Uşaq İnternet Portalının yaradılması
2011-ci ilin yanvar ayından “ELS” Müstəqil Araşdırmalar Mərkəzi ictimai əsaslarla “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsinə start vermişdir. Layihənin məqsədi gənc nəslin mükəmməl və hərtərəfli inkişafına, yüksək mənəvi və mədəni dəyərlərə malik şəxsiyyət və cəmiyyətimizin layiqli üzvü kimi formalaşmasında dəstək olmaqdır. Layihə çərçivəsində monitorinqlərin, rəy sorğularının, Dəyirmi Masaların keçirilməsi nəzərdə tutulmuşdur.
İlk araşdırmaların nəticələri 2011-ci il 11 fevral tarixində «Caspian Plaza» Biznes mərkəzinin konfrans zalında keçirilmiş “Gənc nəclin formalaşmasında incəsənətin rolu: problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masada ölkə ictimaiyyətinə təqdim edilmişdir. Müzakirələrdən sonra təkliflər paketi ölkə Prezidentinə təqdim olunmuşdur.
İşçi qrupun incəsənət bölməsinin ilk iclası keçirilmişdir
"ELS" Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Uşaq İnternet Portalının yaradılması” mövzusunda layihənin həyata keçirilməsinə başlamışdır (4/5/69/42 saylı müqavilə). Layihənin həyata keçirilməsi cari ilin 15 sentyabr – 15 dekabr ərzində nəzərdə tutulmuşdur. Layihənin məqsədi Azərbaycanda uşaq və yeniyetmələrin mədəni inkişafı üçün yaradılmış imkanları müasir elektron texnologiyalar vasitəsi ilə dünya ictimaiyyətinə təqdim etməkdir.