Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

admin2

admin2

Четверг, 30 Август 2012 13:50

TÜLKÜ VƏ KİRPİ

TÜLKÜ VƏ KİRPİ

Rumın nağılı

ch
ox qədim zamanlarda, tülkü və kirpi dostluq edirdilər. Aralarından su da keçmirdi: birlikdə yeyir, birlikdə içirdilər, birlikdə gəzirdilər. Amma tülkü özünü öyməyə başladı, ay mən eləyəm-beləyəm, belə ağıllıyam, belə hiyləgərəm, sən isə kirpi çox sadədilsən. Kirpi buna az dözdü, çox dözdü, axırda təngə gəldi, tülkünün belə hərəkəti onun xətrinə dəyirdi.

Bir gün onlar yenə də sakitcə söhbət edirdilər, birdən tülkü yenə də başladı.

-     Mən, - dedi tülkü, - elə ağıllı, elə cəldəm ki, insan məni ömründə tuta bilməz. Mənim fəndlərimin sayı-hesabı yoxdur.

-     Doğrudan? - deyə kirpi təəccübləndi.

-     Doğrudan, doğrudan, - deyə tülkü onu inandırdı.

-     Hə, ola bilər, - deyə kirpi cavab verdi. -Gəl birlikdə canavar quyularına gedək, bir şey yeyək, hə?

Tülkü razılaşdı. О günlərdə silahlı ovçular canavar ovuna çıxırdılar, buna görə də belə  quyular qazırdılar: dərin quyunun dibinə ləzzətli yeməklər qoyur, üstünü isə küknar budaqları ilə örtürdülər. Canavar ya da tülkü ora hoppanır, yeməkləri yeyir, amma ordan çıxa bilmirdilər. Ovçu onları tutur, dərisini soyur, satıb pul qazanırdı.

Deməli belə. Onlar canavar quyusunun yanına gəldilər, sürüşüb içinə düşdülər və qarınlarını doyurmağa başladılar. Doyunca yedikdən sonra tülkü yenə öz bicliklərindən dəm vurmağa başladı. Kirpi az qulaq asdı, çox qulaq asdı, axırda dedi:

-     Mən isə yalnız bir biclik bilirəm, nə etməli, belə səfehəm. Qulaq as, tülkü, biz burden necə çıxacağıq, hə? Bəlkə fəndlərindən birini işlədəsən?

-     Nə deyirəm ki, gəl sınayaq! – dedi tülkü.

Hoppandı, dırmandı, üzüaşağı yumalandı! Çıxa bilmədi. Ağlına fənd də gəlmirdi. Dilxor oldu. Sakit durmuş kirpi isə birdən özünü xəstəliyə vurdu:

-     Ah, tülkü! Deyəsən çox yemişəm. Qarnım elə ağrıyır ki, gəl görəsən! Bəlkə sən burnunla onu sığallayasan, ola bilsin keçdi. Tülkü burnunu onun qarnına yaxınlaşdırdı. Kirpi də eləməyib tənbəllik yumağa döndü, tikanları tülkünün üzünə yapışdı! Tülkü başını silkələməyə başladı, elə fırlatdı ki, kirpi quyudan çölə düşdü. Quyudan çıxan kirpi üst-başını çırpdı, quyuya yaxınlaşdı:

-     Görürsən, tülkü, mən ancaq bir fənd işlətməklə canımı qurtardım. Sən isə saysız-hesabsız bicliklərinlə hələ də quyudasan!

Tülkü yalvarmağa başladı:

-     Kirpi qardaş, nə olar, mənə kömək et! Kirpinin bir vaxtlar dostluq etdiyi tülküyə yazığı

gəldi:

-     Yaxşı, sənə kömək edərəm. Hərçənd ki, sən özün də çox fənd bilirsən, ağlını da işlədə bilərdin. Qulaq as. Özünü ölülüyə vur, tərpənmədən uzanıb qal. Ovçu gəlib səni görəcək, quyuya düşəcək. Sən isə nəfəs də alma, ayaqlarını ölü kimi uzat. Onda о səni yuxarı tullayacaq. Sən də durub qaçarsan.

Hər şey kirpi deyən kimi oldu: ovçu gəlib gördü ki, tülkü ölüb. Quyruğundan tutub quyudan bayıra atdı. Tülkü durub arxasına baxmadan qaçdı.

Bax bu yolla kirpi yalnız bir fəndlə özünü də, tülkünü də xilas etdi.

Lakin onların arasındakı dostluq о vaxtdan bəri səngidi.

Четверг, 30 Август 2012 12:46

SEHRLİ XƏZİNƏ

SEHRLİ XƏZİNƏ

Moldov nağılı

b
iri vardı, biri yoxdu, bir ata vardı. Onun üç oğlu vardı. Ata çox çalışqan və zəhmətkeş idi. Heç vaxt işsiz oturmazdı. Sübh açılandan qaş qaralana kimi yorulmaq bilmədən işləyərdi. Hər işini çatdırardı.

Оnun oğulları isə boylu-buxunlu, yaraşıqlı və güclü olsalar da işləməyi heç xoşlamırdılar.

Ataları isə həm tarlada, həm bağda, həm də evdə çalışırdı, oğulları isə ya ağacların kölgəsində oturub söhbət edər, ya da Dnestr çayına balıq tutmağa gedərdilər.

-     Siz niyə heç vaxt işləmirsiniz, atanıza kömək etmirsiniz? - deyə qonşular soruşardı.

-     Biz niyə işləyək ki? - deyə oğullar cavab verərdilər. - О bizim yerimizə işləyər!

Bu minvalla illər ötdü.

Oğullar böyüyüb boya başa çatdılar, ataları isə qocaldı, taqətdən düşdü və artıq əvvəlki tək işləyə bilmirdi. Evin bağı baxımsız qaldı, tarlanı alaq basdı.

Oğullar bunu görürdülər, lakin yenə də işləmək istəmirdilər.

-     Ay, oğullar, niyə axı işsiz oturmusuz? - deyə ata soruşdu. - Nə qədər ki, cavan idim, mən çalışırdım, indi sizin növbənizdir!

-     Hələ vaxt var, - deyə oğulları cavab verdilər.

Qoca belə tənbəl oğulları olduğuna görə çox kədərləndi. Dərddən beli büküldü və о xəstə düşdü. Ailə artıq yoxsulluq içində yaşayırdı. Bağı ot basmışdı, gicitkən və sirkən elə boy verib qalxmışdılar ki, onların ardından ev görünmürdü.

Bir dəfə ata oğullarını yanına çağırdı və onlara dedi:

-     Hə, oğullarım, mənim bu dünyadan köçmək vaxtım yetişib. Bilmirəm mənsiz necə yaşayacaqsınız? Nə əlinizdən bir iş gəlir, nə də bunu xoşlayırsız.

Oğulların ürəkləri sıxıldı, ağlamağa başladılar.

-     Atacan, heç olmasa son dəfə bizə öyüd-nəsihət ver, -deyə böyük oğul xahiş etdi.

-     Yaxşı, - dedi ata. - Sizə bir sirr açacam. Bilirsiniz ki, mən də, sizin rəhmətlik ananız da yorulmaq bilmədən bütün ömrümüz boyu işləmişik. Uzun illər ərzində qazandıqlarımızı qızıla çevirib sizin üçün yığmışıq. Qızılı bir küpün içində bağda basdırmışam. Amma basdırdığım yeri xatırlamıram. Bu xəzinəni axtarıb tapın. Onda ehtiyacın nə olduğunu bilmədən firavan yaşayarsınız.

Ata oğıılları ilə vidalaşdı və öldü.

Oğullar qocanı dəfn etdilər, qəm-qüssəyə batdılar.

Böyük oğul dedi:

-     Hə, qardaşlarım, bizə yoxsulluq üz verib. Çörək almağa pulumuz da yoxdur. Atamızın ölümqabağı dediklərini xatırlayırsız? Gəlin, qızıl küpünü axtaraq!

Qardaşlar bellərini əlinə alıb evin yanında, bağda balaca quyular qazmağa başladılar. Az qazıdılar, çox qazıdılar, amma qızıl küpünü tapa bilmədilər.

Onda ortancıl qardaş dedi:

-     Qardaşlar! Əgər biz belə qazımağa davam etsək, heç vaxt atamızın dediyi xəzinəni tapa bilməyəcəyik. Gəlin evin ətrafındakı bütün torpağı qazaq!

Qardaşlar razılaşdılar. Yenidən bellərini əllərinə aldılar, torpağın altını üstünə çevirdilər, amma qızılla dolu küpü yenə də tapa bilmədilər.

-     Eh, - dedi kiçik qardaş, - gəlin torpağı bir də qazıyaq, amma bu dəfə daha dərindən! Bəlkə atamız xəzinəni dərinə basdırıb.

Qardaşlar razılaşdılar. Çünki atalarının onlara miras qoyduğu xəzinəni bacardıqca tez tapmaq istəyirdilər!

Yenidən işə başladılar.

Böyük qardaş az qazıdı, çox qazıdı, birdən onun əlindəki bel bərk və böyük bir əşyaya   toxundu. Həyəcandan ürəyi döyünməyə başladı, sevincək qardaşlarını çağırdı:

-     Tez yanıma gəlin! Mən xəzinəni tapmışam!

