Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

admin2

admin2

Вторник, 04 Сентябрь 2012 10:30

MARAQ EDƏN

İvan Andreyeviç Krılov

MARAQ EDƏN

Tərcümə edəni Abdulla Şaiq

 

Xoş gördük, əzizim! Hardan gəlirsən?

Muzeydən, üç saat gəzmişəm, bilsən,

Mən nələr görmüşəm, edərsən heyrət,

İnan ki, məndə yox о hünər, qüvvət.

Hansını danışım, başqa şeydir bu!

Möcüzə sarayı deyilsə, doğru –

Təbiət zənginmiş, onda nələr var!

Gördüm çeşid-çeşid quşlar, heyvanlar;

Cürbəcür al-əlvan qanadlı böcək:

Bənəkli-bənəksiz bir çox kəpənək.

Elə bil mərcan, ya zümrüd parıldar,

Cürbəcür balaca şux uçağanlar.

Xırdadır bir toplu iynə başından!

Fili də gördünmü? Nə böyük heyvan!

Hər görən zənn edər bir dağ qaralır.

-Orda fil varmıdır?

Var dostum, vardır.

Doğrusu, mən ona fıkir vermədim,

Yox, fili görmədim, dostum, görmədim!

Вторник, 04 Сентябрь 2012 09:30

KƏNDLİ VƏ ÖLÜM

İvan Andreyeviç Krılov

KƏNDLİ VƏ ÖLÜM

Tərcümə edəni Mirmehdi Seyidzadə

 

Bir qış günü kəndli baba,

Bağlamışdı böyük şələ.

Ehtiyacdan aparırdı,

Daxmasma əziyyətlə.

Hava soyuq, yolu uzaq,

Dalındakı odun ağır.

Asta-asta yeriyirdi,

Yorulmuşdu çöldə fağır.

Gəldi, gəldi, о dayandı,

Şələsini yerə saldı.

Sərələndi yerə yazıq,

Bir ah çəkib fıkrə daldı.

Dedi: - Allah, nə bədbəxtəm,

Külfətimdir  ac-yalavac.

Bu yandan da boyarlara,

Gərək verim töycü, xərac.

Bir xoş günüm olmamışdır

Dərd əlindən yanır könlüm.

Belə ömür sürməkdənsə,

Ölmək xoşdur, gəl, ey ölüm!

Ölüm dağda, daşda deyil,

Yanımızda olur hər an.

Qoca onu çağırınca,

Birdən çıxdı arxasından.

Dedi: - Budur, gəldim, qoca!

Söylə, sözün nədir mənə?

Qoca mənfur üzü gördü,

Duman çökdü gözlərinə.

Dedi: - Ölüm, qəzəblənmə!

Çağırmışam bura səni,

Zəhmət çəkib kömək edib,

Qaldırasan bu şələni.

Вторник, 04 Сентябрь 2012 08:37

KƏNDLİ VƏ İLAN

İvan Andreyeviç Krılov

KƏNDLİ VƏ İLAN

Tərcümə edəni Mirmehdi Seyidzadə

 

İlan dedi kəndliyə: - Gəl məni evə burax!

Boş-boşuna gəzməyim... iş sahibi olum, bax!

Sizdə dayəlik edim, mənə xoşdur işləmək,

Dadlı olur əməklə çörək qazanıb yemək.

Əziz dostum, gəl lütfən sözümü rədd eyləmə,

Bu doğrudur ilanlar verilib pis qələmə.

Qədimdən barəmizdə şayiə buraxırlar,

İnsanlar ilanlara başqa gözlə baxırlar.

Elə düşünürlər ki, ilan məhəbbət bilməz,

Qohumluq, mehribanlıq, yaxınlıq, ülfət bilməz.

Hətta öz uşağını belə ilanlar yeyir,

Bəlkə də bu sözləri söyləyənlər düz deyir.

Pislərlə bir sıraya qoyulmaram mən, ancaq,

Olmamış indiyəcən mənim adətim sancmaq.

Mən bilsəm ki, zəhərsiz ötüşər, keçər işim,

Deyərdim çıxarılsın, hətta, bu zəhər dişim.

Bu dünyada ən yaxşı bir ilanam mən, inan,

Sənin övladlarına olaram çox mehriban.

Kəndli dedi: - Sözünün yox bəlkə də yalanı,

Lakin buraxmaram mən öz evimə ilanı.

İlanla ülfət etmək obada olar adət.

Verməz yaxşı nəticə, törənər min fəlakət.

Bir yaxşının dalınca yüz yaman ilan gələr,

Sancar oğul-uşağı, körpələr zəhərlənər.

Səninlə bir yaşamaq mümkün deyil, əzizim,

Ən yaxşı ilan belə düşmənimizdir bizim,

İlanların içində əsla olmaz əsilli.

Atalar mən sizinçün yazmışam bu təmsili.

