qoymuşdu. Nənəmin anamdan başqa qızı, oğlu yox idi. Anamın atası da repressiya illərinin qurbanı olmuşdu. Nənəmin dediyinə görə o, ev xanımı olub, babamı tutub apardıqdan sonra kolxozda işləyib. Nənəm bunları mənə danışanda həmişə ağlamsınardı. Mən xəbər alanda ki, nənə niyə ağlayırsan? O, cavabında heç, elə-belə kövrəldim deyərdi.
Nənəm ana babam haqqında dil deyib ağlayardı. Babanın elə bil suçu yox idi. 30-37-ci illərdə qaçhaqaç, tutatut zəmanəsi idi. Nənəm həmişə deyərdi ki, tutulduğu gündən bu vaxta qədər ondan xəbər yoxdur.
Nənəm mənim çox istəyirdi. Mənim uzun saçlarım, üzümdə də nəzərə çarpan bir-iki qara xalım vardı.
Hərdən nənəm, hərdən də mən hörüklərimi qırmızı uzun lentlə birlikdə hörüb belimə atardım. Dərsdə uşaqlar hörüyümə dəyməsinlər, açmasınlar deyə qabağıma salıb oturardım. Sinfimizdə heç bir qızın mənim kimi uzun hörükləri yox idi. Nənəm məni həmişə əzizləyərdi… o vaxtlar belə bir nəğmə var idi. O nəğməni evdə oxuyardım:
«… Məktəb zamanı gəldi-
Dur yaraşıqlı oğlum…»
Nənəm isə bu nəğmənini sözlərini dəyişib mənə aid səhər-səhər belə deyərdi:
«Məktəb zamanı gəldi-
Dur uzunsaçlı, qaraxallı qızım».
Mən yuxudan həvəslə oyanardım və nənəmə sabahın xeyir deyib əvvəlcə əl-üzümü yuyardım, sonra uzun hörüklərimi açıb başımı darayıb-hörərdim. Daraqda qalan saçlarımı toplayıb hasarın dibinə, ya da barının boş yerinə qoyardım. Nənəm həmişə deyərdi ki, saçı darıyanda çıxan tükü hara gəldi atmaq olmaz, günahdı. Nənəm burada günahdır deməklə az da olsa sanitariya baxımından düz deyirmiş.
Mən axşamdan səliqə ilə stulun başına qoyduğum məktəb formasını geyinib qırmızı qalustukumu da boynuma salardım. Səhər-səhər nənəm süfrəyə qoyduğu şirin çayla, qoyun pendiri və kərə yağdan yaxma düzəldib yeyərdim. Nənəmə sağ ol deyib məktəbə yollanardım. Bəzən yaz dumanı, çəni olanda onu yara-yara gedərdim, geriyə baxanda hər yer ağappaq dumana bürünmüş görünərdi, elə-bil göylə yer bir-birinə qarışmışdı. Ancaq özüm olduğum dairəni görərdim. Teatr səhnəsinə salınan projektor işığı kimi.
Mən bir gün möhkəm xəstələndim. Yüksək temperaturum vardı. Taxtın üstündə yatırdım. Oradan nənəmin ev-eşiyi yığmasına, səliqə-sahmanına baxardım. Nənəm əvvəlcə yerini yükün üstünə səliqə ilə yığardı. Baş altına qoyduğu yastıqları Nikolaydan qalma (nənəm belə deyərdi) sandığın üstünə yığardı. Nağıllarda olduğu kimi bu sandığın qara uzun açarının əl tutan yeri halqa kimi dəyirmiydi, lap sehrli açara oxşayırdı. Sonra da çaydanı odunla yanan dəmir peçinin üstünə qoyub işlərini davam etdirərdi. Evin döşəməsini yaş dəsmalla silərdi. Mən yerimdə ona baxanda ürəyimdən keçirdi ki, görəsən mən nə vaxt yaxşı olacağam, sağalacağam ki, mən də nənəm kimi ev-eşiyi belə yığışdırım.
