Yeni Dövlət Peşə Təhsil Mərkəzləri yaradıldı
Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişikliklər edilib.Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara görə, Abşeron Binə Peşə Liseyi Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə birləşdirilib.
“Dədə Qorqud irsi” YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib
“Dədə Qorqud irsi” YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib. Məlumatı Azərbaycanın Mədəniyyət və Xarici İşlər nazirliklərinə istinadən Trend İA yayıb.
Noyabrın 28-də Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilmiş qərarla Azərbaycanın Türkiyə və Qazaxıstanla birgə təqdim etdiyi “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsi kimi YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Azərbaycanda vaxtından əvvəl doğuşların sayı 10 faiz təşkil edir
Dünya Səhiyyə Təşkilatının hesabatına görə, hər il dünyada 15 milyon vaxtından əvvəl doğuş qeydə alınır. Bu körpələrin təxminən bir milyona yaxını (7 faiz) tələf olur. 184 ölkədə vaxtından əvvəl doğuşların sayı 5-18 faiz arasında dəyişir. Azərbaycanda isə bu göstərici 10 faiz təşkil edir.
İbtidai sinif müəllimləri üçün ixtisasartırma təlimləri başlayıb
Ümumi təhsil müəssisələrinin ibtidai sinif müəllimləri üçün ixtisasartırma təlimlərinin növbəti mərhələsinə start verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, “Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası” adlı təlimlərin təşkil olunmasının əsas məqsədi ibtidai sinif şagirdlərində oxu vərdişlərini formalaşdırmaq, oxuyub-anlama və yazılı mətnlər üzərində işləmə bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
Noyabrın 14-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə başlanılıb. AZƏRTAC xəbər verir ki, artıq beşinci ildir Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur.
Məktəblərdə payız tətili başlayır
Noyabrın 16-dan ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə payız tətili başlayır. Payız tətili 16-20 noyabr tarixlərini əhatə edir.Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, tədris ilinin 5 günlük növbəti - qış tətili isə 27-31 yanvar 2019-cu il tarixlərində olacaq.