Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə, 25 Noyabr 2016 14:19

“ELS”Müstəqil Araşdırmalar Mərkəzi ilin layihəsinə yekun vurdu

25.11.2016Noyabrın 25-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya, texniki və təşkilatçılıq dəstəyilə həyata keçirdiyi “Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi” layihəsinin Beynəlxalq Mətbuat Mərkəzində yekun təqdimatını keçirdi.

 

 

FOTOQALEREYA

Təqdimatda “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova lahiyə dair görülən işlər, o cümlədən sentyabr ayında Azərbaycanın 21 ali təhsil müəssisəsinin 1050 tələbəsi arasında aparılmış sosioloji araşdırma, İctimai Televiziyanın “Addım-addım” (5 buraxılış) və “Açıq dərs” (1 buraxılış) verilişlərində ekspertlərin iştirakı ilə ümumilikdə 6 mövzu ətrafında müzakirələr və s. haqqında məlumat verdi. Bildirdi ki, 3 ay davam edən layihə zamanı cəmiyyəti narahat edən problemlər və onların həlli yolları araşdırılıb, ekspertlər tamaşaçılarla canlı ünsiyyət zamanı fikir və təklifləri ilə bölüşüblər.

“Açıq dərs” verilişində müzakirə olunan “İxtisas seçiminə ailənin təsiri və rolu” mövzusunun cəmiyyətdə rezonansa səbəb olduğunu deyən İ.Yaqubova bu məsələnin gündəmdə saxlanmasının zəruri olduğunu vurğuladı.

Sonra mövzu ətrafında ictimai müzakirələr başladı. İctimai Televiziyanın rəsmisi Zaur Mahmudov İTV-nın bu cür layihələri dəstəklədiyini vurğuladı, “Açıq dərs” verilişinin aparıcısı Orxan Cabbarov isə peşə seçimi məsələsinə toxundu: “Peşə məktəblərini inkişaf etdirmək istəyiriksə, bu istiqamətdə konkret addımlar atmalıyıq. Çox təəssüflər olsun ki, regionlarda yaddan çıxan peşə məktəbləri var. Əgər biz bu problemi kökündən həll etmək istəyiriksə, peşə təhsili ilə bağlı islahatları kompleks şəkildə aparmalıyıq”. Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Təhsil nazirliyi, Ombudsman Aparatı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinın rəsmiləri də məsələnin aktuallığını nəzərə alaraq, bu istiqamətdə köklü islahatların aparılmasının qaçılmaz olduğunu dilə gətirdilər. Tədbir maraqlı fikir və təkliflərlə davam etdi. Peşə ixtisas müəssisələrinin rəhbərləri mövcud problemlər, o cümlədən işəgötürənlərlərlə peşə məktəbləri arasında əlaqənin zəif olması və s. eyni zamanda son illərdə müşahidə olunan müsbət dəyişikliklərdən danışdılar.

Tədbirdə aidiyyatı dövlət qurumları, qeyri-hökümət təşkilatları, orta peşə ixtisas müəssisələri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdi.  

Oxunub 3990 dəfə