Bir dəfə nənəm belə işlərini görüb qurtardıqdan sonra bərk susamış adam kimi suyla dolu qrafini taxtın bir ucunda oturub başına çəkdi, qurtaqurtla sudan içdi (nənəm deyərdi ayaqüstə durub su içmək günahdı). Mən də ona baxıb dururdum. Birdən mənim də ürəyim su istədi. Nənəmə dedim mənə də qrafində su ver də. Nənəm qrafini mənə verdi, mən də yerimdə oturub qrafini başıma çəkdim. Gördüm ki, nənəm içdiyi kimi ləzzətli alınmır. Nənəmə dedim, ay nənə sən mənə qrafini ağzına kimi doldur ver, mən də içəndə su qurt-qurt etsin. Nənəm heç bir şey demədən qrafini ağzına kimi doldurub mənə verdi, mən də suyu qurt-qurt edə-edə həvəslə içdim. Bundan çox xoşum gəldi. Ondan sonra elə bil gözümə işıq gəldi. Özümü yüngül hiss etməyə başladım. Sabahısı günü demək olar ki, özümü sağlam və gümrah hiss etdim.
O gündən etibarən daha mən ağrımadım. Görünür, mənim ürəyimcə olan bir şey - yəni bir qrafin soyuq sudan qurtaqurtla içmək mənə sağaldıcı və yaxşı təsir etdi.
BALACA KİRPİ
Münəvər Tapdıqova
BALACA KİRPİ
(Hekayə)
ürub vaxtı səma qıpqırmızıydı. Elə bil ki, dağların başından oyana dığırlanan günəşin yan-yörəsinə yumruq boyda nar sıxmışdılar. Axşam düşür, ətrafa qəribə sakitlik çökürdü. Uçub gedən qırmızı-qırmızı buludları qovan xəfif yay küləyi ağacların budaqlarını titrədir, pıçıldaşan körpə kövrək yarpaqlara sığal çəkirdi.
Aygül ikimərtəbəli evin pilləkənləri üstündə oturub bayaqdan bəri bulağa gedən nənəsinin yolunu gözləyirdi. Aygül birdən dirrik tərəfdə gəndalaşların arasında Toplanın hürdüyünü eşidib qorxdu. Nənəm tez gəlsəydi - deyib, o yan-bu yana boylandı. Qorxa-qorxa darvazaya sarı getdi. Aygül yamyaşıl otların arasından burula-burula qalxan cığırla nənəsinin gəldiyini görüb ona sarı qaçdı. Həyəcanlanmış halda:
- Nənə, nənə, həyətdə kimsə gizlənib. Toplan bayaqdan bəri kolluğa sarı dartınıb, hürür, - dedi.
Nənəsi bapbalaca cürdəyi Aygülə verib, gülümsündü:
- Bir şey görüb deyin hürür, qadan alım, qorxma. Bəlkə xəbərçi saxsağandı, Toplanın payına ortaq çıxıb.
Nüşabə nənə səhəngi daş pilləkənlərin üstünə qoyub Aygülün əlindən tutdu.
- Gəl görüm, səni qorxudan kimdi, qadan alım?
Toplan Nüşabə nənəni görüb hürməyinə ara verdi. Quyruğunu bulaya-bulaya asta-asta zingildədi. Sonra gəndalaş kollarına sarı kəsik-kəsik hürdü.
Nüşabə nənə keşniş ləklərinin arasıyla uzanan qaysaq bağlamış arxla kolluğa sarı getdi.
- Aa, bu ki kürkü iynə kirpidi. Sən ondan qorxurdun?
- Kirpi? Hanı, nənə?
- Budey, gör necə qınına çəkildi. Yəqin bizdən qorxur, hə?
