Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

admin2

admin2

Пятница, 31 Август 2012 12:56

Evin kişisi

Gülzar nənə

Evin kişisi

(Hekayə)

H
ər tərəf ağappaq qar idi. Qar yağır, hey yağırdı. Nağıllardakı kimi. Yalın ayaqla qarın üstündə yeriyirdik. Yox, bu yuxu deyildi. Biz doğrudan da qarın üstə ayaqyalın gedirdik. Bəzən isə yüyüyürdük. Anamla mən. Körpə bacım da anamın qucağındaydı. Şaxta onun yanaqlarını qızartmış, o lap gözəlləşmişdi. Amma elə ürəkdən ağlayırdı ki, onu heç vaxt belə ağlayan görməmişdim.
Anam isə elə hey, - can - deyirdi, gah bacıma, gah da mənə.

Qar yalın ayağımın altında xırçıldadıqca ayaqlarımın altını yandırırdı. Heç qar da adamı yandırar? Amma mənim ayağımı yandırırdı.

Mən lap balaca olanda qarda oynayanda əllərim donardı. Tez qaçıb əllərimi sobada qızdırardım. Ya da anam onları nəfəsilə qızdırardı. Amma indi yandırırdı ayaqlarımı qar. Bir də baxdım ki, ayaqlarımın altından qan gəlir, qorxdum. Anama dedim. Anam başındakı yaylığını götürüb iki yerə böldü. Yaylığın hər parçasını bir ayağıma bağladı. Qan dayanmırdı. Anam da ayaqyalındı. Amma onun ayaqlarından qan gəlmirdi. O mənə dedi:

- Bax, heç mənim ayaqlarımdan qan gəlmir.

- O, ayağını qaldırıb mənə göstərəndə gördük ki, onun da ayaqlarının altı qanayır. Dedi:

- Mənim ayağım ağrımır. Az qalıb, bir az da getsək, çatacağıq.

Mən dözürdüm. Atam ermənilərlə döyüşdə qəhrəman kimi öləndən sonra anam həmişə deyirdi ki, mən evin kişisiyəm. Mən doğrudan da böyümüşdüm. Altı yaşım tamam olmuşdu. Bir az da böyüsəm, məktəbə gedəcəyəm, bir az da böyüsəm anam qoymasa da gizlincə gedəcəyəm atamın əsgər dostlarının yanına. Mənə də avtomat verəcəklər, erməniləri qıracağam, - gedə-gedə fikirləşirdim.

Bunları yadıma salıb dözürdüm. Amma ayqlarım elə yanırdı. Bacım anamın qucağında olmasaydı, mən anamın qucağında gedərdim, ayaqlarımın bir az ağrısı azalardı.

Bir azdan bacımın səsi kəsildi. Anam ağlaya-ağlaya qarı qazıb onu qarın altına basdırdı. Mən soruşanda ağlaya-ağlaya dedi:

- Bacını burda gizlədək ki, ermənilər onu görməsin. Bir də Xocalıya qayıdanda götürərik.

- Düz deyirsən, ana, möhkəm gizlət, qoy ermənilər onu tapmasınlar, -dedim.

Sonralar, lap sonralar başa düşdüm ki, bacım ölmüşdü. Anam belə deyirdi ki, mən ağlamayım. Çünki bacımı çox istəyirdim.

Bacımı gizlədəndən sonra anam məni qucağına aldı.Sonra ayaqlarım daha heç vaxt ağrımadı. Bakıda, xəstəxanada ayaqlarımı dizə qədər kəsəndə də, sonralar da ağlamadım. Çünki mən evin kişisiydim.

