admin2
QURD VӘ İLBİZ
Abasquluağa Bakıxanov
QURD VӘ İLBİZ
Bir almanın içindә bir qurd vardı, nagəhan
Külәk qopdu, ağacı silkәlәdi durmadan.
Alma qopub budaqdan düşәrәk yerә dәydi,
Qurd da düşüb qorxuya әvvәlcә nalә çәkdi.
Sonra gördü sağ qalmış, sakitlәşdi bir qәdәr,
Aһәstә çölә çıxıb saldı әtrafa nәzәr.
Qamәtini qaldırıb dedi:-«Mәnәm qәһrәman,
Zәrәr yetirmәz mәnә nә bir külәk, nә tufan».
Bizim bala qurdcığaz һey döşünә döyürdü,
Qabil şәxsiyyәt kimi һey özünü öyürdü.
Deyirdi: «Çox gәrәkli varlığam ki, belә mәn,
Allaһ mәni qurtardı qәbr içindә ölümdәn».
Qurda yaxın bir ilbiz sıxılıb daxmasına,
Ətrafı seyr edirdi. Qurd, onun baxmasına
Nәzәr salıb fәxr ilә bağırdı: «Ey, bura bax,
Gör mәn necә qoçağam». O, bir az da qalxaraq,
Alma üstә dikәldi, dedi:-«Minarәyәm mәn,
Yaxın gәl, ta sayәmdә qorunasan külәkdәn».
Lakin ilbiz sıxıldı etibarlı qınına,
Dinmәyib altdan-altdan baxdı һeyrәtlә ona.
Birdәn külәk başqa bir güclә әsdi, çoxaldı,
Ağacdan yer üstünә böyük bir alma saldı.
Alma düşdü dos-doğru mәğrur qurdun başına.
Bu qoçağı döndәrdi dәrһal xәmiraşına.
Hava sakitlәşәndә ilbiz çıxdı yuvadan,
Gördü әzilmiş sәfeһ, tәkәbbürlü pәһlәvan.
İlbiz aһәstә dedi:-«Budur şöһrәtin sonu,
Yersiz öyünmәk, qürur mәһv etdi axır onu».
İnanın bu ilbizә, bir һikmәt söylәyim mәn,
Öz yurduna sığınmaq xoşdur sarsaq ölümdәn.
EŞŞӘK VӘ BÜLBÜL
Abasquluağa Bakıxanov
EŞŞӘK VӘ BÜLBÜL
Nәqldir, bülbülü görüb eşşәk,
Dedi:-Qәlbimdә vardır üqdeyi şәkk
Xalq edәr sövqü, lәһcәni tərif,
İstәrәm mәn һәm eylәyim tövsif.
Ey olan һüsnü-sövtdә məruf!
Eylә bu şәkk üqdәsin mәkşuf.
Xalq әqvalı ta ola məlum,
Sidqü kizbini mәn edim mәfһum.
Et bu dәm bir, nәvayi-xoş avaz,
Qıl qәbul iltimasım, eylәmә naz!..
Eşşәyin iltimasın ol bülbül,
Çün qәbul etdi, eylәdi qülğül.
Guşini tutdu xәr ki, çün nasus,
Özü һәm durdu sakitü salus.
Eşidib sövt nәğmәsini tamam,
Dedi:-Sәd һeyf, һeyf müdam!
Gәrçi alәm içindәsәn mәşһur,
Şöһrәti-kizbә olma sәn mәğrur!
Nәğmәdә nәqs çox vә leyk, әfsus!
Sәnә təlim etmәyibdi xorus.
Nә xoşavazdır xorusi-sәba,
Qәlbi şad elәyir qılanda sәda!..
Bülbülә sözlәri edib təsir,
Dedi:-Xoşdur sәnә һәmişә nәfir!
Lәһni-sövtim edәr caһana әsәr,
Sәnә təsir etmәdi, ey xәr?!.
...Bülbül azürdә eylәdi pәrvaz,
Bu misal ilә çox olur pәrdaz!
Ol kәsin һalı matdır һeyran,
Özü aqil, mürәccәi nadan!
Bizә xaliq ola müinü pәnaһ!
Caһil һakim edәndә әmri-tәbaһ!
Tənbəl Əhmədin nağılı
TƏNBƏL ƏHMƏDIN NAĞILI
eçmiş zamanlarda bir padşah vardı. Bu padşahın arvadı və Çimnaz adlı bir qızı vardı. Bir gün söhbət əsnasında padşahla arvadı mübahisəyə başladılar ki, evi arvad saxlar, yoxsa kişi.
Padşah dedi:
- Evi kişi saxlar!
Arvad razılaşmadı:
- Yox, evi arvad saxlar!
Söhbətin bu yerində padşah Çimnazı çağırıb soruşdu ki, evi arvad saxlar ya kişi? Çimnaz dedi:
- Əlbəttə ki, evi arvad saxlar.
Padşahm Çimnaza acığı tutdu və vəzirə əmr elədi ki, aparıb onu öldürsün.
Vəzirin Çimnaza yazığı gəlib öldürmədi. Onu gətirib Tənbəl Əhmədin anasına verdi ki, bunu da götür, öz qızın kimi saxla.
Vəzir Çimnazı qarının evində qoyub gedəndən sonra Çimnaz Əhmədin anasından soruşdu:
- Nənə, məndən başqa bir oğlun, qızın var?
Qarı dedi:
- Qızım, bir oğlum var, adı Tənbəl Əhməddir. Amma heç o da olmasaydı yaxşı olardı.
Çimnaz dedi:
- Nənə, niyə elə deyirsən?
Qarı ağlaya-ağlaya cavab verdi:
- Əhməd evdən eşiyə çıxmır, elə deyir, "Ver yeyim, ört yatım, gözlə canım çıxmasın". Gündə bu sözləri təkrar edir, mən isə gedib evlərdə işləyirəm. Qazandığımı da əlimdən alıb yeyir.
Çimnaz dedi:
- Nənə, ağlama, mən onu adam edərəm. Al bu pulu, bazarlıq elə, gətir yeyək.
Nənə pulu alıb getdi bazara, biz az yemək-içmək alıb gətirdi.
Çimnaz qarını yola salandan sonra başladı təsək tikməyə. Tikib qurtarandan sonra Əhmədi çağırıb dedi:
- Dur bu saat bunu bazara apar, yüz tümənə sat gətir.
Əhməd getmək istəmədi. Çimnaz ona acıqlandı. Əhməd qorxusundan tez durdu, təsəyi də götürüb bazara yollandı. Birdən o, bir adamın torpaqdan təpə düzəltdiyini görüb soruşdu:
- Əmi burada nə edirsən?
Kişi dedi:
- Söz satıram. Bəs sən nə edirsən?
Əhməd dedi:
- Mən təsək satıram,
Kişi soruşdu:
- Neçəyə satırsan? 1
Əhməd cavab verdi:
- Yüz tümənə.
Kişi dedi:
- Sən təsəyi mənə ver, mən də sənə sözü.
Əhməd dedi:
- Yaxşı.
Əhməd təsəyi verib ondan sözü soruşdu. Kişi dedi:
- Sənə desələr, dünyada nə yaxşıdı? De: "Ürək istəyən".
Əhməd evə gələndən sonra Çimnaz soruşdu:
- Təsəyi satdın?
Əhməd dedi:
- Bəli, satdım.
Çimnaz soruşdu:
- Neçəyə?
Əhməd cavab verdi:
- Sözə satdım.
Çimnaz soruşdu:
- Necə yəni sözə satdım?
Əhməd dedi:
- Senə desələr dünyada nə yaxşıdır? De: "Ürek istəyən".
Çimnaz dedi:
- Yaxşı satmısan.
Çimnaz yenə təsək tikib Əhmədə verdi ve dedi:
- Bunu da apar yüz tümənə sat, aşağı vermə.
Əhməd "Baş üstə" deyib bazara yollandı. Bazarda yenə hemin adama rast geldi.
Kişi soruşdu:
- Əhməd, nə satırsan?
Əhməd dedi:
- Təsək satıram.
Kişi dedi:
- Gəl yenə sövdələşək. -
Əhməd: "Yaxşı" - deyib təsəyi verdi. Kişi dedi:
- Sənə bir tapşırıq verim. Səfərə çıxsan, heç vaxt çay kənarında gecələmə, çayı keç, o biri tərəfdə qal.
Əhməd evə qayıdıb Çimnaza dedi:
- Satdım.
Çimnaz soruşdu:
- İndi neçəyə satdın?
Əhməd cavab verdi:
- Tapşırığa satdım.
Çimnaz soruşdu:
- Nə tapşırığa?
Əhməd dedi:
- Səfərə gedəndə çay kənarında qalmış olsan, çayin o biri tərəfində qal.
Çimnaz dedi:
- Yaxşı satmısan.
Çimnaz yenə təsək tikib Əhmədə verib dedi:
- Bunu da yüz tümənə sat.
Əhməd yenə: "Baş üstə" - deyib bazara getdi. Bazarda yenə o kişiyə rast gəldi. Kişi soruşdu:
- Əhməd, nə satırsan?
Əhməd dedi:
- Yüz tümənə təsək satıram.
Kişi dedi:
- Gəl sövdələşək.
Əhməd dedi:
- Yaxşı.
Kişi dedi:
- Sən bir nəsihət verirəm. Səfərə çıxsan, çalış axşamacan şəhərə daxil ol. Elə ki, şəhərə daxil ola bilmədin, şəhərin qırağında qal, amma yatma.
Əhməd evə qayıtdı. Çimnaz soruşdu:
- Satdın?
Əhməd dedi:
- Bəli, sözə satdım.
Çimnaz dedi:
- Hansı sözə?
Əhməd cavab verdi:
- Əgər səfərə çıxsan, çalış axşam düşənəcən şəhərə daxil ol. Yox, daxil ola bilməsən, şəhərin qırağında qal, amma yatma.
Çimnaz dedi:
- Yaxşı satmısan.
Bir gün Əhməd qapılarının qırağında oturub özünü günə verirdi. Bu vaxt evlərinin qabağından bir karvan keçirdi. Karvanbaşı Rəhim Əhmədi görüb dedi:
- Ay oğlan, bizimlə səfərə gedək, qayıdanda sənə min tümən verərəm. Mənim karvanımda gözətçi ol.
Əhməd dedi:
- Gözlə, gedim evdəkilərlə məsləhətləşim.
Rəhim razı oldu.
Əhməd evə gəldi, Rəhimin dediklərini Çimnaza çatdırdı. Çimnaz tez Əhməd üçün yol tedarükü görüb onu yola saldı. Əhmədgilin karvanı bir neçə gün getdikdən sonra susuz bir yerə çatdı. Burada onlar axşamlamalı oldular. Hər yeri gəzib su axtardılar, nəhayət, bir quyu tapdılar. Əhməd tez quyuya qab salıb su çıxartmağa başladı. Dəvələri sulayıb, özlərinə də su götürdülər. Əhməd quyunun ağzından getmək istəyirdi ki, birdən bir div onun qabağını kəsib dedi:
- Əhməd, mənim quyumun suyunu qurtardın, indi mən səndən bir söz soruşacağam, əgər düz cavab versən, canın qurtardı, yox, cavab verə bilməsən, seni yeyəcəyəm.
Əhməd qorxusundan razı oldu. Div dedi:
- Dünyada nə yaxşıdır?
Əhməd dedi:
- Ürək istəyən.
Div:
- Yaxşı cavab verdin. İndi mən gələnə qədər burada dayan - deyib gözdən itdi.
Bir az keçmişdi ki, div üç nar gətirib Əhmədə verdi və dedi:
- Bu narları heç kimə vermə, evə çatanda kəsərsən.
Əhməd divlə sağollaşıb karvana qayıtdı.
Rəhim Əhmədi görən kimi soruşdu:
- Bizim çox səfərimiz olub, kim bu quyudan su götürübsə, salamat qayıtmayıb. Necə oldu ki, sən sağ-salamat qaldın?
Əhməd dedi:
- Div məndən söz soruşdu. Mən də düz cavab verdim, menə nar da verdi. Bu narları gərək evimizə göndərəm.
Rehim dedi:
- Biz üç günəcən başqa şəhərə çatacağıq, orada mənim qardaşımla görüşəcəyik. Narları ona verərik, evinizə çatdırar.
Səhər tezdən karvan yola düşdü. Üç gün gedəndən sonra gəlib şəhərə çatdılar. Rəhim qardaşı Həsənlə görüşdü. Sonra Əhmədi çağırıb dedi:
- Həsənin yolu sizin evin qabağından düşəcək, əmanətini ona ver aparsın.
Əhməd bir məktub da yazdırıb üç narı da verdi Həsənə.
Burada gecəni qalıb səhər tezdən yola düşdülər. Az getdilər, üz getdilər, bir çaya rast gəldilər. Tacirlər yol gəlib yorulduqlarından çayın bu tərəfində qalmaq istəyirdilər, lakin birdən Əhməd bazardakı kişinin sözünü yadına saldı, tez karvanbaşı Rəhimin yanına gəlib dedi:
- Mən çayın bu tərəfində qalmağı məsləhət görmürəm. Keçək çayın o biri tərəfində qalaq.
Rəhim razı oldu və əmr etdi ki, çayı keçsinlər.
Karvanın yarısı çayı keçdi, yarısı isə bu tərəfdə qaldı.
Axşam göy guruldadı, şimşək çaxdı, bir yağış yağdı ki, ucundan tut, göyə çıx. Çaya bərk sel gəldi. Karvanın yarısı o tərəfdə qalmışdı, yarısı bu tərəfdə. Çayı keçməyib o biri tərəfdə qalanların həm mallarına, həm də özlərinə çox ziyan dəydi. Əhmədin məsləhəti ilə çayı keçən tacirlərin malları və özləri salamat qaldılar. Səhər açıldı, yağış kəsildi. Rəhimgil baxıb gördülər ki, çayın o biri tərəfində qalanların şeylərini və özlərini sel aparıb, qalanları isə qaçıb dağda gizləniblər.
Rəhim Əhmədi çağrıb dedi:
- Sən bizim salamat qalmağımıza səbəb oldun. Adamların hamısı Əhməddən razı qaldılar. İndi sənə kimdən xəbər verim, Rəhimin qardaşı Həsəndən. Həsən az getdi, üz getdi, dərə, təpədüz gedəndən sonra gəlib Əhmədin olduğu şəhərə çatdı. Əhmədgilə gəlib qapını döydü. Çimnaz qapıya çıxıb soruşdu:
- Kimsən?
Həsən dedi:
- Mən Əhmədin yanından gəlirəm. Bir məktub var, sizə çatacaq.
Çimnaz qapını açdı. Həsən məktubla bağlamanı ona verdi. Çimnaz məktubu açıb oxudu. Orada yazılmışdı: "Sizə üç nar göndərirəm, bu narları heç kimə verməyin. Əgər kəssəniz, birini kəsin, ikisini saxlayın. Mən gələndə kəsərik". Çimnaz bağlamanı açıb gördü ki, üç nar var. Narlar çox qəribə idi. Çimnaz bıçaq götürüb birini kəsdi ki, yesin. Gördü narın dənələrinin һər biri qiymətli bir daşdır. Qarını çağırıb sərrafbaşının dalınca göndərdi.
Qarı gedib sərrafbaşını da gətirib gəldi.
Sərrafbaşı soruşdu:
- Nə qulluğunuz var?
Çimnaz xanım narın içindən çıxan ləllərdən bir neçəsini ona verib dedi:
- Bunları mənim üçün sat. Haqqın nə qədərsə onu götür.
Sərrafbaşı: "Baş üstə sataram" - deyib getdi. Sonra pulu gətirib Çimnaza verdi. Çimnaz dedi:
- İndi isə get şəhərin ən yaxşı bənnasını bura çağır. Sərrafbaşı gedib bir bənna çağırdı.
Bənna gəlib soruşdu:
- Nə qulluğunuz var?
Çimnaz dedi:
- Bu evin yerində elə bir qəsr tik ki, padşahın qəsrindən də yaxşı olsun.
Sonra ustaya nə qədər lazımsa pul verdi. Usta həmin pula tikinti ləvazimatını aldı, çoxlu fəhlə tutdu, evi tikməyə başladı.
Bir aydan sonra saray hazır oldu. Çimnaz sərrafbaşını çağırtdırıb saraya lazım olan şeylər qul, qaravaş da aldı.
İndi sizə xəbər verim Əhməddən.
Əhmədgil az getdilər, üz getdilər, dərə-təpə düz getdilər. Şəhərə çatanacan axşam düşdü, Əhmədgilin karvanı şəhərin kənarında gecələməli oldu. Əhməd Rəhimin yanına gəlib dedi:
- Mən burada qalmağı məsləhət görmürəm. Nə təhər olursa-olsun, şəhərə girmək lazımdır.
Rəhim dedi:
- İndi axşamdı, şəhərdə mənzil tapa bilmərik. Gərək burada qalaq.
Əhməd dedi:
- İndi ki, qalmalı olduq, gərək gecəni yatmayıb keşik çəkək.
İndi sizə kimdən deyim, kimdən xəbər verim, bu şəhərin padşahından. Padşahın iki arvadı var idi. Onun birinci arvaddan övladı olmurdu. İkinci arvaddan isə bir oğlu var idi. Birinci arvad həmişə о birinə paxıllıq edirdi. Bir yol tapıb uşağı aradan götürmək istəyirdi. İşin tərsliyindən elə həmin gecə övladı olmayan arvad fürsət tapıb uşağı öldürdü, meyitini torbaya qoyub götürdü. Paltarını dəyişdirib şəhərdən çıxdı. Şəhərin kənarında bir böyük karvan gördü və torbanı karvanın yükləri arasına qoyub qaçmağı qərara aldı.
Bu vaxt Əhməd yatmayıb növbə çəkirdi. Birdən uzaqdan bir qaraltının karvana tərəf gəldiyini gördü. Baxdı ki, gələn adam əlindəki torbanı yüklərin arasına qoyub qaçmaq istəyir. Əhməd əl atıb gələn adamı tutmaq istədi, lakin əlinə arvadın hörüyü keçdi və bərk-bərk hörükdən yapışdı. Arvad nə qədər yalvardı ki, onu buraxsın, Əhməd buraxmadı. Arvad gördü ki, işin üstü açılacaq, tez cibindən bıçağı çıxarıb hörüyünü kəsdi.
Hörük Əhmədin əlində qaldı, arvad isə qaçıb canını qurtardı. Arvad tez saraya qayıdaraq yatağına girib yatdı. Sabah olan kimi uşağın anası durub uşağı yerində görmədi. Padşaha xəbər göndərdi ki, uşağı gecə aparıblar.
