Prezident İlham Əliyev Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib
APA-nın məlumatına görə, dövlət başçısının təbrikində deyilir: “Hörmətli həmvətənlər! Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti və işlərinizdə uğurlar arzulayıram. Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edən bir bayramdır.
Bu əziz gündə müsəlmanlar Allah və din yolunda, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını, mənəvi dəyərlərə bağlılıqlarını nümayiş etdirir, Uca Tanrıya yaxınlığın fərəhini yaşayırlar.
Təhsil Nazirliyi məktəbli formaları ilə bağlı əhaliyə müraciət edib
Təhsil Nazirliyi məktəbli formaları ilə bağlı əhaliyə müraciət edib. APA-nın xəbərinə görə, müraciətdə bildirilib ki, məktəbli formasının satışı və alışı ilə bağlı məcbur etmə tədbirləri ola bilməz.
“Heç bir məktəb, yerli təhsil idarəetmə qurumları məktəbli formalarının müəyyən olunmuş ticarət şəbəkələrindən alınması ilə bağlı şərt qoya bilməz. Ona görə də valideynlər istədikləri yerdən, istədikləri ticarət şəbəkəsindən məktəbli formasını almaqda sərbəstdirlər”, - deyə müraciətdə qeyd olunub.
Prezident İlham Əliyev Bakıdakı 247 nömrəli məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Bakının Nəsimi rayonundakı şəhid Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə bağlı dövlətimizin başçısına məlumat verdi. Yeni dərs ilində şagirdlərə tədris, təlim və tərbiyə işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün məktəbdə yüksək şərait yaradılıb.
Bakıdakı bir sıra orta məktəblərin binaları əsaslı təmirdən sonra istifadəyə verilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-i və 6-da Bakının Nizami rayonundakı 229 və 109, Xətai rayonundakı 245 və 265 nömrəli tam orta məktəblərinin əsaslı təmir işlərindən sonra açılışında iştirak edib. Məktəb binalarında əsaslı təmir işləri dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən həyata keçirilib.
Bir çox nəsillərin Kumiri
Filosoflardan biri deyib ki, “Böyük işlər görmək üçün dahi ya da insanlardan üstün olmaq lazım deyil, onlarla olmaq kifayətdir”. Tək bu kəlmə ilə Yer kürəsindəki missiyası doğulduğunda təbiətlə ona verilmiş Oqtay Zülfüqarovu tam xarakterizə etmək olar. Uşaqlara bu sayda musiqi və mahnı bəxş etmək üçün onların yanında olmaq, hiss etmək, ən başlıcası isə sevmək lazımdır. Oqtay müəllimin uşaqlara olan qayğı və məhəbbəti qarşılıqlı idi, onlar da bəstəkarı sevir, onun əbədi yaşayacağını düşünürdülər. O, əbədiyyata qovuşdu, əbədi isə bir çox nəsillərin sevə-sevə dinlədiyi əsərlər olacaq. Hər birimiz “Biz onun mahnıları ilə böyümüşük”, – deyə bilərik və haqsız da sayılmarıq. Bu gün onun haqqında keçmiş zamanda danışmaq çox çətindir. Sözsüz ki, bu, milli musiqi mədəniyyətimiz üçün əvəzolunmaz itkidir. Oqtay müəllimin tələbə və pərəstişkarları onu gözəl müəllim, parlaq musiqiçi, bütünlükdə və təmənnasız olaraq özünü sənətə vermiş bir şəxsiyyət kimi xatırlayacaqlar. O, adi mahnılar deyil, uşaqlar üçün mahnı yazırdı. Uşaq musiqi dünyası xəyallarla doludur ki, bu da onu təkrarolunmaz edir. Bu həm mahnı, həm simfoniya, həm də opera və balet əsərləridir. Uşaqlar üçün mahnı bəstələyərkən musiqiçi çalışırdı ki, onun məzmunu maraqlı və başa düşülən olsun. Müxtəlif yaş kateqoriyasından olan uşaqların maraqlarını yaxşı bilən O.Zülfüqarov məktəb yaşına çatmamış uşaq üçün ayrı, məktəbli üçün tam başqa bir mahnı bəstələyirdi…
ELS yeni layihəyə start verib
"ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi sentyabrın 1-dən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi” layihəsinə start verib. Layihəyə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkəti qoşulublar.
Dekabrın 1-dək davam edəcək layihə cəmiyyətimizin özəyini təşkil edən ailələrin müasir dövrdə rastlaşdığı çətinliklərin araşdırılması, milli-mənəvi dəyərlərin qorunması istiqamətində ictimai müzakirələrin keçirilməsini nəzərdə tutub.