admin2
GÜMÜŞ MARAL
GÜMÜŞ MARAL
Bolqar nağılı
iri vardı, biri yoxdu, bir şah vardı. Bu şahın bir qızı vardı. Şah qızı böyüyəndə, atası onu ərə vermək istədi. Carçı bütün ölkəni gəzib bütün boyarları və vilayət hakimlərini saraya çağırdı.
Bu şahlıqda bir vilayət hakimi var idi. Həmin hakimin bir atıcısı vardı.
Həmin atıcı elə sərrast atırdı ki, onun bütün oxları hədəfə dəyirdi və о hər zaman ovdan əlidolu qayıdırdı. Lakin о sadə bir atıcı olduğuna görə bütün qənimətini hakimə, о isə şaha verərdi.
Vilayət hakimi şahın əmri ilə saraya getməyə hazırlaşırdı və özü ilə bahalı hədiyyələr götürmək istədi. Buna görə də şaha aparmaq üçün öz atıcısına bir günə doqquz araba ov ovlamağı əmr etdi.
Əlac yox idi. Gənc öz yayını götürüb meşəyə yola düşdü. Bütün gün ov ovladı, doqquz araba doldu. Axşama yaxın о evə qayıtmağa hazırlaşırdı ki, birdən onun itləri bir maralın ardınca düşdülər. Ovçu baxıb gördü ki, bu maral adi maral deyil, gümüş maraldır! О maralı nişan alıb yayını çəkmişdi ki, birdən maral dilə gəldi:
- Məni öldürmə, sərrast atıcı, yaxşılığın yerdə qalmaz.
Atıcı təəccübləndi və soruşdu:
- Axı maral mənim üçün nə edə bilər ki, lap elə gümüş maral olsun? Bir az yaxın gəl, mən sənə dəymərəm.
- Yayını kənara at, onda yaxınlaşaram!
Gənc yayını atdı və maral ona yaxınlaşdı:
- İstəyirsən şahın kürəkəni olasan?
- Şah qızını mənə verər? - deyə ovçu inanmadı.
- Sən yalnız əmr et! - deyə maral cavab verdi.
- Yaxşı, elə et ki, şahın kürəkəni olum!
- Onda qulaq as və mən dediyim kimi et. Qənimətini sahibinə apar və onu yola sal, özün isə elə bu yerə qayıt, üç dəfə fıstıq yarpağına fıştırıq çal, mən gələcəm.
Atıcı belə də etdi, sahibini yola saldı, meşəyə qayıtdı və üç dəfə fıstıq yarpağına fıştırıq çaldı. Maral qaçıb gəldi və soruşdu:
- Şahın təşkil etdiyi yarışlara getmək istəyirsən?
Gənc təəccübləndi:
- Kimdir məni oraya buraxan? Mən boyar deyiləm, vilayət hakimi deyiləm, həm də layiqli geyimim, atım və silahım da yoxdur.
- Buna görə narahat olma. Mən sənin atın olaram. Əlini bax о daşın altına sal və ordan iki ilanı çıxar. Onlar fısıldayacaqlar, amma sən qorxma. Onlardan biri yüyən, digəri isə qamçı olacaq.
Atıcı maralın məsləhətinə dəqiqliklə əməl etdi. İlanları çıxardı, birini maralın ağzına yaxınlaşdırmışdı ki, maral dərhal füsunkar ağ ata çevrildi.
- İndi isə bir ağac parçası kəs və ilanları tapdığın daşın üstündəki mamırı təmizlə! - dedi at.
О dəqiqə ağac parçası iti bir qılınca çevrildi, mamırın altmda isə о qızılla işlənmiş paltar dəsti gördü. Atıcı əynini dəyişdi, qılıncını, ox-yayını götürüb atına mindi və saraya yollandı.
О paytaxta çatanda carçı şahın qızını bütün miniciləri ötüb keçənə, milçəyi havada vurana və daşı qılıncı ilə iki bölənə verəcəyini car çəkirdi. Yarışlar başlandı. Atıcı iki digər yarışçı ilə birlikdə atını çapdı. Elə yolun yarısında о hamını ötüb keçdi, onun atı küləkdən də bərk qaçırdı və о birinci oldu.
Havada uçan milçəyə ox atmağa başladılar. Heç kim bunu bacarmadı, ancaq mahir atıcı milçəyi vura bildi. Daha sonra daşı iki yerə bölmək lazım idi. Lakin heç kim buna cürət etmirdi. At gəncə bəxtini smamağı pıçıldadı.