Padşah əmr elədi ki, qalanın qapısı açılmasın, hər yer axtarılsın və şəhərə adam buraxılmasın.
Şəhərin hər yerini axtardılar, amma uşağı tapa bilmədilər.
Sizə kimdən xəbər verim, padşahın vəzirindən. Bu vəzir çox ağıllı və dünyagörmüş idi. Bu xəbəri eşidən kimi tez padşahın sarayına gəldi. Uşağın yatdığı yerə baxdı ki, görsün bir iz tapa bilirmi. Uşağı öldürən ärvad köhnə paltarı yadından çıxarıb gizlədə bilməmişdi. Vəzirin ağıllı bir iti var idi. İndi də vəzir otaqda köhnə paltarı görən kimi xəbər göndərdi ki, həmən iti gətirsinlər.
İti gətirdilər. Vəzir itə paltarı iylətdi və sonra it hara getdisə, onunla getdi. İt gəlib qalanın qapısına çatdı və hürməyə başladı. Vəzir tez əmr etdi ki, qapını açsınlar. Qarovulçu açmaq istəmədi. Vəzir qarovulçunu tutub əl-qolunu bağladı və qapını açdı. İt düz karvan olan yerə gəldi və yükləri iyləməyə başladı. İyləyə-iyləyə törbanı tapdı. Karvanda olan adamların hamısını tutdular və torba ilə birlikdə padşahın hüzuruna gətirdilər. Padşah əmr etdi ki, karvandakıların hamısını zindana salsınlar. Əhməd irəli gəldi, qoltuğundan hörüyü çıxarıb dedi:
- Sizin uşağınızı öldürən bu hörüyün sahibidir.
Padşah hörüyü görüb təəccübləndi ve soruşdu:
- Bu hörük nədir?
Əhməd dedi:
- Gecəyarısı mən yatmayıb qarovul çəkirdim ki, mallarımıza dəyən olmasın. Birdən gördüm ki, bir nəfər karvana yaxınlaşır. Mən yavaş-yavaş irəli gəlib gördüm ki, həmən adam əlindəki torbanı yüklərin arasına gizlədib qaçmaq istəyir. Mən onu tutmaq istəyəndə hörükləri əlimə keçdi. Mən də hörüklərdən bərk tutdum. Nə qədər elədisə əlimdən qaçsın, olmadı. Onda bıçağını çıxarıb hörüklərini kəsdi və əlimdən qaçdı. Ona görə deyirəm ki, hər nə edibsə, bu höruyün sahibi edib. Bizdə təqsir yoxdur.
Padşah əmr elədi ki, sarayda olan arvadların hamısının hörüklərinə baxsınlar və görsünlər kimin hörüyü yoxdur. Axtarıb xəbər gətirdilər ki, böyük arvadının hörükləri kəsilib.
Padşah əmr etdi ki, onu hüzuruna gətirsinlər. Arvadı padşahın hüzuruna gətirdilər. Padşah gördü ki, doğrudan da arvadın hörükləri kəsilib, ondan soruşdu:
- Hörüklərin niyə kəsilib?
Arvad cürbəcür bəhanə gətirdi. Axırda boynuna aldı ki, mən eləmişəm.
Padşah cəllada əmr elədi ki, arvadın boynunu vursun. Əhmədgili azad edib tacirbaşıya tapşırdı ki, onların mallanı yaxşı qiymətə satsın, özlərinə isə karvansarada yer versin.
Rəhim bu bəladan qurtarmağına çox sevindi və Əhmədə dedi:
- Nəyim varsa, yarısı sənin olsun, çünki mənim sağ qalmağıma sən səbəb oldun.
Rəhimgilin mallarını padşahın karvansarasına gətirdilər. Tacirbaşı tacirləri çağırıb onların mallarını satdırdı, əvəzində lazım olanı aldılar. Sonra isə xudahafizləşib yola düşdülər.
Əhmədgil karvanla az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, gəlib öz şəhərlərinə çıxdılar. Əhməd dəvələrini ayırdı və Rəhimlə xudahafizləşib evlərinə tərəf yollandı. Evlərini nə qədər axtardısa, tapa bilmədi. Gördü evlərinin yerində bir saray tikilib ki, gəl görəsən. Əhməd burada qalsın, sənə xəbər verim Çimnazdan.
Əhməd evlərini axtaran vaxt Çimnaz pencərədən gördü ki, küçədə çoxlu dəvə karvanı dayanıb. Göz gəzdirdi, gördü Əhməd durub təəccüblə saraya baxır. Tez qullarından birini göndərib Əhmədi saraya çağırdı. Əhməd saraya daxil oldu. Anası gəlib Əhmədi bağrına basdı, sonra isə Çimnaz gəlib Əhməd ilə görüşdü. Əhməd Çimnazdan soruşdu:
- Bəs bu sarayı kim tikdirib?
Çimnaz dedi:
- Mən.
Əhməd çox şad oldu. Çimnaz sövdəgərbaşıya xəbər göndərib çağırdı. Sövdəgərbaşı gəlib salam verib dedi:
- Nə qulluğunuz var?
Çimnaz dedi:
- Apar bu karvanı filan karvansaraya. Sabah Əhməd gələr, qiymət qoyub malları verər.
Sövdəgərbaşı karvanı sürüb karvansaraya apardı və orada yerbəyer elədi.
Əhməd axşam rahatlandı. Səhər tezdən mallara qiymət qoyub sövdəgərbaşıya verdi və pullan alıb evə gəldi.
Orada belə adət var idi ki, sövdədən gələn adam gərək padşah üçün pay aparaydı. Çimnaz da adət üzrə pay xonçası düzəltdi və nar dənələrindən üçünü də xonçanın üstünə qoydu. Əhmədə tapşırdı ki, payı padşaha verəndən sonra padşahı vəzirləri ilə sabah qonaq çağırsın. Əhməd aparıb padşaha xonçanı verdi. Padşah örtüyü qaldırıb, gördü ki, burada üç dənə çox qiymətli daş var ki, beləsi heç onun xəzinəsində də yoxdur. Əhməd padşahdan xahiş elədi ki, sabah vəzirləri də götürüb ona qonaq gəlsinlər.
Əhməd evə gəldikdən sonra Çimnaz soruşdu:
- Padşahı sabah bizə qonaq çağırdın?
Əhməd dedi:
- Bəli, sabah gələcəklər.
Çimnaz tədarük gördü. Səhər qonaqlar gəldilər. Çimnaz Əhmədə tapşırdı ki, yeməkdən sonra padşahı onun otağına dəvət etsin. Qonaqlar yeyib-içdikdən sonra getməyə hazırlaşdılar. Onda Əhməd padşahdan o biri otağa gəlməsini xahiş etdi. Padşah durub o biri otağa keçdi. Çimnaz pərdənin dalından padşaha dedi:
- Padşah, evi arvad saxlar, ya kişi?
Padşah çox təəccüb edib soruşdu:
- Bu söhbət arvadımla mənim aramda olub. Bunu sən haradan bilirsən?
Çimnaz pərdənin dalından çıxdı, atasını qucaqlayıb dedi:
- Mən sənin qızınam, bu da Tənbəl Əhməddir. İndi bil ki, evi arvad saxlar.
Göydən üç alma düşdü, biri nağıl deyənin, biri qulaq asanın, biri də mənim.
Sehrli üzük
SEHRLİ ÜZÜK
iri varmış, biri yoxmuş, Allah varmış, şəriki yoxmuş, bir qarının bir keçəl n’vəsi varmış. Bunlar kasıblıqla dolanırlarmış. Qarı hər gün bir kələf ip əyirib verirmiş nəvəsinə ki, aparıb bazarda satsın, puluna soğanla çörək alsın. Yenə bir gün qarı bir kələf ip əyirib verdi keçələ ki, satıb çörək alsın. Keçəl kələfi götürüb gəldi bazara. Gördü yolun ortasında bir hay-küy var ki, gəl görəsən, adamlar bir-birinə qarışıb, hərənin əlində bir yekə dəyənək bir iti döyürlər. Yazıq it gah ora qaçır, gah bura, heç kim ona qahmar çıxmır. Elə qalıb zingildəyə-zingildəyə. Keçəlin ürəyi yumşaldı, itə yazığı gəldi, irəli durub dedi:
- Ay camaat, bu Allahın heyvanı sizə neyləyib ki, onu döyüb öldürürsünüz? İti öldürməklə əlinizə nə gələcək, alın bu kələfi sizə verim, o iti verin mənə.
Adamlar ipi alıb, iti verdilər keçələ. Keçəl iti götürüb qayıtdı evlərinə. Qapıdan içəri girəndə nənəsi gördü ki, keçəl əliboş gəlir, yanında da bir it küçüyü var. Qarı soruşdu:
- Ay oğul, bəs çörək almadın?
Keçəl dedi:
- Ay nənə, yolda gördüm ki, bu iti döyüb öldürürlər, yazığım gəldi, kələfi verib əvəzində bu iti aldım.
Arvad gördü ki, çərən-pərən eləməklə heç nə çıxmayacaq, əlacı kəsilib bir söz demədi. Bir az acığı soyuyandan sonra yenə bir kələf ip əyirib verdi keçələ, özü də bərk-bərk tapşırdı ki, bu dəfə də çörəksiz qayıtsan, vay halına. Bəli, keçəl dinməz-söyləməz kələfı götürüb getdi bazara. İndi də gördü ki, bazarda bir pişiyi döyürlər. İrəli durub adamlardan soruşdu ki, bu yazıq pişiyijı təqsiri nədir ki, onu döyürlər? Dedilər ki, qəssab dükanından ət oğurlayıb, odur ki, döyürfər.
Keçəl dedi:
- Ac olsanız elə siz də oğurlayarsınız da! Alın bu ipi verim sizə, o pişiyi verin mənə.
Adamlar ipi alıb pişiyi verdilər keçələ. Keçəl indi də pişiyi götürüb gəldi evlərinə. Qarı gördü ki, keçəl gəlir, amma çörək əvəzinə qucağında bir pişik gətirir. Qarı ağzını açıb gözünü yumdu, gözünü açıb ağzını yumdu, əlinə keçən daşı, kəsəyi keçəlin təpəsinə vurdu ki, ay fərsiz, özümüz acından ölürük, yeməyə bir tikə çörək tapmırıq, hələ gedib it-pişik də gətirirsən. Keçəl gördü ki, nənəsi düz deyir, and içdi ki, bu dəfə heç nə almayacağam. Qarı deyinə-deyinə bir kələf də əyirib verdi keçələ, özünə də tapşırdı ki, əgər bu dəfə də əliboş qayıtsan, evə gəlmə. Keçəl kələfi götürüb bazara getdi, satıb çörək aldı, evlərinə qayıtdı. Axşam çörəklərini yeyib, bir az da it-pişiyə verib yatdılar.
Keçəl gecə yatanda fikirləşirdi ki, yaxşı, mən bu itnən pişiyi getirmişəm, özümüz çörək tapmırıq, onlara nə verəcəm. Birdən ağlına gəldi ki, sabah itlə pişiyi də götürüb meşəyə apararam, bəlkə orda dovşandan, sərçədən bir şey tapıb yedilər. Bu fikirlə gecəni yatdı, səhər nənəsinə deyib, itlə pişiyi də özüylə götürüb meşəyə getdi. Bunlar o qədər yol getdilər ki, lap yoruldular. Çıxdılar bir hündür dağın başına. Keçəl gördü ki, bir mağaranın qabağında üç div var, vallah, bunlar bir bədheybət divlərdi ki, adam baxanda az qalır bağrı çatlasın; qulaqları lavaş boyda, dişləri fil dişi boyda, nəfəs alanda burunları dəmirçi körüyü kimi qalxıb-enir. Dırnaqları kotan kimi yeri eşir, özü də bir-birinin quyruğundan, buynuzundan yapışıb dalaşırlar. Keçəl bunları görən kimi istədi qaçsın, birdən it hürdü, divlər səs eşidib tez keçəli tutdular. Keçəl qorxusundan bilmədi neyləsin. Divlərdən böyüyü dedi:
- Ey bəni-insan, qorxma, bizim şərtimizi kəs, səninlə işimiz olmaz.
Keçəl dedi:
- : Nə üstdə dava eləyirsiniz?
İkinci div dedi:
- Biz üç div iki qiymətli şey tapmışıq, biri həzrət Süleymanın xalçası, biri də üzüyüdü. Xalçanın üstündə oturub desən ki, məni həzrət Süleymanın eşqinə filan yerə apar, o saat aparacaq, üzükdən də nə dilək istəsən hazır olacaq. Bu iki şeyi üç divin arasında bölə bilmirik.
Keçəl fikirləşdi ki, bu divlərin əlindən qurtarmaq üçün bir yaxşı fənd işlətsin. Odur ki, dedi:
- Ay div qardaşlar, yaxşısı budur, siz o şeyləri qoyun mənim yanımda. Mən bu dağın başından uzağa bir daş atım, siz üçünüz də gedin o daşın dalınca, kim daşı tez gətirsə xalça onundur, üzük ikinci gələnin olar, axıra qalan isə öz bəxtindən küssün.
Divlər ürəklərində fikirləşdilər ki, üçüncü gələn elə bu keçəli həzm-rabedən keçirər.
Bəli, keçəl bir yekə daşı aşağı yuvarladı, daş dağ aşağı elə gedirdi ki, ildırım kimi. Divlər də daşın dalınca qaçırdılar. Elə divlər bir az aralanan kimi keçəl üzüyü barmağına taxdı, itlə pişiyini de götürüb xalçanın üstündə oturdu və dedi:
- Ey xalça, həzrət Süleyman eşqinə, bizi apar düz evimizə.
O saat xalça göyə qalxdı. Keçəl xalçanın üstündə göylə uçurdu. Bir də baxdi ki, aşağıda bir dərya görünür. Yadına düşdü ki, itle-pişik acdı, evdə nənəsinin də yeməyə heç nəyi yoxdur.
Öz-özünə dedi: "Ele bu dəryanın qırağında yerə düşüb bir az balıqdan-zaddan tutsam yaxşı olar." Bu fikirlə dəryanın qırağında xalçaya dedi:
- Ey xalça, həzrət Süleyman eşqine, bizi endir yerə, bir az balıq tutaq.
Xalça o saat bunları yerə endirdi. Keçəl üzüyü barmağından çıxarıb dedi:
- Ey üzük, həzrət Süleyman eşqinə, bizə bir-iki balıq yetir.
Söz keçəlin ağzından çıxan kimi o saat gördülər ki, bir yekə ana balıq sudan iki balasını çıxardıb dedi:
- Alın, ikicə balam var, onu da sizə peşkəş verirəm. Keçəl balıqları alıb bir az çır-çırpı yığdı, bir yaxşı ocaq çatdı, bahğın birini kabab bişirdi. İtlə pişiyə də verəndə onlar yemədilər. Keçəl nə qədər elədisə heyvanlar yemədilər. Axırda keçəl hirslenib onlan danlamağa başladı:
- Ay Allahın heyvanları, niye naşükürlük eləyirsiniz, yeyin də!
Birdən it dilə gelib dedi:
- Ey keçəl qardaş, biz naşükür deyilik, bizim insafımız götürmür ki, onu yeyək. O ana balığın cəmi iki balası vardı, onların ikisinidə sənə peşkəş eləyəndə gərək sən insafa gəlib balanın birini özünə qaytaraydın. Amma sən bunu eləmədin. Odur ki, bunun peşmançılıgını çəkəcəksən. Balığın gözü balalarının dalınca qalmışdı, ona görə də yemədik.
Bunu eşidən keçəl tutduğu işdən çox peşman oldu, gördü ki, həqiqətən də səhv eləyib. Ancaq sonrakı peşmançılıq fayda verməz, deyiblər. Fikirli-fikirli dəryanın qırağına gəldi ki, əllərini yusun. Elə bir-iki ovuc su götürüb əllərini yaxalamışdı ki, birdən sehrli üzük barmağından sürüşüb düşdü dəryaya. Keçəl üzüyünü nə qədər axtardısa tapa bilmədi. Axırda kor-peşman evlərinə qayıtdı. Evləri lap yaxındaydı deyə, bu dəfə heç xalçaya da minmədi, xalçanı büküb qoltuğuna vurdu, başladı getməyə. İtlə pişik də bu işə yaman pərt olmuşdular. Odur ki, dedilər:
- Ay qardaş, sən get, biz bir az buralarda hərlənək, görək üzüyü tapa bilərikmi?
Keçəl gəldi evlərinə, itlə pişik qaldılar dəryanın qırağında. Bir də gördülər ki, bir qoca balıqçı gəlib torunu atdı dəryaya, başladı balıq tutmağa. Qocanın toruna bir yekə balıq, düşdü, ha çəkdisə gücü çatmadı. İt dişiylə toru tutub çəkdi, qocaya kömək elədi. Toru birtəhər kənara çıxartdılar, içindən bir yekə balıq çıxdı. Qoca fikirləşdi ki, bu itlə pişik ona kömək elədilər, gərək bunun əvəzində mən də onlara yaxşılıq eləyəm. Odur ki, balığın qarnını yarıb içalatını itlə pişiyin qabağına atdı ki, yazıqdılar, yeyib doysunlar. İtlə pişik leşin içini axtarıb üzüyü ordan tapdılar. Sevinə-sevinə aparıb keçələ verdilər. Keçəl üzüyü görəndə sevindi, itlə pişiyin başını sığalladı, onlara çoxlu yemək verib razılıq elədi. Keçəlin kefi kökəldi, nənəsinə dedi:
- Nənə, de görüm dünyada ən gözəl qız kimdi?
Qarı dedi:
- A bala, neyləyirsən kimdi?
Keçəl dedi:
- Alıb özümə arvad eləyəcəm.
Nənəsi dedi:
- A bala, kirimişcə otur yerində, sən keçəlin biri, yatmağa heç yorğan-döşəyin də yoxdu, elə gözəl qızlar padşahlarda olur, onu da ki, sənə verməzlər.
Keçəl dedi:
- Sənin oralarda işin olmasın, de görüm, ən gözəl qız kimin qızıdı?
Arvad dedi:
- Oğul, mən eşitmişəm ki, ən gözəl qız Hindistan padşahının kiçik qızıdı, amma onun da nişanlısı var.
Keçəl dedi:
- Eybi yoxdu, mən o qızı alıb gətirərəm.
Səhər keçəl durdu, üzüyü dilinin altına qoyub dedi:
- Üzük, Həzrət Süleymanın eşqinə, səndən bir imarət istəyirəm, bir kərpici qızıl olsun, bir kərpici gümüş, özü də o qədər hündür olsun ki, başı buluddan, ayağı yerdən nəm çəksin.
