Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« December 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə, 22 Fevral 2012 15:51

XOCALI

XOCALI REKVİYEMİ

Vahid Əziz

 

1nsan öldü, ortasınnan il qırıldı,

Bir şikəstə oxuyurdum

havalanıb zil qırıldı,

Yuva quran bir qaranquş

qatdı Tanrının başını –

Xoçalıda el qırıldı.

 

Qar altında torpaq yatar,

bənizində dırmaq yeri,

Bu çadırda bir qarı var

üz-gözündə dırnaq yeri,

qaranquşlar yuva qurar

Sarayların eyvanında,

Çöllərdəki bu çadırlar

qismətlərin sınaq yeri,

 

Qürbət yerdə qəbir qazdım,

bu torpaqa naşı olan bel qırıldı,

Torpaq - qara,

torpaq namərd, üzü soyuq,

Hər tərəfi qəbir yeri -

çala-çala, oyuq-oyuq,

Milyon ildi göy üzünü oxuyuruq.

 

Göylərdəki həqiqəti

Höccələyən neçə-neçə dil qırıldı,

Ulduzların işıqları

göydə neçə dolaşdısa,

bir səhərin - üfüqlərçün toxuduğu

tül qırıldı.

 

Elə yanıb, bu torpaqda

bunnan sonra heç qanqal da bitən deyil,

Burda düşmən nəğmə deyər,

burda yağı rəqs eləyər,

içimizdə ola-ola bu yerlərdə

biz yoxuqsa -

bəlkə bura Vətən deyil?!

 

Ovcumda başım ağardı,

neçə-neçə tel qırıldı...



YARALANDI XOCALIM!

Pərvanə Dünyamalıqızı


Millətimin göz yaşları, ahı yerdə qalmayacaq,

Son nəfəsdə döyüşəcək,vətənindən doymayacaq,

Düşmənlərə torpağını, varlığını satmayacaq,

Torpağına qanlar axdı, yaralandı Xocalım.

Şaxtalı qış gecəsində parçalandı Xocalım.

 

Gecə isti ocağından, qucaqlayıb körpəsini qaçdı ana,

Odlu güllə sinəsini parçaladı, körpəsiylə çökdü ana.

Buraxmadı ağuşundan körpəsini, qar üstündə dondu ana.

Torpağına qanlar axdı, yaralandı Xocalım,

Şaxtalı qış gecəsində parçalandı Xocalım.

 

Gecə yağan düşmən odu Xocalını hey odladı,

Anaların balam deyən şirin dili yaman yandı,

Qar üstündə o günahsız insanlarım donub qaldı,

Torpağına qanlar axdı, yaralandı Xocalım

Şaxtalı qış gecəsində parçalandı Xocalım.

 

Sevinməsin düşmən ordu, hər insanın bir ahı var,

Donan məzlum insanların başı üstə Allahı var,

O, torpaq ki bizimkidir, bu günün də sabahı var,

Ağı deyək, nalə çəkək, sinəsi qan Xocalım.

Şaxtalı qış gecəsində parçalandı Xocalım.

 

Bu millətin harayını eşit hər an Ulu Tanrım.

Ruhlar yaman imdad edir, bu fəryada gizli yandım.

Üzü üstə donub qalan insanları,qəlbim sandım.

Ağı deyək, nalə çəkək, sinəsi qan Xocalım.

Şaxtalı qış gecəsində,parçalandı Xocalım.

 

Ağlama sən Ana Vətən düşmənlərin önündə.

Qaytaracaq Xocalımı millət durub sözündə.

“Pərvanə”yəm, yalvarıram Heydarımın, İlhamımın önündə.

Qaytar mənə, qaytar mənə, yaralıdır Xocalım.

Şaxtalı qış gecəsində parçalandı Xocalım.









Haqsızlığın dərdli ahəngi

1992-ci ilin 26 fevral

Xocalı soyqırımına ithaf

 Rəfiqə Məmmədova


Şaxta nəfəslərdə buz donduranda,

Göz göynədi yandı dərdlər əlindən.

Güllə yanğını el odlandıranda,

Gözümdə yaş dondu namərd əlindən.

 

Şaxtalı, ayazlı ağ bir gecə,

Çoxaldı işıği ayın, ulduzun.

Gördüm ki işğalçı zalımdır necə,

Buludun lələyi olmuşdu uzun.

 

Düşmən yollar üstə tökürdü güllə,

Qılınc şaxta naxış çəkirdi gülə.

Ürəyim sıxıldı bu mənzərədən,

Qar altda nur gözlər bənzədi tülə.

 

Buz tək donanların üstə düşəndə,

Sovet bayrağının al qırmızı rəngi.

Ən acı duyğular oyatdı məndə,

Belə haqsızlığın dərdli ahəngi.

 

Ayın ağ ziyası dərd kirşanlandı,

Baxan deyərdi: ay qaldırdı üsyan.

Məskənində kimi kim nişan aldı,

Nə toy tutdu elə güllə və boran.

 

Bu qarlı şaxtalı qış axşamı,

İki işğalçının qəsdi tamahı,

Qanlı sinələrdə yuksəltdi ahı,

Gözlərimdə yandı intiqam alovu.

 

26.02.1993

Oxunub 11357 dəfə