Ortancıl və kiçik qardaşlar qaçıb onun yanına gəldilər, böyük qardaşa kömək etməyə başladılar.

Çox əlləşdilər, axırda torpaqdan qızıl küpü əvəzinə ağır bir daş çıxardılar.

Onlar məyus oldular və dedilər:

-     İndi bu daşı nə edək? Onu burda qoymayacağıq ki, gəlin onu aparıb yarğana ataq!

Belə də etdilər. Daşı apardılar, yenə də torpağı qazımağa başladılar. Bütün gün aclığı unudub dinclik bilmədən işlədilər! Torpağı bir də başdan-başa bellədilər. Torpaq boşaldı və yumşaldı. Amma qızılla dolu küp yenə də tapılmadı.

-     Nə edək, - dedi böyük qardaş, - torpağın altnıı üstünə çevirdik, indi onu belə qoya bilmərik ki. Gəlin bu torpaqda üzümlük salaq.

-     Doğrudur, - qardaşlar razılaşdılar. - Heç olmasa zəhmətimiz hədər getməz.

Onlar bağda üzüm tənəyi əkdilər və onlara qulluq etməyə başladılar.

Çox keçmədən bağda böyük və əla üzümlük yetişdi. Şirəli və dadlı salxımlar dəydi.

Qardaşlar çox yaxşı məhsul götürdülər. Özlərinə lazım olan qədər saxladılar, qalanını satdılar - yaxşı gəlir əldə etdilər.

Onda böyük qardaş dedi:

Bu torpağı əbəs yerə qazmadıq: biz doğrudan da atamızın ölümqabağı bizə dediyi qiymətli xəzinəni tapdıq!

Четверг, 30 Август 2012 11:36

İT ÖZÜNƏ NECƏ DOST TAPDI

İT ÖZÜNƏ NECƏ DOST TAPDI

Moldov nağılı

b
ütün b
unlar çox qədim zamanlarda baş vermişdi. Meşədə yalnız bir it yaşayırdı. О çox darıxırdı. Uzanıb fikirləşirdi: "Kaş heç kimdən qorxmayan bir dostum olaydı. Biz bir yerdə yaşayardıq".

Günlərin bir günü о meşədə dovşana rast gəldi və onа dedi:

-      Dovşan, ay dovşan, gəl səninlə dost olaq, bir yerdə yaşayaq.

-      Nə deyirəm ki, olaq, - deyə dovşan razılaşdı. Axşama yaxın onlar küknar ağacının altında özlərinə rahat bir yer tapdılar və yuxuya getdilər. Gecənin bir yarısı bir siçan yavaşca onların yanından keçdi. İt iti qulağa ilə xışıltını eşitdi, yerindən atılıb hürməyə başladı! Dovşan qorxudan yerindən sıçradı, qulaqları tir -tir titrəməyə başladı.

-  Niyə belə bərk hürürsən?! - dedi o. - Canavar -   eşidib gələr, bizi yeyər!

İt fikirləşdi: "Belə dost olar? Canavardan qorxur. Mənə belə dost lazım deyil. Bəlkə canavarın yanına  gedim? Yəqin о heç kimdən qorxmur".

Səhər it dovşanla sağollaşdı və canavarı axtarmağa getdi. Sıx meşəlikdə ona rast gəldi və dedi:

-      Canavar, ay canavar, gəl səninlə dost olaq, bir yerdə yaşayaq.

-      Nə deyirəm ki,  dost olaq,  - deyə canavar  razılaşdı , - birlikdə əylənərik.

Gecə düşdü, onlar yuxuya getdilər. Yanlarından hoppanaraq qurbağa keçdi.

İt iti qulağı ilə xışıltı duyub bir hürdü ki, gəl görəsən! Canavar qorxudan yerindən sıçradı və qışqırdı:

-      Niyə belə bərkdən hürürsən? Ayı eşidər, gəlib bizi parçalayar!

İt yenə fikirləşdi: "Belə dost olar? Ayıdan qorxur. Mənə belə dost lazım deyil. Bəlkə ayının yanına gedim? Yəqin о heç kimdən qorxmur".

Səhər it canavarla sağollaşdı və ayını axtarmağa getdi. Onu tapdı və dedi:

-      Ayı qardaş, gəl səninlə dost olaq, bir yerdə yaşayaq.

-      Razıyam, - dedi ayı, - səni öz kahama dəvət edirəm.

Gecə it iti qulağı ilə kahanın qarşısından bir koramalın sürünüb keçdiyini eşitdi. Yerindən atılıb elə hürdü ki, gəl görəsən! Ayı qorxudan yerindən sıçradı və iti danlamağa başladı:

-      Niyə belə bərk hürürsən?! İnsan eşidər, gəlib bizim dərimizi soyar!

İt fikirləşdi: "Bu da qorxaq çıxdı! İnsandan qorxur. Bəlkə insanın yanına gedim? Yəqin о heç kimdən qorx­mur".

İnsanın yanına gəlib dedi:

-      İnsan qardaş, gəl dost olaq, bir yerdə yaşayaq.

İnsan itə yemək verdi, öz evinin yanında onun üçün yaxşı bir dam tikdi. Gecə it evi qoruyur, bir şey eşidən kimi hürürdü. О vaxtdan it və insan dost olub bir yerdə yaşamağa başladılar.

Aktual qonaqЦентр Независимых Исследований «ELS» в гостях передачи «Актуальный гость»

«К сожалению, за последние годы в эфирном пространстве Азербайджана НПО детским передачам никаких позитивных изменений не наблюдается». Об этом 29 августа в прямом эфире телеканала «Хазар» заявила руководитель Центра Независимых Исследований «ELS»  Ирада Ягубова. Вот уже на протяжении двух лет организация занимается исследованием этой актуальной проблемы и ищет пути выхода из сложившейся ситуации. Многочисленные опросы и мониторинги, общественные обсуждения и дебаты, обращения к главе государства, в том числе пакет предложений по созданию «Детского Канала» дают основания надеяться на решение данной проблемы.

Четверг, 30 Август 2012 07:58

Efir məkanında uşaq verilişlərinin mövcud vəziyyəti

Aktual qonaq«ELS» Müstəqil Araşdırmalar Mərkəzi “Aktual qonaq” verilişinin qonağı oldu

“Təəssüflər olsun ki, Azərbaycanın efir məkanında son illər uşaq verilişləri ilə bağlı müsbət dəyişikliklər müşahidə olunmur”. Bunu avqustun 29-da “Xəzər” TV-in canlı efirinda “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova bildirib. Onun sözlərinə görə, artıq 2 ildir ki, rəhbərlik etdiyi qurum bu aktual problemi araşdırır və çıxış yolları axtarır. Çoxsaylı sorğu və monitorinqlər, ictimai müzakələr, dövlət başçısına qəbul olunan müraciətlər, o cümlədən “Uşaq Telekanalı”nın yaradılması ilə bağlı təkliflər paketi bu problemin aradan qaldırılacağına dair ümid verir.

Четверг, 30 Август 2012 12:45

XOŞBƏXT VƏ BƏXTSİZ

XOŞBƏXT VƏ BƏXTSİZ

Macar nağılı

b
ilmirəm bu əhvalat doğrudur, yoxsa yalan, amma yaşlı adamlar danışırlar ki, bir zamanlar bir kənddə iki rəfiqə-iki qonşu yaşayardı. Onlar hər işi birlikdə görərdilər. Hətta ərə də bir gündə getmişdilər, eyni gündə də qızları doğulmuşdu. Bir qız çox sağlam, qəşəng idi, ona görə də adını Xoşbəxt qoydular. О biri qız isə sısqa və xəstə doğulmuşdu. İkinci qızın adını isə Bəxtsiz qoydular.

О vaxtdan rəfiqələrin arasından sanki qara pişik keçdi. Xoşbəxtin anası varlandı və əvvəlki rəfiqələrini saya salmadı. Bəxtsizin anası isə səhərdən axşama kimi işləyirdi və onlar çox çətinliklə dolanırdılar.

Qızlar böyüdülər və ərə getmək vaxtları yetişdi. Xoşbəxtin anası bazardan gah balıq başı, gah da böyük bir balqabaq gətirib qızına dadlı yeməklər bişirərdi. Bəxtsizlə anası isə gecə-gündüz iplik əyirər, dəsmal, hərdən də kətan toxuyardılar. Bu ağır zəhmət müqabilində qazandıqları qəpik-quruş olardı, ona görə də onlar yarıac-yarıtox dolanardılar.

Bir gün onların ipliyini siçanlar dolaşdırdı. Bəxtsizin anası ipləri açdı, onları zənbilə qoyub günəşə çıxardı. Özü isə sabunu götürüb çaya paltar yumağa getdi. Bəxtsiz evdə qalıb ipliyin keşiyini çəkməyə başladı.

Birdən, hardansa bərk külək əsdi, ipliyi qaldırıb apardı.

Bəxtsiz göz yaşlarına qərq oldu.

-     Ağlama, Bəxtsiz, gedək mənimlə, mən sənə ipliyini qaytararam, - dedi ona külək.

Bunu eşidən Bəxtsiz küləyin dalınca getdi. Yolda ona bir inək rast gəldi.

-     Hara belə tələsirsən, Bəxtsiz? Gəl mənim pəyəmi təmizlə, zəhmət olmasa, - deyə inək xahiş etdi.