O saat bir də gördü ki, gurultu-nəriltiylə bir imarət hazır oldu ki, keçəlin dediyindən də qəşəng. Keçəlin nənəsi bu işə lap məəttəl qaldı. Keçəl dedi:
- Nənə, ev hazırdı, mən gedirəm indi də həmən qızı gətirəm.
Keçəl xalçanın üstündə oturub dedi:
- Xalça, Həzrət Süleymanın eşqinə, məni apar Hindistan padşahının torpağına.
O saat xalça göyə qalxıb keçəli apardı Hindistan torpağına, düz Hind padşahının evinin qabağında qoydu yerə. Elə bu vaxt padşahın kiçik qızı aynadan küçəyə baxırdı. Keçəl qızı görən kimi az qaldı ağlı başından çıxsın, o saat dedi:
- Elə əsl mən deyən gözəldi ki var.
Tez üzüyü dilinin altma qoyub dedi:
- Üzük, səndən istəyirəm ki, padşahın bu gözəl qızı bu saat mənim bu xalçamın üstündə olsun.
O dəqiqə gördü ki, qız xalçanın üstündədi. Dedi:
- Xalça, Həzrət Süleyman eşqinə, apar bizi evimizə. Xalça göyə qalxıb onları düz gətirdi bir kərpici qızıl, bir kərpici gümüşdən olan imarətin içinə. Qız baxıb gördü ki, bura elə bir imarətdi ki, heç onun atası yuxusunda da görə bilməz. Qərəz, qızla bir gün, beş gün belə burda ömür sürsünlər, görək, Hindistan padşahı neylədi.
Hindistan padşahı bir də xəbər tutdu ki, bəs qızı yoxa çıxıb. Hər yerə adam saldırdı, car çəkdirdi, qızdan bir soraq çıxmadı ki, çıxmadı. Axırda padşah baş vəzirini yanına çağırtdırıb dedi:
- Vəzir, qızımın izsiz-soraqsız yoxa çıxmağı mənim ürəyimi yaman sıxır, bu dərdə dözə bilmirəm, amandı bir tədbir gör.
Vəzir dedi:
- Qibleyi-aləm, mən neçə gündü fikirləşirəm, çox götür-qoy eləmişəm, çoxlu rəmmallar çağırmışam; heç kəs ağıllı bir söz deyə bilmir. Bircə rəmmal dedi ki, qızı bir keçəl oğlan aparıb, özü də bir kərpici qızıl, bir kərpici gümüş imarətdə saxlayır. İndi bircə ümidim ona gəlir ki, bir küp qarısı tapaq, göndərək hər yeri axtarsın, bəlkə bir xəbər gətirə bildi.
Padşah o saat əmr elədi, bir küpəgirən qarı tapıb gətirdilər. Padşah baxıb gördü bu elə bir qarıdır ki, üzünə baxan gərək kəffarə verə. Gözləri çəp, ağzı əyri, qıçı topal, beli donqar, qaşqabağından da ki, lap zəhrimar tökülür. Padşah dedi:
- Vəzir, bu şil-kütün biridi, düz yerdə yeriyə bilmir, ağlım kəsmir ki, əlindən bir iş gələ.
Qarı dedi:
- Ey padşah, sən mənim sir-sifətlə baxma, gördüyüm işə bax. De görüm məni niyə çağırmısan?
Padşah dedi:
- Qarı, mənim qızım birdən-birə yoxa çıxıb. Hər yeri ələk-vələk eləmişəm, tapa bilmirəm. Əgər sən onu tapa bilsən, nə istəsən verərəm.
Qarı gülüb dedi:
- Elə bu?
Padşah dedi:
- Bu azdı?
Qarı dedi:
- Sağ olmuş, belə işlər mənim əlimdə su içimi kimi bir şeydi. Günü bu gün taparam, amma gərək xələt verəsən.
Padşah о saat qarının ovcuna bir xışma qızıl basdı. Qarı qızılı görən kimi gözləri siçan tutmuş pişik gözü kimi dörd oldu. О saat dabanına tüpürüb saraydan çıxdı. Vəzir, vəkil qarının dalınca baxıb gördülər şil-küt hesab elədikləri qarı elə səkir ki, elə bil hacıleyləkdi. Qarı evinə gəlib girdi küpün içinə, puçunu burdu, о saat küp gurultuyla-pırıltıyla qalxdı düz göyün yeddinci qatına. Qarı küpün içində göydə dövr eləyirdi, bir də gördü ki, uzaqda bir imarət görünür, elə bil imarət deyil, gün çıxıb hər yerə işıq salır. Küpü düz sürdü о tərəfə, gəlib şəhər qırağında bir xarabalıqda endi yerə, küpdən çıxıb özünə yetmiş yerdən sığal verdi, bir əlinə əsa, bir əlinə də təsbeh alıb gəldi həmin imarətin qabağına. O qədər güddü ki, gördü padşahın qızı külafirəngə çıxıb bayıra baxır. Qarı gəlib külafirəngin yanından keçəndə birdən ayağını boş qoyub yıxıldı yerə, başladı yalandan ah-uf eləyib zarımağa.
Qızın qarıya yazığı gəldi, nökərlərə əmr elədi ki, gedin o qarını gətirin evə, bir az çörəkdən-zaddan verək. Nökərlər gedib qarını gətirdilər qızın yanına. Yaxşı deyiblər, kor nə istər iki göz, biri əyri, biri düz. Elə qarı da bunu istəyirdi ki, özünü birtəhər qızın yanına salsın. Qız qarını görən kimi dedi:
- Qarı nənə, hara gedirdin, niyə yıxıldın?
Qarı təsbehini çevirə-çevirə dedi:
- Bıy, qarı nənə sənə qurban, nə gözəl-göyçək qızsan, lap padşah qızına oxşayırsan. Mən kasıb bir arvadam, heç kimim yoxdu, elə sənin kimi insaflı adamların süfrələrindən artıq qalan qır-qırıntıdan verirlər, bir-təhər dolanıram. İndi məsçidə gedirdim, namaz qılmağa, acımdan qılçalarımda taqət qalmamışdı deyin, daşa ilişib yıxıldım.
Qızın qarıya yazığı gəldi, gətirib ona yemək verdi. Qarı doyunca yeyib qurtarandan sonra yağlı dilini işə salıb qızla şirin-şirin elə söhbətlər elədi ki, qızın xoşuna gəldi. Qız da neçə vaxtıydı ki, ata-anasından ayrılmışdı, burda da keçəlin qoca nənəsinden savayı söhbət eləməyə adam yoxuydu. Qarının söhbəti qızın ürəyini yumşaltdı. Qız da özünün bütün dərdini qarıya söylədi. Qarı gördü ki, qızın ürəyi tamam yumşalıb, nə soruşsa düzünü deyəcək, odur ki, dedi:
- Qızım, bu cah-calal ki, görürsən, heç bir padşahda ola bilməz, bəs, sənin ərin bu boyda dövləti hardan ahb?
Qız dedi:
- Qarı nənə, vallah bilmirəm.
Qarı gördü fürsətdi, tez dedi:
- Onda yəqin ərin səni istəmir.
Qız dedi:
- Yox, qarı nənə, о məndən ötrü ölür.
Qarı dedi:
- Qızım, onlar hamısı sözdü, əgər ərin səni istəsə, öz sirrini sənə deyər.
Qarı sözünü qurtarıb ayağa qalxdı ki getsin. Qız yalvardı ki, qarı nənə, sən Allah, sabah da gəl bizə, bir az söhbət elə, təkəm, yaman darıxıram. Qarı "Baş üstə, nənən sənə qurban," deyib getdi.
Axşam oldu, keçəl evə gələndə gördü arvadının qaş-qabağı yerlə gedir. Dedi:
- Sənə nə olub?
Qız dedi:
- Sən məni istəmirsən.
Keçəl dedi:
- Bu hardan ağlına gəldi?
- Əgər sən həqiqətən məni istəsən bu var-dövləti hardan almağının sirrini mənə deyərsən.
Keçəl nə qədər istədi deməsin, gördü yox, qız əl çəkmir. Axırda əlacı kəsildi, dedi ki, hal-qəziyyə belə, bəs dilimin altında bir üzük var, onu əlimdə tutub desəm ki, Həzrət Süleyman eşqinə, filan şey filan olsun, о saat о dediyim şey olur. Bu yerə saldığımız yaşıl xalçanın da üstünə çıxıb desəm ki, xalça, məni Həzrət Süleyman eşqinə, filan şəhərə apar, xalça о saat quş kimi uçub məni ora араrır. Bütün bu cah-cəlalı bu üzüklə xalçanın köməyilə düzəltmişəm.
Qız ərindən bu sözləri eşidəndən sonra rahat yatdı.
Səhər oldu, günortaüstü qarı əsasını yerə dirəyə-dirəyə yenə gəldi qızın yanına. O yandan, bu yandan söhbət eləyəndən sonra qız dedi:
- Qarı nənə, axşam ərimdən öyrəndim ki, bu dövləti hardan alıb.
Qız keçəlin dediklərini qarıya söylədi. Qarı istədiyinə çatmışdı deyə, bu gün dünənkindən də şirin söhbət elədi. Axşam oldu, keçəl gəldi, amma qarı getmək istəmədi. Yalandan özünü yerə yıxıb dedi:
- Vay, sancılandım.
Qarı yalandan bir hay-küy saldı ki, vay qaranlıq düşdü, mən necə gedəcəm. Qız dedi:
- Qarı nənə, nə çoxdu yerimiz, bu gece bizdə yatarsan, yaxşı olub gedərsən.
Elə qarı da bunu istəyirdi, O saat qızı qucaqlayıb o üzündən, bu üzündən marçamarç öpüb dedi:
- Qızım, səni görüm xoşbəxt olasan, qalmışdım fikirdə ki, bu sancıyla mən hara gedəcəm.
Gece yatmaq vaxtı gələndə qarının yerini qapının yanında saldılar. Qızla oğlan da evin yuxarı başında hərəsi bir yer salıb yatdılar.
Gecənin bir yaxtı imansız qarı durub bunların burnuna bihuşdarı iylətdi, barmağıyla oğlanın burnunu tutdu, oğlanın nefesi darıxdı, ağzını açdı, qarı əlini salıb dilinin altından üzüyü götürdü. Qarı dəstəmaz alıb namaz qıldı, xalçanın üstündə oturub dedi:
- Xalça, Həzrət Süleyman eşqinə, qızla məni bu imarətlə bərabər Hindistan padşahının torpağına apar.
Qarı bu sözü deyən kimi bir də gördü qalxdı göyün üzünə, bir göz qırpımında çatdı Hindistana. Üzüklə xalçanı da aparıb getdi padşahın yanına, əhvalatı tamam-kamal söyləyib dedi:
- İndi gedib qızına baxa bilərsən.
Padşah vəziri də götürüb getdi qızının yanına, gördü, doğrudan, belə bir imarət heç bir padşahın torpağında yoxdu. Özü də qızı hələ yuxudan ayılmayıb. Padşah qızını ayıldıb başladı dərdləşməyə.
Bunları burda qoyaq, görək keçəlin başına nə gəldi. Keçəl bir də ayılıb gördü ki, nə qız, nə ev, lələ köçüb, yurdu qalıb. Qoca nənəsiylə öz köhnə evlərində bir cırıq həsirin üstdə qalıblar. O saat barmağını dişlədi ki, bizi didərgin salan yəqin o qarı olacaq. Arvadımın dili dinc dursaydı, məndən sirri soruşmasaydı, belə də olmazdı.
Keçəl dedi:
- Nənə, yenə ipdən-zaddan əyir, aparım satım, bir az əppək alım.
Arvadın əlacı kəsildi, cehrəni, iyi götürdü, bir az yun eyirib iplik elədi, verdi keçələ ki, aparıb satsın. Keçəl dedi:
- Eh nənə, bundan nə çıxacaq, bir-iki qəpik-quruş verələr, ya verməyələr.
Nenəsi dedi:
- Ay oğul, neyləyim, əlimdən ayrı iş gəlmir.
Keçəl dedi:
- Ay nənə, kasıbın bəxti olmaz, cibimdə bir sağ yer yoxdu ki, qəpik-quruşumu ora qoyam, qorxuram düşüb itə. Bəlkə, köhnə kisədən-zaddan ola?
Nənəsi dedi:
- Bıy, ay oğul, yaxşı yadıma saldın, dədəndən bir kise, bir papaq, bir de bir tütek qalıb. Rəhmətlik həmişə deyərdi ki, bunlan divlərin zağasından tapıb. Men elə o vaxtdan onları sandıqda saxlayardım, gətirim torbanı verim.
Arvad gətirib boş kisəni nəvəsinə verdi. Keçəl ip yumağını da götürüb getdi bazara. Kələfi iki quruşa satdı, bir quruşuna əppək aldı, bir quruşunu da kisəyə saldı. Axşam oldu, keçəl gəldi evlərinə, çörəklərini yedilər, yatdılar. Səhər arvad yenə bir kələf verdi ki, keçəl aparıb satsın. Keçəl dedi:
- Nənə, dünən bir quruşluq əppək almışdım, bir quruş da artırıb kisəmə salmışdlm. İndi bu bir quruşu verim saxla, elə gündə bir quruş artırsaq yaxşı olar.
Keçəl kisəni açıb quruşu çıxaranda gördü ki, pul dönüb qızıl olub. Nənə-bala bu işə məəttəl qaldılar. Keçəl sevinə-sevinə getdi bazara, ipi satıb iki quruş qazandı; bir quruşluq çörək aldı, bir quruşu da kisəyə saldı. Evə gəlib kisəni açanda gördü ki, bu pul da qızıl olub. O saat bildilər ki, nə sirr varsa, bu kisədədi. Odur ki, nənə-bala əllərinə keçən daşı-kəsəyi kisəyə doldurub boşaldan kimi hamısı qızıl oldu. Bir gün, beş gün, keçəl kisəylə o qədər varlandı ki, var-dövlət başından aşdı. Bir qəşəng imarət tikdirdi ki, əvvəlkindən də yaxşı. İmarətə qızıl-gümüşdən, ləl-cavahiratdan bir bəzək vurdurmuşdu ki, yeddi ağaclıqdan gün kimi işıq salırdı. Keçəlin kefi lap kökəlmişdi, odur ki, dedi:
- Nənə, bu kişilikdən deyil ki, mən burda duram, arvadım Hindistanda. Allaha şükür, var-dövlət desən, bizdə, gəl sən burda ye-iç, dolan, mən gedim, bəlkə qızı tapa bildim.
Nənəsi istədi razı olmasın, gördü, yox, nəvəsi, əl çəkənə oxşamır. Əlacı kəsildi, razılıq verdi ki, oğul, yaxşı bu gece qal, sabah yola düşərsən.
Nənə-bala oturub dərdləşirdilər, birdən keçəl dedi:
- Nənə, əgər bu pul kisəsi olmasaydı, biz acından nə günə qalardıq, qapı-qapı düşüb dilənərdik.
Nənəsi dedi:
- Hə, ay oğul, neçə il idi ki, o kisə sandıqda dururdu, mən nə biləydim ki, bu kisə beləymiş.
Keçel dedi:
- Nənə, sən deyirdin ki, dədəmdən bir papaqla tütək də qalıb, birdən onlarda da bir sirr olar. Gətir bir baxaq, görək onlar necə şeydi.
Arvad durub sandıqdan papaqla tütəyi də gətirib nəvəsinə verdi. Keçəl papağı qoydu başına ki, görsün necə yaraşır. Elə papağı başına qoyan kimi nənəsi dedi:
- Bıy, başıma daşlar, nəvəm qeyb oldu ki?!...
Arvad başladı hay-şivənə ki, bala, sən necə oldun? Keçəl elə bildi ki, nənəsi dəli olub. Dedi:
- Ay nənə, sənə nə olub, görmürsənmi burda, yanında oturmuşam.
Arvad dad-fəryad elədi ki, ay oğul, vallah, səni görmürəm. Birdən keçəlin ürəyinə gəldi ki, demək olmaz, şətəl bu papaqdan keçmiş olar, tez papağı başından götürdü. O saat nənəsi keçəli qucaqlayıb dedi:
- Ay bala, bu nə iş idi?
Keçəl dedi:
- Nənə, darıxma, bu saat bu sirri tapacam.
Papağı qoydu nənəsinin başına, baxdı ki, indi də arvad yoxa çıxdı. Keçəl sevinə-sevinə dedi:
- Nənə, tapdım, bu papağı kim başına qoysa, gözə görünmür, indi də mən səni görmürəm.
Keçəl şükür elədi ki, bu lap yaxşı oldu. Papağı qoyaram başıma, heç kim məni görməz, nə kefim istəyər eləyərəm.
Keçəl dedi:
- Nənə, mənim gözüm bu tütəkdən də su içmir. Görəsən, bunda nə sirr var?
Tütəyi əlinə alıb, о üzünə, bu üzünə çevirdi, heç bir şey olmadı. Birdən ağzına apardı ki, görsün çalınırmı, elə bircə dəfə üfürmüşdü ki, bir də gördü ki, eşikdən bir səs-küy gəlir, bir hay-həşir var ki, az qalır yer-göy lərzəyə gəlsin. Qapını açıb eşiyə baxanda gördü burda о qədər qoşun var ki, iynə atsan уеrә düşməz. Keçəli görən kimi qoşun başçısı gəlib ona yalvardı ki, dünyada nə istəyirsən verək, bircə о tütəyi çalma, bizim hamımızın qulağı önun səsindən kar olub. Keçəl о saat başa düşdü ki, tütəkdə də bu sirr varmış. Keçəl fürsəti fövtə vermədi, dedi:
- Məni aparın Hindistan torpağına, mən də tütəyi çalmayım.
Qoşun böyüyü о saat razı oldu. Keçəl nənəsiylə halallaşıb düşdü qoşun böyüyünün yanına, başladılar getməyə. Elə bir az getmişdilər qoşun böyüyü nə elədi, nə eləmədi, keçəl bir də baxıb gördü ki, budu, Hindistan torpağında, qızın imarətinin qabağındadı. Keçəl qoşun böyüyünü buraxıb özü başladı qızın yanına getməyə. Gördü ki, qızın imarəti hər tərəfdən elə hündür hasarla dövrələnib ki, ordan heç quş da səkə bilməz. İstədi qapıdan xəlvət getsin, gördü yox, bu da mümkün deyil. Qapıda iki elə bığıburma pəhləvan durub ki, adamı az qalır gözləriylə yesin.
