Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« April 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Şənbə, 29 Oktyabr 2016 15:40

“Övladlarımıza sağlam həyat tərzini aşılayaq”

28.09.2016“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin layihəsi davam edir

Oktyabrın 28-də “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya, texniki və təşkilatçılıq dəstəyilə həyata keçirdiyi “Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində ekspertlərin iştirakılə İctimai Televiziyada növbəti müzakirələri keçirmişdir. 

 

FOTOQALEREYA  VİDEO

“Addım-addım” verilişində ekspertlər, “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri, layihənin rəhbəri İradə Yaqubova, Elm və Təhsil Məkrəzi “Təfəkkür” Universitetinin dosenti Lalə Qafarlı, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Şəhla Mirzəzadə, jurnalist, “Kaspi” qəzetinin müxbiri Rufik İsmayılov “Sağlam həyat tərzi: zərərli vərdişlərin qarşısının alınması” mövzusu ətrafında fikir mübadiləsi apardılar.

“Övladlarımıza düzgün həyat tərzini aşılamaq hər bir valideynin, cəmiyyət üzvünün borcudur” deyən İradə Yaqubova 21 ali təhsil məktəbinin 1040 tələbəsi arasında keçirilmiş sorğunun müzakirə olunan mövzuya dair nəticələrini açıqladı. İdman, düzgün gidalanma, spirtli işkilər və tütün məmulatlarına dair sualların maraqlı və bəzən təəccüb doğuran cavabları dilə gətirən layihə rəhbəri “idmanla müntəzəm məşğulam”cəmi 27%, “siqareti müntəzəm çəkirəm” isə 78% respondentin etiraf etdiyini vurğuladı. Onun qənaətinə görə, alınan cavablarla bağlı həyəcan təbiri çalmaq, gəncləri düzgün yola yönəltmək missiyası valideyn və müəllimlərlə yanaşı kütləvi informasiya vasitələrinin də üzərinə düşür.       

Lalə Qafarlının fikrincə, sağlam həyat tərzi dedikdə təkcə fiziki deyil, eyni zamanda psixolojı sağlamlıq nəzərdə tutulur. Lakin uşaqları zərərli vərdişlərdən qorumaq üçün ilk növbədə hər bir ailə övladının idman tərbiyəsinə başlıca amil kimi önəm verməlidir. “Sağlam bədəndə sağlam ruh” süarı da məhz bu meyarı ehtiva edir.

Şəhla Mirzəzadə təmsil etdiyi Mərkəzin pilot layihəsindən danışdı və dedi ki, bu, tütündən imtina üzrə məsləhət kabinetidir və hər bir gənc ora gələ və həkim məsləhətindən faydalana bilər.

Jurnalist Rufik İsmayılov isə belə düşünür ki, zərərli vərdişlərə ailədə, cəmiyyətdə kəskin şəkildə qadağalar tətbiq etmək yox, həmin vərdişlərin zərərli olmasına dair düzgün təbliğat aparmaq lazımdır.

Sağlam həyat tərzi ilə bağlı “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təşkil etdiyi ictimai müzakirələr zamanı ekspertlərin maraqlı fikir və təklifləri səsləndi.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində aktual problemlərlə bağlı müzakirələri İctimai Televiziyada davam edəcəkdir.

Oxunub 4730 dəfə