Mehriban Əliyeva doğum gününü uşaqlarla birlikdə qeyd edib
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva doğum gününü uşaqlarla birlikdə qeyd edib. APA-nın məlumatına görə, bu gün “Jumeirah Bilgah Beach Hotel”də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uşaqlar üçün şənlik təşkil edilib. Tədbirdə uşaq evləri və internat məktəblərindən, Daun Sindromlu Şəxslərin Assosiasiyasından gəlmiş 400-ə yaxın uşaq iştirak edib.
ELS təbrik edir!
Bu gün Azərbaycanın birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum günüdür.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi xeyriyyəçiliyi, yüksək mədəniyyəti, insansevərliyi və gözəlliyi ilə seçilən Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir və Azərbaycanın birinci xanımına möhkəm cansağlığı, xoşbəxtlik, yeni-yeni uğurlar, sülh və əminamanlıq arzulayır.
Mahnı müsabiqəsi finalçılarının ifa edəcəkləri mahnılar müəyyənləşdirilib
Şamaxının gənc istedadları sentyabr ayında Bakıda keçiriləcək konsertə hazırlaşır
İyulun 10-da Şamaxıda millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə Şamaxı rayonunun gənc istedadlarının mahnı müsabiqəsinin finalçıları və onların musiqi müəllimləri ilə birgə görüş keçirilib. Görüşdə məşhur xanəndə, Azərbaycanın əməkdar müəllimi Qəzənfər Abbasovun iştirakçılar arasında keçirdiyi yeni dinləmələr zamanı müsabiqənin finalına vəsiqə qazanan 13 iştirakçının yekun konsertdə ifa edəcəkləri mahnılar müəyyənləşdirilib.
“ELS” Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstəklə bağlı yeni təkliflər irəli sürüb
İyulun 8-də Beynəlxalq Mətbuat Mərkəzində aidiyyati dövlət strukturlarının təmsilçiləri, görkəmli mədəniyyət və incəsənət xadimləri, yerli QHT-lər və KİV nümayəndələrinin iştirakı ilə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 2014-cü il mayın 1-dən AR Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsinin təqdimatı keçirilmişdir. Təqdimat
Uşaq ədəbiyyatına nə üçün maraq azdır?
Bu gün cəmiyyətdə haqlı olaraq uşaq ədəbiyyatına nə üçün marağın az olması sualına cavab axtarılır.Artıq 4 ilə yaxındır ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzininhəyata keçırdiyi bütün layihələrində gənclərinvətəndaş cəmiyyətinin kamil və layiqli üzvləri kimi formalaşması məsələsi prioritet təşkil edir. Bu məsələdə mədəniyyət və incəsənətin rolunun danılmaz olduğunu əsas götürən Mərkəzin apardığı araşdırmalar uşaqların mədəni inkişafına əhəmiyyətli dərəcədə təsir göstərən musiqi əsərləri, ölkə telekanallarında yayımlanan uşaq verilişləri, habelə bilik mənbəyi olan, dünyagörüşünü genişləndirən, söz ehtiyatını artıran və sair imkanlara malik kitab mütaliəsi sahəsində vəziyyətin ürəkaçan olmadığını üzə çıxarmışdır. “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova digər mütəxəssislərlə yanaşı “Kaspi” qəzetinə verdiyi açıqlamasında məsələyəaydınlıq gətirməyə çalışıb. Məqaləni olduğu kimi təqdim edirik: www.kaspi.az
“Günay” Uşaq Teatrının 11-ci teatr sezonu başa çatıb
İyunun 15-də Rəşid Behbudov adına Mahnı Teatrında Bakı Uşaq Teatrının “Günay” Studiyası iki hissədən ibarət rəngarəng tamaşası ilə 11-ci teatr sezonunu başa çatdırdı. Birinci hissədə “Günay” Teatr-Studiyası vokal və xoreoqrafik nömrələrdən, səhnələşdirilmiş parçalar və ədəbi-musiqili kompozisiyalardan ibarət rəngarəng konsert proqramını təqdim etdi. Payızda premyerası olacaq “Arşın mal alan” tamaşasından parça da göstərildi.Birinci hissənin sonunda İqor Ştofenmaxer Mansur Vəkilovun “Azərbaycan” şeyrini səsləndirdi. Sonra uşaqlar tamaşaçıların gürultulu alqışları ilə “Yallı” rəqsini ifa etdilər və Müslüm Maqomayevin “Azərbaycan” mahnısı və dalğalanan dövlət bayrağımızın fonunda azsaylı xalqların milli geyimlərində 1-ci hissəni başa vurdular.