Bəxtsiz gözlərini sildi, pəyəni təmizlədi, inəyə su verdi və küləyin ardınca qaçdı.

Bir qədər keçdikdən sonra о bir gavalı ağacına rast gəldi.

-     Hara gedirsən, Bəxtsiz? Mənim dibimi ot-alaq basıb, zəhmət olmasa, onları çıxar, - gavalı ağacı xahiş etdi.

Bəxtsiz dayandı, gavalı ağacının ətrafındakı ot-alağı çıxardı və yoluna davam etdi.

Uzaqlaşmağa macal tapmamış onu armud ağacı saxladı:

-     Hara tələsirsən, Bəxtsiz? Mən susuzluqdan yanıram, zəhmət olmasa, məni sula!

Bəxtsiz armud ağacını suladı, dibinə tökülmüş yarpaqları yığdı, ətrafı qaydaya saldı və küləyin ardınca qaçdı.

Qarşısına bir at çıxdı.

-     Bəxtsiz, hara qaçırsan? Mənə bir qucaq ot verə bilərsənmi? - deyə at soruşdu.

Bəxtsiz ata ot verdi və yoluna davam etdi.

Nəhayət külək sakitləşdi və qız varlı bir evin qarşısında durdu. Evdə heç kəs yox idi, yalnız eyvanda bir qoca qarı oturub ip əyirirdi. İplərdən bir göz qırpımında bir neçə şal əmələ gəlirdi.

Bu qarı Ayın anası idi.

-     Qarının yanına get, Bəxtsiz, ondan bir az iplik istə, - deyə külək pıçıldadı.

Bəxtsiz qarıya yaxınlaşdı və baş əydi.

-     Nənəcan, - dedi o, - külək mənim bütün ipliyimi aparıb, indi bizim axşama yeməyimiz olmayacaq.

Mənə bir az iplik ver, nənəcan!

Ayın anası ay işığı kimi ağ saçlarını arxaya atdı və qarşısında balaca bir qız gördü: qızın səsi incə və qənd kimi şirin idi.

-     Dayan, gözlə bir az, mənim ay üzlüm, - dedi qarı. - Bax о otaqda şal və paltarlar var. Onları götür, nohura iki dəfə baş vur, sonra elə həmin otağa qayıt bir az yemək ye. Sonra yanıma gəl, ipliyini götür.

Bəxtsiz cürbəcür gözəl şal və paltarlar olan otağa getdi. Amma о özünə yuyulub köhnəlmiş bir şal və paltar seçdi, bir parça sabun götürüb çimməyə getdi.

Bəxtsiz bir az sabunlanıb suya endi.

Suya girən kimi о tayı-bərabəri olmayan bir gözələ çevrildi. Özü də necə gözələ! Aya deyirdi sən çıxma mən çıxım, Günə deyirdi sən çıxma, mən çıxım! Qız ikinci dəfə suya baş vurdu - bu dəfə onun əlləri və ayaqları büsbütün ləl-cəvahiratla doldu.

Başdan ayağa qızıl və bərq vuran daş-qaşlara bürünmüş qız asta-asta qalxdı və həmın otağa geri

qayıtdı. Burda onu hazır yemək gözləyirdi. Belə ləziz yeməkləri Bəxtsiz heç yuxuda da görməmişdi. О bir küncdə təvazökarcasına əyləşdi və yalnız bir az sıyıq yeyib qarının yanına yollandı.

-     Gəlmisən, mənim əziz balam? - deyə Ayın anası ona tərəf çevrildi. - İndi bax о otağa get,

sandıqdan mənə bir az iplik gətir, - deyə qarı ən uzaq qapını göstərdi.

Bəxtsiz həmin otağa tərəf getdi və orda çoxlu sayda həm kiçik, həm böyük sandıq gördü. oyuncaq sandığa oxşayan kiçik bir sandıq seçdi və onu qarının yanına gətirdi.

-     Mənim əziz balam, mənə bu sandıq artıq lazım deyil, -dedi Ayın anası. - Sənin ipliyin ordadır. İndi sən evə, ananın yanına qayıt. Bu qızıl qozla dolu səbəti də özünlə götür.

Bəxtsiz qarıya təşəkkür etdi, sandığı və səbəti götürüb evə qayıtdı. Qaş qaralırdı və Ayın anasının evindən Bəxtsizin evinə qədər olan yol qaranlıqda itirdi. Amma qız cürətlə addımlayırdı: suyun ona bağışladığı ləl-cəvahirat onun yolunu aydınladırdı.

Çox keçmədən at onu saxladı:

-     Bəxtsiz, ay Bəxtsiz, mənə yaxınlaş, bunu götür. At ona füsunkar qanadlı bir ayğır verdi.

Qız ata təşəkkür etdi və yoluna davam etdi. Ayğır onun arxasınca qaçırdı. Bir qədər də keçdikdən sonra qızı gavalı ağacı səslədi:

-     Yaxın gəl, yaxınlaş, Bəxtsiz, bunu götür.

Gavalı ağacı ona qızıl pulla dolu bir küpə verdi. Qız ağaca təşəkkür etdi və yoluna davam etdi. Amma uzaqlaşmağa macal tapmamış onu armud ağacı çağırdı:

-     Yaxın gəl, Bəxtsiz, bunu götür.

Bunu deyib ağac qıza bir böyük salxım qızıl armud bağışladı. Bəxtsiz armudları səbətə qoydu və yola düşdü. İndi də ona inək rast gəldi:

-     Bəxtsiz, ay Bəxtsiz, gəl bunu götür.

İnək ona sehrli bir buzov bağışladı.

Bəxtsiz qızıl pulla dolu küpəni və qızıl armudlarla birlikdə səbəti ayğıra yüklədi, buzovun ipindən tutub yoluna davam etdi.

-     Bəxtsiz, ay Bəxtsiz, harda qalmısan? İplik hardadır? - deyə anası hər yerdə nigarançılıqla qızını axtarırdı. Amma о Bəxtsizi görcək təəccübdən hətta qışqırdı:

-     Sən bu neçə vaxtı harda idin? Ay mənim evimin dirəyi, bütün bunları hardan almısan? - deyə

qadın qızını bərk-bərk qucaqladı.

Bəxtsiz anasına başına gələn bütün əhvalatı danışdı. Küləyin onun ipliyini necə aparınasını, Ayın anasının ona verdiyi hədiyyələri, inəyi də, atı və ağacları da unutmadı. Fərəhlənmiş qadın qızı ilə birlikdə Xoşbəxtin anasının yanına getdi. Axı necə də olmasa onlar əvvəllər rəfiqə idilər, sevinclərini də, qəmlərini də bölüşərdilər.

-     Ey xeyirxah qonşular! Xoşbəxt! - deyə qadın sevinclə çağırdı. - Artıq ağır günlərimiz arxada qaldı. Ваxın, görün mənim Bəxtsiz qızım qoca qarıdan, Аyın anasından nə qədər hədiyyə gətirib! Qoy Xoşbəxt də özünə bir qədər götürsün, Bəxtsizə yenə də çatar!

Xoşbəxtin anasının hiddətdən ağzı açıla qaldı. Gör ha! Dilənçi Bəxtsizə bir gündə bu qədər var-dövlət nəsib olmuşdu! Bəxtsizin anası onun sevimli qızına bu var-dövlətdən pay verməyə necə cürət edə bilərdi!

-     Çox lazımdır! - deyə о qışqırdı. - Elə eləməyin sizi burdan süpürləyim! Mən, Xoşbəxtin anası,

sizin dilənçi payınıza qalmamışam! Öz zir-zibilinizi də götürün!

Özü isə ürəyində fikirləşirdi: "Əgər Ауın anası bu yöndəmsizə bu qədər hədiyyə veribsə, onda mənim gözəl və ağıllı qızım Xoşbəxti də mağmın etməz. Mənim balam bunlardan da çox var-dövlət gətirər".

Bəxtsizlə anası qonşularının belə hərəkətindən çox peşman olub evə qayıtdılar. Gecə isə sandıqçanın içindən şah oğlu - Bəxtsizin adaxlısı çıxdı. О ata minib öz dodaqlarını sehrli inəyin südü ilə yudu və Bəxtsizi və onun anasını sehrli işıqla aydınlatdı.

Ertəsi gün Xoşbəxtin anası gizlicə darvazalarını bağladı, arxa qapıda iplik sərdi, dodaqaltı nəsə pıçıldadı, Xoşbəxtə ipliyin keşiyini çəkməyi tapşırdı, özü isə boğçasını götürüb çaya paltar yumağa getdi.

Tezliklə bərk külək əsdi, ipliyi götürüb apardı. Xoşbəxt küləyin ardınca qaçdı.

Birinci qız kimi Xoşbəxtin də qarşısına inək çıxdı.

-     Hara qaçırsan, Xoşbəxt? - deyə inək soruşdu. -Ayaq saxla, məni dinlə.

Lakin Xoşbəxt heç dönüb baxmadı da. О küləyin ardınca tələsirdi, hansısa inəyin xahişi onun heç vecinə də deyildi! Onu gavalı ağacı da, armud ağacı da, at da səslədilər, amma Xoşbəxt heç birinin xahişinə cavab vermirdi, yalnız hamıya kobud cavab qaytarırdı.