Вторник, 04 Сентябрь 2012 08:36

İLAN VƏ QUZU

İvan Andreyeviç Krılov

İLAN VƏ QUZU

Tərcümə edəni Mirmehdi Seyidzadə

 

Kötüyün yanında yatıb bir İlan,

Qeyz ilə aləmə kəsilib düşman.

İlanda olmaz ki, gözəl təbiət,

Onu pis yaradıb əzəldən xilqət.

İlandan xəbərsiz gözəl bir Quzu

Atılıb gəzirdi çəməni, düzü.

Sürünüb Quzunu çaldı yatağan,

Quzunun gözündən çıxdı od, duman.

İnləyib İlana söylədi: - Məgər,

Neyləmişdim tökdün qanıma zəhər?

İlan dedi: - Gördüm burda gəzərsən!

Düşündüm ki, gəlib məni əzərsən.

Bu işi görmüşəm sayıqlığımdan.

-"Ah" deyib, zavallı Quzu verdi can.

Kimin ki, əzəldən pisdir xisləti,

Hiss etməz dostluğu, xoş məhəbbəti.

О bütün cahana kəsilər yağı,

Çalışar hamıya çəksin gözdağı.

Вторник, 04 Сентябрь 2012 08:33

İKİ ÇƏLLƏK

İvan Andreyeviç Krılov

İKİ ÇƏLLƏK

Tərcümə edəni Abdulla Şaiq

 

İki çəllək gedirdi: biri dolu, biri boş

Birinci haysız-küysüz, tıqqırtısı, səsi xoş,

-İkincisi qoparmış eylə gurultu, şivən;

Qaldırımlar titrəyir onun qorxunc səsindən

Yoldan keçən sıxılır qorxudan bir bucağa,

Bürünür şalban boyu ucalan toz-torpağa.

Gurultulu olsa da, diqqətlə etsən nəzər,

Xeyri yoxdur о səssiz vüqarlı çəllək qədər

Tutduğu işdə hər kim böyük səs-küy qoparır.

İnan ki, о adamın faydası, xeyri azdır!

Вторник, 04 Сентябрь 2012 08:24

HÜNÜ VƏ ÇOBAN

İvan Andreyeviç Krılov

HÜNÜ VƏ ÇOBAN

Tərcümə edəni Mirmehdi Seyidzadə

 

Güvənib itlərə yatmışdı çoban,

Çıxdı kol-kos arasından bir ilan.

Sürünürdü о zəhər saçmaq üçün,

Çobanı məhv eləyib sancmaq üçün.

Bir kiçik ağcaqanad gördü bunu,

Var gücüylə çobanı sancdı hünü.

Diksinib birdən oyandı yuxudan...

Tutdu əvvəl hününü, əzdi çoban.

Sonra da məhv elədi qıvrılanı,

О zəhər saçmağa gələn ilanı.

Az deyildir belə timsallar, əgər,

Güclüyə yaxşılıq etsə nə qədər.

Gücsüzü məhv edəcək güclü yenə,

Hününün halı bir ibrətdi sənə.

Вторник, 04 Сентябрь 2012 07:18

HÖRÜMÇƏK VƏ ARI

İvan Andreyeviç Krılov

HÖRÜMÇƏK VƏ ARI

Tərcümə edəni Abdulla Şaiq

 

Tacir kətan gətirdi bazarda satsın deyə,

Bilirsiniz ki, kətan lazımdır hər kimsəyə.

Yaman tutdu bazarı, güldü ona səadət,

Haqqı yox - bu alverdən tacir etsin şikayət.

Alıcıdan macal yox, sıxaraq bir-birini,

Tuturdular tez alan müştərinin yerini.

Gördü Hörümçək bu mal işə gedir çox yaman.

Tacirin bu qazancı onu çıxardı yoldan.

Düşündü, satmaq üçün qumaş toxusun о da,

Tacirə qazsın quyu, salsın yanar bir oda.

Açsın dükan yanında alverə bir pəncərə,

О gecə hey toxudu uyaraq bu alverə.

Toxuduğu qumaşa özü heyrət edərək,

Qürur ilə oturdu, ordunu şişirdərək.

Sübhə qədər dükandan çəkilmədi bir yana,

Düşünür, müştərini cəlb etsin bu dükana.

Səhər oldu, əlində süpürgə gəldi qarı,

Qumaşilə süpürüb atdı onu dışarı.

Kədərindən inləyib qəzəbləndi Hörümçək:

- Mənim bu sənətimə gözəl mükafat gərək!

Göndərrəm bu qumaşı, bütün dünya bilsin ki,

Tacirinki çox incə toxunmuş, ya mənimki?

An dedi: - Səninki! Bunu varmı bir danan?

Bu iş bütün dünyaya çoxdan aydındır, çoxdan!

Ancaq, kimə xeyri var, ey qürurlu Hörümçək?!

Nə geyinmək mümkündür, nə də qışda isinmək. 