- Tanımır, dərdim ürəyimə. Tanısa qorxmazdı. Görürsən lap bapbalacadı. Yəqin ki, təzə doğulub. Yuvası bəlkə elə o kolların arasındadı.
- Deməli o qorxulu deyilmiş?
- Qorxulu niyə olur, gözümün işığı. Kirpi dirrik qoruxçusudu. Heç bilirsən ilanlar ondan necə qorxur? Ən zəhərli ilanları da kirpi asanlıqla tutub boğur. Nahaq yerə deməyiblər ki, kirpi olan yerdə ilan olmaz.
- Nənə, bəlkə onu evə aparaq, hə? Balaca nimçədə ona süd verərəm. Yəqin ki, südü xoşlayır, düz demirəm?
Nüşabə nənə gülə-gülə:
- Ay şeytan, götürə bilirsən götür,- dedi.
Aygül əlini kirpiyə uzatdı. Tikanları barmaqlarına toxunan kimi geri çəkildi. Kirpi balası da qorxudan yumaq kimi yumrulamışdı.
- Nə tikanlıdı. Bəs indi neyliyək, nənəcan?
- Nüşabə nənə əlini nəvəsinin qumral saçlarında gəzdirdi:
- Bircə darıxma, mən bu saat onu götürərəm, - dedi.
Çəpərə sancılmış zoğal çubuqlarıyla kirpini dığırladıb sellafon torbaya saldı. Evə gətirib daş pilləkənlərin yanında yer düzəltdi, kirpini yupyumşaq otların üstünə qoydu. Təzəcə qalaylanmış teşti də üstünə çevirdi. Qoy bu gecəlik burda qalsın, sabah ona buğlanan təzə süd verərik.
Yatmamışdan qabaq Aygül nənəsinə kirpilər haqqında o qədər suallar verdi ki…
- Nənə, kirpilər həmişə elə yumaq kimi olur?
- Yox, dərdin alım. Axşam şər qarışdımı, onların yumaqları açılır. Başlayırlar yeriməyə. Muncuq kimi qapqara gözləriylə o yan bu yana baxıb özlərinə yem axtarırlar.
- Nənə kirpilər ancaq ilan yeyirlər?
- Niyə ki? Mer-meyvə, cücü-mücü də yeyirlər. Eh sən bir görəsən ağacdan küləyin saldığı iri, qıpqırmızı almaları kirpilər necə yuvasına daşıyır?
- Bizim kirpi də?
- Əlbəttə.
- Onda bu gecə o ac qalar ki?
- Eybi yoxdu, səhər-səhər ona süd içirdərik. Aygul elə sual verə-verə də yuxuya getdi. Gecə güclü külək əsdi. Qollarını pəncərəyə uzadan qoca palıd ağacı dəmir barmaqlıqlara toxunur, yarpaqlar pıçıl-pıçıl pıçıldaşırdılar.
Toplanın səsi daş pilləkənlərin yanından gəlirdi. Deyəsən dartınıb qayışı qırmışdı.
Səhər tezdən Nüşabə nənə həmişə olduğu kimi mis sərnici götürüb Qızıl inəyi sağmağa getdi. Aygül hələ şirin-şirin yatırdı. Nənəsi inəyi sağıb onu səslədi:
- Dur, qadan alım, gör nə gözəl gün çıxıb. Yəqin kirpi də kürkünü çırpıb, yuxudan durub.
Aygül paltarını geyib daş pilləkənlərlə aşağı düşdü.
- Vay-vay, buranı kim belə cırmaqlayıb? Aygülün səsinə Nüşabə nənə evdən çıxdı:
- Nolub, a bala, səsin həyət-bacanı götürüb?
- Nənə, bir bax, teştin yanını kimsə cırmaqlayıb. Nüşabə nənə teşti qaldırdı. Balaca kirpini görməyib təəccübləndi. O teştin altından necə çıxmışdı?