-     Yox bir, - deyirdi о, - işim-gücüm yoxdur, sizə qulaq asmalıyam! Orda Ayın anasının evində məni çoxlu var-dövlət gözləyir!

Küləyin arxasınca gedən Xoşbəxt gəlib qarının evinə çatdı.

-     Ay qarı, sən orda neynirsən? - deyə о kandardan ayağını içəri qoyan kimi tələsə-tələsə soruşdu. – Əlində işin varsa bir kənara at, tez mənə çatacaq var-dövləti ver, sonra öz ipliyini əyirərsən. Əgər sən maymaq Bəxtsizə о qədər pay vermisənsə, mənə ondan da çox verməlisən.

Bu sözləri deyən Xoşbəxt cəhrəni götürüb sındırdı.

-     Dayan, dayan, - deyə Ayın anası səsləndi, - sən hələ balacasan, amma özündən böyüklərlə belə kobud danışırsan, özünü də belə çirkin aparırsan!

Xoşbəxt nə deyəcəyini bilmədi, Ayın anası isə davam etdi:

-     Yaxşı, əgər tələsirsənsə, qoy sən deyən olsun. Get çim və yeməyini ye, sonra yerdə qalanlarını

alarsan.

Qarı sözlərini bitirməyə macal tapmamış, Xoşbəxt başılovlu qarının göstərdiyi evə getdi, özünə ən yaxşı ən gözəl paltarı seçdi. Özü ilə səndəl yağı olan küpəni və qabı götürüb çayın sahilinə endi. Orda о özünü, saçlarını yeddi dəfə yağladı, yeddi dəfə güzgüyə baxdı, yalnız bundan sonra suya girdi və çimdi.

Suya bir dəfə girdi,gözəl bir qız oldu, ikinci dəfə girdi, bədəni bəzək əşyaları ilə doldu. Amma bu ona azlıq etdi, qarının da sözünə baxmadı, hədiyyələrini almaq üçün tələsirdi.Buna görə də yan-yörəsinə baxıb fikirləşdi: “İki dəfə su mənə hədiyyə verdi, bəlkə üçüncü dəfə də çimim. Birdən yenə nəsə aldım”.

Amma, dəhşət! Üçüncü dəfə suya girən Xoşbəxtin bədənində qara ləkələr əmələ gəldi, saçları pırtlaşdı və pırpızlaşdı. Həmişə hamının gözəl saydığı Xoşbəxtin başına belə bədbəxtlik gəldi!

-     Bu nədir, mənə nə olub? - о hönkürərək qarının yanına qaçdı.

-     A, – deyə qarı səsləndi, - görürəm ki, bədbəxt qız, sən çaya üç dəfə girmisən! Tələsdin, sözümə baxmadın - bu da nəticəsi! Amma artıq gecdir. Ağlamağın faydası yoxdur. Sənə yemək lazımdır. Evə qayıt və yeməyini ye, əzizim.

Xoşbəxt qarını lənətləyərək onun göndərdiyi evə getdi. Orda onun üçün yemək hazırlamışdılar. Ləziz yeməklərin sayı-hesabı yox idi. Xoşbəxt qarnı partlayana qədər ən ləziz təamlardan və ən dadlı kökələrdən yedi, əllərini və ağzını yaxalayıb qarının yanına qayıtdı.

-     Hə, nənəcan, indi evə getmək vaxtımdır. Sən mənə bir şey verəcəksən, yoxsa yox? - səbirsizlikdən Xoşbəxt ayağını da yerə vurdu.

Ayın anası ona sandıqların saxlandığı otağı göstərdi.

Xoşbəxt qaldıra bildiyi ən böyük sandığı seçdi, başına qoyub amansızlıqla qarının yeddi nəslini söyərək və öz eybəcər görkəmindən gileylənərək evinə yola düşdü.

Xoşbəxtin qarşısına çıxan çaqqallar onun görkəmindən qorxaraq kənara sıçrayırdılar, üzbəüz gələn yolçuların isə ürəyi gedirdi.

Yolda at ona şıllaq atdı.

-     Ay, ay, ay! - deyə Xoşbəxt qışqırdı.

Onun qarşısına gavalı ağacının sınmış budağı düşdü.

-     Ah, ölümüm gəlib! - deyə Xoşbəxt fəryad etdi.

Armud ağacı isə onun başına çürümüş və qurdlu armudlar yağdırdı.

-     Mən batdım, batdım! - deyə о qışqırdı.

İnək isə başını əyib onu buynuzladı.

Qorxmuş və təngnəfəs olmuş Xoşbəxt nəhayət gəlib evinə çatdı.

Bu vaxt isə anası evi yığışdırdı, masanm üstünə ağ örtük saldı, masaya ən ləziz yeməkləri düzdü, hətta güldana çiçək də qoydu. Axı indicə qızı saysız-hesabsız var-dövlətlə evə qayıdacaqdı. Bayram etmək üçün səbəb vardı. Amma içəri girən Xoşbəxtin görkəmi onu çox qorxutdu. Ananın gözləri bərəldi, yerində yırğalanıb ürəyi getdi. Özünə gələn və bir az sakitləşən ana qızına dedi:

-     Bütün bunlar qonşuların təqsiridir. Məgər xəbərdar edə bilməzdilər ki, özünü orda necə aparınalısan? Bunu qəsdən ediblər ki, biz bədbəxt olaq. Sən, qızım sandığı içəri gətir. Əgər adaxlın çıxsa, bəlkə hər şey düzəldi.

Sandığı otağa gətirdilər.

-     Niyə mənim ayaqlarım ağrıyır? - deyə Xoşbəxt soruşdu.

-     Ayaqlarına zinət əşyalarmı tax, - deyə anası cavab verdi.

-     Niyə mənim bütün bədənim sızıldayır?

-     Ən gözəl paltarını gey, - dedi anası.

Sonra Xoşbəxtin əlləri gizildəməyə, boğazı və başı ağrımağa başladı. Lakin о geyinib-keçindi, bütün zinət əşyalarını taxdı, saçlarını tağ ayırıb oturub gözləməyə başladı.

Sakitləşmiş ana isə yatmağa getdi.

Gecə sandıq açıldı və ordan Xoşbəxtin adaxlısı -böyük və ac boa ilanı çıxdı. Dəhşətə gəlmiş qız kömək üçün anasının yanına qaçdı. Amma heç ikilikdə də ilanla bacarmadılar, arxalarına baxmadan qaçıb getdilər.

Четверг, 30 Август 2012 10:39

İKİ ACGÖZ AYI BALASI

İKİ ACGÖZ AYI BALASI

Macar nağılı

U
zaq dağların arxasında, göy dərələrin о biri üzündə sıx, keçilməz bir meşə vardı. Bu sıx meşədə, talanın ortasında qoca bir ana ayı yaşayırdı. Ana ayı tək yaşamırdı, onun iki balaca balası var idi. Ayı balaları analarının yanında firavan yaşayırdılar. Amma vaxt gəldi, ayı balaları böyüdülər və öz xoşbəxtliklərini axtarmağa yola düşdülər.

Sağollaşanda ana ayı onlara tapşırdı:

-     Bir-birinizlə mehriban rəftar edin, dalaşmayın və heç vaxt bir-birinizdən ayrılmayın!

Ayı balaları analarının öyüdünə əməl etməyə söz verdilər, azuqələrini götürüb yola düşdülər.

Azmı getdilər, çoxmu getdilər, bilmirəm. Amma onların azuqələri qurtardı və yeməyə bir şey tapmadılar. Dilxor halda ac-yalavac yolla gedirdilər.

-     Ah, qardaş! - deyə kiçik qardaş ağlamağa başladı. - Elə yemək istəyirəm ki!

-     Mən də! - deyə böyük qardaş da ah-zar etdi. - Acından qarnım quruldayır!

Bu minvalla onlar yollarına davam edir və ağlayıb-sızlayırdılar. Birdən onlar yolun kənarında, bir kötüyün üstündə böyük bir pendir parçası gördülər. Pendir parçasını aralarında tən bölmək istəsələr də, bacarmadılar. Acgözlük onlara mane olurdu, hər ikisi о birisinə daha çox pendir çatacağından ehtiyatlanırdı. Elə qızışdılar ki, dalaşmağa hazır idilər. Bu vaxt bir tülkü onlara yaxınlaşdı:

-     Niyə mübahisə edirsiniz?

Ayı balaları öz dərdlərini ona danışdılar.

-     Eh, bu düzələn işdir, - deyə tülkü gülümsədi. - Pendiri verin, mən onu bölərəm!

Ayı balaları pendiri ona uzatdılar və diqqətlə müşahidə etməyə başladılar: birdən pendir dilimləri tən olmaz? Tülkü isə pendir parçasını götürüb onu kötüyə çırpdı. Pendir iki hissəyə bölündü, lakin bir hissə açıq-aydın о birindən daha böyük idi. Ayı balaları əlbəttə ki, bunu gördülər və bir səslə qışqırdılar:

-     Bax, bu hissə daha böyükdür!

-     Sakit olun! - tülkü onları sakitləşdirdi. - Mən indi bunu düzəldərəm.

Bunu deyib böyük olan hissədən yaxşı bir dişlək aldı. Amma yenə də pendirlər eyni olmadı. İndi də kiçik hissə daha böyük oldu.

-     Tənyarı deyil! Tənyarı deyil!

-     Görürəm, görürəm! İndi tənləşdirərəm.

