Artıq uşaqlara da ümumvətəndaş pasportları veriləcəkdir
Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən verilən məlumata görə, 01.09.2013 cü il tarixindən valideynlərin xarici pasportlarına övladlarının adlarının yazılması və şəkillərinin əlavə edilməsi qaydası ləğv edilərək, uşaqlara ümumvətəndaş pasportlarının verilməsinə başlanılmışdır. Bunun üçün valideyn, ilk növbədə, yerli pasport qeydiyyatı şöbəsinə müraciət edib uşağa şəxsiyyət vəsiqəsi almalı, sonra uşağın valideynlərinin,və yaxud qanuni nümayəndələrinin etibarnaməsi əsasında Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət etməlidir.
XXIII Beynəlxalq “Rəng sənəti” incəsənət festivalına start verildi
2014-cü ilin fevral – may aylarında Qoleniou Mədəniyyət Evinin təşkilatçılığı və YUNESKO üzrə Polşa Milli Komissiyasının dəstəyi ilə XXIII Beynəlxalq “Rəng Sənəti” İncəsənət Festivalı keçiriləcəkdir. Mövzusu “Nağıl, əfsanə və rəvayətlər ölkəsində” olan festivalın keçirilməsində əsas məqsəd uşaq və gənclər arasında bütün növ bədii yaradıcılığın təşviq edilməsi, bu sahəyə marağın artırılmasıdır.
Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı olub
Fevralın 24-də Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı olub. APA-nın məlumatına görə, mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da iştirak edib.
"Bank of Baku" valideyn himayəsindən məhrum olmuş uşaqların əyləncə mərkəzində istirahətini təşkil edib
Yaranmasının 20 illiyini qeyd edən "Bank of Baku" ASC valideyn himayəsindən məhrum olmuş yüzlərlə uşağın "Megafun" ailəvi əyləncə mərkəzində asudə vaxtını təşkil edib. Bankdan Trend-ə verilən məlumata görə, Bakıdakı bir neçə internat məktəbin 400-ə yaxın sakini bir neçə saat ərzində əyləncə mərkəzində şən və yaddaqalan vaxt keçiriblər . Mərkəzdəki yüzlərlə attraksion, oyun avtomatları və müxtəlif yaş kateqoriyaları üçün nəzərdə tutulmuş əyləncə növləri uşaqların tam ixtiyarına verilib.
ELS və AVCİYA Azərbaycan Gəncləri gününü qeyd etdi
Fevralın 3-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2011-ci ildən həyata keçirdiyi “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə“ birgə layihəsi çərçivəsində “Azərbaycan Gəncliyinin problemləri və perspektivləri” mövzusunda dəyirmi masa keçirildi.
“Ana laylası” İctimai Televiziyanın canlı yayımında
Yanvarın 28-də İctimai Televiziyanın (İTV) ”Yeni gün” proqramında Azərbaycanın tarixində ilk dəfə keçirilmiş “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin ”Laylalar” nominasiyasının qalib mahnısı “Ana laylası” səsləndi. VİDEO