Atıcı var gücü ilə qolaylanıb qılıncı ilə daşı ikiyə böldü.
Şah öz qızını atıcıya verdi.
Toydan sonra at atıcıya dedi:
- Mən meşəyə qayıdıram. Bu tükü götür. Sənə lazım olsam, onu yandır və mən qaçıb gələcəm!
- Düz deyirsən, maral, get azadlıqda yaşa! - deyə atıcı cavab verdi. - İndi mən şahın kürəkəniyəm, mənə daha heç nə lazım deyil! - bunu deyib tükü də götürmədi.
Atıcı burda qalsın, sizə kimdən deyim vilayət hakimindən. Hakim öz atıcısını çox gözlədi, lakin о gəlmədi. Odur ki, hakim atıcısını axtarmağa başladı. Çox axtarsa da tapa bilmədi. Onda о meşədəki cadugər
- Mən bunu çoxdan bilirəm, atacan, - deyə qızı cavab verdi. - Gecələr о çox vaxt sayıqlayır
qarının yanına getdi və ondan öz nökərinin harda olduğunu soruşdu. Cadugər qarı paxla tumu ilə fala baxıb dedi ki, hakimin atıcısı artıq şahın kürəkənidir. Bunu öyrənən vilayət hakimi çox acıqlandı. Bu xəbəri şaha çatdırdı, bildirdi ki, onun kürəkəni adi rəiyyətdir. Şah qəzəbləndi, qızını çağırıb əhvalatı ona danışdı.
və mən başa düşdüm ki, sən məni adi nökərə vermisən.
- Sənin əsl ərin bax budur, qızım! - deyə şah vilayət hakimini göstərdi. - О yalançının isə cəzasını vermək lazımdır. De görüm, qızım, ona hansı cəzanı verim?
- Gəl onu dənizə ataq, qoy onu balıqlar yesin!
Şah razılaşdı və keşikçilərinə əmr etdi:
- Atıcını tutun, boynundan ağır bir daş asın və dənizə atın!
Hakimə isə dedi:
- Sən mənim kürəkənim olacaqsan! Mən sənə şahlığımın yarısını, bu yalançının gözəl yayını və möcüzəli qılıncını bağışlayıram.
Keşikçilər atıcını tutub dənizə apardılar. Boynundan daş asıb suya atdılar. Gənc suyun dibinə getdi. Amma о şahın və qızının istədikləri kimi boğulmadı. Ayağı dənizin dibinə dəyən kimi böyük bir balıq üzüb onun yanına gəldi və onu uddu. Gənc özünü balığın qarnında gördü. Sonra balıq sahilə tərəf üzdü və ağzını açıb gənci buraxdı. Sahilə yaxın meşə var idi və gənc oraya getdi. Meşədə azmı dolaşdı, çoxmu dolaşdı, heç kim bilmir. Həm də axı şahın öldürməyə əmr etdiyi bir gənc hara tələsə bilərdi ki? Axşama yaxın о yabanı giləmeyvələrdən yeyib uzanıb dincəlmək istədi. Oyananda isə qarşısında gümüş maralı gördü. Atıcı acıqlandı və əlinə keçən ağacı götürüb onun üstünə qolaylandı.
- Dayan, dayan! - deyə maral qışqırdı. – Mən səni xilas etməyə gəlmişəm!
- Yaxşısı budur çıxıb gedəsən, məni günaha batırma! Sənin ucbatından bu bəlaya düşmüşəm!
- Özün günahkarsan, - dedi maral. - Əgər tükü götürsəydin, mən sənin başının dərddə olduğunu dərhal bilərdim. Yaxşı ki, özümü vaxtında çatdırmışam!
- Necə yəni vaxtında? - deyə ovçu etiraz etdi. – Məni böyük bir balıq xilas edib.
- Hə, amma о böyük balıq mən özüm idim. Səni dənizə atmaq istədiklərini öyrənən kimi, mən sənə köməyə qaçdım, amma vaxtında yetişmədim. Onda balığa çevrildim və səni sahilə çıxardım.
- Sağ ol, ay maral, - gənc utandı. - Məni ədalətsiz sözlərimə görə bağışla. Mənə burdan çıxmağa kömək et.