Amma tülkü nə qədər çalışırdısa, bir hissə о birindən daha böyük alınırdı. Та о vaxta kimi ki, tülkü qarnını doydurdu. İndi artıq pendir parçaları eyni idilər. Amma onlar necə də balaca idilər!

Ayı balaları öz paylarını aldılar və acıqlarından ağlamağa başladılar: ac ayı balası bu boyda pendirlə necə doysun?

Nə olsun ki? - dedi qaçaraq uzaqlaşan tülkü. Əvəzində tənyarıdır!

Четверг, 30 Август 2012 11:35

QOCA ŞAXTA VƏ CAVAN ŞAXTA

QOCA ŞAXTA VƏ CAVAN ŞAXTA

Litva nağılı

b
iri vardı, biri yoxdu, bir qoca Şaxta vardı. Qoca Şaxtanın bir oğlu vardı - cavan Şaxta.

Bu oğul elə lovğa idi ki, gəl görəsən! Sözlə deyiləsi deyil. Ona qulaq asanda adama elə gəlirdi ki, dünyada ondan ağıllısı, ondan güclüsü yoxdur. Bir dəfə cavan Şaxtanm ağlına bir şey gəldi, о fikirləşdi:

“Atam artıq qocalıb! İşini yaxşı görə bilmir. Mən həm cavanam, həm də güclüyəm - mən ondan daha yaxşı insanları dondura bilərəm! Mənim əlimdən heç kəs qaça bilməz, mənimlə heç kim bacara bilməz: hamının öhdəsindən gələ bilərəm!”.

Bunu deyib cavan Şaxta yola düşdü, dondurmağa adam axtarmağa başladı. Yola çıxıb gördü ki, tox bir atın qoşulduğu bir arabada pan (pan - коhпә Polşada mülkədar, ağa) gedir. Kök panın əynində xəzli kürk var idi, ayaqları isə isti xalça ilə örtülmüşdü.

Cavan Şaxta pana baxıb gülməyə başladı.

"Eh - deyə о fikirləşdi, - bürün, yoxsa bürünmə, onsuz da əlimdən qurtara bilməyəcəksən! Mənim qoca atam sənə bəlkə də təsir etməzdi, amma mən səni elə donduracam ki, gəl görəsən! Nə kürk, nə də xalça səni xilas edə bilməz!"

Şaxta uçub pana yaxınlaşdı və onun zəhləsini tökməyə başladı: xalçanın altına girir, qollarından içəri soxulur, yaxasından üfürür, burnunu göynədirdi.

Pan öz arabaçısına atı daha sürətlə qovmağı əmr etdi:

-     Tez ol! - deyə о qışqırdı, - yoxsa donacam!

Cavan Şaxta isə onu daha çox bezdirir, burnunu daha çox göynədir, ayaq və əl barmaqlarmı dondurur, nəfəs almağa macal vermirdi.

Pan gah elə, gah belə oturur, büzüşür, sıxılır, yerində fırlanırdı.

-     Tələs, - deyə qışqırırdı, - tez sür!

Sonra isə qışqıra da bilmədi: səsi batdı.

Pan gəlib öz malikanəsinə çatdı: onu arabadan güclə düşürdülər, tamam donmuşdu.

Cavan Şaxta atasının, qoca Şaxtanın yanına uçdu. Başladı lovğalanmağa:

-     Görürsən, mən necəyəm! Bax, mən necə güclüyəm! Sən, ata, mənə çata bilməzsən! Görürsən, panı necə dondurdum! Gördün isti kürkün altına necə girdim! Sən belə kürkün altına heç vaxt girə bilməzsən! Sən belə panı heç vaxt dondura bilməzsən!

Qoca Şaxta gülümsədi və dedi:

-     Yaman gopçusan! Sənə gücünlə, bacarığınla öyünmək hələ çox erkəndir! Düzdü: sən gombul panı dondurdun, onun isti kürkünün altına girdin. Bu elə də böyük iş deyil! Bax, yolla cındır kürklü arıq kəndli öz arıq yabısına minib gedir. Onu görürsən?

-     Hə, görürəm.

-     Bu kəndli meşəyə odun qırmağa gedir. Gör onu dondura bilərsən? Əgər dondura bilsən, onda sənin gücünə inanaram!

-     Pah, nə böyük işdir! - deyə Cavan Şaxta cavab verdi. - Mən onu bir göz qırpımında donduraram!

Cavan Şaxta dövrə vurub yuxarı qalxdı, kəndlinin ardınca uçdu. Kəndliyə çatıb onu təngə gətirməyə başladı: gah bir böyründən, gah о biri böyründən hücum çəkir, kəndli isə heç vecinə almırdı. Cavan Şaxta onun ayaqlarından yapışdı. Kəndli kirşədən düşdü və atının yanınca qaçmağa başladı.

"Belə oldu, - deyə Cavan Şaxta fikirləşdi, onda özünü gözlə! Mən səni meşədə donduracam!"

Kəndli meşəyə gəlib çatdı, baltasını əlinə aldı və küknar ağaclarını, ağcaqayınları baltalamağa başladı, ətraf talaşalarla doldu.

Cavan Şaxta isə ondan əl çəkmirdi: əllərindən, ayaqlarından yapışır, yaxasından üfürürdü...

Cavan Şaxta nə qədər cəhd göstərirdisə, kəndli də bir о qədər bərk qızışırdı, odunları daha bərk baltalayırdı. Axırda elə qızışdı ki, hətta əlcəklərini də çıxardı.

Cavan Şaxta kəndliyə çox hücum çəkdi, nəhayət yoruldu.

"Yaxşı, - deyə о fikirləşdi, onsuz da səndən əl çəkməyəcəm! Evə qayıdanda səni sümüklərinə kimi donduracam!"

Bunu deyib kirşəyə yaxınlaşdı, əlcəkləri görüb onların içinə girdi. Oturub istehza ilə gülməyə başladı: "İndi görüm, əlcəklərini necə taxacaqsan: onları elə dondurmuşam ki, taxtaya dönüblər!"

Cavan Şaxta kəndlinin əlcəklərinin içində oturmaqda davam edir, kəndli isə elə bir yandan odun qırırdı.

Kəndli arabanı ağzına kimi odunla doldurdu.

-     İndi - dedi o, - evə qayıda bilərəm!

Kəndli əl atıb əlcəklərini götürdü, geymək istədi, amma onlar sanki dəmirdən idilər.

"Hə, indi görüm neyləyəcəksən?" - deyə Cavan Şaxta öz-özünə gülümsəyirdi.

Kəndli gördü ki, əlcəkləri əlinə taxa bilməyəcək, baltanı götürüb onları döyəcləməyə başladı.

Kəndli əlcəkləri baltanın küpü ilə vurduqca Cavan Şaxta əlcəklərin içində ah-of edirdi. Kəndli Cavan Şaxtanı elə bərk əzişdirdi ki, о qaçıb canmı zorla qurtardı.

Kəndli evə qayıdır, odunu daşıyan atını haylayırdı. Cavan Şaxta isə axsaya-axsaya atasının yanına gedir, ufuldayırdı. Qoca Şaxta onu görüb gülməyə başladı:

-     Bu nədir, oğul, ayaqlarını güclə sürüyürsən?

-     Kəndlini dondurum deyə əldən düşdüm.

-     Bəs, ay oğul, niyə belə inildəyirsən?

-     Kəndli məni bərk əzişdirdi!

-     Bax, oğul, bu sənə dərs olsun: pan kimi avaraların öhdəsindən gəlmək elə də çətin deyil, amma kəndli ilə isə heç vaxt, heç kim bacara bilməz! Bunu unutma!

Четверг, 30 Август 2012 11:31

AĞА NЕCƏ DÖNÜB AT OLDU

AĞА NЕCƏ DÖNÜB AT OLDU

Latış nağılı

Q
ədim zamanlarda bir qəddar ağa vardı. Onun öz muzdurlarına heç rəhmi gəlməz, onları canları çıxana kimi işlədərdi. Hətta bayramlarda belə dinclik verməzdi.

Bir səhər böyük bayram zamanı, başqalarının ağır zəhmətdən sonra dincəldiyi bir vaxtda, ağa öz muzdurlarını xırmana, taxıl döyməyə apardı.

Muzdurlar isə bütün əvvəlki günü və gecəni taxıl döymüşdülər və yorğunluqdan ayaq üstə güclə dururdular.

İşə başlamağa macal tapmamış ağa əlində dəyənəklə xırmana gəldi: ona elə gəlirdi ki, muzdurlar çox süst işləyirlər. О muzdurları danlamağa, hədələməyə başladı. Əlindəki dəyənəyi yelləyir, qışqırırdı:

-     Ah, sizi avaralar! Burdakı çovdarı döyüb qurtarmayana qədər sizi xırmandan buraxmayacam!

Muzdurlar ağaya atı taxıldöyənə qoşmaq üçün yalvarmağa başladılar. Onda iş də sürətlənərdi.

-     Nə? - deyə ağa bağırdı. - Sizə at verim? Əgər bir də bu sözü dilinizə gətirsəniz, mən sizi, tənbəlləri bu əllərimlə şil-küt edərəm! Sizə at yoxdur! At dincəlməlidir. Özünüz işləyin!

Ağa çığırdı, bağırdı və özünü xırmandan çölə atdı: kim tozlu yerdə qalmaq istəyər ki!

