admin2
Abdulla Şaiq ocağı
Görkəmli maarif və mədəniyyət xadiminin Mənzil Muzeyi ədibin adını yaşadır
Muzeylər tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif hadisələrini əks etdirən eksponatları qoruyan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinədir desək, yanılmarıq. Bu baxımdan Azərbaycanda mədəni irsin qorunmasında milli muzeylərin fəaliyyətinin genişləndirilməsi, informasiya texnologilarının geniş şəkildə tətbiqi və istifadəsinin rolu böyük və danılmazdır.
Bəlkə də çoxları bilmir ki, Abdulla Şaiq küçəsi, 21 ünvanında milli ədəbiyyatımıza zəngin bədii irs bəxş edən böyük Azərbaycan klassiki, görkəmli maarif və mədəniyyət xadimi Abdulla Şaiq Talıbzadənin (1881-1959) Mənzil Muzeyi fəaliyyət göstərir. Muzeyin girəcəyində heykəltəraş Natiq Əliyevin yaratdığı Abdulla Şaiqin büstü qoyulmuşdur.
“Eurovision-2012”-nin iştirakçısı olan dövlətlərdə əlil uşaqlar arasında “Mən Azərbaycanı kəşf edirəm” mövzusunda inşa müsabiqəsi keçirilib
“Eurovision-2012” mahnı müsabiqəsininTəşkilat Komitəsində rəsmi tərəfdaş olan Heydər Əliyev Fondu sonhazırlıq mərhələsində bütün proseslərdə aktiv iştirak etməklə yanaşı, layihə çərçivəsində daha bir humanistaksiya gerçəkləşdirir.
Fonddan APA-ya verilən məlumata görə, iştirakçı dövlətlərdə “Mən Azərbaycanı kəşf edirəm” mövzusunda inşa müsabiqəsi elan edilib. Azərbaycanı tanımaq, tarixi və zəngin mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı yaradan müsabiqənin yalnız fiziki qüsurlu uşaq və yeniyetmələr arasında keçirilməsi Heydər Əliyev Fondunun önəm verdiyi humanizm prinsiplərindən irəli gəlib.
Buzovnada uşaq evinin yay istirahət düşərgəsinin açılışı olub
Mayın 9-da Xətai rayonundakı 3 saylı uşaq evinin Xəzər rayonunun Buzovna qəsəbəsindəki yay istirahət düşərgəsinin açılışı olub. APA-nın xəbərinə görə, düşərgənin əsaslı təmirdən sonrakı açılışı mərasimində birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da iştirak edib.
M. Əliyeva Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2010-cu ildən yenidən qurilmasına başlanılmış düşərgədə yaradılmış şəraitlə tanış olub. Dördmərtəbəli, 120 yerlik düşərgədə uşaqlar üçün istirahət, əyləncə, müxtəlif tədbirlərin keçirilməsi üçün zallar, kompüter otağı, kitabxana, futbol meydançası yaradılıb.
Heydər Əliyev: “Azərbaycanda uşaqlara dövlət qayğısı sosial siyasətin prioritet istiqamətlərindəndir”
Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümüdür
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra o, 1939-41-ci illərdə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. O, əvvəlcə Naxçıvan Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan Xalq Komissarları Sovetində şöbə müdiri, sonra isə dövlət təhlükəsizliyi orqanlarında general rütbəsinədək yüksəlib. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi, Mərkəzi Komitənin büro üzvü seçilib.
Şuşa şəhərinin işğalından 20 il ötür
Düz 20 il əvvəl qədim, zəngin tarixə və mədəniyyətə malik Şuşa şəhərinin Rusiyanın 366-cı alayının 40 zirehli texnikasının dəstəyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb.
Şəhərin işğalı əməliyyatını keçmiş sovet polkovniki, əvvəllər Dağlıq Qarabağda erməni qüvvələrinə komandanlıq edən Arkadi Ter-Tadevosyan hazırlayıb. 11 min erməni əsgərinə çox az sayda azərbaycanlı döyüşçü müqavimət göstərsə də şəhərin işğalı ermənilərə o qədər də asan başa gəlməyib. 10 saatdan artıq davam edən döyüşlərdə 1860 azərbaycanlı yaralanıb, 480-i həlak olub, 25 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə isə bu günə qədər də heç bir məlumat yoxdur.
Bununla da ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar.
Xocalı məktəbliləri üçün məktəb binası inşa edilib
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin öz yurd-yuvasından didərgin düşmüş Sabunçu rayonunun Qızılqum qəsəbəsində məskunlaşmış xocalılar üçün yeni məktəb binasını inşa edib. Qısa müddət ərzində ümumi sahəsi 225 m2 olan 8 sinif otağı, bir kitabxana və müəllimlər otağı tikilərək başa çatdırılıb. Bununla yanaşı, ərazidəki köhnə məktəb binasında da təmir işləri aparılıb, ümumi sahəsi 2400 m2-ə yaxın olan məktəbyanı sahədə yaşıllaşdırma və abadlıq işləri görülüb. Yeni məktəb binasını tamamladıqdan sonra korporasiya sinif otaqlarının masa, yazı taxtası və s. məktəb avadanlıqları ilə təmin olunmasını da həyata keçirib. Ümumilikdə məktəbin tikintisinə 100 min manata yaxın vəsait sərf olunub.