Пятница, 31 Август 2012 12:53

Evə ayı gəlib

Gülzar nənə

Evə ayı gəlib

(Hekayə) 

R
əşadla Lalənin yay günləri çox maraqlı keçirdi. Onlar həm iş görür, həm də hər gün özlərinə maraqlı bir əyləncə tapırdılar. Quşlar üçün yuva düzəldir, evlərinin yaxınlığında yerləşən balaca göldən balıq tutur, meşəyə gəzməyə gedir, vaxtlarını maraqlı keçirirdilər. Bir gün onların qonşuluğuna şəhərdən balaca, koppuş, həm də dilli-dilavər bir qız gəldi. Adı Pəri idi. Pərini də yay günlərində kəndə - nənəsinin yanına gətirmişdilər. Rəşad və Lalənin Pərini oynatmaqdan, onu danışdırmaqdan çox xoşları gəlirdi.

Bir gün Pərinin nənəsi təqaüdünü almaq üçün şəhərə getdi. Pərini isə Rəşadla Laləyə tapşırdı. Uşaqlar çox sevindilər. Onlar evin içərisində Pəri üçün evcik düzəltdilər. Lalə onun gəlinciyini bələyib beşiyinə qoydu ki, Pəri onu yatırtsın. Özü isə Rəşadla birlikdə evin arxasında əkdikləri gülləri sulamağa getdilər.

Elə təzəcə işə başlamışdılar ki, Pərinin qışqırıq səsini eşitdilər. Onlar tez evin qabağına qaçdılar. Pəri çardağdan Rəşadı çağırdı. Onu görən kimi ağlaya-ağlaya dedi: “Elnay! Mənə kömək elə, qoyxuyam!”. Uşaqlar Pəridən nə olduğunu soruşdular. Pəri: “Evə ayı gəlib! Mən qoyxuyam!”, - dedi.

Ayı adı eşidən kimi uşaqlar məəttəl qaldılar. «Axı ayı günün-günorta çağı kəndin içi ilə necə gəlib evə girə bilərdi?», deyə Rəşad fikirləşdi. Buna təəccüblənsə də, özünü itirmədi. Həyətdən bir nərdivan tapıb, onu çardağın pəncərəsinə söykədi və Laləyə dedi: “ Lalə, Pərini qurtarmalıyıq! Sən gözlə, mənsə çardağa qalxıb, Pərini evdən çölə çıxardım!». Sonra isə üzünü Pəriyə tutub qışqırdı: “Pəri, qorxma, çardaqda gözlə, bu dəqiqə yanına qalxıram”. Rəşad bunu deyib, nərdivanla çardağa dırmaşdı. Pəri qorxudan ağlaya-ağlaya Rəşadın boynuna sarıldı. Rəşad Pərini sakitləşdirdi. Sonra isə çardağın qapısına yaxınlaşıb onu örtmək istədi ki, ayı çardağa girə bilməsin. Özü də ayını görmək üçün evin ortasına boylandı. Amma heç nə görməyib, soruşdu: “Pəri, bəs ayı hanı?”.

Pəri Rəşada yaxın gəlib, evin ortasına boylandı. İçini çəkə-çəkə dedi: “Ba-a-ax, qonub bal qabının üstünə”. Rəşad bunu eşidən kimi bərkdən güldü, çardağın pəncərəsinə yaxınlaşıb Laləni səslədi: “ Lalə, qorxma, ayı-zad yoxdur, Pəri «arı» demək əvəzinə «ayı» deyib”. 

Пятница, 31 Август 2012 11:51

Ərköyün qız

Gülzar nənə

Ərköyün qız

(Hekayə)

b
iri vardı, biri yoxdu, Şamaxı şəhərinin Sulut kəndində Nisə adlı qəşəng bir qız vardı. Hamı bu qıvrım saçlı dəcəl qızı əzizləyir, sevirdi. Dəcəl qız da hamının ona olan sevgisini hiss etdikcə daha da ərköyünləşirdi. Artıq Nisə elə ərköyünləşmişdi ki, hətta onu sevib-əzizləyənə, öpənə əl qaldırır, şillə vururdu. O özündən kiçiklərə də, böyüklərə də əl qaldırırdı.

Nisə həyətdə gücü çatdığı heyvanları, quşları, hətta böcəkləri də incidirdi. Milçəköldürəni götürüb düşürdü böcəklərin canına.