Keçəl о qədər gözlədi ki, qapı açılanda papağı başına qoyub bir böyürdən girdi içəri. Axtara-axtara düz gedib çıxdı qızın otağına. Qapının arasından baxıb gördü ki, arvadı evdə təkcə oturub, qabağında da bir yekə qızıl nimçədə aş. Keçəl papağı başına qoyub qapını açdı, girdi içəri, sonra da qapını örtüb, cəftəsini də vurdu. Qız gördü qapı açildı, sonra da öz-özünə bağlandı, amma içəri heç kim girmədi. Qızı vahimə basdı ki, görəsən, bu nə olan işdi. Keçəl yol gəlib bərk acmışdı, aşı görən kimi ədəb-ərkanla yerdə bardaş qurub başladı aşı yeməyə. Qız gördü aşı yeyirlər, amma gözə adam-zad görünmür. Qorxudan qışqırıb qaçmaq istəyəndə keçəl səsləndi ki, hara qaçırsan, mən sənin ərinəm, gelmişəm səni aparmağa. Keçəl papağı başından götürüb yerə qoydu, qız baxıb gördü ki, öz əridi. Dili tutula-tutula dedi:
- A kişi, bu nə işdi? Sən cinsən, şeytansan, nəsən? Məni bu sirdən agah elə.
Keçəl dedi:
- Gəl otur, bir az dərdləşək, sonra bilərsən.
Bunlar oturub başlarına gələn qəzavü-qəderdən danışdılar. Axırda keçəl dedi:
- İndi dur hazırlaş, səni aparmağa gəlmişəm.
Qız dedi:
- A kişi, sənin evin yox, yeməyə çörəyin yox, bu cür naz-neməti, var-dövləti qoyub hara gedirsən, elə qal burda olaq.
Keçəl dedi:
- Əşi, sən nə danışırsan, indi elə bir cah-cəlal düzəltmişem ki, bu gördüyün mülk onun yanında tövləyə oxşayır.
Qız inanmadı ki, inanmadı. Dedi:
- Axı, niyə məni aldadırsan, sən o qədər pulu hardan aldın?
Keçel gördü olmur, axırı açıb dedi:
- Ay zalım qızı, bax, bu kisəni görürsənmi, bunun içinə hər nə qoysan dönüb olur qızıl. Bütün var-dövləti bu kisəylə düzəltmişəm.
Qız dedi:
- Bəs, yaxşı, sənin xalçan yox, üzüyün yox, bu uzaq yolu nə cür gəlib çıxdın?
Keçəl tütəyi çıxardıb dedi:
- Bax, bunu bircə dəfə çalsam, hara istəsəm, məni aparıb qoyarlar.
Bunları burda qoyaq, sizə xəbər verək padşahdan.
Padşah qorxurdu ki, qızını gəlib apararlar. Odur ki, qızın otağının üstündən xəlvətcə bir baca açdırıb ora bir adam qoymuşdu ki, gecə-gündüz onu pusub gözləsin. Bu işdən qızın xəbəri yox idi. Qıznan keçəlin bu danışıqlarını bacadan pusan adam eşidib, düz qaça-qaça daban aldı padşahın yanına, bütün gördüklərini danışdı.
Padşah o qədər gözlədi ki, qıznan keçəl soyunub yatdılar. Bunlar şirin yuxuda yata-yata aynadan, bacadan düşüb keçəlin əl-ayağını sarıdılar, kisəni, papağı, tütəyi də aparıb padşaha verdilər. Keçəli möhkəm döyüb saldılar zindana.
Qızın da keçələ o qədər meyli yoxdu deyə, atasına heç bir söz demədi.
Keçəl zindanda qalmaqda olsun sizə kimdən deyim, keçəlin nənəsindən, itlə pişikdən. Yazıq arvad hər gün keçəlin cah-cəlalına baxıb ah çəkirdi. İtlə pişik də heç yerə getmirdilər. Keçəlin nənəsinə hayanlıq eləyirdilər. Arvad da elə meylini salmışdı itlə-pişiyə. Bir gün keçəl yenə nənəsinin yadına düşmüşdü deyə qarı bikef idi. İtlə pişik sözü bir yerə qoydular ki, bu heç kişilikdən deyil ki, keçəl bizi ölümdən qurtardı, gerək biz də ona yaxşılıq eləyək, gedək onu tapaq, üzüyü padşahdan alaq.
İtlə pişik yol başlayıb düz getdilər Hindistan torpağına. Pişik qabaqda qaçırdı, it də onu qovurdu, elə gedirdilər ki, heç quş da onlara çata bilməzdi. Bunlar bu getməklə düz qırx gün, qırx gecə yol getdilər, çaylar keçdilər, dağlar aşdılar, axırı Hindistan elinə gəlib çatdılar. Gedib qızın imarətini tapdılar. Pişik qapını açıb miyoldaya-miyoldaya girdi qızın yanına. Keçəlin arvadı o saat pişiyi tanıdı. Qız nə qədər pişiyi sığalladı, çörək verdisə, pişik səsini kəsmədi, gözü o üzə, bu üzə baxırdı. Qız başa düşdü ki, pişik keçəli axtarır. Odur ki, dedi:
- Ay Allahın heyvanı, bilirəm, keçəli axtarırsan, o zindandadı.
Qızın söz ağzından qurtarmamış pişiklə it qapıdan çıxıb zindana üz qoydular. Pişik bacadan özünü içəri saldı, başladı miyoldamağa. Keçəl o saat pişiyini tanıdı. Pişik dil açıb insan kimi dedi:
- İtlə mən gəlmişik üzüklə xalçanı oğurlayıb səni burdan aparaq.
Keçəl dedi:
- Üzük padşahın dilinin altındadı, xalça da taxtın qabağında yerə salınıb.
İtlə pişik düz getdilər padşahın evinin qabağına. Aynadan-qapıdan nə qədər boylandılarsa, girməyə bir yer tapmadılar. Pişik o tərəf bu tərəf boylanırdı bir də gördü ki, bir siçan qapının altından çıxıb qaçır. Tez xırtdəkləyib siçanı tutdu. Siçan gözünün yaşını sel kimi axıdıb başladı yalvarmağa, dedi:
- Səni and verirəm ananın südünə, məni yemə, balalarım acdı, onlara yemək aparıram.
Pişik dedi:
- Bir şərtim var, onu yerinə yetirsən yemərəm.
Siçan dedi:
- Şərtin nədi?
Pişik dedi:
- Gərək sən qapının küncündən bir deşik açasan, mən də sənnən ordan girək içəri. Padşahın dilinin altında bir üzük var, onu çıxardıb verərsən mənə, ondan sonra sənnən işim yoxdu.
Siçan əlini gözünün üstə qoyub dedi:
- Baş üstə, o mənim əlimdə.
Siçan o saat dişiynən qapının taxtasını xırtaxırtla kəsib bir deşik açdı. Pişiklə girdilər içəri. Pişik tez dırmaşıb cəftəni içəriden açdı, qapının arasını açıq qoydu. Gördülər padşah taxtın üstə fıshafısla yatır. Pişik tez yerdən xalçanı qatlayıb verdi itə. Siçan taxtın üstə o, üze, bu üzə hoppanıb çıxdı padşahın sinəsinin üstünə, yavaşca quyruğunun ucunu padşahın burnunun deşiyinə saldı, o saat padşah asqırdı, üzük ağzından sıçrayıb yerə düşdü. Pişik üzüyü götürdü, siçana razılıq eləyib çıxdı eşiyə. İt xalçanı, pişik də üzüyü götürüb getdilər keçəlin yanına, üzüyü verdiler keçələ. Keçəl dedi:
- Üzük, Həzrət Süleyman eşqinə, məni bu zindandan qurtar.
Söz ağzından qurtaran kimi bir də gördü ki, zindanınqapısı açıldı. Keçəl çıxıb itlə də görüşdü. Üçü de oturdular xalçanın üstündə. Keçəl yenə dedi:
- Xalça, Həzrət Süleyman eşqinə, arvadımı da burda səndən istəyirəm. Bizi apar öz evimizə.
Bir də gördülər arvad da xalçanın üstündədi. Xalça qalxıb göyə, uça-uça bunları düz gətirdi öz evlərinə. Keçəlin nenəsi sevindiyindən bilmədi neyləsin.
Bunları burda qoyaq, görək padşah necə oldu. Padşah yuxudan ayılıb gördü xalça yoxdu, dilini tərpədib gördü ki, üzük də qeybə çəkilib. Padşah dizinə döyə-döyə qaldı, şivən saldı, vəzir-vəkili başına yığdı, bir çarə istədi. Axırda vəzir dedi:
- Qibleyi-aləm sağ olsun, bu işə bircə küp qarısından savayı heç kim əncam çəkməyəcək, sən onu çağırtdır.
Padşah o saat həmən küpəgirən qarını gətirtdi hüzuruna. Əhvalatı ona söyləyib kömək istədi. Qarı evvəlcə çox nəm-nüm elədi ki, axı onlar məni tanıyırlar, bu dəfə harda görsəler tutub öldürərlər. Padşah qarının ovcuna iki xışma qızıl qoyub dedi:
- Mən bilmirəm, neyləyirsən elə, qızımı tap gətir. Qarı küpünün içinə girib düz qalxdı göyün yeddinci qatına, gedib keçəlin olduğu şəhərə çatdı. Bir xarabalıqda küpünü gizlədib sehr oxudu, özünü elədi on beş yaşında qız. Düz gəlib keçəlin evinin qabağında oturdu. Elə bu hində keçəlin arvadı aynadan qızı gördü, adam göndərdi ki, gedin o qızı çağırın görüm buralarda nə axtarır. Gedib qız sifətinə düşmüş küp qarısını gətirdilər. Keçəlin arvadı dedi:
- Ay qəşəng qız, buralarda nə axtarırsan?
Qız dedi:
- Ay xanım, vallah, mən köçdən qalıb azmışam, ata-anamı axtarırdım, tapa bilmədim, indi gecələməyə bir yer axtarıram, gəlib çıxmışam bura.
Padşah qızının buna yazığı gəldi, ərini himnən başa saldı ki, nə deyirsən, bunu yanımızda saxlayaqmı?
Keçıl fikirləşdi ki,. arvadım atası evində kəniz-qaravaşların qayğısı ile böyümüş adamdı, indi burda təkcə qulağı batmış adam kimi qalıb, elə bu qızla gününü keçirər, darıxmaz, odu ki, başıyla razılıq verdi. Padşah qızı dedi:
- Ay qəşəng qız, mən gündüzlər evdə tək qalıb darıxıram, gəl sən qal mənim yanımda, nə vaxt atan-anan gələr, onda gedərsən.
Yaxşı deyiblər, kor nə istər iki göz, biri əyri, biri düz. Qız belə bir işi Allahdan istəyirdi. Odur ki, özünü tülkülüyə qoyub dedi:
- Xanım, sən ki deyirsən qal, qalıram yanında.
Bəli, gecə oldu, yatmaq vaxtı gəldi, yer salıb hərəsi bir tərəfdə yatdılar. Gecədən bir az keçmiş keçəl yenicə yuxuya getmişdi ki, qız durub ər-arvadın burnuna bihuşdarı iylətdi, sonra üzüyü keçəlin dilinin altından çıxardıb dedi:
- Üzük, Həzrət Süleyman eşqinə, bir göz qırpımında qızla məni bu imarətlə bir yerdə apar Hindistana.
Söz tamam olan kimi qarının mətləbi hazır oldu, qız gözünü açanda gördü ki, Hindistanda atasının yanındadır. Bu tərəfdən də keçəl ayılıb gördü ki, yenə nənəsiylə qalıb öz köhnə daxmalarında bircə cırıq həsirin üstündə. Keçəl başına ikiəlli bir qapaz ilişdirdi ki, kül mənim başıma, bu şətəl yəqin o qızdan keçdi, mən niyə onu evə qoyurdum ki, başıma da bu oyun gəlirdi. Keçəl and içdi ki, vallah, əgər mənim bir də əlimə fürsət düşsə, gərək padşahla qarıya bir turp əkdirəm, bir turp əkdirəm ki, qiyamətəcən yadlarından çıxmasın.
Bu işlər keçələ yaman əsər eləmişdi. Nə yeyirdi, nə içirdi, acından quruyub lap ələngəyə dönmüşdü. Bir gun axşam vaxtı keçəl nənəsinə dedi:
- Nənə, məni tikə-tikə doğrasalar da, burda duran deyiləm. Gedirəm.
Nənəsi nə qədər yalvar-yapış elədi ki, oğul, bu vaxt hara gedirsən, qal, sabah get.
Keçəl dedi:
- Nənə, üz vurma, daha dura bilmirəm, mən getdim.
Nənəsi gördü ki, keçəl dediyindən dönməyəcək.
Odur ki, dedi:
- Oğul, get, yolun uğurlu olsun.
Keçəl evdən çıxdı, az getdi, çox dayandı, çox getdi, az dayandı, dağlar aşdı, çaylar keçdi, gəlib bir meşəyə çıxdı. Keçəl acmışdı, yeməyə bir şey axtarırdı. Gördü ki, meşə doludu cır meyvəylə. Bir az almadan-armuddan, gavalıdan dərib doldurdu xurcununa. Ürəyi əzilirdi, iki dənə gavalı götürüb ağzına atdı. Elə gavalını yeyib qurtaran kimi bir də gördü ki, təpəsinin ortasından iki buynuz cıxdı. Nə qədər çalışdı ki, buynuzları qöparsın, gördü mümkün olmur. Qaldı məəttəl ki, görəsən, bu niye belə oldu, ağlına da gəlmədi ki, bunu eləyən gavalıdı. Bir azdan sonra xurcundan bir armud çıxarıb yedi. Bu dəfə gördü ki, elə bil düz-dünya hərləndi başına, kəllə-mayallaq dəydi yerə. O saat başı qaldı yerdə, ayaqları göydə. Keçəl tamam çaşbaş qaldı. Nə qədər elədi, ayağa qalxa bilmədi. Başa düşdü ki, bunu bu günə salan yediyi meyvələrdi. Yazıq keçəl başı yerdə, ayaqları göydə əlləriylə ölüm-zülüm bir xeyli gedib meşədən çıxdı, gördü aşağıda bir qəşəng örüş var. Endi örüşə, istədi bir az uzanıb dincini alsın, gqrdü yox, nə uzanmaq, nə dincəlmək heç biri mümkün deyiL Keçəl lap təngə gəldi.
Öz-özünə fikirləşdi ki, məni bu günə salan gavalıyla armud oldu. Allaha təvəkkül, qoy almadan da birini yeyim, ya məni bir az da pis günə salsın, ya da öldürsün, canım qurtarsın. Bu fikirlə almadan birini yedi. Almanı yeyəndən sonra nə görsə yaxşıdı, bir də gördü ki, tezədən dönüb anadangəlmə oldu. Buynuzu yoxa çıxdı, başladı yenə həmişəki kimi yeriməyə. Keçəl istədi ki, xurcundakı meyvələri boşaltsın yerə. Birdən ağlına gəldi ki, ele yaxşı oldu. Gederəm Hindistana, bunları birtəhər fırıldaqla verərəm padşah yeyər, buynuz çıxardıb təpəsi üstə qalar.
Keçəl xurcunu çiyninə salıb soraqlaşa-soraqlaşa başladı Hindistana getməyə. Elə bir az getmişdi ki, gördü bir kahanın qabağında bir bədheybət div, ayaqları qalxıb göyə, başı qalıb yerdə. Div elə qəzəblənib, elə qəzəblənib, dırnaqlarıyla yeri kotan kimi eşir, nərəsindən dağ-daş lərzəyə gəlib əsir. Keçəl divi görəndə istədi qaçsın, div onu görüb, çağırdı, dedi:
- Ey bəni-insan, mənim əlimdən heç yana qaça bilməyəcəksən, nahaq əziyyət çəkmə, mən neçə illərdi ki, belə təpəsi üstə qalmışam, əgər dərdimə əlac eləyə bilsən, nə istəsən onu verəcəyəm, yox əlac edə bilməsən, səni bircə tikəyə dürmək eləyib yeyəcəm.
Keçəl başa düşdü ki, div də onun kimi armud yeyib bu günə düşüb. Odur ki, xurcunundan bir alma çıxardıb verdi divə, dedi:
- Bu almanı ye, yaxşı olacaqsan.
Div almanı yeyən kimi qalxıb durdu ayaq üstə, sevindiyindən başladı keçəli duz kimi yalamağa. Div dedi:
- Qardaş, indi də görüm məndən nə istəyirsən?
Keçəl dedi:
- Səndən heç nə istəmirəm, bircə məni aparıb qoyarsan Hindistana.
Div o saat əlini gözünün üstə qoyub dedi:
- Mənim gözüm üstə, min dalıma, özü də gözünü yum.
Bəli, keçəl xurcununu çiyninə salıb mindi divin dalına. Div bir əfsun oxuyub qalxdı göyə, uça-uça keçəli aparıb qoydu Hindistana.
Keçəl Hindistana çatmaqda olsun, sizə kimdən xəbər verim, padşahdan. Demə, padşaha soyuq dəyib bir az kefsizmiş. Keçəl gördü ki, car çəkirlər ki, bəs padşah azarlayıb, yaxşı həkim lazımdır. Özünə güvənən həkim varsa gəlsin onu yaxşı eləsin, çoxlu xələt alsın. Keçəl fursəti fövtə verməyib tez həkim paltarı tapıb geydi, xurcundakı meyvələrdən də bir az cibinə doldurub getdi padşahın yanına. Əhvalatı söylədi ki, bəs, mən həkiməm, səni yaxşı eləyə bilərəm. Padşah dedi:
- Həkim, mənim başımda bu saat bir ağrı var ki, bütün dünya gözümə qaranlıq görünür. Məni yaxşı eləsən, nə istəsən verəcəm.
Keçəl cibindən bir armudla bir gavalı çıxarıb verdi padşaha, dedi:
- Al, bunlarm ikisini də birdən ye, sağalacaqsan.
Padşah armudla gavalını yeyən kimi təpəsindən buynuz çıxartdı, özü də ayaqları qalxdı göyə, başı endi yerə, qaldı təpəsi üstə kəlləmayallaq. O saat hay-küy düşdü, keçəli tutdular. Keçəl dedi:
- Heç zəhmət çəkməyin, mən qaçıb eləyəsi deyiləm.
Vəzir arif adamdı, gördü ki, padşah kəllə-mayallaq olandan sonra həkim əlini belinə qoyub baxır, özü də suçlu adama oxşayır. Keçəl dedi:
- Mən olmayandan sonra heç kim səni yaxşı eləyə bilməyəcək, təpəsi üstə qalıb öləcəksən. And iç ki, istədiklərimi verəcəksən, səni yaxşı eləyim.
Padşah and-aman eləyəndən sonra keçəl çıxardıb ona bir alma verdi. Padşahın gözü qorxmuşdu deyə yemək istəmədi. Keçəl dedi:
- Ye, qorxma, sənin dərmanın bu almadadı.
