Azərbaycanda “səssizlik günü” başlayıb
Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat üçün ayrılmış müddət başa çatıb. Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat martın 19-u başlayıb, bu gün - aprelin 10-u saat 08.00-da dayandırılıb.
DİM sədri: “Monitorinq imtahanlarında riyaziyyat üzrə müsbət dinamika müşahidə olunmur”
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının bu gün keçirilən iclasında monitorinq imtahanları ilə bağlı müzakirə aparılıb. APA-nın xəbərinə görə, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan dili, rus dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq imtahanlarının nəticələrinə dair qısa statistik təhlil təqdim edib.
Aprelin 1-də keçirilmiş sınaq imtahanının nəticələri açıqlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 1-də keçirilmiş sınaq imtahanının nəticələrini elan edib. DİM-dən APA-ya verilən məlumata görə, hər bir abituriyent Mərkəzin internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.
Ali təhsil və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlayıb
Dövlət İmtahan Mərkəzi 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edib. DİM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu martın 29-dan aprelin 30-dək internet vasitəsilə aşağıdakı qaydada aparılır:
Azərbaycanlı şagird Reyhan Camalovanın adı "Forbes"in siyahısına düşüb
Azərbaycanlı şagirdin adı ilk dəfə “Forbes” jurnalının “30 yaşdan aşağı 30 nəfər” siyahısına daxil edilib. APA-nın məlumatına görə, dünyada 30 yaşınadək nailiyyət qazanmış insanların adlarının yer aldığı siyahıda yağış suyundan enerji istehsal edən Reynerci (Rainergy) qurğusunu yaradıcısı 15 yaşlı Reyhan Camalova da var.
ELS layihəsini uğurla davam etdirir
Bu dəfə “İlk peşə təhsili və müasir cəmiyyət: problemlər və perspektivlər” mövzusu ictimaiyyətin müzakirəsinə çıxarıldı
İyunun 23-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin təbliğində vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi” layihəsi çərçivəsində “İlk peşə təhsili və müasir cəmiyyət: problemlər və perspektivlər” mövzusunda Beynəlxalq Mətbuat Mərkəzində dəyirmi masa təşkil etmişdir.