Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Вторник, 04 Сентябрь 2012 07:37

AŞÇI VƏ PİŞİK

İvan Andreyeviç Krılov

AŞÇI VƏ PİŞİK

Tərcümə edəni Abdulla Şaiq

 

Dünya görmüş aşçı çıxdı mitbaxdan:

Bir məzar üstündə verməyə ehsan.

Siçandan qorusun deyə ərzağı,

Pişiyə tapşırdı yağlı mitbağı.

Dönərkən gördü ki, bulaşıb hər yan,

Fəsəli yeyilmiş, bucaqda Məstan

Bir masa altında çox qımıldanır,

Ötürür toyuğu, hey mırıldanır.

Elə ki, mətləbi aşçı anladı,

Xeyirsiz Məstanı belə danladı:

- Bu nədir? Ey şeytan, ey qarınqulu,

İnsanlıq bir yana, heç olmazsa, bu

Dörd gözlə seyr edən divardan utan!

(Dinmədən, toyuğu ötürür Məstan).

Nə doğru pişikdin bu vaxta qədər,

Nümunə olmuşdun, dillərdə əzbər.

Bu sənə ləkədir, bütün qonşular

Deyəcək Məstanın oğurluğu var.

Mitbağa girməsin, daha yaramaz!

Onu bu həyətə buraxmaq olmaz!

Ac qurdu sürüyə buraxmaz insan!

Vəbadır, taundur, qorunun ondan!

Məstan öz işində, toyuğu yeyir,

O, uzun-uzadı hey nitq deyir.

Sonu yox, bitirməz əxlaq dərsini,

Bir duyan varmıdır boş nəğməsini?

Qızarmış toyuğu ötürdü Məstan,

Quyruğu üstündə oturdu Məstan.

Mən başqa aşçıya ancaq bir çara,

Göstərim, qoy yazsın bunu divara:

Hökm işlətməli olan bir yerdə -

Yanılıb boş nitqə qaçmasın bir də.

Прочитано 9880 раз