Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Суббота, 01 Сентябрь 2012 08:35

BAKIYA QAR YAĞDI

Münəvər Tapdıqova

BAKIYA QAR YAĞDI

(Hekayə)

N
oyabr ayında havalar xoş keçirdi. Dekabrın ilk günündə hava birdən dəyişdi. Bakıya, o cümlədən Azərbaycanın bütün bölgələrinə qar yağmağa başladı. Göylər yerə bir ətək qarını tökdü. Amma bu qar tez də əriyib getdi, yerdə qalmadı. Bundan hirslənən göylər ətək-ətək qarını yerə tökməyə başladı. Bütün ağaclar və yer qarla örtüldü. Ağaclar elə bil üstlərinə qardan yorğan örtmüşdülər. Şam ağacları qar yükünün altında qalıb başlarını aşağı salmışdılar. Qar yükü onların belini qırırdı. Yayda meyvə ağacları barın çoxluğundan başını aşağı salır, budaqları yerə dəyir. Qışda da şam ağacları və s. qar yükündən. Ağaclar həm də «fikirləşirlər» ki, qar onları narahat edən tırtılları, ağacın qabığı altında gizlənən qurdları məhv edəcək. Həyətdəki, küçədəki, bağlardakı zeytun ağaclarının budaqları qar yükündən sınıb yerə düşdü.

Ağaclar qar yükündən əziyyət çəkirdilər. «Ürəklərinə» belə gəlirdi ki, bizi bu yükdən azad edən xeyirxah insanlar olaydı, ya da günəş çıxıb qarı əridəydi. Biz də qar yükündən azad olardıq.

İlyas baba və nəvəsi Aytac isti divar peçinin yanında oturmuşdular. Babası Aytaca qısa-qısa qardan, qışdan, quşlardan bəhs edən nağıllar oxuyurdu. Aytac babasına qulaq asır, hərdən də babasına dayan deyib, pəncərədən yağan qara baxırdı. Sonra da babasına suallar verirdi:

-     Baba, ay baba, qarı göydən yerə kim tökür?

Baba cavabında:

-     Quzu bala, qarı heç kim göydən tökmür. Qar buludlardan buz kristalları hallında yerə düşən yağıntıdır. Bir də ki, sən məktəbdə oxuyanda yağış, qar haqqında çoxlu məlumatın olacaq.

Bayırda da quşbaşı qar yağırdı. Adətən, uşaqlar qar yağanda sevinirlər.      Həyətdə qartopu oynamaq, Şaxta baba, Qar qız düzəltməyi çox sevirlər.

Aytac babasından soruşdu:

-     Baba, məni qarda oynamağa apararsan?

İlyas baba razı olur.

-     Səni əvvəlcə qoy nənə isti geyindirsin. Əlinə əlcəklərini, başına papağını gey.

Baba ilə Aytac qarlı havada gəzməyə çıxırlar. Baba əlinə bir uzun ağac da götürür. Aytac babasından soruşdu:

-     Ay baba, bu ağacı niyə götürdün?

Babası cavab verdi:

-     Qızım, zeytun bağına gedək.

Baba və nəvə qarı yara-yara bağa gedirlər. Baba əlindəki çubuqla zeytun ağaclarının budaqlarını yavaş-yavaş çırpırdı ki, qarı yerə tökülsün, budaqları sınmasın. Meyvə və bəzək ağaclarını belə qorumaq lazımdır.  Aytac qarda o yana-bu yana qaçır, qarı əlində yumurlayır ağacların gövdəsinə atırdı. Birdən Aytac babasına dedi:

-     Baba, gedək evə, üşüdüm yaman.

Baba və nəvə evə gəldilər. Aytac isti divar peçinin yanında oturdu. Nənəsi onun paltosunu, papağını çıxartdı. Nənə mürəbbəli çay gətirdi. Aytac çaydan içə-içə gördüklərini nənəsinə danışdı. Aytacın nənəsi isə pəncərədən arası kəsilmədən yağan qara baxırdı…

Прочитано 11305 раз