Ağa çölə çıxan kimi muzdurların qulağına səs gəldi:

-     Tpru! Dayan! Tpru!

Sonra at kişnədi və yüyənin cingiltisi gəldi. Görünür kimsə atı qoşurdu.

Amma bu kim ola bilərdi?

Bu vaxt xırmana ağ uzun saqqallı, əldən düşmüş bir qoca girdi. Qocanın gözləri şimşək kimi işıq saçırdı. Qoca qıvraq bir kəhər atın yüyənindən tutmuşdu.

О muzdurlarla salamlaşdı və dedi:

-     Bax bu da sizə at! Onu taxıldöyənə qoşun, sonra ən ağır işlərə aparın. Meşəyə oduna gedəndə odunu arabaya yığmayın. Ağacı kəsən kimi ata bağlayın, qoyun sürüyə-sürüyə qol-budaqları ilə birlikdə ağanın həyətinə aparsın. Əgər tərslik etsə, daşımaq istəməsə, amansızcasına qamçılayın, qamçıya heyfiniz gəlməsin! Yanlarına, belinə vurun, yalnız başına vurmayın. Yeməyə ona heç nə verməyin. Burduğa gətirəndə tavandan asın. Qoy işləyəndən sonra bütün gecəni asılı qalsın. Bu onun ancaq xeyrinədir!

Bunu deyib qoca yoxa çıxdı.

At isə bərkdən kişnədi, onun səsi muzdurlara ağanın səsini xatırlatdı.

Bu vaxt onlar anladılar ki, bu at nə atdır! hökmdarı Perkon ata özü idi! - dedilər muzdurlar. - Onun əmrini isə dəqiq yerinə yetirmək lazımdır. О necə buyurubsa, atla elə о cür də davranmalıyıq.

Dərhal kəhər atı taxıldöyənə qoşdular və işləməyə başladılar. Kəhər at isə tərslik edir, kişnəyir, ayaqlarını yerə döyür, başını hərləyir, bir sözlə, işləmək istəmirdi! Bu məqamda onu necə lazımdı qamçıladılar: qoy tərslik etməsin!

О gündən sonra belə də davam etdi.

Ən ağır işlərə mütləq kəhər atı qoşurdular. İşləmək istəməyəndə isə onu rəhmsizcəsinə şallaqla və dəyənəklə döyürdülər.

Bütün gün dinclik verilmədən işləyən atı gecə burduğa aparır və tavandan asırdılar:

-     Qoy səhərə kimi asılı qalsın!

Kəhər ata heç yemək də vermirdilər. Bütün bu vaxt ərzində о yalnız qışda arabadan gizlicə bir dəstə saman, yayda isə çəpərin dibində bitən gicitkən yeyə bilmişdi - vəssəlam!

-     Yəqin bizə bu atı gətirən ildırım və şimşəklərin Kəhər at peyda olan gündən zalım ağa yoxa çıxdı. Ağanın xanımı onu az axtardı, çox axtardı, tapa bilmədi.

Bu minvalla bir il keçdi. Lap əvvəldə kəhər at qıvraq, qədd-qamətli, güclü idi, bir ildən sonra isə onu tanımaq olmurdu: dodaqları sallanır, böyürlərində qabırğaları görünürdü, gözləri çuxura düşmüş, beli əyilmiş, tükü tökülmüşdü.

Bir gün xanım həyətdə kəhəri gördü və kovxaya dedi:

-     Bu qotur yabını meşəyə aparıb işini bitirmək lazımdır. Нес bir işə yaramır, üstəlik ona baxanda adamın ürəyi bulanır!

Kovxa isə görünür başqaları kimi atın nə at olduğunu anlayırdı, buna görə də onun işini bitirmirdi.

Bir bayram günü səhər tezdən hamının dincəldiyi bir vaxtda kəhər at yavaşca burduqdan çıxdı, ağa bostanına tərəf getdi və ordakı kələmləri yeməyə başladı.

Hava almağa çıxan xanım da bostana girdi və nə görsə yaxşıdır: qotur yabı acgözlüklə kələmləri dişinə tutub aşırır.

Xanım bir qəzəbləndi:

-     Ay səni, - deyə о qışqırdı, - yaramaz heyvan! Dayan, indi mən sənə göstərərəm!

Yerdən yoğun bir ağac götürüb tapp düz atın başından vurdu! Zərbə atın başına dəyən kimi xanımın qarşısında ağa peyda oldu.

О zəif və yazıq səslə dedi:

-     Əzizim, məni niyə döyürsən? Doğrudanmı bu kələm yarpaqlarını mənə qıymırsan? Axı bir il

çəkdiyim aclıqdan sonra onlar mənim üçün əvvəllər yediyim ən ləziz yeməklərdən daha dadlıdır!..

Bu vaxt xanım ağanı tanıdı, ah-of çəkməyə başladı. ağa isə heç özünə oxşamırdı: arıqlayıb qaralmışdı, saqqalı, dırnaqları uzanmış, bədəni döyülməkdən gömgöy olmuşdu. Paltarı cındıra dönmüşdü.

Xanım ağanı qamarlayıb tez evə apardı ki, onu heç kim görməsin.

О vaxtdan bəri ağanın kibiri yatdı və о daha mülayim oldu.

Четверг, 30 Август 2012 11:26

OĞLAN VƏ SKRİPKA

OĞLAN VƏ SKRİPKA

İsveç nağılı

ch
ox qədim zamanlarda bir qoca qadın yaşayardı. Qadının gözünün ağı - qarası bircə oğlu vardı. Onlar meşədə bir komada yaşayardılar. Güzəranları çox ağır idi. Çox vaxt yeməyə bir parça çörək də tapmazdılar.

Oğlanın on iki yaşı tamam olan kimi anası onu uzaqlara, varlı bir evə nökərçiliyə yolladı. Oğlan mal-qaranı və qoyunları otarmağa başladı.

Bir il keçdi, oğlan bir ere zəhmət haqqı aldı, ikinci il üçün də eyni haqq aldı, üçüncü il də o birilərindən fərqlənmədi. O zaman oğlan üç il üçün bütün qazancını götürüb ağaları ilə sağollaşdı və evlərinə yola düşdü.

Oğlan sevinə-sevinə yol gedir, bu mahnını oxuyurdu:

-      Üç il dalbadal çalışdım,

Üç dənə mis pul qazandım,

Sevincliyəm, çox şadam!

Gör necə də varlıyam!

Birdən, sanki göydən düşmüş kimi, qarşısına bir qarı çıxdı. Qarı üç mis pul haqqındakı mahnını eşitmişdi. Buna görə də oğlana dedi:

-      Ağıllı bala, mənə bir az pul ver!

-      Nə deyirəm ki, bu ədalətli olar!-deyə oğlan cavab verdi və bir eresini qarıya uzatdı.

Qarı ona təşəkkür etdi və qeyb oldu. indi oğlanın iki eresi qalmışdı. Bəlkə də düşünürsünüz ki, oğlanın bundan kefi pal-paltarını tez-tez yırtması yadına düşdü. İndi isə onun paltarını yamamaq üçün sap almağa da pulu yox idi.

“Anam da məni danlayacaq, - deyə oğlan fikirləşməyə başladı.

-      Yaxşıca qulaqburması verəcək... Bu da zəhmətimin haqqı!”

Birdən hardansa bir səs ondan soruşdu:

-      Niyə belə acı-acı ağlayırsan, mənim balam?

Oğlan başını qaldırdı və beli bükülmüş balaca bir qarı gördü:

-      Necə də ağlamayım? – deyə oğlan cavab verdi. – Üç il mal-qara otardım, əvəzində üç ere qazandım. Hansısa qarılar mənim bütün pullarımı əlimdən aldılar, indi də evdə məni yaxşıca kötək gözləyir.

-      Ağlama, mənim balam, - dedi qarı. – Sən axı pullarını birinci dəfə də, ikinci dəfə də, üçüncü dəfə mənə vermisən.

Oğlan qulaqlarına inanmadı:

-      Bu mümkün deyil!

-      Mümkündür! Görürsən ki, qarşındayam, - deyə qarı onu inandırdı. – Hər verdiyin ere üçün sənin bir arzunu yerinə yetirəcəm. De görüm, ürəyindən nə keçir?

-       Həqiqətən də çox sağ ol, - deyə oğlan gülməyə başladı. – Əgər doğru deyirsənsə, daha ağlamayacam. Görəsən səndən nə istəyim? Birincisi, elə bir pul kisəsi istəyirəm ki, içində həmişə pul olsun. Sonra, elə bir skripka istəyirəm ki, mən onu çalan kimi hamı oynamağa başlasın. Nəhayət, elə bir silah istəyirəm ki, həmişə hədəfə vursun.

-      Nə deyirəm ki, bunu pis fikirləşməmisən, - dedi qarı. – Üç il ərzində qazandığın bütün pulları mənə verdiyinə görə mən də sənin arzularını yerinə yetirəcəm!

Həmin andaca oğlanın cibində pul kisəsi, çiynində tüfəng, əlində isə skripka peyda oldu.

-      Çox sağ ol, - dedi oğlan. – İndi anam məni qətiyyən danlamaz!

O qarı ilə vidalaşdı və cəld addımlarla yola düşdü. Qarı isə bir qədər onunardınca baxdı və meşəyə tərəf getdi.