Ata-anası nə qədər danlayırdısa, qız tərsliyindən əl çəkmirdi. Ana deyirdi:

- Nisə, axı bütün canlıların canı var. Onları incidəndə ağrıyırlar. Hətta ağlayırlar. canlını incitmək olmaz! Axı onları da Tanrı yaradıb. Onları incitmək həm düzgün deyil, həm də günahdır.

Nisə səhvini boynuna almırdı:

- Mən heç kimi incitməmişəm!

Atası da qızını tənbeh edirdi:

- Ay Nisə, sən heyvanları incitməsən, məstan pişik səni görəndə qaçıb gizlənməz, küçük Toplanı cırnatmasan, o səni görəndə mırıldamaz. Hələ bapbalaca cücələri demirəm!

Çox danlayanda da Nisə hamıdan küsüb bir tərəfdə otururdu.

Bir gün Nisə həyətdə oynayırdı. Haradansa həyətə alabəzək bir kəpənək uçub gəldi. Nisə onu tutmağa çalışsa da, tuta bilmədi. Nisə kəpənəyin dalınca qaçdı ki, onu tutub bankaya salsın. O, həmişə xoşu gələn kəpənəyi tutub bankanın içərisinə salırdı. Onu bankada o qədər oynadırdı ki, kəpənək haldan düşürdü.

Bu dəfə isə deyəsən, kəpənək təslim olmaq istəmir, qızdan canını qurtarmaq istəyirdi. Nisə isə həmişəki kimi tərsliyindən əl çəkmirdi.

Nisəgilin evləri meşənin yaxınlığında yerləşirdi. Meşə ilə evin arası beş dəqiqəlik yol idi. Nisə kəpənəyi o qədər qovdu ki, bir də baxdı meşənin içərisindədir, özü də yolu itirib.

Qız guya gəldiyi yolla qayıtmağa başladı. Əslində isə o, meşənin daha da dərinliyinə gedirdi. Nisə ağlaya-ağlaya yol getməkdə olsun, sizə kimdən xəbər verək, Nisənin anasından.

Nisə həyətdə oynayanda anası mətbəxdə yemək bişirirdi. Və tez-tez həyətə boylanıb Nisəyə göz qoyurdu ki, uzağa getməsin. Ana bir də həyətə boylandı ki, Nisə həyətdə yoxdur. Əvvəl nigaran qalmadı. Elə bildi qız yenə də yaxınlıqda yaşayan əmisigilə gedib. Onlardan Nisəni soruşandan sonra isə qorxuya düşdü. Hər yana səs saldı:

- Ay aman, hava qaralmağa başlayır, qız yoxdur.

Ata da işdən yarımçıq gəldi. Hamı - bütün kənd Nisəni axtarmağa başladı. Hava artıq qaraldığından, məşəl yandırıb meşəni də axtardılar. Heç yerdə qızı tapmadılar ki, tapmadılar. Bütün kənd sanki yas içərisindəydi. Düz, bir həftə Nisəni axtarandan sonra daha axtarmadılar. Ümidlərini üzüb, dərd-sər içərisində, ağlaya-ağlaya oturdular. Fikirləşdilər, yəqin, qızı meşədə vəhşi heyvan-zad parçalayıb.

Aradan bir neçə gün də keçdi. Bakıdan Şamaxı meşələrinə gəzməyə çoxlu məktəbli gəlmişdi. Cəngi meşəsi həmişəki kimi bu yay da çox gözəl idi. Məktəblilər meşədə gəzəndə uzaqdan balaca bir qız gördülər. O, uzaqdan nəsə deyirdi. Uşaqlar qızın nə dediyini anlamaq üçün bir az yaxına getmək istəyəndə, onların qarşılarına böyük, boz bir ayı çıxdı. Qaçaqaç düşdü… Ayı elə nərildədi ki...