- Nənə, nənə, Toplana bax? Çəpərin dibində uzanıb ilıq səhər günəşindən xumarlanan Toplanı görəndə Nuşabə nənəyə hər şey bəlli oldu. Balaca kirpini Toplan azad etmişdi. Nənə gülümsəyə-gülümsəyə:
- Görünür, dünən hay-küy salıb balaca kirpini «həbs elətdirən» Toplan öz günahını başa düşüb, xəcalət çəkib.elə ona görə də bütün gecə teştin böyür-başını cırmaqlayıb, burnuyla teşti qaldıraraq balaca kirpini «həbsdən» azad edib.
Nüşabə nənə çəpərin dibində yatmış, bütün gecə əlləşib, yorulub əldən düşmüş Toplanın başını sığalladı və gülümsəyə-gülümsəyə: Ay səni, Toplan, - dedi.
BAKIYA QAR YAĞDI
Münəvər Tapdıqova
BAKIYA QAR YAĞDI
(Hekayə)
oyabr ayında havalar xoş keçirdi. Dekabrın ilk günündə hava birdən dəyişdi. Bakıya, o cümlədən Azərbaycanın bütün bölgələrinə qar yağmağa başladı. Göylər yerə bir ətək qarını tökdü. Amma bu qar tez də əriyib getdi, yerdə qalmadı. Bundan hirslənən göylər ətək-ətək qarını yerə tökməyə başladı. Bütün ağaclar və yer qarla örtüldü. Ağaclar elə bil üstlərinə qardan yorğan örtmüşdülər. Şam ağacları qar yükünün altında qalıb başlarını aşağı salmışdılar. Qar yükü onların belini qırırdı. Yayda meyvə ağacları barın çoxluğundan başını aşağı salır, budaqları yerə dəyir. Qışda da şam ağacları və s. qar yükündən. Ağaclar həm də «fikirləşirlər» ki, qar onları narahat edən tırtılları, ağacın qabığı altında gizlənən qurdları məhv edəcək. Həyətdəki, küçədəki, bağlardakı zeytun ağaclarının budaqları qar yükündən sınıb yerə düşdü.
Ağaclar qar yükündən əziyyət çəkirdilər. «Ürəklərinə» belə gəlirdi ki, bizi bu yükdən azad edən xeyirxah insanlar olaydı, ya da günəş çıxıb qarı əridəydi. Biz də qar yükündən azad olardıq.
İlyas baba və nəvəsi Aytac isti divar peçinin yanında oturmuşdular. Babası Aytaca qısa-qısa qardan, qışdan, quşlardan bəhs edən nağıllar oxuyurdu. Aytac babasına qulaq asır, hərdən də babasına dayan deyib, pəncərədən yağan qara baxırdı. Sonra da babasına suallar verirdi:
- Baba, ay baba, qarı göydən yerə kim tökür?
Baba cavabında:
- Quzu bala, qarı heç kim göydən tökmür. Qar buludlardan buz kristalları hallında yerə düşən yağıntıdır. Bir də ki, sən məktəbdə oxuyanda yağış, qar haqqında çoxlu məlumatın olacaq.
Bayırda da quşbaşı qar yağırdı. Adətən, uşaqlar qar yağanda sevinirlər. Həyətdə qartopu oynamaq, Şaxta baba, Qar qız düzəltməyi çox sevirlər.
Aytac babasından soruşdu:
- Baba, məni qarda oynamağa apararsan?
İlyas baba razı olur.
- Səni əvvəlcə qoy nənə isti geyindirsin. Əlinə əlcəklərini, başına papağını gey.
Baba ilə Aytac qarlı havada gəzməyə çıxırlar. Baba əlinə bir uzun ağac da götürür. Aytac babasından soruşdu:
- Ay baba, bu ağacı niyə götürdün?
Babası cavab verdi:
- Qızım, zeytun bağına gedək.
