“Narkomaniyaya “ Yox!” deyək!”
Yanvarın 24-də 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində Bakı şəhər Baş Polis İdarəsi nəzdindəki İçtimai Təhlükəsizlik İdarəsi, Nəsimi rayon polis idarəsi, Bakı Baş Təhsil İdarəsinin məsul şəxsləri, Anonim narkoloji müalicə -məsləhət kabineti, İçtimai Səhiyyə İslahatlar Mərkəzinin həkimləri, Bakı şəhər məktəblərinin şagirdləri, qeyri-hökümət təşkilatları, mətbuat nümayəndələri və digər qonaqların iştirakı ilə “Narkomaniyaya “ Yox!” deyək!” mövzusunda tədbir keçirilmişdir.
Tədbirin keçirilməsində əsas məqsəd gəncləri narkomaniya haqqında maarifləndirmək, o cümlədən insanlara verdiyi böyük zərəri, sağlamlığa vurduğu fəsadları aşılamaq, dünyanı bürüyən bu bəlaya qarşı mübarizə yollarını axtarıb tapmaq idi.
Yeni il şənliyi çox maraqlı keçdi
Yanvarın 2-3-də "Passage 1901" və "JW MARRIOTT ABSHERON BAKU" qapılarını Bakı şəhərinin balaca sakinləri üçün açmışdır. Bu məkanlarda “Bakı” Mədəni İnkişaf Mərkəzi və Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən “Günay” Uşaq Teatr Studiyasının təşkilatçılığı ilə rəngarəng Yeni İl karnavalları təşkil olunmuşdur.
Balaca tamaşaçıları ənənəvi olaraq Şaxta Baba, Qar Qız və sevimli nağıl qəhrəmanları təbrik etdilər. Uşaqlar üçün səhnələşdirilmiş tamaşalar, viktorinalar, zarafatlar, rəqslər keçirildi. Nağılların qəhrəmanları uşaqlarla rəqs edir, onlara maraqlı hekayələr danışır, əyləndirirdilər. Onların keçirdikləri müxtəlif müsabiqələr də Yeni il şənliyini daha maraq və rəngarəng edirdi. Sonra uşaqlar “Günay” Uşaq Teatr Studiyasının gənc istedadlarının təqdimatında “Şelkunçik” Yeni İl tamaşasından parçaya baxıb çox razı qaldılar. FOTOQALEREYA
“ELS”Müstəqil Araşdırmalar Mərkəzi ilin layihəsinə yekun vurdu
Noyabrın 25-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya, texniki və təşkilatçılıq dəstəyilə həyata keçirdiyi “Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi” layihəsinin Beynəlxalq Mətbuat Mərkəzində yekun təqdimatını keçirdi.
“İxtisas seçiminə ailənin təsiri və rolu” İTV-nin canlı efirində
“ELS”Müstəqil Araşdırmalar Mərkəzi “Açıq dərs” verilişində növbəti müzakirələri təşkil etdi
Noyabrın 16-da “ELS-Müstəqil Araşdırmalar Mərkəzi”AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Respublikasının Prezidenti yanında “Bilik”Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya, texniki və təşkilatçılıq dəstəyilə “Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “İxtisas seçiminə ailənin təsiri və rolu” adlı mövzunun içtimai müzakirələrini keçirdi.”Açıq dərs” verilişinin canlı yayımında ekspertlər mövzu ətrafında maraqlı fikir və təklifləri ilə bölüşdülər.
“Azərbaycanda yaşayan milli azlıqlar bizim sərvətimizdir”
“ELS” İctimai Televiziyada “Multikultural dəyərlər Azərbaycan ailəsi müstəvisində” mövzusunu təqdim etdi
Noyabrın 4-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya, texniki və təşkilatçılıq dəstəyilə həyata keçirdiyi “Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində İTV-nın “Addım-addım” verilişində müzakirələri davam etdirdi.
“Övladlarımıza sağlam həyat tərzini aşılayaq”
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin layihəsi davam edir
Oktyabrın 28-də “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya, texniki və təşkilatçılıq dəstəyilə həyata keçirdiyi “Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində ekspertlərin iştirakılə İctimai Televiziyada növbəti müzakirələri keçirmişdir.