Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Суббота, 03 Май 2014 12:47

Azərbaycanda icbari dispanserizasiya zamanı uşaqlar 5 sağlamlıq qrupuna bölünəcək

63877Nazirlər Kabineti “Xəstə və xəstələnmə riski olan uşaqlar üçün müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi Qaydası”nı təsdiqləyib. APA-nın verdiyi məlumata görə, Qaydaya əsasən, xəstə və xəstələnmə riski olan uşaqlar üçün müalicə-sağlamlaşdırıcı tədbirlər icbari dispanserizasiyanı həyata keçirən dövlət tibb müəssisəsi tərəfindən təşkil olunacaq.

 

Profilaktik müayinələrin nəticələrinə əsasən uşaqlar 5 sağlamlıq qrupuna bölünəcək. I qrupa sağlamlığın bütün əlamətlərinə görə qüsursuz, sağlam uşaqlar, müayinə dövründə xəstələnməyənlər, sağlamlığa təsir etməyən və korreksiyası tələb olunmayan kiçik qüsurlara malik olanlar daxildir. II qrup xəstələnmə riski olan, xəstəliyə meyilli uşaqlar: orqan və sistemlərin morfoloji yetkinliyinin dərəcəsi ilə bağlı funksional qüsurları, ağırlaşmış mamalıq və ginekoloji anamnezi olan, tez-tez xəstələnən və ya reabilitasiya dövrü qeyri-qənaətbəxş keçmiş, bir ağır xəstəlik keçirmiş biryaşlı uşaqları əhatə edir. III qrupa xroniki patologiyası kompensasiya (nəzərəçarpan kliniki əlamətlərlə müşayiət olunmayan xəstəliyin gedişatı) vəziyyətində olan xəstə uşaqlar daxildir. IV qrup xroniki patologiyası subkompensasiya (hissəvi kompensasiya) vəziyyətində, V qrup xroniki patologiyası dekompensasiya (orqanlar sistemi və ya orqanizmin müvazinətinin pozulması) vəziyyətində olan xəstə uşaqları əhatə edir.

Sağlamlıq qrupuna uyğun olaraq hər bir xəstə və xəstələnmə riski olan uşaq üçün dispanserizasiya planı tərtib ediləcək. Dispanserizasiya planında mütəxəssislərin baxışlarının və müayinələrin dövriliyi, həmçinin xəstəliklərin etiologiyası, patogenezi, kliniki əlamətləri və təsnifatından asılı olaraq, hər bir uşaq üçün fərdi qaydada aparılacaq müalicə-sağlamlaşdırıcı tədbirlər müəyyən ediləcək. Dispanserizasiya planına  uyğun olaraq xəstə və xəstələnmə riski olan uşaqların tibbi göstərişə əsasən ambulator və ya stasionar müalicəsi təşkil olunacaq. Dispanser qeydiyyatında olan uşaqlar tibbi göstərişə əsasən dispanserizasiyanı keçirən dövlət tibb müəssisəsinin göndərişi əsasında sanator-kurort müalicəsi ilə təmin ediləcəklər. Aparılan müalicə-sağlamlaşdırıcı tədbirlərin nəticələri uşağın müalicə həkimi tərəfindən qiymətləndirilir və sağlamlıq vəziyyətindən asılı olaraq, uşaq  yenidən müvafiq sağlamlıq qrupuna daxil ediləcək. Uşağın sağlamlıq vəziyyətindən asılı olaraq, dispanserizasiya planında  dəyişikliklər edilərək, müalicə-sağlamlaşdırıcı tədbirlər davam etdiriləcək.

Прочитано 2620 раз