Padşah almanı yeyən kimi durub oturdu yerində, buynuzu da düşdü yerə, hamı bu işə məəttəl qaldı. Keçəl xalçayla üzüyü alandan sonra gəldi arvadının yanına, onunla xalçanın üstündə oturub dedi:
- Xalça, Həzrət Süleyman eşqinə, bizi apar öz qızıl kərpicli evimizə.
Xalça göyə qalxıb bunları gətirdi öz imaretlərinə.
Keçəl nənəsiylə görüşüb-öpüşdü. İtlə pişiyi de doyuzdurub öz yanında saxladı. O gündən itlə pişik imarətin dörd tərəfini gözləyib həndəvərə bir adam da buraxmadılar.
Günlərin birində keçəl arvadına dedi:
- Yaxşı, sən məndən hər nə xəbər alırdınsa, mən sənə deyirdim, indi sən də mənə de görüm sən ki, üzüyün sirrini bilirdin, qarı səni oğurlayıb aparandan sonra niyə məni axtarmırdın?
Qız dedi:
- Vallah, Allahdan gizlin deyil, səndən ne gizlin. Mən baxıb gördüm ki, sən qoçaq, mərd oğlansan, amma başına baxanda adamın qol-qanadı sınıb yanına düşürdü. Sənin keçəl olmağın məni yaman məyus eləyirdi. Odur ki, qalmışdım iki yolun arasında.
Bu söz keçəli yaman bərk tutdu, bir xeyli fikrə getdi. Birdən yadına düşdü ki, axı mənim barmağımdakı üzük dünyada nə istəsən onu verir, mən niyə dərdimə ondan əlac istəmirəm?
Keçəl tez üzüyü barmağından çıxardıb oturdu xalçanın üstündə, dedi:
- Üzük, Hezret Süleyman eşqinə, məni elə yerə apar ki, orda başımın dərmanı olsun.
Söz tamam olan kimi xalça qalxdı ərşə, o qədər yol getdi ki, gedib dünyanın axırına çıxdı, orda bir meşənin içinə endi. Keçəl gördü yanında bir qəşəng bulaq var ki, suyu dumduru göz yaşı kimi. Suyun içindəki daşlar elə gözəl, elə qəşəngdi ki, elə bil ləl-cəvahiratdı. Hava çox istiydi, keçəl də neçə gün yol gəldiyindən toz-torpağın içindəydi. Odur ki, paltarını soyunub özünü verdi bulağın suyuna, bir çala düzəldib doyunca çimdi. Sonra çıxıb qıraqda başladı qurulanmağa, əlini atdı ki, başını qurulasm, gördü eyə, başına tük gəlib. Özünə inanmadı, bir də əlini apardı başına, gördü doğrudan da başına tük gəlib. Əyilib suda öz şəklinə baxdı, gördü nişanədən ötəri başında bir tük tapılmayan keçəlin başı tüklə doludu. Keçəl sevindiyindən bilmədi neyləsin. Oturdu xalçanm üstündə düz gəldi evlərinə.
Arvadı keçəli görəndə az qaldı tanımasın. Keçəl elə qəşəng oğlan olmuşdu ki, üzünə baxan deyirdi bir də baxım. Bayaq qızın məhəbbəti bir idisə, indi artıb oldu min. Ər-arvad yeyib-içib kef çəkdilər, siz də yeyin, için, muradınıza çatın.
Göydən üç alma düşdü, biri mənim, biri itlə pişiyin, biri də qulaq asanların.
Hatəm və qoyun dərisinə girmiş qurd
HATƏM VƏ QOYUN DƏRİSİNƏ GİRMİŞ QURD
iri var idi, biri yox idi, Hatəm adlı bir cavan oğlan var idi. O, anası ilə birlikdə yaşayırdı. Hatəmin bir iti, bir keçisi, bir toyuğu var idi. Bütün ili hər gün toyuq bir yumurta, keçi də bir sərnic süd verirdi. Bu südlə yumurta ana-balanı el-elə, baş-başa dolandırırdı. Hatəm toyuğa sarı buğda, keçiyə qara yonca, itə isə san fətir yedirirdi.
Keçi hər il dörd dişi bala doğurdu. Amma onun balaları böyüyüb ərsəyə çatan kimi qurd oğurlayıb yeyirdi. Yazıq keçi həmişə gözünün yaşını axıdıb bala üzünə həsrət qalırdı. Hatəm nə qədər çalışırdısa da qurdu tapa bilmirdi. Keçinin bir qoyun bacılığı var idi. Hər gün otlağa gedəndə bacılığı onun yanına gəlib qəmini dağıdırdı. Keçi gününü bu bacılığı ilə keçirirdi. Günlərin bir günü keçi yenə otlağa çıxmışdı. Bir göy çəmənlikdə otlayırdı. İt də önun yanında idi. Bir de gördü budu, bacılığı ağlaya-ağlaya gelir. Keçi soruşdu:
- Qoyun bacı, söylə görüm niyə ağlayırsan?
Qoyun dedi:
- Ağlamayım, ne eləyim? Bircə madar balam var idi. Onu da bu gece qurd apardı!
Qoyunla keçi bir-birinə qoşulub ağladılar, ürəklərini boşaltdılar. İt otdan-zaddan yolub qoyunun qabağına tökdü. Qoyun doyunca ot yedi, onlarla salamatlaşıb yola düşdü. Get-ha-get, qabağına bir tülkü çıxdı.
Tülkü onu görüb dedi:
- Qoyun bacı, hara gedirsən?
Qoyun dişlərini şaqqıldadıb dedi:
- Ədə, nə qoyun, nə keçi, mən qurdam! Qoyun dərisinə girmişəm, hiylə işlədirəm.
Tülkü gülüb dedi:
- Oho! Xoş gördük, qurd lələ, kələyin ucunu yaxşı tapmısan. Düzünü de görüm, bu gün bığının altından nə keçirmisən?
Qurd cavab verdi:
- Tülkü baba, canın üçün, üç gündür ki, dilimə ət dəymir.
Tülkü dedi:
- Özünü yorulmuş bilsən, yoldaşını ölmüş bil. Bəs yaxşı, nə üçün qoyun dərisi geyinmisən? Bunun ki sənə bir mənfəəti yoxdu.
Qurd dedi:
- Bunun mənə mənfəəti çoxdur. Hatəmin keçisi ile bacılıq olmuşam. O doğub böyüdür, mən yeyirəm.
- Nə olsun, indi ki, acsan?!
Qurd dedi:
- Keçi o qədər kökdür ki, dərisinə sığışmır, tükünü çəksən yerindən yağ damar. Gedək sən hay-həşir elə, men onu aldadıb kənara çıxardım, yeyək.
Tülkü dedi:
- Keçi təkdirmi?
Qurd dedi:
- Yanında bir it də var.
Tülkü it adını eşidib dedi:
- Dosta xəyanət edən axırda bəlasını çəkər. Qorxuram qurunun oduna yaş da yana.
Qurd dedi:
- İşini gör, mənim dostluğum ele belə olar. Men qoyun dərisindən çıxacağam. Gedərik, sən səs eləyib itin ağzını başqa yerə salarsan, mən keçini oğurlayaram.
Tülkü razı oldu. Qurd qoyun dərisindən çıxdı. Bunlar bir-birinə qoşulub, düz keçi otlayan yerin yaxınlığına gəldilər. Burada bir toyuq da var idi. Toyuğu görəndə tülkünün ağzı sulandı. Tülkü qurdu keşikde qoydu, özü çəkilib uzağa getdi, və bir neçə dəfə vaqqıldadı. İt onun səsini eşidən kimi hürə-hürə ona tərəf getdi. Qurd fürsəti fövtə verməyib, keçini tutdu, belinə tullayıb yola düzəldi. Toyuq bunu görən kimi, qanad açıb havaya qalxdı və özünü Hatəmə çatdırıb ağlaya-ağlaya dedi:
- Bəs niyə, durmusan? Keçini qurd apardı!
Hatəm bir başına vurdu, bir gözünə, daban açıb yola düşdü. Toyuq da qanad açıb havaya qalxdı. Bu dəmdə it də gəlib çıxdı. Toyuq göydə, Hatəmlə it də yerdə yel kimi qaçırdılar. Onlar kəsə yolla gedib qurdu haqladılar. Hatəm qurdu nişan alıb bir ox atdı, qurd yaralandı. Qurd keçini buraxıb özünü qayadan tulladı, yarımcan olsa da, ölümdən qurtardı. Hatəm keçini götürüb qayıtmaqda olsun, sizə xəbəri tülkü babadan verim. Tülkü bir uca yerdən tamaşa edirdi. Hatəm gedəndən sonra yavaş-yavaş qurdun yanına gəlib gördü ki, qurd qızıl qan içindədir. Onun yaralarını bağlayıb dedi:
- Əhsən, qurd lələ, men səni bələ qoçaq bilmirdim. Heç kəs o qovha-qovdan qurtarmazdı ki, sen qurtardın.
Qurd dedi:
- Heç eybi yoxdur. Ölmərəmsə, bu hayıfi onlardan çıxaram.
Tülkü dedi:
- Heç bir şey edə bilməyəcəksən.
Qurd dedi:
- Tülkü baba, mən yenə qoyun dərisinə girəcəyəm. Sən məni bazara apar, bir təhər qoyun adına Hatəmə sat. Gerisi ilə işin yoxdur.
Tülkü dedi:
- Bir tümən pul verərsən, bazardan şini alıb cibimə tökərəm. Sonra səni sataram.
Qurd dedi:
- Yaxşı verərəm.
Qurd ilə tülkü bir dərzinin yanına gəldilər. Tülkü dedi:
- Dərzi qardaş, mənə bir dəst çoban paltarı tik.
Dərzi dedi:
- Tülkü baba, xeyir ola? Çoban paltarı nəyinə lazım olub?
Tülkü dedi:
- Qurd lələ bəd əməldən əl çəkib, daha heyvan yemir. Bir neçə qoyun almışam, qurdu onlara çoban edəcəm.
Dərzi dedi:
- İnanan daşa dönsün.
Tülkü dedi:
- Sənin nə işinə qalıb ki, dərinə gedirsən. Pulunu al, paltarı tik, ver.
Dərzi onlara bir dəst çoban paltarı tikib verdi. Bunlar çoban paltarını götürüb bir xəlvətə çəkildilər. Tülkü paltarı geydi, qurd da qoyun dərisinə girdi. Tülkü qurdu qabağına qatıb bazara gətirdi. Həmin gün Hatəm də bazara gəlmişdi. O, gəzə-gəzə tülkünün yanına gəlib, qoyunu tanıdı. Qoyunun başını tumarlayıb dedi:
- Çoban qardaş, bu qoyun mənim keçimin bacılığıdır. Adam da belə damazlıq qoyunu satarmı?
Tülkü dedi:
- Əlacım yoxdur, əlim aşağıdır, onun üçün satıram.
Hatəm dedi:
- Mən bu qoyuna müştəriyəm, qiyməti neçədir?
Tülkü dedi:
- At deyil, dəvə deyil, neçe verirsən ver də.
Hatəm dedi:
- Ay canım, qiymətini de.
Tülkü dedi:
- Sənə üç tümən.
Hatəm dinməz-söyləməz üç tümən pul verib, qoyunu aldı, evinə gətirdi. Tülkü də bir xeyli ət alıb özünü meşeyə verdi, Hatəmin anası da bu qoyunu tanıyırdı. O çox şad olub qoyunun üzündən-gözündən öpdü. Qoyunu keçi ilə toyuğun yanına apardılar. Bunlar da öpüşdülər, görüşdülər, bir məclis düzəltdilər. Keçi nağara vurdu, toyuq zurna çaldı, şadlıq elədilər. Bir müddət belə keçdi, amma qurd fürsət tapıb keçini yeyə bilmədi. İt onlardan ayrılmırdı. Qurd ət üzünə həsrət qalmışdı. Gündən-günə zəifləyirdi. Bir gün keçi Hatəmə dedi:
- Bacılığım gündən-günə zəifləyir. Özü də dodağını dodağının üstünə qoyub heç nə demir.
Hatəm qurddan soruşdu:
- Qoyun, dərdin nədir?
Qurd dedi:
- Zökəm olmuşam, boğazım ağrıyır.
Hatəm dedi:
- Toyuğumuz hər gün bir yumurta verir. Yeyərsən, boğazının ağrısı keçər, zökəmin də yaxşı olar.
Bəli, Hatəm hər gün toyuğun yumurtasını qurda verirdi.
Qurd gündə bir yumurta yeyib, ölmə-diril dolanır, keçini aparmaq üçün fürsət gözləyirdi. Bir neçə gün də belə keçdi. Qurd gördü bir yumurta ilə dolana bilməyəcək, axırda acından öləcək. Hatəme dedi:
- Mənim zökəmim yaxşı olmadı. Boğazım lap qovuşur.
Hatəm dedi:
- Keçinin südünü də verərəm içərsən, yaxşı olarsan. Hatəm hər gün keçidən sağılan südü də ona verirdi.
Elə olmuşdu ki, Hatəmlə anası yavanlıq üzünə həsrət qalmışdılar. Bir səhər qurd öz-özünə dedi: "Nə qədər ki, Hatəm evdədir, mən fürsət tapıb keçini apara bilməyəcəyəm. Yaxşısı budu, onu uzaq səfərə göndərim". Axşam qurd Hatəmin yanına gəlib dedi:
- Zökəmim lap xarab olub. Get mənə həkim gətir.
Hatəmin ona yazığı gəldi. Şəhərə həkim gətirməyə getdi. О gedən kimi qurd keçi ilə toyuğu yanlayıb dedi:
- Ürəyim üstümdə durmur. Bir bağçaya çıxaq, ürəyim açılsın.
Keçi qoyunu götürüb bağçaya apardı. Qurd hər tərəfə göz gəzdirdi: Hatəm yox, it уox. Bu fürsəti kim buraxar? Birdən sıçrayıb keçini yaxaladı. Keçi dedi:
- Bacı, bu nədir, məni niyə dişləyirsən?
Qurd dedi:
- Səsini kəs, dəli olmuşam.
Qurd keçini belinə atıb, yola düzəldi, keçi bircə dəfə bərkdən qışqırdı:
- Ay aman, məni qoyun apardı!
Toyuq səsə bayıra çıxıb, gördü ki, qoyun keçini götürüb qaçır. Toyuq о saat itə xəbər verdi. Hər ikisi qaçıb Hatəmə xəbər verdilər. Toyuq ağlaya-ağlaya dedi:
- Niyə durmusan? Qoyun keçini apardı.
Hatəm məəttəl qalıb dedi:
- Sən nə danışırsan? Keçini də qoyun apararmı?
Toyuq dedi:
- Danışmaq yeri deyil. Apardı deyirəm, tez ol.
Hatəm kəsə yolla gedib qurdu qabaqladı. Baxdı ki, budu, qoyun keçini boğazlayıb ley kimi gedir. Onlar hərəsi bir tərəfdən tökülüşüb qurdu tutdular. Qurd əhvalatı belə görəndə özünü dəliliyə vurdu ki, bəlkə onu dəli hesab etdilər. Amma Hatəm onun hiyləsinə inanmadı. Başına bir ip salıb sürüyə-sürüyə evinə gətirdi. Keçinin öna ürəyi yanıb dedi:
- Hatəm, onu həkimə göstər. Bəlkə doğrudan da dəli olub.
Hatəm dedi:
- Dəli olub, özünü qayadan atsın, daha səni niyə aparır? Mən bunü öldürəcəyəm. Yəqin qudurub.
Hatəm qılıncı çəkib, onu vurmaq istəyəndə qurd dişlərini şaqqıldadıb zingildədi. Hatəm tez onu yaxaladı. Dərisini boğazından çıxarıb nə gördü? Gördü ki, bu qoyun dərisinə girmiş qurddur. Hatəm onu tanıyıb dedi:
- Oho! Sən qoyun dərisinə girmiş qurd imişsən! Mən səni göydə axtarırdım, yerdə əlimə düşmüsən. Sen hər il mənim keçimin dord balasını yemisən.
Qurd nə qədər yalvardısa, Hatəm onun sözünə baxmadı. Qılıncı onun təpəsinə elə vurdu ki, qurdun beyni xaş-xaş kimi ovulub yerə töküldü. Hatəm onun dərisini soydu. Keçini, toyuğu və iti götürüb evinə gəldi. Ömürləri boyu kefi kök, damağı çağ yaşadılar.
NOXUDOĞLAN
NOXUDOĞLAN
Ukrayna nağılı
iri vardı, biri yoxdu. Bir qoca ilə bir qarı vardı. Onların altı oğlu, bir qızı vardı. Bir dəfə ata oğullarını tarlanı şumlamağa göndərdi. Oğullar hazırlaşdılar və dedilər:
- Qoy bacımız bizə əkin yerinə yemək gətirsin, günün ortasında bir də evə qayıtmayaq.
Bacı soruşdu:
- Bəs sizi necə tapım?
Qardaşlar dedilər:
- Biz evdən tarlaya kimi kotanla şırım açarıq. Sən də bu şırımla gələrsən.
Qardaşlar yığışıb getdilər.
Yolla gedir, kotanla şırım açırdılar.
Həmin tarlanın yaxınlığındakı meşədə bir əjdaha yaşayırdı. Əjdaha gördü ki, qardaşlar kotanla yol açırlar və başa düşdü ki, bu yolla kimsə gələcək. İlan həmin cığırı tapdalayıb öz evinə tərəf yeni yol açdı.
Bu vaxt isə ana oğulları üçün yemək hazırladı və dedi:
- Qızım, qardaşlarına yemək apar!
Qız yeməyi götürüb qardaşlarının yanına yola düşdü. Evdən çıxdı və əjdahanın açdığı yolla getməyə başladı. Gəlib əjdahanın evinə çıxdı. Orda əjdaha onu tutdu və dedi:
- Bundan sonra həmişəlik mənim yanımda yaşayacaqsan, öz doğmalarını unut: onları heç vaxt
görməyəcəksən!
Günorta qardaşlar öküzləri kotandan açdılar, oturub bacılarını gözləməyə başladılar. Bacıları isə gəlib çıxmaq bilmirdi. Elə də axşama kimi ac-susuz işlədilər.
Axşam evə qayıtdılar və analarından soruşdular:
- Niyə bacımız bizə yemək gətirmədi?
Ana cavab verdi:
- Olenka sizə yeməyi çoxdan aparıb, amma hələ də qayıtmayıb. Mən elə bildim, о sizinlə gələcək.
Bəlkə hardasa azıb?
