admin2
Bi muvi: Bal sui-qəsdi / Би муви: Медовый заговор / Bee Movie (2007) - az
Qaynana / Свекровь / Mother in Law (1978) - az
Janr: Musiqili Komediya.
Ölkə: Azərbaycan.
Kinostudiya: Azərbaycanfilm.
Rejissor: Hüseyn Seyidzadə.
Ssenari: Əjdər İbrahimov, Marqarita Maleyeva.
Operator: Fikrət Əsgərov.
Rəssam: Nadir Zeynalov.
Bəstəkar: Tofiq Quliyev.
Rollarda: Nəsibə Zeynalova (Cənnət), İnarə Quliyeva (Afət - Zərifə), İlham Əhmədov (İlqar), Tənilə Əhmərova (Sevda), Fuad Poladov (Ayaz), Səfurə İbrahimova (Sədaqət), Tələt Rəhmanov (Əli).
Filmin məzmunu. Ailə konflikti üzərində qurulmuş məişət mövzulu musiqili komediya.
M.Şamxalovun eyniadlı pyesinin motivləri əsasında.
İçərişəhərdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçiriləcək
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə İçəri Şəhərdə bir sıra tədbirlər təşkil olunacaq. İdarədən APA-ya verilən məlumata görə, bu gün 16:00-da “Arxeoloji Park”da "DA-ART" uşaq təsviri incəsənət mərkəzinin tələbələrinin müəllifləri olduqları foto, rəsm və digər əl işlərindən ibarət “Tarix uşaqlarımızın gözü ilə” adlı sərgi təşkil ediləcək. Sərgi zamanı uşaqlar müxtəlif tətbiqi-sənət nümunələrini əyani şəkildə hazırlayacaq və arzu edən şəxslərə qısa “master klass”lar keçəcəklər. Tədbir Müslüm Maqomayev adına 26 saylı uşaq musiqi məktəbinin şagirdlərinin və 160 saylı klassik gimnaziyanın özfəaliyyət kollektivlərinin musiqili çıxışı ilə müşayiət olunacaq.
Bu gün Azərbaycanın orta ümümtəhsil məktəblərində son zəng çalındı
Son zəng orta təhsili başa vuran məzunların ənənəvi bayramıdır. Son zəng dərs və tənəffüs, yoxlama işləri və ev tapşırıqlarından ibarət 11 illik yolun sonu və yeni həyatın başlanması deməkdir. Bu təkçə məzunların yox, eyni zamanda müəllim və valideynlərin də həyacan və sevinc dolu günüdür. Cünki həmin anlara bir daha qayıtmaq mümkün olmayacaq və illər sonra məktəbdə yaşadığımız hər an kövrək xatirələrlə yada düşəcək, bəstəkar Aygün Səmədzadənin dillər əzbəri olmuş və ən çox məhz bu gün səslənən “Məktəb illəri” mahnısında deyildiyi kimi:
Məktəb illəri, ömrümün ən şirin,
Duyğulu, qayğısız günləri......
Azərbaycan 57-ci «Eurovision» mahnı müsabiqəsində dördüncü olub
Marneulidə iki kiçik yaşlı azərbaycanlı musiqiçi festival-müsabiqənin qalibi olub
Mayın 25-də Azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində gənc musiqiçilərin ikinci regional festival-müsabiqəsi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, festival-müsabiqə Kvemo-Kartli bölgə qubernatorluğunun təşkilatçılığı və Marneuli Rayon İcra Hakimiyyətinin maliyyə dəstəyi ilə baş tutub. Tədbirdə 100-ə qədər gənc musiqiçi iştirak edib. Milli azlıqların iştirak etdiyi tədbirdə bölgədə fəaliyyət göstərən musiqi məktəblərin şagirdləri müxtəlif musiqi nömrələri nümayiş etdiriblər. Tədbirdə Gürcüstanın məşhur musiqi xadimlərindən ibarət münsiflər heyəti, Tiflis Konservatoriyasının professorları, məşhur gürcü pianoçusu Nunu Çelidze gənc musiqiçilərin nümayiş etdirdiyi nömrələri diqqətlə müşayiət ediblər.
AzMİU kimsəsiz uşaqlar üçün xeyriyyə aksiyası keçirib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsi tələbələrinin təşəbbüsü ilə «Kimsəsiz uşaqlara dayaq olaq!» devizi altında xeyriyyə aksiyası keçirilib. AzMİU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, üç gündür, davam edən aksiya müddətində, memarlıq və Universitetin digər fakültələrinin tələbələri, əməkdaşları tərəfindən çoxlu sayda, oyuncaq, kitab, geyim toplanıb.
Azərbaycan 57-ci «Eurovision» mahnı müsabiqəsində dördüncü olub
Müsabiqənin qalibi İsveç təmsilçisi Lorin olub
Mayın 26-da Azərbaycanda möhtəşəm «Eurovision 2012» mahnı müsabiqəsinin final şousu keçirilib. APA-nın məlumatına görə, İsveç 372 səslə müsabiqənin qalibi olub. Müsabiqəyə ev sahibliyi edən Azərbaycan müsabiqənin dördüncüsü olub. Müsabiqənin ilk beşliyində - İsveç, Rusiya, Serbiya, Azərbaycan və Albaniya yer alıb.
Azərbaycana Albaniyadan 4, Ukraynadan 12, Belarus 7, Malta 12, San Marino 4, Böyük Britaniya 2, Türkiyə 12, Yunanıstan 5, Bosniya və Herseqovina 7, Moldova 10, Bolqarıstan 10, Kipr 8, Slovakiya 6, Makedoniya 2, Litva 12, Gürcüstan 10, Serbiya 3, Rusiya 10, İsrail 8, İrlandiyadan 1 xal verilib.