Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Четверг, 30 Август 2012 11:31

AĞА NЕCƏ DÖNÜB AT OLDU

AĞА NЕCƏ DÖNÜB AT OLDU

Latış nağılı

Q
ədim zamanlarda bir qəddar ağa vardı. Onun öz muzdurlarına heç rəhmi gəlməz, onları canları çıxana kimi işlədərdi. Hətta bayramlarda belə dinclik verməzdi.

Bir səhər böyük bayram zamanı, başqalarının ağır zəhmətdən sonra dincəldiyi bir vaxtda, ağa öz muzdurlarını xırmana, taxıl döyməyə apardı.

Muzdurlar isə bütün əvvəlki günü və gecəni taxıl döymüşdülər və yorğunluqdan ayaq üstə güclə dururdular.

İşə başlamağa macal tapmamış ağa əlində dəyənəklə xırmana gəldi: ona elə gəlirdi ki, muzdurlar çox süst işləyirlər. О muzdurları danlamağa, hədələməyə başladı. Əlindəki dəyənəyi yelləyir, qışqırırdı:

-     Ah, sizi avaralar! Burdakı çovdarı döyüb qurtarmayana qədər sizi xırmandan buraxmayacam!

Muzdurlar ağaya atı taxıldöyənə qoşmaq üçün yalvarmağa başladılar. Onda iş də sürətlənərdi.

-     Nə? - deyə ağa bağırdı. - Sizə at verim? Əgər bir də bu sözü dilinizə gətirsəniz, mən sizi, tənbəlləri bu əllərimlə şil-küt edərəm! Sizə at yoxdur! At dincəlməlidir. Özünüz işləyin!

Ağa çığırdı, bağırdı və özünü xırmandan çölə atdı: kim tozlu yerdə qalmaq istəyər ki!

Ağa çölə çıxan kimi muzdurların qulağına səs gəldi:

-     Tpru! Dayan! Tpru!

Sonra at kişnədi və yüyənin cingiltisi gəldi. Görünür kimsə atı qoşurdu.

Amma bu kim ola bilərdi?

Bu vaxt xırmana ağ uzun saqqallı, əldən düşmüş bir qoca girdi. Qocanın gözləri şimşək kimi işıq saçırdı. Qoca qıvraq bir kəhər atın yüyənindən tutmuşdu.

О muzdurlarla salamlaşdı və dedi:

-     Bax bu da sizə at! Onu taxıldöyənə qoşun, sonra ən ağır işlərə aparın. Meşəyə oduna gedəndə odunu arabaya yığmayın. Ağacı kəsən kimi ata bağlayın, qoyun sürüyə-sürüyə qol-budaqları ilə birlikdə ağanın həyətinə aparsın. Əgər tərslik etsə, daşımaq istəməsə, amansızcasına qamçılayın, qamçıya heyfiniz gəlməsin! Yanlarına, belinə vurun, yalnız başına vurmayın. Yeməyə ona heç nə verməyin. Burduğa gətirəndə tavandan asın. Qoy işləyəndən sonra bütün gecəni asılı qalsın. Bu onun ancaq xeyrinədir!

Bunu deyib qoca yoxa çıxdı.

At isə bərkdən kişnədi, onun səsi muzdurlara ağanın səsini xatırlatdı.

Bu vaxt onlar anladılar ki, bu at nə atdır! hökmdarı Perkon ata özü idi! - dedilər muzdurlar. - Onun əmrini isə dəqiq yerinə yetirmək lazımdır. О necə buyurubsa, atla elə о cür də davranmalıyıq.

Dərhal kəhər atı taxıldöyənə qoşdular və işləməyə başladılar. Kəhər at isə tərslik edir, kişnəyir, ayaqlarını yerə döyür, başını hərləyir, bir sözlə, işləmək istəmirdi! Bu məqamda onu necə lazımdı qamçıladılar: qoy tərslik etməsin!

О gündən sonra belə də davam etdi.

Ən ağır işlərə mütləq kəhər atı qoşurdular. İşləmək istəməyəndə isə onu rəhmsizcəsinə şallaqla və dəyənəklə döyürdülər.

Bütün gün dinclik verilmədən işləyən atı gecə burduğa aparır və tavandan asırdılar:

-     Qoy səhərə kimi asılı qalsın!

Kəhər ata heç yemək də vermirdilər. Bütün bu vaxt ərzində о yalnız qışda arabadan gizlicə bir dəstə saman, yayda isə çəpərin dibində bitən gicitkən yeyə bilmişdi - vəssəlam!

-     Yəqin bizə bu atı gətirən ildırım və şimşəklərin Kəhər at peyda olan gündən zalım ağa yoxa çıxdı. Ağanın xanımı onu az axtardı, çox axtardı, tapa bilmədi.

Bu minvalla bir il keçdi. Lap əvvəldə kəhər at qıvraq, qədd-qamətli, güclü idi, bir ildən sonra isə onu tanımaq olmurdu: dodaqları sallanır, böyürlərində qabırğaları görünürdü, gözləri çuxura düşmüş, beli əyilmiş, tükü tökülmüşdü.

Bir gün xanım həyətdə kəhəri gördü və kovxaya dedi:

-     Bu qotur yabını meşəyə aparıb işini bitirmək lazımdır. Нес bir işə yaramır, üstəlik ona baxanda adamın ürəyi bulanır!

Kovxa isə görünür başqaları kimi atın nə at olduğunu anlayırdı, buna görə də onun işini bitirmirdi.

Bir bayram günü səhər tezdən hamının dincəldiyi bir vaxtda kəhər at yavaşca burduqdan çıxdı, ağa bostanına tərəf getdi və ordakı kələmləri yeməyə başladı.

Hava almağa çıxan xanım da bostana girdi və nə görsə yaxşıdır: qotur yabı acgözlüklə kələmləri dişinə tutub aşırır.

Xanım bir qəzəbləndi:

-     Ay səni, - deyə о qışqırdı, - yaramaz heyvan! Dayan, indi mən sənə göstərərəm!

Yerdən yoğun bir ağac götürüb tapp düz atın başından vurdu! Zərbə atın başına dəyən kimi xanımın qarşısında ağa peyda oldu.

О zəif və yazıq səslə dedi:

-     Əzizim, məni niyə döyürsən? Doğrudanmı bu kələm yarpaqlarını mənə qıymırsan? Axı bir il

çəkdiyim aclıqdan sonra onlar mənim üçün əvvəllər yediyim ən ləziz yeməklərdən daha dadlıdır!..

Bu vaxt xanım ağanı tanıdı, ah-of çəkməyə başladı. ağa isə heç özünə oxşamırdı: arıqlayıb qaralmışdı, saqqalı, dırnaqları uzanmış, bədəni döyülməkdən gömgöy olmuşdu. Paltarı cındıra dönmüşdü.

Xanım ağanı qamarlayıb tez evə apardı ki, onu heç kim görməsin.

О vaxtdan bəri ağanın kibiri yatdı və о daha mülayim oldu.

Прочитано 7835 раз