Baba və nəvə qarı yara-yara bağa gedirlər. Baba əlindəki çubuqla zeytun ağaclarının budaqlarını yavaş-yavaş çırpırdı ki, qarı yerə tökülsün, budaqları sınmasın. Meyvə və bəzək ağaclarını belə qorumaq lazımdır. Aytac qarda o yana-bu yana qaçır, qarı əlində yumurlayır ağacların gövdəsinə atırdı. Birdən Aytac babasına dedi:
- Baba, gedək evə, üşüdüm yaman.
Baba və nəvə evə gəldilər. Aytac isti divar peçinin yanında oturdu. Nənəsi onun paltosunu, papağını çıxartdı. Nənə mürəbbəli çay gətirdi. Aytac çaydan içə-içə gördüklərini nənəsinə danışdı. Aytacın nənəsi isə pəncərədən arası kəsilmədən yağan qara baxırdı…
Qara maz
İradə Aytel
Qara maz
(Hekayə)
amidənin beş yaşı var idi. O, ev işlərində anasına və nənəsinə kömək edirdi. Nənəsi ona demişdi ki, “daha sən böyük qızsan, səhər duranda saçlarını dara, paltarını gey, anaya kömək ol”. Ramıdə isə nənəsinin dediklərinə əməl edir, hətta səhərlər əl-üzünü yumazdan əvvəl yatağını da səliqəyə salmağa çalışırdı.
Ana ilə nənə bazara getmişdi. Ramidə babası ilə evdə qalmışdı. Baba televizorda xəbərləri izləyirdi. Ramidə isə otağı səliqəyə salandan sonra həyətə çıxdı. Gözü rəfdəki qara rəngli ayaqqabı mazına sataşdı. O, mazı götürüb qapağını açdı. Fırçanı böyük həvəslə mazın içərisinə saldı. Rəngə bulaşmış fırçanı sağ əlində tutub, sol əliylə özünün təzəcə alınmış sarı sandalına yaxdı. Sandalın üstünü, yanlarını dabanını qara rəngə elə bulaşdırdı ki, sarı sandalın üzü qara rənglə cırmaqlandı sanki. Sandalın rənglənmiş tayını səliqə ilə rəfə qoyub, o biri tayını əlinə götürdü. Rənglənmiş sandala və əlindəkinə baxdı. Gördüyü iş çox xoşuna gəldi. Əlindəki sandalın o üz-bu üzünə nəzər saldıqdan sonra, onu dabanından rəngləməyə başladı. Fırça sağa-sola hərəkət etdikcə maz ətrafa və üst-başına dağılırdı. Mazlı əlini sol yanağından burnuna doğru çəkib, alnına dağılmış tellərini arxaya daraqladı. Sifəti maza bulaşmış qız döyüşqabağı rənglənmiş hindulara oxşadı. Sonra o, sandalın tayını aparıb o biri ilə cütlədi. Rəfdən üz-gözünə sanki his yaxılmış bir cüt sandal incik-incik ona boylanırdı.
- Siz indi daha qəşəngsiniz, mən sizi geyib bağçaya gedəcəm, - deyərək, əlindəki fırça ilə anasının ağ dikdaban çəkmələrini elə yerindəcə maza buladı. Beləliklə o, atanın, ananın, nənənin, özünün ağ, sarı, göy, qırmızı… bütün çəkmələrini rənglədi. Babanın çəkmələri isə maz rəngində idi. Fırçanı çəkmələrə yaxan Ramidə: “Yoox, bu özü rənglidi, mənim bəzəyim burada görünmür” – deyərək, çəkmələri bir kənara qoydu.
Ana ilə nənə gələndə o, öz işini qurtararaq, həvəslə yan-yana düzdüyü ayaqqabıları seyr edirdi. Bunu görən ana həyəcanla səsləndi:
- Vay, sən neynəmisən, axı bu yalnız qara ayaqqabılar üçündür.