Bunu etmək olmaz! (valideynlər üçün yaddaş kitabçası)
Bunu etmək olmaz! (valideynlər üçün yaddaş kitabçası)
Uşağı təhqir etmək, ona müxtəlif ləqəblər qoymaq, istehza etmək, buraxdığı səhvlər və uğursuzluqlara diqqəti cəlb etməyin;
Sərt cəza vermək, qaygı və məhəbbətdən məhrum etməklə hədələməyin;
Həddən artıq öyüd-nəsihət verməyin, çünki 7 yaşadək uşaqlar ən çoxu 8 sözdən ibarət cümləni belə çətinliklə başa düşür, qısa göstərişlər daha tez başa düşüləndir;
Uşaq bu günlə yaşayır, vəd isə gələcək deməkdir və onu yerinə yetirmək bəzən mümkünsüz olur. Odur ki, həddən artıq vədlər verməyin;
“Eurovision-2012 paytaxtının uşaqları” adlı konsert keçirilib
Mayın 4-də Gənclər üçünTəhsilMərkəzi “Worldvision İnternational” təşkilatınındəstəyiilə “Eurovision-2012” mahnı müsabiqəsinə ictimaidəstəkməqsədilə “Eurovision-2012 paytaxtınınuşaqları” adlı konserttəşkiledib. APA-nın məlumatına görə, məktəblilərin iştirakı ilə keçirilən tədbirdə Gənclər üçün Təhsil Mərkəzinin təsisçisi Vüsal Quliyev tədbirin mahiyyəti barədə danışıb, bildirib ki, uşaqdan böyüyə hər bir kəs dövlətə dəstək verməyə hazır olmalıdır: “Bu müsabiqənin Azərbaycan dövləti, onun vətəndaşları üçün böyük əhəmiyyəti var. Odur ki, hamımız bu müsabiqənin yüksək səviyyədə keçməsinə, habelə Azərbaycanın dünyada tanınmasına xidmət etməsinə öz töhfəmizi verməliyik”.
“Yaşıl İçki” Azərbaycanda ənənə halını alıb
“GMO-lar insan sağlamlığından başqa, ətraf mühitə də böyük ziyan vura bilər”
Son zamanlar kütləvi informasiya vasitələrində tez-tez “Genetik cəhətdən Modifikasiya Olunmuş Orqanizmlər-GMO” ifadəsinə rast gəlirik. GMO nədir? Hansı qidaların tərkibində olur? Nə dərəcədə təhlükəlidir və bu məsələ Azərbaycan qanunvericiliyndə öz əksini tapibmı? Bu və digər sualların ətrafında müzakirələr mayın 2-də Azərbaycan Ornitoloji Cəmiyyətin təşkil etdiyi “Yaşıl içki” (Green Drinks) görüşündə aparıldı. Tədbirə “GMO” sahəsinin mütəxəssis və ekspertləri, gənclər qatılmışdır.
“Bank of Baku” uşaqlar üçün rəsm müsabiqəsi elan edib
Azərbaycanın “Bank of Baku” ASC uşaqların yaradıcılıq potensialını həvəsləndirmək məqsədilə http://www.facebook.com/bankofbaku korporativ sosial şəbəkəsində rəsm müsabiqəsinə start verir. Bankdan “APA_Economics”ə verilən məlumata görə, “Mənin bankım” adlı rəsm müsabiqəsinə 8-12 yaş arası uşaqlar iştirak etməyə dəvət olunur.
Rəsmdə uşaqlar “Bank of Baku”nu necə təsəvvür etdiklərini əks etdirməlidirlər. Rəsmlərdə bankın inzibati binası, işçiləri, müştərilər, habelə bankomat və ya ödəniş terminalları ilə həyata keçirilən müxtəlif maliyyə əməliyyatları təsvir edilə bilər. Valideynlər övladlarına bankın nə kimi maliyyə təsisatı olduğunu ətraflı izah etməkdə sərbəstdir. Aparılacaq səsvermə nəticəsində ən çox “Like” toplamış 10 rəsm əsərindən bankın münsiflər heyəti 3 qalibi müəyyən edəcək. 1-ci yerin qalibi 500 manat, ikinci yerin qalibi 300 manat, üçüncü yerin qalibi isə 200 manat qazanacaq. Bu qaliblərdən başqa, göndərilmiş rəsmlər arasından bankın münsiflər heyətinin simpatiyasını qazanmış bir rəsm müəllifi 600 manat əldə edəcək.