Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə axşamı, 20 Sentyabr 2016 17:29

Referendumla əlaqədar dərslər dayandırılacaq? - RƏSMİ CAVAB

Referendumla əlaqədar dərslər dayandırılacaq - RƏSMİ CAVABAzərbaycan Təhsil Nazirliyi seçki məntəqələrinin əsasən, orta məktəblərdə yaradıldığını nəzərə alaraq, referendum öncəsi və sonrası, yəni sentyabrın 24-də və 27-də dərslərin keçirilib-keçirilməcəyinə aydınlıq gətirib. Milli.Az bildirir ki, nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 26-da referendumun keçirilməsi tədrisin işinə mane olmayacaq.

Belə ki, altı günlük tədris həftəsi ilə işləyən məktəblərdə sentyabrın 24-də dərslər keçiriləcək. Sentyabrın 27-də də ölkənin bütün məktəblərində tədris normal qaydada davam etdiriləcək.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Buna görə də sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum günü qeyri-iş günü hesab olunacaq.

26-sentyabrSentyabrın 26-ı qeyri-iş günü olacaq. APA-nın məlumatına görə, Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-na ümumxalq səsverməsi (referendum) təyin edilib. Sentyabrın 26-ı bazar ertəsinə təsadüf edir. Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Buna görə də 26 sentyabr ölkədə qeyri-iş günüdür.

Cümə axşamı, 15 Sentyabr 2016 16:51

“ELS” təbrik edir!

Tebrik15-09-2016Bu gün ümid, arzu və xəyallarla gələcəyə baxdığımız “Bilik günü”dür. Yaşımızdan asılı olmayaraq həyacanla yaşadığımız bir gün. Hər bir uşağın tərbiyələndirilməsi ailədən başlasa da, vətəndaş kimi formalaşması məhz məktəbdə baş verir. Məktəbdə keçdiyimiz dövr həyat yolumuz, mənəvi dəyərlər, əqidə və məqsədlərimizə bilavasitə təsir edir. Valideynlərimiz üçün dəyərli övlad, cəmiyyətimiz və dövlətimiz üçün layiqli vətəndaş olmaq şərəf və qürurverici hisdir.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi təhsil və bilik uğrunda ilk addımını atan balaca balaları təbrik edir, təhsildə uğurlar arzulayır. İnanırıq ki, XXI əsrdə üzərinizə düşən vəzifələri yerinə yetirməklə müstəqil Azərbaycanın xoşbəxt gələcəyini məhz siz təmin edə biləcəksiniz.

15-Sentyabr-Ilham-AliyevPrezident İlham Əliyev sentyabrın 15-də - Bilik günündə Bakının Sabunçu rayonunda yerləşən 311 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində iştirak edib. APA-nın xəbərinə görə, dövlət başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Azərbaycan Prezidentinə məlumat verib. Qeyd edilib ki, 960 şagird yerlik üçmərtəbəli məktəbdə tədris iki növbədə aparılacaq.

Məktəbdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev təhsil ocağının müəllim və şagirdləri ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

Cümə axşamı, 15 Sentyabr 2016 13:37

Bu gün Azərbaycanda “Bilik günü”dür

bilik gunu2016.09.15Bu gün Azərbaycanda “Bilik günü” qeyd olunur. APA-nın xəbərinə görə, bu tədris ilində ölkə üzrə 164 033 nəfər şagird I sinfə gedəcək. 4472 ümumi təhsil müəssisəsində təhsil alacaq şagirdlərin ümumi sayı isə 1 415  242 nəfər təşkil edəcək. Yeni dərs ilində Bakı şəhəri üzrə 43 397 şagird I sinfə gedəcək, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə yeni tədris ilində 354 573 nəfər şagird təhsil alacaq.

Yeni tədris ilindən ölkə üzrə 29 yeni məktəb istifadəyə veriləcək (o cümlədən, Təhsil Nazirliyinin sifarişi ilə 7 məktəb). 17 məktəbdə əsaslı, 384 məktəbdə cari təmir işləri aparılıb. 10 təhsil müəssisəsinin tikintisi isə davam edir. Yeni tədris ilində Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi ilə 2 internat məktəbi əsaslı təmir olunaraq istifadəyə veriləcək.

Prezident 58 və 261Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Xətai rayonundakı 58 nömrəli tam orta məktəbin binasında əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısına məlumat verildi ki, məktəbdə yeni dərs ilində şagirdlərin tədris, təlim və tərbiyə işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün hər cür şərait yaradılıb.

Tədris ocağında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilin inkişaf etdirilməsi ilə bağlı gördükləri işləri əks etdirən fotostend qurulub. Bu il məktəb üçün 20 əlavə sinif otağı, 1 informatika və 3 fənn laboratoriyası inşa olunub. 576 şagird yerlik yeni sinif otaqlarında təlim-tərbiyə, tədris prosesinin yüksək səviyyədə həyata keçirilməsi üçün bütün şərait yaradılıb.

34 -dən səhifə 107