Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Четверг, 08 Май 2014 10:10

Nazirlik rəsmisi: "Azərbaycanda dərs ili iki həftədən çox uzadılmayacaq"

mekteb“Təhsil Nazirliyi dərs ilinin uzadılması ilə bağlı hökumətə müraciət hazırlayır. Ehtimal var ki, dərs ili 2 həftəyə qədər uzadılacaq”. Bu açıqlamanı APATV-də yayımlanan "Sosium" verilişinin qonağı olan Təhsil Nazirliyinin ümumi təhsil şöbəsinin müdiri Firudin Həmzəyev verib. Onun sözlərinə görə əksər ölkələrdə dərs ilinin müddəti 9-10 aydır: “Bizdə tədris ili cəmi 32 həftədir. Bu, çox azdır. Biri var eyni proqramı 8 aya öyrənəsən, bir də var  9 aya. Bu qərar hələ verilməyib. Hökumətə müraciət edəcəyik. Dərs ili maksimim iki həftə artırılacaq".

Dərs ilinin uzadılmasının şagirdlərin dərs yükünə ciddi şəkildə təsir edəcəyini deyən nazirlik rəsmisi ilk başdan müəyyən narazılıq olacağını da istisna etməyib: "Ola bilər ki, müəllimlər narazılıq etsin. Çünki onların məzuniyyətə çıxma müddəti əvvəlki illərdən daha gec olacaq. Bu gün müəllimlərin məzuniyyət günü cəmi 56 gündür. Amma onlar dərs olmadığına görə də çox istirahət edirdi. Bu baxımdan fərq ola bilər, bu isə onların hüquqlarının pozulması deyil. Qanunla məzuniyyət günlərinin sayı azalmır”.

Təhsil Nazirliyinin ümumi təhsil şöbəsinin müdiri Firudin Həmzəyevin fikrincə, təhsil nazirinin “Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydaların təsdiqi haqqında” əmri uzun müddətdir yaranmış müəyyən boşluqları dolduracaq: "Məsələn aralıq siniflər var- V-VIII və X siniflər, yəni buraxılış olmayan siniflərdə qiymətlərin çıxarılması qaydalarında boşluqlar var idi. Sözügedən əmr bu boşluqları dolduracaq. Bu bölgüdə 9 və 11 siniflər ona görə yoxdur ki, onlar buraxılış sinifləridir və dərs ilinin yekununda xüsusi imtahanlarda iştirak edirlər".

Verilişin qonağı orta məktəblərdə dərslərin tez başlaması məsələsinə də aydınlıq gətirib: "Razıyam, uşaqlar üçün saat 8-də dərsə gəlmək çətindir. Bunların yuxudan durması, əl üzlərini yuması, yemək yeməsi, dərsə gəlməsi üçün ən azı bir saat yarım, iki saat vaxt lazımdır. Bu o deməkdir ki, onlar saat 6-da və ya 7-nin yarısında durmalıdır. Subyektiv fikrimcə, dərslərin saat 8-də başlaması uşaq üçün tezdir, amma obyektiv səbəbləri də nəzərə almaq lazımdır. Azərbaycanda məktəblərin əksəriyyəti iki növbəlidir. Bu məktəblərdə dərslərin 8-dən gec başlaması mümkün deyil. Birinci növbədə dərslər saat 8-də başlayır və saat 1-də bitir, digər növbə dərsə saat  1-də gəlir, axşam saat 7-nin yarısında məktəbdən çıxır. Bir hissənin sübhdən durması problemdirsə, digər hissənin qışda dərsdən qaranlıqda çıxma məsələsi var. Bunu nəzər almaq lazımdır. Gələcəkdə bütün məktəblərin bir növbəli olmasına çalışırıq. Yalnız bu halda dərslərin başlama vaxtını rahatlıqla dəyişdirmək mümkündür".

Прочитано 1627 раз