Вторник, 04 Сентябрь 2012 08:16

FİL VƏ ALABAŞ

İvan Andreyeviç Krılov

FİL VƏ ALABAŞ

Tərcümə edəni Abbas Səhhət

 

Xalqa göstərməyə fili filban,

Küçədə gəzdirir idi hər yan.

Bəllidir fil bu ölkədə az olar,

О səbəbdən bizə tanınmaz olar.

Xalq mat-mat təəccüb eyləyərək,

Arxasından gedirdi əsnəyərək.

Bildi hardansa bunların sorağın,

Alabaş kəsdi dəstənin qabağın;

Fili gördükdə cumdu, qışqırdı,

Uladı, basdı, hürdü, hayqırdı.

Dedi Toplan: - A qonşu, ay Alabaş!

Etmə rüsvayçılıq, bir azca yavaş.

Sənmi fil üstünə mırıldanırsan?

Bax özün, a yazıq, xırıldarsan.

Amma gör о necə gedir saymaz,

Sən hürürsən, о heç məhəl qoymaz.

Alabaş söylədi cavabında:

- Qanıram eh, eh, onları mən də.

İştə yalnız mənə verən cürət

Budur, əlbəttə, ondakı halət:

Böyləcə dava etmərəm hər vaxt,

Davakarlıqda tapmışam şöhrət.

Qoy məni tərif eyləsin itlər,

Həm desinlər görən cəmaətlər:

Bərəkallah, qüvvətlicə Alabaş,

Filin üstə əcəb gedir birbaş.

Вторник, 04 Сентябрь 2012 08:14

EŞŞƏK VƏ BÜLBÜL

İvan Andreyeviç Krılov

EŞŞƏK VƏ BÜLBÜL

Tərcümə edəni Abdulla Şaiq

 

Bülbülü bir çəməndə gördü Eşşək,

Dedi: - Dostum, eşitmişəm gerçək.

Musiqi işlərində mahirsən,

Bəstəkar, həm də adlı şairsən,

Oxu, mən dinləyim о sənətini,

Bülbülüm açdı öz məharətini.

Vurdu cəh-cəh, şaqırdadı zildən.

Min bir ahəngə başladı yenidən.

Ney kimi səs uzaqlara çəkilir,

Qırmadır, sanki ormana səpilir.

Dinləyir nəğməni işıq pərisi.

Susdu el, susdu quşların da səsi.

Sürü yatdı, çoban ki, dinlərdi,

Arabir zövq alıb gülümsərdi.

Başqa ahəngə uydurub səsini,

Bülbül artıq bitirdi nəğməsini.

Yeri burnu ilə qoxlayıb Eşşək,

Dedi: - Mahirsən, ey gözüm, bişək.

Çox təəssüf, bizim xoruzlarla

Dostluğun yox - budur səsində bəla.

Görüş onlarla, dostluğu qat sən,

Musiqi dərsini bir az öyrən!

Eşidincə bu hökmü о bülbül,

Batdı dərdə-qəmə, bulandı könül.

Qanad açdı, о yerdən oldu uzaq,

Cahil insan hökm verər bu sayaq. 

Вторник, 04 Сентябрь 2012 08:13

DURNABALIĞI VƏ PİŞIK

İvan Andreyeviç Krılov

DURNABALIĞI VƏ PİŞIK

Tərcümə edəni Abdulla Şaiq

 

Hər sənətkar öz işinə getməlidir, nə gərək,

Çörəkçi çəkmə tiksin, çəkməçi yapsın çörək.

Dişli Durnabalığı dəyişdi niyyətini,

İstədi ki, işlətsin pişiyin sənətini.

Bilməm, onun bağrını həsəd oxu dəlmişdi?

Yoxsa, balıq yeməkdən artıq təngə gəlmişdi?

Nə isə, yalvardı о bir gün dostu Məstana,

Özü ilə aparsın onu siçan ovuna.

Məstan dedi: - Gəl, burax bu uğursuz niyyəti!

Sən bacara bilməzsən bu yabancı sənəti!

Yaxşı demişlər: hər iş qorxar öz ustasından!

Bu sözü təsdiq edər, şübhəsiz, bütün cahan.

-Yox, dostum! Ömrümdə mən görməmişəm siçanı.

Bıqdım balıq yeməkdən, göstər, о siçan һаnı?

Uğur olsun, eyləysə, arxama düş, gəl gedək!

Girdilər bir anbara, durub keşik çəkərək,

Neçə siçan ovladı, nəşə gəldi Məstana.

Bığlarını silərək yoluxdu öz dostuna,

Gördü Durnabalığı çapalayır yarımcan,

Quyruğunu gəmirmiş bir kəsəyən, ya siçan.

Hərəkətsiz düşmüş o, quru nəfəs var, ancaq,

Sürükləyib tez onu bir gölməyə ataraq

Dedi: - Durnabalığı, bu iş dərs olsun sana,

Ağlını yığ başına, çıxma siçan ovuna!