Səsə baba da otaqdan çıxdı. Ramidə qaş-qabağını tökərək babasına tərəf boylandı:
- Baba, baba, de dəə, axı mən daha yekə qızam, Anaya köməy etməliyəm. Ayaqqabıları rəngləmişəm, ana isə sağol demir. Amma baba, sənin ayaqqabılarını heç rəngləmədim, sən də sağol deməyəcəksən hə? – deyərək mazdan güclə seçilən qapqara gözlərini babaya zillədi. Baba sevimli nəvəsini qucağına alıb dedi:
Hə qızım, düzdür, çox sağol, ana da sənə sağol deməlidir. Amma bir də qara rənglə başqa rəngli çəkmələri rəngləmə. Axı sən yekə qızsan, rəngləri də tanıyırsan, bax, bir də tuflilərini qara ilə rəngləsən, onlar səndən küsüb gedəcəklər.
Küsəyən hindtoyuğu
İradə Aytel
Küsəyən hindtoyuğu
(Hekayə)
urlananın babası üç dənə hindtoyuğu aldı. Qırmızı dimdikli, çil-çil hindtoyuqlarının hərəkətləri çox cəld və iti idi. Nənə dedi ki, yazda bu toyuqlar kürt düşəcək və çoxlu cücələri olacaq. Həm də hindtoyuqlarının dişisi ilə bərabər erkəkləri də yumurtanın üstündə yatır.
Yaz gəldi. Hindtoyuqlari yoxa çıxdılar. Onlar bir neçə gündən bir növbə ilə görünür, dən yeyir, su içir, yenidən gizlənirdilər. Nənə hindtoyuqlarının hardasa kürt düşdüyünü, onların gizlin yerdə yumurta qoymağı sevdiklərini söylədi.
Nurlana nənəsinə diqqətlə qulaq assa da yenə də, bütün günü həyətlərində hindtoyuqlarını gəzirdi. Bir gün o, hindtoyuğunun birinin həyətdəki alma ağacının altından çıxdığını hiss etdi. Tez özünü həmin kolluğa verdi və otlardan düzəldilmiş yuvada çoxlu yumurta gördü. O, qaça-qaça nənəsinin yanına gəldi:
- Nənə, hindtoyuğumuz bala çıxaracaq, kürt düşüb. Nənə təəssüflə dedi:
- Qızım, sənə dedim axı, onun yumurtalarına baxmaq olmaz. Onlar onda qorxub da yerlərindən perik düşürlər.
Nənənin sözlərindən heç nə başa düşməyən Nurlana hər gün kolluqdakı hindtoyuğunun yanına gedir onunla söhbət edirdi:
- Bax, ay çilçilim, mən sənə dən gətirirəm, su gətirirəm, sən tez bala çıxarasan deyə. Nənə dediyi yerə düşmə yaxşı? Mən sənin balalarına da yaxşı baxacam, onlara da dən, su verəcəm.
Toyuq isə balaca qırmızı gözlərini ona zilləyir, ürkmüş halda yuvasından durur və gözdən itirdi.
Aradan günlər keçdi. Bir səhər tezdən hindtoyuğu, arxasınca isə çoxlu cücələri həyətə gəldilər. Nurlana tez alma ağacının altındakı kolluğa tərəf qaçdı. Burada gördüyü yumurtalar eləcə də dururdu. o, bildi ki, həyətlərindəki cücələr o biri hindtoyuğunun balalarıdır. Nurlana balasız qalan hindtoyuğu üçün çox təəssüf elədi və nənəsinə söz verdi ki, bir də küsəyən hindtoyuğunun yumurtalarına əlini vurmayacaq.
