“ELS” yeni layihəyə başlayır
"ELS - Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyi 2014-cü il mayın 1-dən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsinə start verir.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi təbrik edir!
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi ömrünün 45 ilini elmi-pedaqoji fəaliyyətə həsr edən əməkdar incəsənət xadimi, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru professor Nazim Kazımovu ad günü münasibətilə təbrik edir.
Milli musiqimizin təbliği, həmçinin gənc nəslin mədəni-mənəvi inkişafı, layiqli vətəndaş kimi formalaşması istiqamətində əlindən gələni edən Nazim müəllim dörd ilə yaxındır ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin gənc nəslin mədəni-mənəvi inkişafına yönəlmiş layihələrində yaxından iştirak edir. Ötən il o, Mərkəzin keçirdiyi “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin Münsiflər Heyətinin üzvü olmuşdur. Nazim müəllim özünün gərgin iş qrafikinə baxmayaraq Münsiflər Heyətinin hər toplantısında iştirak edərək yeni uşaq mahnılarının seçimi prosesində töhfələrini vermişdir.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi Azərbaycanın əməkdar incəsənət xadimi, professor, dostumuz Nazim müəllim Kazımova möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayır!
Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumuna hazırlıq prosesi başlayıb
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumu üçün hazırlıq prosesinə başlayıb. Komitədən APA-ya verilən məlumatlara görə, cari ilin oktyabr ayında Azərbaycan Uşaqlarının III Forumunun keçirilməsi nəzərdə tutulub. Bununla əlaqədar ölkə üzrə bütün şəhər və rayonların hər biri üzrə Forumda iştirak edəcək uşaqların seçilməsi məqsədilə Komitə tərəfindən regional görüşlər keçirilir.
Lisey və gimnaziyaların I sinfinə şagird qəbulunda yeniliklər nəzərdə tutulur
Bakı şəhərində lisey və gimnaziyalara şagird qəbulu prosesinin optimallaşdırılması nəzərdə tutulur. Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov APA-ya açıqlamasında deyib ki, dəyişikliyə əsasən lisey və gimnaziyalarda xüsusi qrafikin tərtib olunması planlaşdırılır. O bildirib ki, I sinfə uşaq qəbul edəcək lisey və gimnaziyalarda bu işi nizamlamaq, tənzimləmək, qəbul prosesində aşkarlığı və obyektivliyi təmin etmək üçün nazirliyin nümayəndələri seçim prosesində iştirak edəcək: “Müəyyən lisey və gimnaziyalara şagird qəbulu müəyyən müsabiqə və ya müsahibə əsasında aparılır. Mövcud qaydalar bu il də qüvvədədir və liseylər, gimnaziyalar həmin qaydalar əsasında şagirdləri seçəcəklər”.
“ELS” yeni layihə ilə bağlı ictimai müzakirələrə başlayıb
Aprelin 7-də ELS Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə cari ilin mayın 1-dən həyata keçiriləcək “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” layihəsi çərçivəsində bəstəkar, əməkdar incəsənət xadimi Rəşid Şəfəqlə görüşüb. Xatırladaq ki, ELS Müstəqil Araşdırmalar Mərkəzi ötən il həyata keçirdiyi “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin davamı kimi qalib mahnılardan ibarət disklərin buraxılışı, notların dərcini və bu toplunun uşaqlara və uşaqlarla işləyən peşəkarlara çatdırılmasını nəzərdə tutmuşdur.
“Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək”
ELS yeni layihəyə start verir
"ELS - Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyinin “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2014-cü il 1-ci maliyyə yardımı müsabiqəsinin qalibidir. Qeyd edək ki, fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 217 QHT layihəsinin maliyyələşdirilməsi haqda yekun qərar qəbul etmişdir.