SİÇAN VƏ PİŞİK
Seyid Əzim Şirvani
SİÇAN VƏ PİŞİK
Var idi bir şəhərdə bir bəd pişik
Kim, yox idi bir belə mürtəd pişik.
Muşlәrә zülmün edib aşikar,
Gündә edәrdi neçә muşu şikar.
Gәlmiş idi tәngә siçanlar һamı,
Eylәdilәr dәfi-qәmә әncamı.
Cәm oluban eylәdilәr mәşvәrәt,
Gördülәr axır bu işi mәslәһәt:
Kim, tapılar bir cәrәsi-pürsәda,
Eylәyәlәr çareyi-dәrdü bәla.
Bağlayalar zәngi pişik boynuna,
Zәng elәyә pişik gәlәndә sәda.
Pişik gәlәn vaxt siçanı tutmağa,
Zәngin ola ta ki sәsi bәrmәla.
Qaçıb girә һәr biri yuvasına,
Düşmәyәlәr ta pişik bәlasına.
Cümlә bu tәdbirә dedi mәrһәba
Tapdılar bir zәngi-qәvi, pürsәda,
Әrz elәdi ta o zaman bir siçan:
Ey sizә qurban ola bu natәvan!
Etdiyiniz yaxşı sәrәncamdır,
Kim deyәcәk püxtә deyil, xamdır!
Kimdir o sizdәn ki, doya canına,
Qoya qәdәm o pişiyin yanına?
Kimdә o cürәt olu, kimdir o kәs,
Ta pişiyin boynuna assın cәrәs?..
Qaldı o dәm matü-müәttәl һamı,
Bilmәdilәr dәfi-qәmә әncamı...
Eylәmә Seyyid, bu sifәt fikri-xam,
Olma siçanlar kimi sәn dә әvam.
Fikrә düşüb etmә xәyali-mәһal,
Etmә qәvicәng ilә fikri cidal.