Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Четверг, 30 Август 2012 13:50

TÜLKÜ VƏ KİRPİ

TÜLKÜ VƏ KİRPİ

Rumın nağılı

ch
ox qədim zamanlarda, tülkü və kirpi dostluq edirdilər. Aralarından su da keçmirdi: birlikdə yeyir, birlikdə içirdilər, birlikdə gəzirdilər. Amma tülkü özünü öyməyə başladı, ay mən eləyəm-beləyəm, belə ağıllıyam, belə hiyləgərəm, sən isə kirpi çox sadədilsən. Kirpi buna az dözdü, çox dözdü, axırda təngə gəldi, tülkünün belə hərəkəti onun xətrinə dəyirdi.

Bir gün onlar yenə də sakitcə söhbət edirdilər, birdən tülkü yenə də başladı.

-     Mən, - dedi tülkü, - elə ağıllı, elə cəldəm ki, insan məni ömründə tuta bilməz. Mənim fəndlərimin sayı-hesabı yoxdur.

-     Doğrudan? - deyə kirpi təəccübləndi.

-     Doğrudan, doğrudan, - deyə tülkü onu inandırdı.

-     Hə, ola bilər, - deyə kirpi cavab verdi. -Gəl birlikdə canavar quyularına gedək, bir şey yeyək, hə?

Tülkü razılaşdı. О günlərdə silahlı ovçular canavar ovuna çıxırdılar, buna görə də belə  quyular qazırdılar: dərin quyunun dibinə ləzzətli yeməklər qoyur, üstünü isə küknar budaqları ilə örtürdülər. Canavar ya da tülkü ora hoppanır, yeməkləri yeyir, amma ordan çıxa bilmirdilər. Ovçu onları tutur, dərisini soyur, satıb pul qazanırdı.

Deməli belə. Onlar canavar quyusunun yanına gəldilər, sürüşüb içinə düşdülər və qarınlarını doyurmağa başladılar. Doyunca yedikdən sonra tülkü yenə öz bicliklərindən dəm vurmağa başladı. Kirpi az qulaq asdı, çox qulaq asdı, axırda dedi:

-     Mən isə yalnız bir biclik bilirəm, nə etməli, belə səfehəm. Qulaq as, tülkü, biz burden necə çıxacağıq, hə? Bəlkə fəndlərindən birini işlədəsən?

-     Nə deyirəm ki, gəl sınayaq! – dedi tülkü.

Hoppandı, dırmandı, üzüaşağı yumalandı! Çıxa bilmədi. Ağlına fənd də gəlmirdi. Dilxor oldu. Sakit durmuş kirpi isə birdən özünü xəstəliyə vurdu:

-     Ah, tülkü! Deyəsən çox yemişəm. Qarnım elə ağrıyır ki, gəl görəsən! Bəlkə sən burnunla onu sığallayasan, ola bilsin keçdi. Tülkü burnunu onun qarnına yaxınlaşdırdı. Kirpi də eləməyib tənbəllik yumağa döndü, tikanları tülkünün üzünə yapışdı! Tülkü başını silkələməyə başladı, elə fırlatdı ki, kirpi quyudan çölə düşdü. Quyudan çıxan kirpi üst-başını çırpdı, quyuya yaxınlaşdı:

-     Görürsən, tülkü, mən ancaq bir fənd işlətməklə canımı qurtardım. Sən isə saysız-hesabsız bicliklərinlə hələ də quyudasan!

Tülkü yalvarmağa başladı:

-     Kirpi qardaş, nə olar, mənə kömək et! Kirpinin bir vaxtlar dostluq etdiyi tülküyə yazığı

gəldi:

-     Yaxşı, sənə kömək edərəm. Hərçənd ki, sən özün də çox fənd bilirsən, ağlını da işlədə bilərdin. Qulaq as. Özünü ölülüyə vur, tərpənmədən uzanıb qal. Ovçu gəlib səni görəcək, quyuya düşəcək. Sən isə nəfəs də alma, ayaqlarını ölü kimi uzat. Onda о səni yuxarı tullayacaq. Sən də durub qaçarsan.

Hər şey kirpi deyən kimi oldu: ovçu gəlib gördü ki, tülkü ölüb. Quyruğundan tutub quyudan bayıra atdı. Tülkü durub arxasına baxmadan qaçdı.

Bax bu yolla kirpi yalnız bir fəndlə özünü də, tülkünü də xilas etdi.

Lakin onların arasındakı dostluq о vaxtdan bəri səngidi.

Прочитано 11372 раз