“Narkomaniyaya “ Yox!” deyək!”
Yanvarın 24-də 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində Bakı şəhər Baş Polis İdarəsi nəzdindəki İçtimai Təhlükəsizlik İdarəsi, Nəsimi rayon polis idarəsi, Bakı Baş Təhsil İdarəsinin məsul şəxsləri, Anonim narkoloji müalicə -məsləhət kabineti, İçtimai Səhiyyə İslahatlar Mərkəzinin həkimləri, Bakı şəhər məktəblərinin şagirdləri, qeyri-hökümət təşkilatları, mətbuat nümayəndələri və digər qonaqların iştirakı ilə “Narkomaniyaya “ Yox!” deyək!” mövzusunda tədbir keçirilmişdir.
Tədbirin keçirilməsində əsas məqsəd gəncləri narkomaniya haqqında maarifləndirmək, o cümlədən insanlara verdiyi böyük zərəri, sağlamlığa vurduğu fəsadları aşılamaq, dünyanı bürüyən bu bəlaya qarşı mübarizə yollarını axtarıb tapmaq idi.
46 №- li MTİM- də fəaliyyət göstərən “QANAD” məktəbli teatrının yeniyetmə aktyorları hazırladıqları “ AĞRI” və “ÇARƏ” adlı iki mini-tamaşanı tamaşaçılara təqdim etdilər . Tədbirin sonunda Nəsimi rayonu 164 №-li tam orta məktəbin “PÖHRƏ “ məktəbli teatrının şagirdləri səhnəyə çıxdılar və hamı ilə birgə “ Narkomaniyaya “Yox! deyək! “ şüarına səsləndirdilər. Tədbir məktəblilərin birgə ifa etdiyi “Gənclər marşı” ilə sona çatdı .