Bu gündən məktəbəhazırlıq qruplarda məşğələlər başlayıb
Oktyabrın 1-də dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib. TəhsilNazirliyindənTrend-ə verilənməlumatagörə, məktəbəhazırlıqqruplarınınyaradılmasındaməqsəd 5 yaşlı uşaqlarınməktəbtəliminə hazırlığı ilə əlaqədarpsixolojidayanıqlığını artırmaq, ünsiyyətvə birgə fəaliyyətbacarıqlarınayiyələnməsinitəminetmək, onları əhatə olunduqları aləmə və təhsilmühitinə uyğunlaşdırmaqdır.
“Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib
Sentyabrın 29-da IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib. Birlikdən Trend-ə verilən məlumata görə, uşaqların ətraf mühit və canlı aləm barədə biliklərinin artırılması məqsədini daşıyan laboratoriyanın sentyabr təlimi ağaclar və fəsillər mövzusuna həsr olunub.
Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş parad
“Gün gələcək Azərbaycanın dövlət bayrağı hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır”. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Bakı şəhərinin daşnak-bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında bildirib.
“Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir”. Bunu isə Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan çıxışında vurğulayıb.
Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür.
Trend-in məlumatına görə, 2018-2019-cu tədris ilində 165 780 şagird 1-ci sinfə gedəcək. Ümumtəhsil müəssisələrində ümumilikdə 1 592 317 şagirdin təhsil alacağı nəzərdə tutulur. Bu il respublika ərazisində 137 modul tipli təhsil müəssisəsi istifadəyə veriləcək. Ümumilikdə Bakı şəhəri və ölkənin 54 rayonu olmaqla 193 obyektdə müvafiq işlər aparılıb.
Yeni dərs ilinə 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib. Şagirdlər dərslikləri sentyabr ayının 3-dən etibarən təhsil aldıqları məktəbdən əldə etməyə başlayıblar.
“Oqtay müəllimin ruhu mahnılarında yaşayır”
Bu gün bəstəkar Oqtay Zülfüqarovun anım günüdür
“Həyatda nə işlə məşğul olmağınızdan asılı olmayaraq bunu ürəkdən edin”. Qədim Çin mütəfəkkiri və filosofu Konfutsinin bu düşüncəsinə parlaq misal böyük şəxsiyyət, dahi bəstəkar, uşaq musiqi dünyasını rəngarəng və ecaskar əsərləri ilə zənginləşdirən Oqtay müəllim Zülfüqarovun həyat və yaradıcılığıdır. 500-dən artıq uşaq mahnılarının müəllifi ömrünün 60 ilindən çoxunu milli musiqimizi təbliğ edir, gənc nəslin mədəni-mənəvi inkişafı üçün çalışmışdır. Ruhu olmayan insan nə böyük şəxsiyyət, nə də böyük sənətçi ola bilər. Oqtay müəllimin ruhu onun mahnılarıda yaşayır.
Bu gün Mehriban Əliyevanın ad günüdür
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ad günüdür. O, həm Azərbaycanda, həm də ölkədən kənarda böyük nüfuza malikdir.
Mehriban Əliyevanın çoxşahəli fəaliyyətinə irimiqyaslı sosial layihələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan reallıqlarının dünyada təbliği, Azərbaycan mədəniyyətinin inkişafı üzrə tədbirlər, ölkə daxilində və xaricində çoxsaylı humanitar aksiyalar və bir çox digər məsələlər daxildir.