Bir azdan ovçular və meşəbəyi gəldilər. Sən demə, ayının yanındakı qız Nisəymiş. On gün bundan qabaq meşədə azmış balaca qız. Ayı Nisənin həndəvərində dolanır, heç kəsə imkan vermirdi ki, ona yaxın dursun.

Ovçulardan biri istədi tüfənglə ayını vurub öldürsün. Balaca qız bunu görüb qışqırdı:

- Yox, ona dəyməyin!

Görəsən, Nisəyə nə olmuşdu ki, o belə dəyişmişdi? Axı onun heyvanlardan xoşu gəlmirdi.

Danışım… Nisə meşədə azanda qaranlığa düşdü, nə qədər axtardısa, evlərinin yolunu tapmadı ki, tapmadı. Axırda əlacı kəsildi, yorulub bir ağacın altında oturdu. Elə orada da yuxuya getdi.

Ayılanda isə balaca qız dəhşətli bir hadisənin şahidi oldu. Üç qara canavar onun üstünə gəlmək istəyir, ayı isə onları qovur, yaxına qoymurdu. Bu, səhərə qədər belə davam elədi. Səhər açılanda isə ayı Nisənin paltarından tutub darta-darta onu mağarasına apardı. Nisə daha ondan qorxmurdu. Çünki ayı gözünün qarşısında onu canavarların pəncəsindən xilas eləmişdi. Düz, on gün Nisə mağarada Ayı ilə birgə qaldı. Onlar meşədə bir gəzir, meyvələr, giləmeyvələr yeyir, bulaqlardan su içirdilər.

Onuncu gün isə məktəblilər Nisəni görüb hay-küy qopartdılar. Ovçulardan biri Ayını vurmaq üçün nişan alanda Nisə qışqırdı:

- Onu vurmayın, o mənim dostumdur, məni canavarların əlindən xilas edib!

Ovçu əl saxladı. İnandılar. Çünki Ayı heç kəsi Nisəyə yaxın qoymurdu. Yalnız ayının üstünə yuxu dərmanı tökəndən sonra, ayını yuxu tutandan sonra qızı ondan ayırmaq mümkün oldu.

Bundan sonra Nisə daha heç vaxt heyvanları, böcəkləri incitmədi. Ərköyünlük eləmədi. O həm də ağıllı və yaxşı qız oldu.

Пятница, 31 Август 2012 11:48

Doğrudan da maraqlıdır!

Gülzar nənə

Doğrudan da maraqlıdır!

(Hekayə)

b
ir gün Nərgiz dostlarına dedi:

- Anam çox vaxt işdə olur. Evə gələndə mənə bir az nağıl oxuyan kimi yorulur. Nənəm isə bir az oxuyan kimi deyir: «Daha bəsdir, başqa işlərim var». Ya da deyir, «başım ağrıyır». Qardaşıma yalvarmaqdan yorulmuşam:

- Nə olar, bir səhifə də oxu…

O da gah oxuyur, gah oxumur.

Axır bir gün bütün bunlardan yoruldum. Yalvarmaqdan bezdim. Özüm hərfləri öyrəndim.

Uşaqlar diqqətlə Nərgizə qulaq asırdılar. Nərgiz qoltuğundakı kitabı açıb uşaqlara göstərdi və sözünə davam elədi:

- Baxın, indi özüm oxuyuram. Kuklam Nuruş və dovşan dostum Toppuşu da oturduram yanımda. Onlar da mənə qulaq asırlar. Oxumaq elə maraqlıdır ki, daha heç kəsə yalvarmırsan. Kitabı əlinə alırsan, oxuyursan! Siz də  oxumağı öyrənsəniz, görəcəksiniz ki, bu doğrudan da maraqlıdır!