Qardaşlar təşvişə düşdülər:
- Bəlkə Olenkanı meşədə yaşayan lənətə gəlmiş əjdaha oğurlayıb? Gedib onu axtarmalıyıq!
Onların altısı da şırımla yola düşdülər. Yolla gedir, öz aralarında söhbət edirdilər. Birdən rastlarına donuzlarını otaran çoban çıxdı.
- Salam, çoban əmi!
- Salam, cavanlar! Hara gedirsiz?
Qardaşlar dedilər:
- Bacımızı axtarırıq. Görünür onu lənətə gəlmiş əjdaha oğurlayıb!
- Əgər siz bacınızı əjdahanın əlindən qurtarmağa gedirsinizsə, onda mənim sürümdəki ən iri
qabanı qızardıb yeyin!
Qardaşlar çobanın niyə belə dediyini başa düşmədilər, amma mübahisə etmədilər. Ən böyük qabanı kəsdilər, qızartdılar və yeməyə başladılar. Nə qədər yesələr də dörddə birini də yeyib qurtara bilmədilər.
- Eh, - dedi çoban, - əgər siz bir qabanı yeyə bilmədinizsə, yaxşısı budur heç əjdahanın yanına
getməyin. Evinizə qayıdın! Getsəniz, sağ qalmayacaqsmız!
Qardaşlar ona qulaq asmadılar, yollarına davam etdilər.
Az getdilər, çox getdilər, gördülər ki, bir çoban mal-qara otarır. Qardaşlar dayandılar, çobanla salamlaşdılar:
- Salam, çoban əmi!
- Salam, cavanlar! Hara belə gedirsiz?
- Əjdahanın yanına, bacımızı xilas etməyə.
- Əgər bacınızı onun əlindən almaq istəyirsinizsə, - dedi çoban, - mənim sürümdən ən böyük
öküzü tutub kəsin, onu qızardıb hamısını yeyin!
Qardaşlar ən böyük öküzü tutdular, onu kəsdilər, qızartdılar, yeməyə başladılar. Hərəsi bir az yedi, daha yeyə bilmədilər. Çoban onlara dedi:
- Siz altı nəfər bir öküzü yeyə bilmədiniz. Görünür, gücünüz də azdır, bacınızı xilas etməyə
yetməyəcək. Yaxşısı budur, sağ-salamat ikən evinizə qayıdasınız.
Qardaşlar onu dinləmədilər. Yollarına davam etdilər. Az getdilər, çox getdilər, bir çobana rast gəldilər. Bu çoban at ilxısını otarırdı.
- Salam, çoban əmi!
- Salam, cavanlar! Наrа belə gedirsiz?
- Qaranlıq meşədə yaşayan əjdahanın yanına gedirik. Lənətə gəlmiş, bizim bacımızı oğurlayıb.
Onu qurtarmalıyıq!
Çoban qara atı göstərib dedi:
- Kim bu qara atı tutsa, ona minsə, о da əjdahanı öldürüb bacısını xilas edəcək. Tuta bilməyən
yaxşısı budur evinə qayıtsın!
Qardaşlar qara atı tutmağa nə qədər cəhd etsələr də, bacarmadılar.
- Evinizə qayıdın! - dedi çoban onlara.
- Yox, bacımızı qurtarmalıyıq!
Yollarına davam etdilər. Az getdilər, çox getdilər, gəlib əjdahanın evinə çatdılar. Həyətə girdilər, yan-yörələrinə göz gəzdirdilər, bacılarını çağırmağa başladılar.
Səsə Olenka çıxdı və dedi:
- Qardaşlarım, canlarım-ciyərlərim! Niyə bura gəlmisiniz? Siz bu əjdahaya qalib gələ
bilməzsiniz. Bir azdan uçub gələcək, sizin hamınızı öldürəcək. Sizi harda gizlədim axı? Sakitcə bu pəyədə oturun.
Qardaşlar təzəcə pəyəyə girmişdilər ki, yer titrəməyə, uğuldamağa başladı. Əjdaha uçub gəldi, hər yerə nəzər saldı, ətrafı iylədi və dedi:
- Fu! Fu! Adam-badam iysi gəlir!
Olenka isə ona belə cavab verir:
- Məndən başqa burda kim ola bilər ki? Sən dünyanı gəzmisən, insanların iyini almısan.
- Ola bilər, sən deyən kimidir! - dedi əjdaha.
Olenka ondan soruşdu:
- Qardaşlarımı burda görsəydin nə edərdin? Onları öldürərdin?
- Yox, - dedi əjdaha, - öldürməzdim. Ən əziz qonaq kimi qarşılayardım!
Olenka sevincək həyətə qaçdı. Pəyəni açdı və dedi:
- Çıxın, qardaşlarım!
Onlar pəyədən çıxdılar. İlan soruşdu:
- Hə, nə var, nə yox, əziz qonaqlarım?
- Salamatçılıq!
- Hə, Olenka, qonaqlara süfrə aç! Yemək gətir!
Bacıları yemək gətirdi. Əjdaha öküzləri bütöv yeyir, qardaşlar bir tikə yedilər, daha yeyə bilmədilər.
İlan dedi:
- İndi də qozları gətir, çərəz yeyək.
Olenka bir kisə dəmir qoz gətirdi. Qozların hərəsi bir yumruq boyda idi. İlan qardaşlara dedi:
- Hə, əziz qonaqlar, gəlin qoz yeyək!
Əjdaha dəmir qozları asanlıqla sındırıb yeməyə başladı. Qardaşlar isə hərə bir qoz götürdi, sındırmaq istədilər, amma bacarmadılar. Əjdaha güldü və dedi:
- Hə, cavanlar, vuruşmağa gəlmisiniz, yoxsa barışmağa?
- Vuruşmağa!
- Yaxşı, onda düzən bir yerə gedək!
Gəlib düz bir yerə çıxdılar.
Əjdaha bir üfürdü, meydan dəmirə döndü. Əjdaha altı qardaşın altısını da dəmir meydana çırpdı. Sonra hamısını qaldırıb dərin bir quyuya atdı, quyunun ağzına ağır bir daş qoydu.
Qoca ilə qarı oğullarını çox gözlədilər, amma onlar gəlib çıxmaq bilmirdilər.
- Görünür, - dedi onlar, - balalarımızın başına bir iş gəlib, daha qayıtmayacaqlar... Biz
bəxtiqaralar bu yaşımızda dünyada tək-tənha qaldıq!..
Bir dəfə qarı paltar yudu, onu yaxalamaq üçün çaya endi. Paltarları yaxalayanda gördü ki, sahillə bir noxud diyirlənir. Qarı noxudu götürdü, ağzına atdı və evinə yollandı.
Azmı keçdi, çoxmu keçdi, qarının bir oğlu oldu. Qocalar ona ad fikirləşməyə başladılar. Qarı çayın sahilində tapıb udduğu noxudu xatırladı və dedi:
- Gəl onun adını Noxudoğlan qoyaq!
Belə də etdilər.
Noxudoğlan ilbəil yox, saatbasaat, dəqiqəbədəqiqə böyüyürdü. Böyüyüb elə boylu-buxunlu, qədd-qamətli, yaraşıqlı oldu ki, iki göz istəyirdi tamaşasına dursun! Üstəlik hər bir işdə ata-anasına köməkçi idi, heç bir işdən boyun qaçırmırdı.
Bir dəfə qoca evinin qarşısında bir quyu qazmaq fikrinə düşdü. Torpağı qazımağa başladı, Noxudoğlan da onunla birlikdə qazırdı. Az qazıdılar, çox qazıdılar böyük bir daşa çatdılar. Qoca dedi:
- Gərək adamları köməyə çağıraq, biz ikimiz bu daşı çıxara bilmərik!
Getdi adamları köməyə çağırsın. О gedib qayıdana kimi Noxudoğlan daşı təkbaşına çıxardı. Dayanıb daşı əlində atıb-tuturdu, sanki əlindəki oyuncaq daş idi. Adamlar gəldilər, bu mənzərəni görüb gözlərinə inanmadılar, ömürlərində belə şey görməmişdilər. Qoca və Noxudoğlan işlərinə davam etdilər. Yenə də az qazıdılar, çox qazıdılar dəmir bir sancaq çıxardılar.
- Atacan, gedim dəmirçinin yanına, - dedi Noxudoğlan, - qoy о mənə bu sancaqdan bir gürz
düzəltsin!
Dəmirçinin yanına gəldi, sancağı göstərdi. Dəmirçi təəccübləndi, fikirləşməyə başladı: "Məgər bu sancaqdan gürz düzəltmək olar?"
Bunu deyib gürzü öz dəmirindən düzəltdi.
Noxudoğlan gəlib soruşdu:
- Necə oldu, gürz düzəltdin?
- Hə, düzəltdim.
- Mənim sancağımdan?
- Hə, səninkindən.
Noxudoğlan gürzü götürdü, evə qayıtdı. Atasına dedi:
- İndi mən gürzümü göyə atacam, sonra gedib yatacam. Siz isə məni on iki gündən sonra oyadın.
Gürz yerə düşəndə mən onu tutacam!
Həyətə çıxdı və gürzünü yuxarı atdı. Sonra evə qayıtdı, uzandı və yuxuya getdi.
On iki gündən sonra gürz uğuldayaraq geri qayıtmağa başladı! Ata Noxudoğlanı oyatdı. Noxudoğlan həyətə çıxdı, çeçələ barmağını uzatdı. Gürz onun barmağına dəyib çilik-çilik oldu, ətrafa səpələndi.
- Yox, - dedi Noxudoğlan, - dəmirçi bu gürzü mənim sancağımdan düzəltməyib!
Dəmirçinin yanına gəldi, öz sancağından təzə gürz düzəltməyi buyurdu.
- İşdi aldatsan, sənin başını çəkiclə əzəcəm!
Dəmirçi öz köməkçilərini çağırdı:
- Tez olun, dəmirçixananı süpürün! Zibili ələyin, sancağı axtarın: mən onu yerə tullamışam!
Köməkçilər dəmirçixananı süpürdülər, zibili bir yerə yığdılar, ələməyə başladılar. Ələyib sancağı tapdılar.
Dəmirçi sancağı götürdü, odda qızdırmağa başladı. Sancaq göz önündə böyüməyə başladı. Dəmirçi ondan gürz düzəltməyə başladı. Elə bir gürz düzəltdi ki, iyirmi pəhləvan da onu yerindən qaldıra bilməzdi. Noxudoğlan isə gürzü tək əli ilə götürdü, evlərinin həyətinə gətirdi və göyə atdı. Özü isə on iki günlük yuxuya getdi.
On üçüncü gün gürz dəhşətli uğultu salaraq yerə geri qayıtmağa başladı. Ata Noxudoğlanı oyatdı. О həyətə çıxdı, çeçələ barmağını uzatdı, gürz çeçələ barmağa dəydi, yalnız bir az əyildi.
- Hə, - dedi Noxudoğlan, - belə gürzlə hara istəsən getmək olar!
Evə qayıtdı, oturub ata-anası ilə nahar etməyə başladı.
Yeməyini bitirdikdən sonra söhbətə başladı:
- Məndən əvvəl sizin uşaqlarınız olub?
- Bizim altı oğlumuz, bir də Olenka adlı bir qızımız var idi.
- Bəs onlar hardadır?
Qoca və qarısı ağlamağa başladı:
- Onlar tələf olublar, yoxa çıxıblar... Yəqin ki, onları lənətə gəlmiş əjdaha məhv edib...
- Hə, - dedi Noxudoğlan, - əgər belədirsə, mən onları axtarmağa, xilas etməyə gedirəm!
Ata-anası onu fikrindən daşındırmağa çalışdılar:
- Getmə, oğlum! Onlar altısı birdən gedib qayıtmayıblar, sənsə təkbaşına heç bir şey edə
bilməzsən!
- Yox, - dedi Noxudoğlan, - mənə heç bir şey olmaz. Mən öz doğma bacı-qardaşlarımı necə darda
qoya bilərəm? Buna yol verə bilmərəm! Mənə yola dağarcıq tikin, çörək qurudun!
Əlac yox idi, anası ona yola dağarcıq tikdi, çörək qurutdu. Noxudoğlan dağarcığını götürdü, ata-anası ilə vidalaşdı və bacı-qardaşlarını axtarmağa getdi.
Az getdi, düz getdi, donuz sürüsünü otaran bir çobana rast gəldi. Noxudoğlan çobanla salamlaşdı. Çoban ondan soruşdu:
- Hara gedirsən, igid?
- İlanın yanına gedirəm, bacı-qardaşlarımı xilas etməyə.
- Onlar əjdahanın əlindədirlər, sən də məhv olacaqsan! Əgər sürümdəki ən böyük qabanı tutsan və
onu yesən, onda əjdahaya da qalib gələ bilərsən! Yeyə bilməsən, sağ-salamat ikən geri qayıt!
Noxudoğlan dərhal ən böyük qabanı tutdu, onu kəsib qızartdı və hamısını yedi. Çobana təşəkkür edib yoluna davam etdi.
Az getdi, düz getdi, mal-qara otaran bir çobana rast gəldi.
- Salam, çoban əmi!
- Salam, igid! Hara belə gedirsən?
- İlanın yanına gedirəm, doğma bacı-qardaşlarımı xilas etməyə.
- Hə, heç olmasa gücün var? Əgər mənim sürümdəki ən böyük öküzü yeyə bilsən, bəlkə də onları
xilas edə bilərsən. Yeyə bilməsən əjdahanın yanına getməsən yaxşıdır, məhv olarsan!
Noxudoğlan ən böyük öküzü kəsdi, qızartdı və hamısını yedi, təkcə sümükləri qaldı. Çobana təşəkkür etdi və yola düşdü.
Az getdi, düz getdi, at ilxısının keşiyini çəkən bir çobana rast gəldi. Dayanıb çobanla salamlaşdı.
- Salam, çoban əmi!
- Salam, igid! Hara belə gedirsən?
Noxudoğlan çobana hara və niyə getdiyini danışdı.
Çoban dedi:
- Əgər bax о qara atı tutub ona minə bilsən, deməli əjdahanı öldürməyə gücün yetəcək! Tuta
bilməsən, əjdahanın əlində özün məhv olacaqsan!
Noxudoğlan qara atı tutdu, ona minən kimi at yerə yapışdı.
- Eh, - dedi Noxudoğlan. - Belə atla uzağa getmək olmaz!
Çobanla sağollaşdı və yoluna davam etdi.
Meşədə çox yol qət etdikdən sonra həddən böyük bir həyətə rast gəldi.
Həyətə girib gördü ki, hər yanda sakitlikdir, evə də baş çəkdi - yenə də səs-səmir gəlmirdi. Heç kim gözünə dəymədi (əjdaha bu vaxt uçaraq xeyirxah insanlara hücum edirdi).
Bir qız çıxıb ondan soruşdu:
- İgid, xeyir ola bura gəlmisən? Sən kimsən?
- Eh, gözəl qız! Niyə məni tanımadın! Mən sənin qardaşın Noxudoğlanam, gəlmişəm əjdahanı
öldürüm, səni, qardaşlarımı evimizə aparım!
- Sən necə mənim qardaşım ola bilərsən, axı? - dedi qız. - Mən səni tanımıram.
- Mən axı sən və qardaşlarım yoxa çıxandan sonra doğulmuşam!
Noxudoğlan bacısına ata-anası barədə danışdı. Sonra soruşdu:
- Bəs qardaşlarımız hardadır? Qız ağlamağa başladı:
- Qardaşlarım bura məni xilas etməyə gəlmişdilər, amma burda da tələf oldular. Lənətə gəlmiş
əjdaha onları ölənə kimi döydü və quyuya atdı, quyunun üstünə isə ağır bir daş qoydu... Səni də məhv edəcək... Yaxşısı budur о gəlməmiş qaç, canını qurtar...
- Yox, - dedi Noxudoğlan, - mən bura qaçmağa gəlməmişəm. Gəlmişəm ki, əjdahanı öldürüm,
sizi də bu zindandan qurtarım.
Bunu demişdi ki, yer titrəməyə, uğuldamağa başladı.
- Ah, əziz qardaşırn! - dedi Olenka. - Tez gizlən, əjdaha gəlir!
- Yox - dedi Noxudoğlan, - gizlənməyəcəm. Gizlənpaç oynamağa gəlməmişəm ki!
Əjdaha uçub gəldi, qışqırdı:
- Fu! Fu! Adam-badam iysi gəlir!
- Niyə də gəlməsin, - deyə Noxudoğlan cavab verdi, - axı mən burdayam!
- Ey, igid, sənə nə lazımdır? Vuruşmağa, yoxsa barışmağa gəlmisən?
- Sənin kimi qaniçənlə barışmaq yox, yalnız vuruşmaq lazımdır! - dedi Noxudoğlan.
- Ha-ha! Bir buna baxın! Yaxşı, sən deyən olsun! Amma əvvəlcə nahar etmək lazımdır!
- Etiraz etmirəm!
Əjdaha yemək gətirməyi əmr etdi. Olenka yemək gətirdi.
- Görək sən necə pəhləvansan, - dedi əjdaha. - Bütöv bir qabanı yeyə bilərsən?
- Gör necə yeyirəm! - deyə Noxudoğlan cavab verdi. Bunu deyib qabanı elə yedi ki, əjdaha göz
açmağa macal tapmadı.
- Bütöv öküzü yeyə bilərsən?
- Bu da çətin iş deyil!
Öküzü də yedi.
- Afərin! - dedi əjdaha. - İndi görək bu çərəzin dadına baxa biləcəksən, yoxsa yox.
Dəmir qozla dolu torbanı gətirməyi buyurdu. Qozların hərəsi bir yumruq böyüklükdə idi.
Qozlar gəldi. Əjdaha qozları iki-iki, Noxudoğlan isə dörd-dörd sındırıb yeyirdi.
Bütün qozları yedikdən sonra əjdaha dedi:
- Hə, nə deyirsən, vuruşaq, yoxsa barışaq?
- Vuruşaq!
- Gedək düzən bir yerə, meydançaya.
- Gedək.
Gəlib meydançaya çatdılar. Əjdaha bir üfürdü, meydança misə döndü. Əjdaha dedi:
- Birinci sən vur!
- Yox, - dedi Noxudoğlan, - birinci sən vur: ev sahibi sənsən, mən deyiləm!
Əjdaha Noxudoğlanın başından vurdu, Noxudoğlan topuğuna kimi mis meydançaya batdı.
Noxudoğlan ayaqlarını çıxardı, qolaylanıb gürzü ilə əjdahanın başından elə vurdu ki, əjdaha dizlərinə qədər misə batdı.