Oğlan gəlib evinə çatdı, başına gələn əhvalatı anasına danışdı və qarının hədiyyələrini göstərdi.

-      Tüfənglə skripkadan nə fayda, - dedi ansı. – Amma pul kisəsi işə yarayar! Baxım, içində pul var? pul olsaydı, şəhərə gedib şam yeməyi üçün bir kömbə çörək, bir bardaq da süd alardım.

-      Bir kömbə çörək, bir bardaq süd! – deyə oğlan gülməyə başladı.

-      Niyə belə az! Yaxşısı budur, sən bir kisə un, iki pud da donuz piyi al, onda qarnımızı yaxşıca bərkidə bilərik!

-      Ay səni avam, - ana başını yellətdi. – Bir kömbə çörəyə, bir bardaq südə pul çatsa odur ki, var. Pul kisəsini mənə ver görüm!

-      İndi, - deyə oğlan cavab verdi. – Önlüyünü tut görüm, anacan!

Oğlan pul kisəsini açdı və önlüyün içinə cingilti ilə gümüş pullar tökülməyə başladı.

-      Dayan! – deyə önlüyü gümüş pullarla dolan ana qışqırdı. – Bir az da gələn səfər üçün saxla!

-      İndi isə şəhərə get və sənə dediklərimi al, - dedi oğlan. – Evə də araba ilə qayıtş Qayıdanda yenə pulumuz olacaq.

Qarı önlüyünü düyünləyib yola düşdü. Bir kisə un, iki pud donuz piyi  alsa da, pulu azalmadı. O zaman o dükanları gəzməyə başladı. Xoşuna gələn mallardan alır, əlini önlüyünə atır, ordakı gümüş pullardan bir ovuc götürüb dükan sahibləri ilə hesablaşırdı.

Əlbəttə ki, bu, insanların gözündən qaçmadı, onlar qadına baxaraq pıçıldaşmağa başladılar.

-      Bu qarıya nə olub? Görəsən bu pullar onda hardandır?

Bir-biriləri ilə məsləhətləşib burqomistrin yanına getdilər. Burqomistr əlbəttə ki, dərhal qarının kimi isə soyduğunu fikirləşdi. O öz mundirini geydi, lələkli şlyapasını başına qoydu, par-par parıldayan çəkmələrini ayağına taxdı, keşikçiləri çağırdı və meydana yola düşdü. Qarı isə hələ də dükanları gəzir, mallara baxırdı.

-      Kral adından səni həbs edirəm! – deyə burqomistr qışqırdı.

Qarı söylənərək heç bir günahı olmadığını, pulları ona oğlunun verdiyini dedi. Amma onun bu sözləri əbəs idi.

-      Boş-boş danışma, - dedi burqomistr. – Yaxşısı budur boynuna al! Yoxsa səni qazamata salaram, ömrün boyu ancaq su və çörək yeyərsən.

Qarı nə qədər ağlasa da, günahsız olduğunu söyləsə də ona heç kim inanmadı. Keşikçilər onu tutub burqomistrin evinə gətirdilər. Orda onu balaca bir otağa saldılar, burqomistr özü öz əli ilə qapını qıfılladı. Bütün şəhər sakinləri sorğu-suala çağrıldılar.

Çox keçmədən burqomistrin evində adam əlindən tərpənmək olmurdu. Evin içinə yerləşməyənlər eyvanda və həyətdə gözləməli olurdular. Nəhayət hamı yığışdı, burqomistr onlara dedi:

-      Qoy bu gün qarət edilən qabağa çıxsın. Biz onun pullarını özünə qaytarar, oğrunu isə cəzalandırarıq.

Hamı ağzını açıb sonra nə olacağını gözləyirdi. Heç kim qabağa çıxmırdı. Burqomistrin üzü getdikcə daha çox qizarır, insanlar çaşqınlıq içində bir-birilərinin üzünə baxırdılar. Məlum oldu ki, heç kim qarət olunmayıb, heç nə itirməyib. Buna görə də heç kim qarını oğurluqda günahlandırmadı. Amma heç kim qarıda bu qədər pulun olmasını başa düşə bilmirdi.

Bunlar burda qalsın, sizə kimdən deyim, kimdən danışım, qarının oğlundan. Oğlan şəhərə gedən anasının yolunu gözləməyə başladı. Artıq acmışdı, lakin qarı gəlib çıxmaq bilmirdi. O zaman oğlan tüfəngini və silahını götürüb şəhərə yollandı. Şəhərə çatıb mat qalmışdı – küçələrdə bir ins-cins gözə dəymirdi, yalnız burqomistrin evinin yaxınlığında səs-küy gəlirdi. Oğlan yolunu ordan saldı, qapıya yaxınlaşdı və sakitcə evə girdi.

Baxıb nə görsə yaxşıdır: anası taxta skamyada oturub, qarşısında burqomistr durub, başını qaşıyır.

-      Anam nəsə pis iş görüb? – deyə oğlan soruşdu. – Onu niyə həbs etmisiniz?

-      Onun çoxlu təzə gümüş pulu var, - deyə burqomitr cavab verdi. Amma mən heç bir şey anlamıram – məlum oldu ki, heç kim heç nə itirməyib!

-      Siz bəlkə elə düşünürsünüz ki, anam bu pulları oğurlayıb? İndi mən sizı sübut edərəm ki, səhv edirsiniz. Şlyapanı tut görüm!

Burqomistr şlyapanı uzatdı, oğlan pul kisəsini açdı və ordan cingilti ilə gümüş pullar tökülməyə başladı.

-      Bax belə, - dedi oğlanş – İndi isə bu pulları böyüklərə də, kiçiklərə də bərabər payla. Anamı isə azad et! Madam ki, hamınız bir yerə yığılmısız, bəlkə oynayaq?

-      Sən çala bilirsən? – deyə oğlanlar və qızlar qışqırmağa başladılar.

-      Bilirəm, bilirəm, -deyə oğlan cavab verdi. O skripkasının yayını qaldırdı və elə şən polka çalmağa başladı ki, otaqda olan masalar da, stullar da rəqsə qoşuldular.

Bu vaxt burqomistrin kiçik qızının yatdığı beşik yelləndi və burqomistrin şlyapasını əlindən yerə saldı. Gümüş pullar ətrafa səpələndi və bir həngamə başlandı ki, gəl görəsən! Adamlar bir-birilərini itələyir, sıxışdırır, daha çox pul toplamağa çalışırdı. Bir mərəkə qopdu ki, dalaşır, sözləşir, bir yandan da oynayırdılar.

Nəhayət burqomistr oğlana çalmağı dayandırmağı söylədi. Bütün pulları yığıb ona verməyə hazır idi, təki, o daha çalmasın.

-      Onlar nəyimə lazımdır ki? – deyə oğlan cavab verdi. – İstəsəm ondan da çox pulum olar.

Oğlan onları yetərincə yorduqdan sonra çalmağı dayandırdı.

-      İndi isə anama dükandan aldıqlarının hamısını qaytarın, - dedi oğlan. - Bugünlük bəsinizdir.

-      Burqomistr məlum işdir ki, canını oğlandan və anasından tez qurtarmaq üçün digər insanlara kömək etməyə başladı. Kimisi qarının aldıqlarını axtarırdı, kimisi araba dalınca getdi. Ana və oğul evə əsl ağa və xanım kimi qayıtdılar, un kisəsini və iki pud donuz piyini də evə gətirmişdilər, daha nə lazım idi ki?

Günlərin birində, səhər tezdən oğlan meşəyə yola düşdü. Meşədə gəzən vaxt şam ağacının təpəsində tetra quşunun oturduğunu gördü.

“İndi tüfəngimi sınaya bilərəm, - deyə oğlan fikirləşdi. – Görüm qarı məni aldatmayıb ki!”

O tüfəngini qaldırdı, başqa tərəfə çevirib tətiyi çəkdi. Atəş səsi gəldi və tetra quşu daş kimi şam ağacından tikanlı kolların üstünə düşdü. Elə bu vaxt meşədən rahib keçirdi. O atla monastra tərəf gedirdi.

-      Ay səni lənətə gəlmiş oğru! Sən nə cürətlə burda icazəsiz ov ovlayırsan? – deyə oğlan cavab verdi. – Gülləni kimə atırdın?

-      Tetra quşuna, - deyə oğlan cavab verdi. – O şam ağacında oturmuşdu. İndi isə tikanlı kolluğa düşüb. İstəyirsən onu özünə götür. Mənə tetra quşu lazım deyil. Amma danışanda bir az nəzakətli ola bilərdiniz.

-      Sənə hələ bir söz də qaytarırsan! – deyə rahib acıqlandı. – Sənin yerin dar ağacıdır! Amma bir az gözlə, əvvəl tetra quşunu götürüm, yoxsa uçub gedər.

Rahib tetra quşundan hazırlanan qızartmanı çox sevirdi, belə nahar barədə fikirləşən rahibin ağzı da sulandı. Rahib atından düşdü, onu ağcaqayın ağacına bağladı, özü isə ehmalca kolluğa yaxınlaşdı. Əlini uzadıb tetra quşunun qanadından tutdu.