ЦЕНТР ЮНОШЕСКОГО ТВОРЧЕСТВА №23 г. БАКУ

В подчинении Управления Образования города Баку

 

Адрес: город Баку, Хатаинский район, улица Шихлинского, 7

Телефон: (012) 373-00-93

 

В Центре Творчества, основанного в 1960-м году,  функционируют методический сектор и сектор  массовых мероприятий, а также следующие кружки:

 

-      Художественное шитье

-      Вязание

-      Художественное чтение

-      Школьный театр

-      Рисование

-      Права детей

-      Экология

-      Дебат-клуб

-      Развлекательная математика

-      Хор

ЦЕНТР ЮНОШЕСКОГО ТВОРЧЕСТВА №22 г. БАКУ

В подчинении Управления Образования города Баку

 

Адрес: город Баку, Хатаинский район, проспект Бабека, 70

Телефон: (012) 370-61-04

 

В Центре Творчества функционируют следующие кружки:

 

-    Школьный театр

-    Развлекательная математика

-    Английский язык

-    Художественное чтение

-    Модельер-дизайнер

-    Ансамбль народных музыкальных инструментов

-    Художественная эстетика

-    Художественный узор

-    Самодеятельность 

Пятница, 31 Август 2012 11:22

ЦЕНТР ДЕТСКОГО ТВОРЧЕСТВА

ЦЕНТР ДЕТСКОГО ТВОРЧЕСТВА

В подчинении Министерства Образования Азербайджанской Республики

 

Адрес: город Шабран, проспект Гейдара Алиева, 12

Телефон: (0115) 3-31-77

 

Центр Детского Творчества, где 24 опытных педагога занимаются обучением 600 учеников,  представлен следующими кружками:

 

-       Танцы

 -    Художественное чтение

 -    Художественное шитье

 -    Ткачество

 -    Аппликация и декоративное рисование

 -    Юные путешественники

 -    Любители музыки

 -    Компьютер и программирование

 -    Ансамбль народных музыкальных инструментов

-     Ручная бумажная работа 

ЦЕНТР ЭКОЛОГИЧЕСКОГО ВОСПИТАНИЯ И ОБРАЗОВАНИЯ

В подчинении Министерства Образования Азербайджанской Республики

 

Адрес: город Шабран, проспект Гейдара Алиева, 12

Телефон: (0115) 3-31-77

 

В кружках Центра Экологического Воспитания и Образования под руководством 16-ти преподавателей занимается 425 учеников. Деятельность внешкольного учреждения ведется в следующих направлениях:

 

-      Флористика

-      Цветоводство

-      Комнатное цветоводство

-      Экология растений

-      Мир растений

-      Экологические аспекты химии

 

Абдуллаев Джамиль 

ученик 3-го класса

средней школы имени

Шахмурада Нуриева

Пятница, 31 Август 2012 08:53

ЦЕНТР ДЕТСКОГО ТВОРЧЕСТВА

ЦЕНТР ДЕТСКОГО ТВОРЧЕСТВА

В подчинении Министерства Образования Азербайджанской Республики

 

Адрес: город Губа, улица Мамедамина Расулзаде, 142

Телефон: (023) 335-22-72

 E-poçt: qubauym@yahoo.com

   

Центр Детского Творчества представлен следующими кружками:

 

 -       Любители музыки

 -       Художественное чтение

 -       Информатика

 -       Художественное шитье

 -       Умелые руки

 -       Простое техническое моделирование

 -       Дебаты и декоративное рисование

 -       Здоровый образ жизни

 -       Юные художники-оформители

 -       Танцы и др.

Пятница, 31 Август 2012 10:51

ДЕТСКО-ЮНОШЕСКАЯ ШАХМАТНАЯ ШКОЛА

ДЕТСКО-ЮНОШЕСКАЯ ШАХМАТНАЯ ШКОЛА

В подчинении Министерства Образования Азербайджанской Республики

 

Адрес: город Губа, Парк Культуры и Отдыха имени Низами

Телефон: (169) 5-28-23

 E-poçt: mr_qudrat@rambler.ru

 

Детско-Юношеская Шахматная Школа, основанная в 1983 году, на открытых республиканских первенствах внешкольных организаций Министерства Образования была первой в 2005, 2006, 2009 и 2011 годах в командном зачете.