Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Пятница, 11 Май 2012 14:39

Abdulla Şaiq ocağı

Abdulla ShaiqGörkəmli maarif və mədəniyyət xadiminin Mənzil Muzeyi ədibin adını yaşadır 

Muzeylər tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif hadisələrini əks etdirən eksponatları qoruyan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinədir desək, yanılmarıq.  Bu baxımdan Azərbaycanda mədəni irsin qorunmasında milli muzeylərin fəaliyyətinin genişləndirilməsi,  informasiya texnologilarının geniş şəkildə tətbiqi və istifadəsinin rolu böyük və danılmazdır.

Bəlkə də çoxları bilmir ki, Abdulla Şaiq küçəsi, 21 ünvanında milli ədəbiyyatımıza zəngin bədii irs bəxş edən böyük Azərbaycan klassiki, görkəmli maarif və mədəniyyət xadimi Abdulla Şaiq Talıbzadənin (1881-1959) Mənzil Muzeyi fəaliyyət göstərir. Muzeyin girəcəyində heykəltəraş Natiq Əliyevin yaratdığı Abdulla Şaiqin büstü qoyulmuşdur. 

FOTOQALEREYA

Bir əsrdən artıqdır ki, Azərbaycan oxucuları, məktəbli və gənclər milli uşaq dramaturgiyasının banisi sayılan  A.Şaiqin müxtəlif janrları əhatə edən əsərlə­rindən bəhrələnir. Azərbaycanda ilk dərslikləri yazan, dünya ədəbiyyatı nümunələrini Azərbaycan dilinə çevirən ədib uzun illər göstərdiyi pedaqoji fəaliyyəti ilə milli təhsilin, tədrisın yeni mərhələyə yüksəlməsində böyük xidmətlər göstərmişdir.

Abdulla Şaiqin həyat və yaradıcılığından bəhs edən muzey 22 il əvvəl yaradılmış, lakin müəyyən səbəblər üzündən ekspozisiyanın açılışı ləngimişdir. 2001-ci ilin yanvar ayında ədibin 120 illik yubileyi ərəfəsində Heydər Əliyevin müvafiq sərəncamından sonra muzeyin ekspozisiyası qapılarını Şaiqsevərlərin üzünə açır və gənc nəsl onun  sənət dünyası, ömür boyu göstərdiyi pedaqoji və geniş ictimai fəaliyyəti ilə yaxından tanış olur.

 

Yeri gəlmişkən, hər zaman elmə, mədəniyyətə, ədəbiyyata xüsusi diqqət və qayğı ilə yanaşan Heydər Əliyev iki dəfə, ədibin 100 və 120 illik yubileyləri ilə bağlı xüsusi sərəncamlar imzalamışdır. Ulu öndər Abdulla Şaiqin yaradıcılığını belə qiymətləndirmişdir: “Abdulla Şaiqin çoxşaxəli fəaliyyətinin böyük bir qismi Azərbaycanda maarifçiliyin müxtəlif sahələri ilə bağlı olmuşdur. Ali və orta təhsil məktəbləri üçün onlarla dərsliyin müəllifi olmuş Abdulla Şaiqin uzunmüddətli pedaqoji fəaliyyəti milli təhsilimizin yeni mərhələyə yüksəlişində mühüm rol oynamışdır”.

 

Qeyd edək ki, muzeydə 4000-dən artıq eksponat yer almışdır ki, onların arasında xatirə və məişət əşyaları, qədim kitablar, fotoşəkillər, əlyazmalar, incəsənət əsərləri, proqramlar, afişalar və s. vardır. Burada ədibin yaratdığı ilk məktəb dərslikləri, müntəxəbatlar, əsrin əvvəllərinə məxsus dövri mətbuat nümunələri və s. toplanıb. A.Şaiqin 120 illik yubileyi ilə əlaqədar nəşr edilmiş «Abdulla Şaiq 120» kitabı məhz muzeyin fondunda qorunan nadir kitab əsasında hazırlanaraq işıq üzü görmüşdür.

 

Muzeyin fondunda 100-dən artıq qiymətli əlyazması saxlanılır ki, bunların sırasına ədibin çap olunmayan ədəbi-tənqidi, elmi-pedaqoji əsərlərinin, repressiya dövründə yazdığı şeirlərinin əlyazmaları da daxildir.

 

Abdulla Şaiqin oğlu, mərhum akademik Kamal Talıbzadə üçün bu yer müqəddəs və doğma ocaq olmuşdur: “Mənim bütün həyatım bu muzeyin binası ilə bağlı olub. Mən bu mənzildə dünyaya gəlmişəm - bu mənzildə doğulmuşam, böyümüşəm. Abdulla Şaiq ocağının bütün sirlərinə, bu ocaqla bağlı bütün şəxsiyyətlərinə bağlanmışam...Bura çox müqəddəs, mənim üçün əziz və doğma olan bir ocaqdır. Azərbaycanın ədəbi-ictimai həyatı ilə bağlı zəngin, rəngarəng xatirələrlə dolu bir ocaqdır. Azərbaycan ədəbiyyat tarixində müstəsna yer tutan bir şəxsiyyətin - Abdulla Şaiqin ocağıdır”.

Прочитано 2508 раз