Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Четверг, 01 Май 2014 14:47

Azərbaycanda V, VIII və X sinif şagirdlərinin hansı hallarda sinifdə qalacağı müəyyənləşib

6ff19d0cdc36ce920bf40f8c224231dfAzərbaycanda “Təhsil müəssisələrində şagirdlərin sinifdən sinfə keçirilməsi haqqında” Müvəqqəti Qaydalar təsdiq olunub. APA-nın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, qaydaların təsdiqi ilə bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb. Yeni qaydalara əsasən, dörd və daha artıq fəndən illik “qeyri-kafi” qiymət alan, habelə dərs məşğələlərinə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən V, VIII və X sinif şagirdləri təkrar sinifdə saxlanılır: “İndiyə qədər bu qayda olmayıb. Bir və üç fəndən illik “kafi” qiymət alan V, VIII və X sinif şagirdlərinə isə həmin fənlərdən yay tapşırıqları verilir. Həmin yeniyetmə yay müddətində hazırlaşaraq avqustun 25-dən sentyabrın 10-dək təkrar imtahan verə bilər. Təkcə imtahan verdiyi halda o, sinifdə saxlanılmayıb, növbəti tədris pilləsinə qəbul oluna bilər. Əgər gənc yay tədris tapşırığının yenidən qeyri-kafi qiymət alırsa, o zaman həmin gənc təkrar sinifdə saxlanılır. İbtidai sinif şagirdlərinin təkrar sinifdə saxlanılması üçün yeganə əsas uzunmüddətli xəstəlik və yaxud məktəbdən yayınma halı hesab edilir”.


Nazirlik rəsmisi əlavə edib ki, yeni qaydalara əsasən, əgər şagird ikinci yarımildə bu və digər fəndən “qeyri-kafi” qiymət alıbsa, ona həmin fəndən müsbət illik qiymət çıxarıla bilməz. Məsələn, əgər şagird birinci yarımildə “yaxşı”, ikinci yarımildə isə “qeyri-kafi” qiymət alarsa, onun nəticəsi müsbət qiymət çıxarılmayacaq. C.Valehov qeyd edib ki, özlərindən asılı olmayan səbəblərdən xarici dil, informatika, fiziki tərbiyə, musiqi nəğmə, rəsmxətt fənləri üzrə şagirdlərin biliyinin qiymətləndirilməməsi onların yuxarı sinfə keçməsinə təsir etmir. Məsələn, obyektiv səbəbdən və sağlamlıq imkanları məhdud olan (fiziki qüsurlu) şagirdlərin müəyyən fənlərdən sinifdən-sinfə keçməsinə əlavə şərait yaradılır”.

Прочитано 1976 раз