Amma bu an oğlan skripkasını götürüb çalmağa başladı. Rahib kolluqda hoppanıb düşməyə başladı, ancaq tetra quşunu da əlindən buraxmırdı. Quşun lələkləri uçuşdu, rahibin cübbəsi parça-parça oldu, özü isə qorxudan iyrənc bir səslə qışqırırdı. Ağacın yanında durmuş at da oynayırdı. Nəhayət at ipləri qırdı və qaçıb uzaqlaşdı.

-      İndi bilərsən günahsız adamları oğru adlandırmaq necə olur, - dedi oğlan və daha da şövqlə çalmağa başladı.

-      Dayan, dayan! Mən bir də eləməyəcəm! – deyə rahib qışqırdı. – Heç vaxt!

-      Bax indi siz müqəddəs ataya yaraşan tərzdə danışırsınız! – deyə oğlan cavab verdi. – Bir də söz ver ki, bu rəqsə görə hayıf almayacaqsan.

-      Söz verirəm, söz verirəm! – deyə rahib tövşüyə-tövşüyə söylədi. – Mən səni öz oğlum kimi sevməyə söz verirəm, təki daha çalma!

Oğlan skripkanın yayını aşağı saldı. Rahib isə arxasına belə baxmadan qaçmağa başladı, izi-tozu da qalmadı. Nə qədər tələssə də tetra quşu əhvalatını unutmadı.

Qaçıb monastra gəldi, çarpayısına uzandı, yaralarını, sıyrıntılarını saymağa, oğlandan hayıfını necə almaq barədə düşünməyə başladı.

-      Düzdür, mən bu avaraya heç bir pislik etməyəcəyimə dair söz vermişəm, - deyə rahib fikirləşdi. – Amma bir var başın dərddə olanda söz vermək, bir də var ki, təhlükə sovuşduqdan sonra onu yerinə yetirmək!

Rahib sağaldıqdan sonra abbatın yanına şikayətə getdi. Abbat öz növbəsində yepiskopa, yepiskop isə arxiyepiskopa, arxiyepiskop isə krala şikayət etdi. Axı tetra quşu ilə baş çıxarmaq ruhanilərin işi deyildi.

Kral hiddətləndi, oğlanı tutub edam etməyi əmr etdi. Oğlanı kral sarayına gətirdilər, orda isə artıq adam əlindən tərpənmək olmurdu. Kralla kraliça taxtda oturmuşdular. Onların arasında isə şahzadə qız əyləşmişdi. Şahzadə qız çox qəmli idi, təkcə onun bu zavallı oğlana yazığı gəlirdi.

Rahib də burdaca durub, sevinclə əllərini bir-birinə sürtürdü. Nəyahət oğlandan hayıfını ala biləcəkdi.

Kral işarə etdi və oğlanı dar ağacının yanına apardılar. Birdən oğlan üzünü kral ailəsinə tərəf çevirdi və nəzakətlə baş əydi.

-      Ey qüdrətli kral! – dedi oğlan. – Bilirəm ki, dar ağacından asılmağa məhkum edilmiş insanların son arzusu yerinə yetirilməlidir. Mənim də balaca bir arzum var. Əgər siz, əlahəzrət onu yerinə yetirsəniz, mən rahat və sevinclə ölə bilərəm.

-      Sən deyən olsun, - deyə kral cavab verdi. - Arzunu yerinə yetirməyə söz verirəm. Öz kral tacıma and içirəm!

-      Bir çoxları dar ağacından asılmazdan əvvəl nitq söyləyirlər, - dedi oğlan. – Mən  gözəl danışmaq qabiliyyətinə malik deyiləm. Axı mən yalnız kasıb bir musiqiçiyəm. Lakin sonuncu dəfə öz skripkamı çalmaq istəyirəm. O mənim dostum idi və çox xoşbəxt günlərimin şahididir. İcazə verin onunla sağollaşım.

-      İcazə verməyin! - deyə rahib qışqırdı. – Skripkanı çalmağa ona icazə verməyin! Əlahəzrət, onun arzusunu yerinə yetirməyin!

Rahib krala tərəf qaçıb onun ətəyindən yapışdı. Lakin kral qaşlarını düyünlədi və rahibə sərt bir nəzər saldı.

-      Sən oğlanı cəzalandırmağı tələb edəndə mən səninlə mübahisə etmədim, - dedi o. - Necə demişəmsə elə də olacaq. Hər şeyin bir həddi olmalıdır. Bircə o qalmışdı ki,onun belə əhəmiyyətsiz arzusunu yerinə yetirməyək. Bu çoz ədalətsiz və insafsız bir hərəkət olardı!

-      O zaman, əlahəzrət, əmr edin məni bax o şam ağacına bağlasınlar. Mən onun skripkasından artıq payımı almışam!

-      Məmnuniyyətlə! - deyə kral başını tərpətdi və saray adamlarına işarə etdi.

Rahibi möhkəm iplərlə şam ağacına bağladılar, oğlan skripkasının yayını qaldırıb çalmağa başladı.

Həmin an hamı oynamağa başladı. Kralla kraliça da, gözəl şəhzadə qız da rəqs edərək hərlənir, saray əhli hoppanaraq oynayır, camaat atılıb-düşürdü.

Hamıdan çox rahib əziyyət çəkirdi. O quru öküz dərisi kimi şam ağacı boyunca yuxarı-aşağı sürünürdü.

Əlbəttə ki,bu hal kralı hiddətləndirdi.Axı o camaatın gözü qabağında hoppanmalı olurdu.

-      Dərhal çalğını dayandırmasan, - deyəo qışqırdı, - səni elə indicə asdıracam!

-      Məni onsuzda asacaqlar, - deyə oğlan cavab verdi, - amma əvvəlcə öz skripkamla vidalaşmaq istəyirəm.

-      Mən səni bağışlayaram, ancaq çalğını dayandır! - deyə hələ də rəqs edən kral çığırdı.

-      Bax,bu başqa məsələ, - dedi oğlan, - amma mən hələ doymamışam, bir az da çalmaq istəyirəm. Sonra bacarsanız məni nə qədər istəniz asa biləcəksiniz!

-      De görüm daha nə istəyirsən? - deyə kral tövşüyə-tövşüyə soruşdu və dabanı üstə hərlənməyə başladı. Ürəyin istədiyini verərəm!

-      Çox sağ olun, - dedi oğlan və təzim etdi. - O zaman gözəl şəhzadə qızını, üstəlik var-dövlətinin yarısını da mənə ver!

-      Axı mən onu Portuqal şəhzadəsinə verməyi vəd etmişəm, - deyə kral qışqırdı və bir ayağı üstə döndü. - Əgər vədimi pozsam, o mənə müharibə elan edər. Mən nə edə bilərəm ki?

-      Buna görə narahat olmayın, - deyə oğlan cavab verdi. - Onun öhdəsindən asanlıqla gələ bilərik, skripkama and olsun!

-      Necə istəyirsən elə də et, - dedi kral. - Mən hər şeyə razıyam, yalnız çalğını dayandır.

O bir ayağı üstə fırfıra kimi elə fırlandı ki, onun sincab xəzindən olan arxalığı bədəninə yapışdı.

-      Hə indi bir az da dincələ və işlərimiz barədə danışa bilərik. - dedi oğlan və çalğısını dayandırdı.

Adamlar ayaq üstə güclə durmuşdu, rahib isə elə ciddi cəhdlə ağac boyu sürünmüşdü ki, iplər davam gətirməmişdi. İplərdən azad olan rahib dabanlarına tüpürüb monastıra tərəf götürüldü.

Oğlan isə saraya getdi və şəhzadə qızla nişanlandı. Demək lazımdır ki, şəhzadə qızın qüssəsindən əsər-əlamət qalmamışdı.

Bunu Portuqal şəhzadəsi öyrəndi, böyük qoşun toplayıb yürüşə çıxdı. Oəlan öz tüfəngini və skripkasını götürüb onların qabağına çıxdı.Tüfəngdən atəş açıb skripkasını çalmağa başladı.Bir mərəkə qopdu ki, gəl görəsən! Kimisi atəş səsini eşidən kimi dərhal həlak olur, digərləri oynamaqdan halsız düşürdülər! Bu minvalla qoşun pərən-pərən düşdü.

Bu hadisədən sonra da toy çaldırdılar. Krala ağıllı kürəkən, şəhzadə qıza isə yaxşı ər qismət oldu. Krallıqda hamı buna sevinirdi.

Oğlanın anası da toyda şənləndi və oğlunun yerinə sevindi. Oğlan anasından soruşdu:

-                    Anacan, indi bizimlə birlikdə yaşayacaqsan, elə deyilmi?

-                    Qətiyyən olmaz! - deyə qarı cavab verdi. - Mən öz sobamdan və köhnə çarpayımdan əl çəkmərəm!

Oğlan anasının sözünü iki eləmədi - axı o yaxşı oğul idi.Yalnız ertəsi gün o ustaları ansının komasını qaydaya salmağa göndərdi. Sobaya və çarpayıya dəymədilər, onların ətrafında isə yeni divarlar hörməyə, yeni döşəmə vurmağa başladılar. Damı da yaddan çıxarmadılar.

Koma əsl saraya çevrildi, adamlar isə Saman qəsr adlandırdılar.

Qarı ölənə kimi həmin qəsrdə şad-xürrəm ömür sürdü. Qarı keçən yay vəfat etdi, o səksən yeddi il, üç ay və doqquz gün yaşadı.