İşıqforun bilməyən torba
İradə Aytel
İşıqforun bilməyən torba
(Hekayə)
əşadın atası sürücü idi. Rəşad da atası kimi sürücü olmaq istəyirdı. Ona görə də o, babasının aldığı şəkilli kitablardan yol hərəkəti qaydalarını öyrənməyə çalışırdı. Rəşad bilirdi ki, sərnişin maşın yolunu yeraltı və ya, yerüstü keçiddən keçməlidir. Bu keçidlər olmadıqda isə işıqforun qaydalarına əməl etmək lazımdır.
Rəşad babasi ilə şəhərə çıxmağı çox sevirdi. Babası onu müxtəlif karusellərə, yelləncəklərə mindirir, şəkilli kitablar, şirniyyatlar alırdı.
Bu gün də o, babası ilə parka gedirdi. Onlar yolu keçmək üçün işqforun yanında dayandılar. Rəşad həvəslə babasına izah etməyə başladı:
- Baba, indi qırmızı işıq yanır, keçmək olmaz. Bax indi sarı yandı deməli hazır olmalıyıq ki, yaşıl işıq yananda yolu keçək. Elə bu an bayaqdan bəri səkinin üzəri ilə külək atına minib o yan-bu yana yellənən salafan torba maşın yoluna çıxdı. Bunu görən Rəşad tez babasının pencəyini dartmağa başladı:
- Baba, baba, bir bax, torba maşın yoluna çıxdı, axı o işıqforun qaydalarını bilmir, indi onu maşın vuracaq.
Artıq işıqforda yaşıl işıq yanırdı. Onlar yolu keçərkən Rəşad torbanı götürüb yaxınlıqdakı zibil qabına atdı. Babası nəvəsinin saçına sığal çəkərək dedi:
- Bax, Rəşad maşın onu vurmadı, axı sən yol hərəkəti qaydalarını bilirsən, bilməyənə kömək elədin.
Rəşadın sevinci yerə-göyə sığmırdı.
Eynək taxan günəş
İradə Aytel
Eynək taxan günəş
(Hekayə)
abası Muradı evlərinin yaxınlığındakı “Xan bağı”na apardı. Günəşin şüaları ağacların yaşıl yarpaqları arasından süzülür, onların gözlərini qamaşdırırdı. Murad gün eynəyini taxıb yoluna davam elədi. Şamları, küknarları budaq-budaq gəzən bapbalaca, uzunquyruq dələlər, hovuzun içərisində cüt-cüt üzən dümmağ qu quşları, quyruğunda yeddi rəng olan tovuzquşu, uzun dimdikli balıqyeyənlər, haça buynuzlu marallar, ürkək-ürkək boylanan cüyürlər Muradın çox xoşuna gəlir, o, tez-tez babasına suallar verirdi:
- Baba, marallar nə yeyir ki buynuzları belə yekədi?
- Ot yeyirlər, Murad!
- Bəs cüyürlər?
- Cüyürlər də ot yeyir.
- Bəs dələlər?
- Dələlər qoz yeyir, müxtəlif ağacların tumunu yeyir.
- Bəs quşlar?
- Quşlar dən yeyir, tum yeyir?
- Baba, bəs onda niyə o quşun adı balıqyeyəndi?
- Həəəə, bala, bu quş isə balıqla qidalanır?
Babası Murada cavab verdikcə Murad yeni-yeni suallar tapırdı. O, bağdakı bütün ağacların, kolların, hətta çiçəklərin də adını öyrənməyə çalışırdı.
Birdən-birə göyün üzünə buludlar çökməyə başladı. Baba yağış yağacağından çox narahat oldu və Murada dedi:
- Murad, gedək evə hava tutulur, yağış yağar islanarıq.
Murad bağdan ayrılmaq istəmirdi. O, diqqətlə göyün üzünə baxdı və sevincək halda dedi:
- Baba, yağış yağmayacaq, bir bax, Günəşin gözləri qamaşmasın deyə eynək taxıb, birazdan eynəyini çıxaracaq.
Babası onun saçlarını sığallayıb, dedi:
- Gedək, Günəş eynəyini çıxaranda bir də gələrik.