Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Пятница, 31 Август 2012 15:20

İşıqforun bilməyən torba

İradə Aytel

İşıqforun bilməyən torba

(Hekayə)

R
əşadın
atası sürücü idi. Rəşad da atası kimi sürücü olmaq istəyirdı. Ona görə də o, babasının aldığı şəkilli kitablardan yol hərəkəti qaydalarını öyrənməyə çalışırdı. Rəşad bilirdi ki, sərnişin maşın yolunu yeraltı və ya, yerüstü keçiddən keçməlidir. Bu keçidlər olmadıqda isə işıqforun qaydalarına əməl etmək lazımdır. 

Rəşad babasi ilə şəhərə çıxmağı çox sevirdi. Babası onu müxtəlif karusellərə, yelləncəklərə mindirir, şəkilli kitablar, şirniyyatlar alırdı.

Bu gün də o, babası ilə parka gedirdi. Onlar yolu keçmək üçün işqforun yanında dayandılar. Rəşad həvəslə babasına izah etməyə başladı:

- Baba, indi qırmızı işıq yanır, keçmək olmaz. Bax indi sarı yandı deməli hazır olmalıyıq ki, yaşıl işıq yananda yolu keçək. Elə bu an bayaqdan bəri səkinin üzəri ilə külək atına minib o yan-bu yana yellənən salafan torba maşın yoluna çıxdı. Bunu görən Rəşad tez babasının pencəyini dartmağa başladı:

- Baba, baba, bir bax, torba maşın yoluna çıxdı, axı o işıqforun qaydalarını bilmir, indi onu maşın vuracaq.

Artıq işıqforda yaşıl işıq yanırdı. Onlar yolu keçərkən Rəşad torbanı götürüb yaxınlıqdakı zibil qabına atdı. Babası nəvəsinin saçına sığal çəkərək dedi:

- Bax, Rəşad maşın onu vurmadı, axı sən yol hərəkəti qaydalarını bilirsən, bilməyənə kömək elədin.

Rəşadın sevinci yerə-göyə sığmırdı.

Прочитано 10458 раз