Əjdaha birtəhər çıxıb bir də qolaylandı, var gücü ilə Noxudoğlanı vurdu, о da dizə kimi misə batdı... İlan çox sevinə bilmədi: Noxudoğlan dərhal ayaqlarını çıxarıb, cəld tərpəndi, gürzü əjdahanın başından elə endirdi ki, о qurşağına kimi misə girdi. Əjdaha çıxıb canını qurtarmaq istəsə də bacarmadı. Noxudoğlan onu gürzlə bir də vurdu. Özünə gəlməyə imkan vermədən üçüncü dəfə də vurdu və öldürdü...
Bundan sonra bacısının yanına gəldi və soruşdu:
- Əjdaha qardaşlarımızı harda gizlədib?
Olenka onu daşın yanına gətirdi. Daş çox nəhəng idi: yüz pəhləvan da gəlsə tərpədə bilməzdi. Noxudoğlan ayağı ilə daşı itələdi, daş kənara düşdü, parça-parça oldu.
- Əziz qardaşlarım, siz sağsınız? - deyə Noxudoğlan soruşdu:
Qardaşlar isə elə zəifləmişdilər ki, cavab verməyə taqətləri də qalmamışdı. Güclə nəfəs alırdılar.
Noxudoğlan qardaşlarını quyudan çıxardı, bir az özlərinə gəldikdən sonra isə hamını ata-anasının yanına apardı. Əjdahanın isə həyət-bacasını da yandırdı ki, külü də qalmasın.
Ata və ana öz övladlarını sağ-salamat görüb elə sevindilər ki, gəl görəsən! Onları qucaqlayıb öpdülər, bağırlarına basdılar.
ƏLCƏK
ƏLCƏK
Ukrayna nağılı
ir baba meşə ilə yol gedirdi, onun dalınca balaca bir it qaçırdı. Baba az getdi, çox getdi, əlcəyini düşürdü. Bir siçan əlcəyi gördü, içinə girdi və dedi:
- Mən burda yaşayacam.
Bu vaxt bir qurbağa – hop-hop - hoppanıb gəldi və soruşdu:
- Əlcəkdə kim yaşayır?
- Mən hər şeyi gəmirən siçanam! Bəs sən kimsən?
- Mən isə hər yerə hoppanan qurbağayam. Olar gəlim?
- Gəl!
İndi onlar iki nəfər oldular. Birdən dovşan qaçıb gəldi. Əlcəyə yaxınlaşdı, soruşdu:
- Əlcəkdə kim yaşayır?
- Hər şeyi gəmirən siçan, hər yerə hoppanan qurbağa. Bəs sən kimsən?
- Mən ora-bura qaçan dovşanam. Məni də buraxın!
- Gəl!
İndi üç nəfər olduar. Yaxınlıqdan tülkü qaçırdı:
- Əlcəkdə kim yaşayır?
- Hər şeyi gəmirən siçan, hər yerə hoppanan qurbağa, ora-bura qaçan dovşan. Bəs sən kimsən?
- Mən isə quyruğu ala tülkü xalayam. Məni də buraxın!
İndi onlar dörd nəfər idilər. Gördülər ki, bir canavar qaçır, özü də əlcəyə tərəf gəlir. Canavar soruşdu:
- Əlcəkdə kim yaşayır?
- Hər şeyi gəmirən siçan, hər yerə hoppanan qurbağa, ora-bura qaçan dovşan, quyruğu ala tülkü xala. Bəs sən kimsən?
- Mən ağzı qara canavaram. Məni də buraxın!
- Yaxşı gəl!
Canavar da özünü içəri saldı. Beş nəfər oldular. Birdən hardansa bir qaban peyda oldu.
- Xor-xor-xor, əlcəkdə kim var?
- Hər şeyi gəmirən siçan, hər yerə hoppanan qurbağa, ora-bura qaçan dovşan, quyruğu ala tülkü xala, ağzı qara canavar. Bəs sən kimsən?
- Mən vurub yıxan qabanam. Məni də buraxın!
Bu nə işdir, hamı əlcəkdə yaşamaq istəyir.
- Sən bura girə bilməzsən!
- Birtəhər girərəm, buraxın!
- Neyləmək olar, gir!
- Qaban da içəri girdi. İndi altı nəfər oldular. Elə darısqallıq idi ki, tərpənə bilmirdilər!
Birdən ağaclar şaqqıldadı, meşədən bir ayı çıxdı. О da əlcəyə yaxınlaşdı, böyürməyə başladı:
- Əlcəkdə kim yaşayır?
- Hər şeyi gəmirən siçan, hər yerə hoppanan qurbağa, ora-bura qaçan dovşan, quyruğu ala tülkü xala, ağzı qara canavar, vurub yıxan qaban. Bəs sən kimsən?
- Ah, ah, ah! Necə də çoxsunuz! Mən də ayı dayıyam. Məni də buraxın!
- Səni necə buraxaq? Heç üzümüz tərpənə bilmirik.
- Birtəhər!
- Gəlirsən, gəl! Amma ehtiyatla!
Ayı da üzünü əlcəyə saldı. Yeddi nəfər oldular. Özü də elə darısqallıq idi ki, əlcək az qala cırılacaqdı.
Bu vaxt baba xəbər tutdu ki, əlcəyini itirib. О əlcəyini axtarmağa başladı. İti özündən də qabağa qaçdı. Az qaçdı, çox qaçdı, gördü ki, əlcək yerdədir, özü də tərpənir. İt hürməyə başladı:
- Hav-hav, hav!
Heyvanlar qorxdular, əlcəkdən çıxıb hərə bir tərəfə qaçdı. Вaba isə yaxınlaşıb əlcəyini yerdən götürdü.
ƏLCƏK
Ukrayna nağılı
Bir baba meşə ilə yol gedirdi, onun dalınca balaca bir it qaçırdı. Baba az getdi, çox getdi, əlcəyini düşürdü. Bir siçan əlcəyi gördü, içinə girdi və dedi:
- Mən burda yaşayacam.
Bu vaxt bir qurbağa – hop-hop - hoppanıb gəldi və soruşdu:
- Əlcəkdə kim yaşayır?
- Mən hər şeyi gəmirən siçanam! Bəs sən kimsən?
- Mən isə hər yerə hoppanan qurbağayam. Olar gəlim?
- Gəl!
İndi onlar iki nəfər oldular. Birdən dovşan qaçıb gəldi. Əlcəyə yaxınlaşdı, soruşdu:
- Əlcəkdə kim yaşayır?
- Hər şeyi gəmirən siçan, hər yerə hoppanan qurbağa. Bəs sən kimsən?
- Mən ora-bura qaçan dovşanam. Məni də buraxın!
- Gəl!
İndi üç nəfər olduar. Yaxınlıqdan tülkü qaçırdı:
- Əlcəkdə kim yaşayır?
- Hər şeyi gəmirən siçan, hər yerə hoppanan qurbağa, ora-bura qaçan dovşan. Bəs sən kimsən?
- Mən isə quyruğu ala tülkü xalayam. Məni də buraxın!
İndi onlar dörd nəfər idilər. Gördülər ki, bir canavar qaçır, özü də əlcəyə tərəf gəlir. Canavar soruşdu:
- Əlcəkdə kim yaşayır?
- Hər şeyi gəmirən siçan, hər yerə hoppanan qurbağa, ora-bura qaçan dovşan, quyruğu ala tülkü xala. Bəs sən kimsən?
- Mən ağzı qara canavaram. Məni də buraxın!
- Yaxşı gəl!
Canavar da özünü içəri saldı. Beş nəfər oldular. Birdən hardansa bir qaban peyda oldu.
- Xor-xor-xor, əlcəkdə kim var?
- Hər şeyi gəmirən siçan, hər yerə hoppanan qurbağa, ora-bura qaçan dovşan, quyruğu ala tülkü xala, ağzı qara canavar. Bəs sən kimsən?
- Mən vurub yıxan qabanam. Məni də buraxın!
Bu nə işdir, hamı əlcəkdə yaşamaq istəyir.
- Sən bura girə bilməzsən!
- Birtəhər girərəm, buraxın!
- Neyləmək olar, gir!
- Qaban da içəri girdi. İndi altı nəfər oldular. Elə darısqallıq idi ki, tərpənə bilmirdilər!
Birdən ağaclar şaqqıldadı, meşədən bir ayı çıxdı. О da əlcəyə yaxınlaşdı, böyürməyə başladı:
- Əlcəkdə kim yaşayır?
- Hər şeyi gəmirən siçan, hər yerə hoppanan qurbağa, ora-bura qaçan dovşan, quyruğu ala tülkü xala, ağzı qara canavar, vurub yıxan qaban. Bəs sən kimsən?
- Ah, ah, ah! Necə də çoxsunuz! Mən də ayı dayıyam. Məni də buraxın!
- Səni necə buraxaq? Heç üzümüz tərpənə bilmirik.
- Birtəhər!
- Gəlirsən, gəl! Amma ehtiyatla!
Ayı da üzünü əlcəyə saldı. Yeddi nəfər oldular. Özü də elə darısqallıq idi ki, əlcək az qala cırılacaqdı.
Bu vaxt baba xəbər tutdu ki, əlcəyini itirib. О əlcəyini axtarmağa başladı. İti özündən də qabağa qaçdı. Az qaçdı, çox qaçdı, gördü ki, əlcək yerdədir, özü də tərpənir. İt hürməyə başladı:
- Hav-hav, hav!
- Bax, a, aldatma!
Canavarı da azadlığa buraxdı. Yenidən bıçağını itiləməyə başladı. Bir yandan itiləyir, bir yandan öz-özünə deyirdi:
- Tülkünün xəzi çox qəşəngdir. Qarının paltarına gözəl yaxalıq çıxar. Əla olar!
Tülkü qorxdu, ağlayıb yalvarmağa başladı:
- Rəhm et, dərimi soyma! Mən sənə toyuq-cücə, qaz-ördək gətirərəm.
- Bax, a, aldatma! - deyə qoca, tülkünü də buraxdı.
- Səhərisi gün, sübh açılar-açılmaz evlərinin qapısı döyüldü! Qarı sobanın üstündəki yerində dirsəkləndi və qocanı oyatmağa başladı:
- Qoca, ay qoca! Qapı döyülür! Gör kimdir!
Qoca qapıya getdi, gördü ki, ayı böyük bir arı pətəyi gətirib. Qoca balı yerbəyer etməyə macal tapmamış qapı yenə döyüldü! Canavar qoyun-quzu gətirmişdi. Elə bu vaxt tülkü də toyuq-cücə, qaz-ördəklə birlikdə gəlib çıxdı.
BÖYRÜ QATRANLI CBÖYRÜ QATRANLI CÖNGƏ
BÖYRÜ QATRANLI CÖNGƏ
Ukrayna nağılı
ir kənddə bir qoca və bir qarı var idi. Onların uşaqları böyüyb ev-eşik sahibi olmuşdular. Var-dövlətdən qocanın və qarının yalnız bir toyuğu, bir də pişikləri vardı. Bir gün qarı qocaya dedi:
- Mənə samandan bir cöngə düzəldə bilərsənmi?
- Dəli olmusan nədir? Cöngə nəyinə lazımdır?
- Biz onu otararıq.
Qoca naəlac qalıb samandan bir cöngə düzəltdi və üstünü qatranladı.
- Gecəni yatdılar. Səhəri gün nənə bir az iplik götürüb saman cöngəni otarmağa apardı. Özü isə bir təpənin yanında oturub ip əyirməyə başladı. Bir tərəfdən ip əyirir, bir tərəfdən oxuyurdu:
- Otla, əziz cöngəm, otla, nənə iplik əyirsin, sən yaşıl çəmənlikdə otla! Otla, əziz cöngəm, otla, nənə iplik əyirsin, sən yaşıl çəmənlikdə otla!
Az əyirdi, çox əyirdi, yuxuya getdi.
Birdən bir ayı qalın meşədən, sıx ağaclıqdan çıxıb qaçmağa başladı. Cöngəyə çatıb dayandı:
- Sən kimsən?
- Mən saman cöngəyəm, böyrü qatranlıyam!
- Bir az qatran ver, itlər məni dişləyiblər.
Böyrü qatranlı cöngə dinmirdi.
Ayı acıqlandı, cöngənin qatranlı böyründən dişlədi. Amma nə qədər əlləşdisə dişlərini qopara bilmədi, qatrana yapışıb qaldı. Cöngəni dartışdıra-dartışdıra ora-bura aparmağa başladı!
Bu vaxt qarı oyandı və çığırmağa başladı:
- Qoca, ay qoca, tez gəl, cöngə ayı tutub!
Qoca ayını tutdu və zirzəmiyə saldı.
Səhərisi gün nənə yenə cəhrəsini götürüb cöngəni otarmağa apardı. Təpəlikdə oturub, iplik əyirir, bir yandan da oxuyurdu:
- Otla, otla, böyrü qatranlı cöngəm! Otla, əziz cöngəm, otla, nənə iplik əyirsin, sən yaşıl çəmənlikdə otla!
Birdən bir canavar qalın meşədən, sıx ağaclıqdan çıxıb qaçmağa başladı. Cöngəyə çatıb dayandı:
- Sən kimsən?
- Mən saman cöngəyəm, böyrü qatranlıyam!
- Bir az qatran ver, itlər məni dişləyiblər.
Böyrü qatranlı cöngə dinmirdi. Canavar onun qatranlı böyründən yapışdı. Az dartdı, çox dartdı, dişləri qatrana yapışıb qaldı, dartıb çıxara bilmədi. Əlləşə-əlləşə qalmışdı.
Qarı oyandı, gördü ki, cöngə yoxdur.
Qarı özünü ora-bura vurdu, gördü ki, canavar cöngəyə yapışıb. Qışqırmağa başladı:
- Qoca, ay qoca, tez gəl, cöngə canavar tutub!
Qoca qaçıb gəldi, canavarı tutdu və zirzəmiyə, ayının yanına saldı.
Qarı cöngəni üçüncü gün də otarmağa apardı. İpliyini əyirir, həm də oxuyurdu:
- Otla, otla, böyrü qatranlı cöngəm, nənə iplik əyirsin, sən yaşıl çəmənlikdə otla! Otla, otla, böyrü qatranlı cöngəm, nənə iplik əyirsin, sən yaşıl çəmənlikdə otla!
Az əyirdi, çox əyirdi, oxudu, oxudu yuxuya getdi.
Bir tülkü qaçıb gəldi.
Cöngədən soruşdu:
- Sən kimsən?
- Mən saman cöngəyəm, böyrü qatranlıyam!
- Bir az qatran ver, əzizim, itlər məni dişləyiblər.
Cöngə yenə dinmirdi. Tülkü onun böyründən yapışdı və ilişib qaldı. Az dartışdırdı, çox dartışdırdı, dişlərini dartıb çıxara bilmədi. Nənə oyandı, babanı çağırmağa başladı:
- Qoca, ay qoca! Cöngə tülkü tutub!
Qoca tülkünü də zirzəmiyə saldı.
Gör zirzəmidə nə qədər heyvan vardı!
Qoca zirzəminin yanında oturub bıçağını itiləməyə başladı. Özü isə deyirdi:
- Ayının əla isti dərisi var. Ondan yaxşı kürk çıxar!
Ayı bunu eşitdi, canına qorxu düşdü:
- Məni öldürmə, azadlığa burax! Mən sənə bal gətirərəm.
- Aldatmazsan ki?
- Aldatmaram.
- Bax, a! - dedi qoca və ayını buraxdı.
Özü isə yenə də bıçağını itiləməyə başladı.
- Canavardan kürk alınmasa da əla papaq çıxar!
Canavarın canına qorxu düşdü, yalvarmağa başladı:
- Burax məni! Sənə qoyun-quzu gətirərəm.
- Bax, a, aldatma!
Canavarı da azadlığa buraxdı. Yenidən bıçağını itiləməyə başladı. Bir yandan itiləyir, bir yandan öz-özünə deyirdi:
- Tülkünün xəzi çox qəşəngdir. Qarının paltarına gözəl yaxalıq çıxar. Əla olar!
Tülkü qorxdu, ağlayıb yalvarmağa başladı:
- Rəhm et, dərimi soyma! Mən sənə toyuq-cücə, qaz-ördək gətirərəm.
- Bax, a, aldatma! - deyə qoca, tülkünü də buraxdı.
- Səhərisi gün, sübh açılar-açılmaz evlərinin qapısı döyüldü! Qarı sobanın üstündəki yerində dirsəkləndi və qocanı oyatmağa başladı:
- Qoca, ay qoca! Qapı döyülür! Gör kimdir!
Qoca qapıya getdi, gördü ki, ayı böyük bir arı pətəyi gətirib. Qoca balı yerbəyer etməyə macal tapmamış qapı yenə döyüldü! Canavar qoyun-quzu gətirmişdi. Elə bu vaxt tülkü də toyuq-cücə, qaz-ördəklə birlikdə gəlib çıxdı.
Qarı ilə qoca çox sevindilər. Mehriban ömür sürməyə, firavan yaşamağa başladılar.
GÜNƏŞ HARADA YAŞAYIR
GÜNƏŞ HARADA YAŞAYIR
Sloven nağılı
uşların həyətində, Kürt toyuğun sapsarı Cücələri oldu. Onlar çox balaca idilər, həm də hər şeylə maraqlanırdılar. Günəş balaca Cücələrə həvəslə tamaşa edirdi, axı onlar da Günəş kimi sarı idilər. Günəşin mülayim ilıq şüaları Cücələrin zərif qanadlarını sığallayır, onlara ən yaxşı soxulcanları tapmaqda kömək edirdi.
Bir gün göy üzündə böyük qara bulud əmələ gəldi. O, Günəşin qabağını tutmuşdu və heç cür çıxıb getmək istəmirdi. Cücələr Günəşin nəvazişi üçün darıxmağa başladılar.
- Bəs bizim Günəşimiz hardadır? - deyə bir səhər Cücələr səs-küy saldılar. - Bəlkə о yatıb, oyanmaq istəmir? Biz gərək Günəşi qaytaraq!
- Siz Günəşi necə qaytara bilərsiniz axı? - Kürt toyuq balalarını heç yerə buraxmaq istəmirdi, axı onlar çox balaca idilər. - Siz heç bilmirsiniz о harada yaşayır!
- Bilmirik, öyrənərik. Biz yolumuza çıxan hər bir kəsdən soruşacağıq, ola bilməz kimsə Günəşin harada yaşadığını bilməsin! - deyərək Cücələr yola düşdülər.
Həyəti keçib doqqazdan bayıra çıxdılar. Onlara bir İlbiz rast gəldi. Cücələr onu dövrəyə alıb cikkildəməyə başladılar:
- İlbiz, ay İlbiz! Sən bilmirsən Günəş harada yaşayır? Biz Günəşi göyə qaytarmaq istəyirik!
