Heydər Əliyev Mərkəzinə 30 minədək məktəbli ekskursiya edib
Heydər Əliyev Mərkəzinin orta ümumtəhsil məktəblərinin şagirdləri və məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə alan uşaqlar arasında başladığı ekskursiya layihəsi davam edir. Mərkəzdən APA-ya verilən məlumata görə, artıq layihə çərçivəsində 30 minədək uşaq və yeniyetmə qrup şəklində Heydər Əliyev Mərkəzi ilə tanış olub.
Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq nəticəsində reallaşdırılan layihə yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsinə, ölkəmiz və dünya tarixi, mədəni və elmi-texniki tərəqqi barədə bilik və məlumatlarının artırılmasına xidmət edir.
Vaşinqtonda Heydər Əliyev Fondunun “Uşaq ürəyini xilas et” təşkilatı ilə birgə layihəsinin təqdimatı olub
Heydər Əliyev Fondunun ABŞ nümayəndəliyinin təsis etdiyi növbəti tərəfdaşlıq əsasında “Uşaq ürəyini xilas et” (Save a Child’s Heart) adlı xeyriyyə təşkilatı ilə birgə layihənin həyata keçirilməsinə başlanması ilə əlaqədar Vaşinqtonda “Beynəlxalq Bnay Brit” (B'nai B'rith International) təşkilatının ofisində xüsusi tədbir təşkil olunub.
Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, “Uşaq ürəyini xilas et” təşkilatının ABŞ nümayəndəliyinin icraçı direktoru Devid Lituak təşkilatın əsas mərkəzinin İsraildə yerləşdiyini göstərib və Heydər Əliyev Fondu ilə əməkdaşlıq sayəsində Azərbaycanın təşkilatın işləyəcəyi sayca 49-cu ölkə olacağını bildirib. O, 1995-ci ildə təsis edilən bu təşkilata könüllü dəstək verən həkimlər tərəfindən 2 mindən artıq uşağın həyatının xilas edildiyini bəyan edib və Heydər Əliyev Fondu ilə qurulan tərəfdaşlıq nəticəsində bundan sonra ağır ürək çatışmazlığı ilə doğulmuş Azərbaycanlı uşaqların təşkilatın İsraildə fəaliyyət göstərən Uolfson Tibbi Mərkəzində (Wolfson Medical Center) əməliyyatı üçün imkan yaranacağını deyib. D.Lituak digər tərəfdən bu layihə çərçivəsində Azərbaycanlı mütəxəssislər üçün təlimlərin keçiriləcəyini qeyd edib və ölkəmizdə müvafiq ixtisaslaşmış tibbi mərkəzin yaradılmasına dəstək verməyə hazır olduqlarını bəyan edib.
“Təbəssüm” Azərbaycana qızıl medalla qayıtdı
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının nəzdində fəaliyyət göstərən Yaradıcılıq Studiyasının "Təbəssüm" Uşaq Musiqili Teatrı martın 13-16-da Tiflisdə Gürcüstanın tanınmış rəqqası Vaxtanq Cabukianinin xatirəsinə həsr olunmuş festivalda Azərbaycanı təmsil edib. Gənc rəqqaslar “Ən yaxşı rəqs” nominasiyasında 1-ci yerə layiq görülüb və qızıl medalla təltif edilib.
“ELS” Araşdırmalar Mərkəzi beynəlxalq müsabiqələrin laureatı olan və hər zaman tamaşaçılarını yeni layihələrlə sevindirən “Təbəssüm” Uşaq Musiqili Teatrının üzvlərini təbrik edir və yeni yaradıcılıq uğurları arzulayır!
Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi “Çərşənbələrimiz” adlı bayram proqramı ilə səhnədə
Martın 11-də Təhsil Nazirliyinin Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin şagirdləri Novruz bayramına həsr olunmuş “Çərşənbələrimiz” adlı bayram konserti ilə tamaşaçıların qarşısına çıxdı. Tədbir vokal, rəqs və nağaraçılar qruplarının çıxışları, o cümlədən “Arşın mal alan“, “Şənlik rəqsi“, “Qaytağı rəqsi”, “Bahar rəqsi”, “Özbək rəqsi“, “Məktəbli nəğməsi“, “Novruzum mahnısı“ və digər maraqlı ifalarla yadda qaldı.
Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən konsertdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova da tədbir iştirakçılarını salamladı. Onun sözlərinə görə, hər bir dövlətin qüdrəti vətəndaşlarının şüuru və təfəkkürü ilə müəyyən olunur və bu baxımdan uşaqların formalaşmasında valideynlərlə yanaşı...
Azərbaycanda məktəblilərin yaz tətili günləri müəyyənləşib
Azərbaycanda ümumtəhsil məktəblərində şagirdlərin yaz tətili 8 gün (17-24 mart) müəyyənləşdirilib. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart iş günləri hesab edilmir: “Əmək Məcəlləsinin 105-ci maddəsinin beşinci hissəsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.
Təbrik edirik!
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi istedadı, xoş xasiyyəti və mehribanlığı ilə hamının rəğbətini qazanmış Mehriban xanım Əhmədovanı ad günü münasibətilə təbrik edir, can sağlığı və yeni-yeni yaradıcılıq uğurları diləyir.
Fevralın 24-də Azərbaycan Bəstəkarkar İttifaqının üzvü, bəstəkar Mehriban Əhmədovanın doğum günüdür. O, Şövkət Ələkbərovanın ifasında “Bayram mahnısı”, “Ana”, Eyyub Yaqubovun ifasında “Oturduq yanaşı, susduq yanaşı”, Brilliant Dadaşovanın ifasında “Arzum mənim” kimi dillər əzbəri olmuş mahnıları ilə tanınıb sevilmişdir.