Azərbaycanda orta məktəblər təlim silahları və atış trenajorları ilə təchiz olunacaq
Azərbaycanda orta məktəblərin təlim silahları və atış trenajorları ilə təchizatı planlaşdırılır. Bu barədə APA-ya açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib. Hazırda bu istiqamətdə Təhsil Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə danışıqların aparıldığını deyən Y. Camalov Müdafiə Sənayesi Nazirliyinin bu ehtiyacları qarşılamaq imkanında olduğunu vurğulayıb.
Nazirlik rəsmisi: "Azərbaycanda dərs ili iki həftədən çox uzadılmayacaq"
“Təhsil Nazirliyi dərs ilinin uzadılması ilə bağlı hökumətə müraciət hazırlayır. Ehtimal var ki, dərs ili 2 həftəyə qədər uzadılacaq”. Bu açıqlamanı APATV-də yayımlanan "Sosium" verilişinin qonağı olan Təhsil Nazirliyinin ümumi təhsil şöbəsinin müdiri Firudin Həmzəyev verib. Onun sözlərinə görə əksər ölkələrdə dərs ilinin müddəti 9-10 aydır: “Bizdə tədris ili cəmi 32 həftədir. Bu, çox azdır. Biri var eyni proqramı 8 aya öyrənəsən, bir də var 9 aya. Bu qərar hələ verilməyib. Hökumətə müraciət edəcəyik. Dərs ili maksimim iki həftə artırılacaq".
Azərbaycanın Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasından 22 il ötür
Bu gün Azərbaycanın Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasından 22 il ötür. APA-nın məlumatına görə, Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb.
Azərbaycanda icbari dispanserizasiya zamanı uşaqlar 5 sağlamlıq qrupuna bölünəcək
Nazirlər Kabineti “Xəstə və xəstələnmə riski olan uşaqlar üçün müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi Qaydası”nı təsdiqləyib. APA-nın verdiyi məlumata görə, Qaydaya əsasən, xəstə və xəstələnmə riski olan uşaqlar üçün müalicə-sağlamlaşdırıcı tədbirlər icbari dispanserizasiyanı həyata keçirən dövlət tibb müəssisəsi tərəfindən təşkil olunacaq.
Azərbaycanda keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtı açıqlanıb
Azərbaycanın keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtı açıqlanıb. APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, buraxılış imtahanları 1-ci istiqamət üzrə iyunun 8-də, 2-ci istiqamət üzrə iyunun 13-də, 3-cü istiqamət üzrə iyunun 18-də , 4-cü istiqamət üzrə iyunun 24-də keçiriləcək. Eksternat buraxılış imtahanları isə iyunun 29-da olacaq.
Azərbaycanda V, VIII və X sinif şagirdlərinin hansı hallarda sinifdə qalacağı müəyyənləşib
Azərbaycanda “Təhsil müəssisələrində şagirdlərin sinifdən sinfə keçirilməsi haqqında” Müvəqqəti Qaydalar təsdiq olunub. APA-nın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirilən mətbuat konfransında məlumat verib.