İlbiz diksindi, buynuzlarını çanağında gizlətdi və ordan cavab verdi:
- Bilmirəm. Sağsağandan soruşun, о yerə uçur, hər şeyi bilir. Ba-a-ax, о çəpərin üstünə qonub.
Sağsağandan heç soruşmaq da lazım deyildi. О Cücələri görüb təəccübləndi: belə körpə balalar küçədə nə gəzirdilər? Uçub onlara yaxınlaşdı, cırıldamağa başladı:
- Cır-cır-cır! Hara belə gedirsiniz? Valideynləriniz sizi niyə tək buraxıblar?
Cücələr boyunlarını dartdılar, qanadlarını çırpıb düzəltdilər, onlar göstərmək istəyirdilər ki, elə də balaca deyillər və dedilər:
- Biz Günəşi axtarmağa gedirik. Günəş bizdən gizlənib, biz onsuz darıxırıq. İndi də onu göyə qaytarmaq istəyirik. Sən, təsadüfən, bilmirsən biz onu necə tара bilərik? İlbiz dedi ki, sən hər şeyi bilirsən...
- Düzü mən bilmirəm, amma düşünürəm ki, Dovşan bilir. O, çöllərdə qaçır, hər yeri görür.
Gedək, sizi otürüm.
Onlar birlikdə yola düşdülər: Cücələr yolla gedir, Sağsağan qabaqda uçur, Dovşanın yanına gedən yolu göstərirdi.
Onlar tarlanı keçdilər, gördülər ki, Dovşan sonuncu mərzdə oturub kök yeyir. Cücələr onu görüb sevindilər, səs-küy saldılar:
- Dovşan, ay Dovşan! Sən bilmirsən, Günəş harada yaşayır? Günəş itib, gizlənib. Biz onu göyə qaytarmaq istəyirik.
Dovşan bu səs-küydən özünü itirdi, qulaqlarını qısdı. Amma yan-yörəsinə göz yetirib gördü ki, onun yanına körpə Cücələr təşrif buyurublar, Sağsağan da onlarladır. Qorxulu bir şey olmadığını yəqin edəndən sonra о cavab verdi:
- Yo-o-o-x, bilmirəm Günəş harada yaşayır. Özüm də onsuz darıxıram. Kələm də, kök də günəşsiz pis böyüyürlər.
- Bəs nə edək? - deyə Cücələrin qanı qaraldı.
- Siz Ördəkdən soruşun. Bax, о, çaydakı qamışlıqda yaşayır. О çox yerlərə üzür, bəlkə, о Günəşin evini görüb? Gözləyin, mən də sizinlə gəlirəm.
Dovşan hamını çaya apardı. Ördək çayın yaxınlığmda özünə yuva qurmuşdu. Cücələr Ördək xalanı elə yuvasının yaxınlığında tapdılar. Onu uzaqdan görüb haray-həşir qopartmağa başladılar:
- Ördək, ay Ördək! Sən bilmirsən, Günəş harada yaşayır? Biz onsuz darıxırıq, onu göyə qaytarmaq istəyirik!
- Düz eləyirsiniz! - deyə Ördək qağıldadı və öz qanadlarını qabartdı. - Elə mən də heç cür qanadlarımı quruda bilmirəm. Bizə də Günəş lazımdır, özü də necə lazımdır!
- Onda sən bilirsən onun yanına necə getmək olar? - Dovşan Ördəyin sözünü kəsdi.
- Yox, bilmirəm. Amma çayın о üzündə oyuqlu palıd ağacının altında Kirpi yaşayır. O yəqin ki, bilər.
- Bəs biz ora necə gedək? - deyə Cücələr, Sağsağan, Dovşan soruşdu.
- Bax orda körpü var, onun üstü ilə keçən kimi Kirpinin evini görəcəksiniz, - deyə Ördək cavab verdi. - Gözləyin, mən də sizinlə gəlirəm, yolu göstərərəm.
Cücələr, Sağsağan, Dovşan və Ördək körpünü keçib Kirpinin yanına getdilər. Kirpi palıd ağacının altmda özünə yaxşı ev qurmuşdu, özü də içəridə yumağa dönüb uzanmışdı. Tikanlarından başqa nə burnu, nə quyruğu görünmürdü. Cücələr Kirpiyə yaxınlaşmağa ehtiyat etdilər. Dovşan və Sağsağan isə qorxmadılar. Sağsağan cırıldamağa, Dovşan isə qabaq pəncələri ilə palıd ağacını döyəcləməyə başladı:
- Kirpi, ay Kirpi! Bayıra çıx! De görüm, bilmirsən, Günəş harada yaşayır?
- Fu-fu-fu, - deyə Kirpi yumağını açaraq deyinmə-yə başladı. - Kimdir məni oyadan?
Günəş artıq çıxmır, yəqin payız gəlib. Mən də qış yuxusuna hazırlaşıram.
- Ү-о-о-о-х, Kirpi, - Cücələr ciyildəməyə başladılar. - Payıza hələ çox var. Sadəcə Günəş bizdən gizlənib. Onu göyə qaytarmaq lazımdır. Sən bilmirsən onun yanına necə gedə bilərik?
Kirpi fikirləşdi və dedi:
- Bilirəm, əlbəttə bilirəm Günəş harada yaşayır! Palıdın arxasında böyük dağ, dağın üzərində böyük bulud var. Buludun üzərində təzə ay asılıb, ordan da Günəşin evi görünür!
Cücələr, Sağsağan, Dovşan və Ördək böyük dağa tərəf yola düşdülər. Kirpi də onlarla getdi. Onlar buludu tutub onun üstündə oturdular. Bulud göydə uçmağa başladı və Cücələri, Sağsağanı, Dovşanı, Ördəyi və Kirpini təzə ayın asıldığı yerə gətirib çıxardı. Bir az da yaxına uçub yan-yörələrinə nəzər saldılar: artıq Günəşin evi də görünürdü. Cücələr, Sağsağan, Dovşan, Ördək və Kirpi buluddan endilər, cığırla Günəşin evinə tərəf tələsdilər.
Günəşin evinin qapısı da, pəncərələri də bağlı idi. Sanki evdə heç kim yox idi. Cücələr dimdiklərini şaqqıldatmağa, Sağsağan var gücü ilə cırıldamağa başladı. Dovşan ön pəncələri ilə qapını döyəcləməyə başladı. Ördək qağıldadı, Kirpi isə onlara kömək edirdi:
- Günəş, ay Günəş! Evdəsən? Pəncərəni aç!
- Kimdir pəncərənin altında qışqıran? - deyə gərnəşərək pəncərədən boylanan Günəş soruşdu.
- Bu bizik - Cücələr, Sağsağan, Dovşan, Ördək, bir də Kirpi. Biz səni çox axtarmışıq, sənsiz bizim kefimiz olmur. Tez ol, çıx, Günəş!
- Oh, oh! - deyə Günəş zarıldadı. - Mən indi göydə necə görünə bilərəm? Üç gün qara bulud məni gizlətmişdi, üç gün qarşımı kəsmişdi. İndi heç parıldaya da bilmərəm. Məni toz basıb, hislənmişəm.
- Biz sənə kömək edərik, - deyə Cücələr, Sağsağan, Dovşan, Ördək və Kirpi sevindilər, - biz səni təmizləyərik.
Onlar birlikdə Günəşi parıldatmağa başladılar. Dovşan və Kirpi süpürgəni alıb Günəşin tozunu aldılar. Ördək və Sağsağan əllərinə əski alıb Günəşi silməyə, hisini təmizləməyə başladılar. Cücələr isə Günəşin üstünə qonan toz dənələrini çırpırdılar.
Beləliklə göyün üzündə tərtəmiz, par-par parıldayan Günəş göründü.
Hər yer aydınlandı və isindi.
Cücələr evlərinə döndülər. Həyətdə о yan, bu yana qaçır, dən axtarır, Günəşdə qızınırdılar.
Ana Kürt toyuq isə məğrur-məğrur həyətdə gəzişirdi: görün onun necə balaları vardı! Balaca da olsalar, belə çətin məsələni həll edə bildilər: Günəşi göyə qaytardılar!
HEYVANLARIN DİLİ
HEYVANLARIN DİLİ
Serb nağılı
iri vardı, biri yoxdu, bir kənddə bir çoban vardı. O çox cavan və yoxsul idi, özü də nökərçilik edirdi. Bir dəfə о meşə kənarında qoyunlarını otarırdı və qulağına səs gəldi. О bu səsə doğru gedib gördü ki, meşə yanır. Yanğının tən ortasında isə bir ilan üzük kimi qıvrılaraq uzanıb və fışıldayır. Çoban dayandı.
- Mənə rəhmin gəlsin, - deyə ilan fışıldayaraq dilə gəldi, - məni xilas et, odun içindən çıxar!
Çoban yan-yörəsinə baxdı, bir ağac götürüb ilana uzatdı. О ağacla sürünüb çobanın qoluna, sonra isə boynuna dolandı.
- Sən neynirsən! - deyə çoban qışqırdı. - Mən səni xilas etdim, sən isə məni boğub öldürmək istəyirsən!
- Narahat olma, - deyə ilan fışıldadı, - mən sənə zərər toxundurmaq istəmirəm. Sadəcə mənim evim uzaqdadır, səni isə bilmirəm harda tapım. Sənin yaxşılığının əvəzini vermək istəyirəm. Zəhmət olmasa, məni atamın evinə, ilanlar şahının yanına apar.
- Mən səni apara bilmərəm, - çoban razı olmadı. -Qoyunlarım başsız qalacaqlar. Onlar axı hərə bir tərəfə dağılışacaqlar!
- Qoyunlarının dərdini çəkmə, mənim xidmətçilərim onlara göz-qulaq olarlar.
- Yaxşı, sən deyən olsun, - deyə çoban razılaşdı.
Çoban boynunda ilanla az getdi, çox getdi, dərə-təpə düz getdi, gəlib canlı ilanlardan hörülmüş darvazaya çatdı. Onlar darvazaya yaxınlaşdılar, ilan bir fit çaldı qapılar dərhal açıldı. İlan çobana dedi:
- Biz saraya girən kimi, atam sənə gümüş, qızıl, ləl-cəvahirat təklif edəcək. Amma sən hər şeydən imtinа et. Ondan yalnız heyvanların dilini başa düşmək qabiliyyətini istə. О dərhal razı olmayacaq, amma sonunda verəcək.
Onlar saraya daxil olan kimi ilanlar şahı ağladı və qızından soruşdu:
- Bu qədər vaxtı harda qalmışdın, qızım?
İlan atasına hər şeyi yerbəyer danışdı: alovun onu necə əhatə etməsini də, çobanın onu necə xilas etməsini də. İlanlar şahı çobana dedi:
- Yaxşılığının əvəzini necə ödəyə bilərəm? Çoban ilanlar şahına qızının öyrətdiyi kimi cavab verdi:
- Mənə heç nə lazım deyil, yalnız heyvanların dilini anlamaq qabiliyyətini istəyirəm.
- Yox, - deyə ilanlar şahı etiraz etdi, - belə qabiliyyət sənə xoşbəxtlik gətirməyəcək. Sən bu qabiliyyətə sahib olsan və bunu bir başqasına desən, dərhal öləcəksən. Yaxşısı budur, başqa şey istə.
- Yaxşılığımın əvəzini yalnız belə verə bilərsən, əgər vermək istəmirsən, onda sən sağ, mən salamat, mənə başqa heç nə lazım deyil! - bu sözləri deyən çoban çevrilib uzaqlaşmaq istədi.
Şah onu səslədi:
- Dayan! Yaxın gəl! Belə inad edirsənsə, ağzını aç. Çoban belə də etdi və ilanlar şahı onun ağzına bir stəkan su tökdü. Sonra dedi:
- İndi qulağını mənə tut.
Çoban qulağını şaha çevirdi və şah əsrarəngiz bir qabdan onun qulağına hava buraxdı.
Axırda ilanlar şahı dedi:
- İndi sən heyvanların dilini anlamaq qabiliyyətinə maliksən. Yolun açıq olsun, amma bax, bu sirri kimsəyə söyləmə. Əgər desən, özündən küs, dərhal öləcəksən.
Çoban getdi. Meşə ilə gedir, quşların, heyvanların, digər məxluqatın bütün dediklərini eşidir və anlayırdı. Çoban qoyunlarının yanına qayıtdı, onları saydı. Qoyunlar sakitcə uzanmışdılar, çoban da bir az dincəlmək istədi. Amma uzanmağa macal tapmamış iki qarğa gəlib ağaca qondu və öz dillərində danışmağa başladılar:
- Qulaq as, dostum! Bilirsən ki, qara quzunun yatdığı yerdə zirzəmi qazılıb, zirzəmidə isə qızıl-gümüş var!
Bunu eşidən çoban qonşusunun yanına getdi və eşitdiklərini danışdı. Qonşusu çobana inandı - axı о heç vaxt yalan danışmamışdı. Onlar birlikdə qazıb zirzəminin qapısını tapdılar və xəzinəni evə apardılar. Qonşu da düzgün insan idi və bütün xəzinəni çobana verdi.
- Bütün xəzinəni özünə götür, - dedi qonşu. - О sənə daha çox lazımdır. Özünə ev tik, evlən və firavan yaşa. Vaxt gələr mənə də köməyin dəyər.
Çoban xəzinəni götürdü, özünə ev tikdi, evləndi və xoşbəxt yaşamağa başladı. Tezliklə о nəinki öz kəndində, hətta öz ölkəsində ən varlı adama çevrildi. Çobanlar onun qoyunlarını, inəklərini, donuzlarını otarır, mehtərlər onun atlarına baxırdılar. Çoban da vaxtaşırı gah ağıllara, gah da tövlələrə baş çəkirdi. Amma ən çox о meşədə gəzməyi sevirdi.
Bir gün, böyük bir bayram ərəfəsində, çoban arvadına dedi:
- Şərab və yemək tədarükü gör, sabah çobanlara aparaq, qoy onlar da şənlənsinlər.
Arvadı belə də etdi. Səhər onlar xutora yola düşdülər, axşam isə ağa çobanlara dedi:
- Yeyin, için, şənlənin, mən isə bütün gecəni sürünün keşiyini çəkəcəm.
Çobanlar ağalarının bu istəyinə təəccüblənsələr də, dincəlmək istədiklərindən bir söz demədilər. Təşəkkür edib ordan uzaqlaşdılar. Gecənin bir yarısı canavarlar ulaşmağa, itlər hürüşməyə başladılar. Çoban qulaq verdi.
- Gəlib qoyun-quzudan yeyə bilərik? - deyə canavarlar soruşurdular. - Biz sizə də bir şey saxlayarıq!
- Gəlin, biz də sizə qoşularıq, - deyə itlər cavab verdi.
Yalnız bir qoca köpək, elə qoca ki, ağzında ancaq iki dişi qalmışdı, hürməyə başladı:
- Nahaq yalan deyirsiz. Ağzımda hələ ki, iki dişim qalıb, qoymaram ağamıza ziyan verəsiniz.
Sübh açılar-açılmaz, ağa qoca köpəkdən başqa bütün itləri qovmağı əmr etdi.
Çobanlar əvvəlkindən də çox təəccübləndilər və ağalarını dilə tutmağa çalışdılar:
- Allah köməyin olsun, ağa! Axı yazıqdırlar! Yaxşı itlərdir!
Amma ağa öz dediyində durmuşdu:
- Necə deyirəm, elə də edin! - və arvadı ilə evinə qayıtdı.
Onlar geriyə atla qayıdırdılar: ər ayğırla, qadın isə madyanla. Ayğır qabaqda gedirdi, madyan isə geri qalırdı. Ayğır kişnədi və madyana dedi:
- Bir az cəld ol! Niyə geri qalırsan?
- Sənə nə var ki, - deyə madyan cavab verdi, - sən ancaq ağamızı aparırsan, mən isə üçünü:
xanımı, xanımın uşağını, bir də öz balamı.
Bunu eşidən ər, geri çevrildi və gülməyə başladı, arvad gördü ki, əri gülür, madyanı ona yaxınlaşdırdı və onun nəyə güldüyünü soruşdu. Ər cavab verdi:
- Heç, elə-belə.
Amma arvadı ona inanmadı və nəyə güldüyünü soruşaraq ondan əl çəkmədi.
- Ay arvad, sənə nə olub? Heç özüm də bilmirəm nəyə gülürəm. - dedi ər.
Amma о inad etdikcə arvadı daha da təkid edirdi. Nəhayət ər dedi:
- Əgər sənə desəm, о dəqiqə öləcəm.
Amma arvadı yenə də ona inanmadı və gülüşünün səbəbini söyləmək üçün hey təkid edirdi! Bu minvalla gəlib evə çatdılar. Ər dərhal bir tabut sifariş verdi və tabut hazır olan kimi onu evin qarşısına qoydu.
- İndi gedib tabuta uzanacam, - dedi о arvadına,-nəyə güldüyümü sənə deyib о dəqiqə öləcəm.
О gedib tabuta girdi və son dəfə ətrafa baxdı. Bu vaxt vəfalı köpək sürüdən aralandı və qaçlb gəldi, ağasının baş tərəfində oturub ağlamağa başladı. Bunu görən ər arvadına dedi:
- Bir parça çörək gətir, itə ver.
Arvad çörək gətirdi və itə atdı. Amma it çörəyə baxmadı belə. Bu vaxt bir xoruz gəldi və çörəyi dimdikləməyə başladı. Köpək xoruza dedi:
- Heç utanırsan? Sən ancaq qarnını fikirləşirsən. Görmürsən ağamız ölməyə hazırlaşır?
Amma о heç vaxt heç bir heyvanı, heç bir quşu incitməyib.
- Ölmək istəyir, qoy ölsün, ağlı yoxdur, ona görə, -dedi xoruz. - Mənim yüz arvadım var,
hamısının da öhdəsindən gəlirəm. Amma о bir arvadın əlində qalıb, öhdəsindən gələ bilmir.
Bunu eşidən ərin qanı qaraldı və о xəcalət çəkdi. Axı xoruz səfeh quş olsa da, düz deyirdi! Xoşbəxtlikdən ərini tabutda görən arvad qorxdu və onu tərpətməyə başladı:
- Əzizim, ayağa dur! Demək istəmirsən, demə! Lazım deyil. İndi biz oğlumuzu
fikirləşməliyik! - deyə arvad ağlamağa başladı.
Ər gülümsədi və tabutdan qalxdı.
Onlar birlikdə xoşbəxt və uzun ömür sürdülər. Güclü və sağlam bir oğulları oldu, valideynlərinə sevinc gətirdi. Arvadı isə bir daha ərinin nəyə güldüyünü soruşmadı.