- Daha mən sənə kömək edə bilmərəm. Belə gücüm artıq yoxdur. Amma mən sənə üç ləçəkli bir çiçək verəcəm. О sənə kömək edər. İlk fəlakətdən sonra yaşıl ləçəyi yeyərsən. İkinci fəlakətdən sonra göy ləçəyi ye. Paytaxta çatanda isə qırmızı ləçəyi yeyərsən. Yadında saxla, sənin xoşbəxtliyin ilk çıxan dişdə, kənara sıçrayan ilk talaşada və gözəl bir qızdadır.
Bunu deyib maral ayaqlarını yerə vurdu və yoxa çıxdı. Gənc isə yola düşdü.
О meşədə az getdi, çox getdi gəlib bir talaya çatdı. Birdən taladan nəhəng divlər çıxdılar və onun üstünə atıldılar. Ovçu tez yaşıl ləçəyi yedi və о dəqiqə kərtənkələyə çevrildi. О otların arasına girib canını qurtardı. Divlər uzaqda qalmışdılar, atıcı isə dənizə tərəf getdi. О sahil boyunca getdi və əvvəlki yerə çatdı. Gənc anladı ki, о adadadır və heç cür dənizi keçə bilməyəcək. Onda о göy ləçəyi yedi və о an dənizin üzərində göy qurşağı əmələ gəldi. О göy qurşağın üstü ilə körpüdən keçən kimi keçib о biri sahilə çatdı və paytaxta getdi. Şəhərə girməmişdən əvvəl atıcı qırmızı ləçəyi yedi və о dəqiqə gözəl qonur bir ata çevrildi. At kimi çöldə çapdı, sonra isə bir yoxsul qarı ilə bir qocanm həyətinə girdi.
Qarı atı görən kimi qaçıb darvazanı bağladı və qocanı çağırdı.
Qoca gəldi, ata baxıb başını buladı və dedi:
- Bu at bizə yaraşmaz! Gəl onu şaha sataq!
- Sataq, - deyə qarı razılaşdı. - Bir az pulumuz olar.
Qoca atla birlikdə paytaxta yola düşdü. Orada onu dərhal avaralar araya aldılar - hamı onun gözəl atına baxmaq istəyirdi. Atın sorağı şaha da çatdı, eyvana çıxdı ki, ata baxsın, lakin heç nə görə bilmədi. О zaman о öz kürəkənini ata baxmağa göndərdi.
Kürəkəni atı görən kimi dərhal qocaya qızılla dolu bir pul kisəsi verdi. Sonra ata minib sürmək istədi, amma at şahə qalxdı və onu yerə atdı. Vilayət hakimi yerə düşdü və elə əzildi ki, az qalsın öləcəkdi. О bərk qəzəbləndi və atı öldürməyi əmr etdi. Bu zaman yaxınlıqdan gözəl bir qulluqçu qız keçirdi.
О atı görüb onu tumarladı və ağlamağa başladı:
- Deməli şahın qəzəbi belə olur! Kiminsə şıltaqlığı ucbatından belə gözəl at ölməlidir! Bu
hakim əgər ata minə bilmirsə, onda gərək heç cəhd göstərməsin.
At qıza pıçıldadı:
- Mənə yazığın gəlirsə, mən öləndən sonra qabaq dişimi götür və sarayın bağçasmda
torpağa basdır.
Qulluqçu qız onun istəyini yerinə yetirməyə razılaşdı. Cəlladlar atı öldürdükdən sonra onun qabaq dişi düşdü. Qız onu yerdən götürüb bağa apardı və şay sarayının qarşısında torpağa basdırdı. Axşam həmin yerdə gözəl bir ağac bitdi.
Ağacın yarpaqları tərpəndikcə gözəl bir mahnı səslənirdi.
Səhər bu qeyri-adi ağacın yanına böyük bir izdiham toplaşmışdı - hamı bu ağaca baxmaq istəyirdi. Şahm kürəkəni də ağacın yanına gəldi. Amma о ağaca yaxınlaşan kimi mahnı kəsildi və budaqlarda tikanlar bitdi. Budaqlar kürəkənin üzünə çırpılmağa başladı və üzünü qan-qançır etdilər.
Şahın kürəkəni acıqlandı və ağacı kəsdirməyi əmr etdi. Bunu qulluqçu qız da eşitdi və dedi:
- Belə gözəl ağacı şahın kürəkəninin şıltaqlığına görə kəsəcəklər!
Bu vaxt ağacın yarpaqları xışıldadı:
- Əgər məni xilas etmək istəyirsənsə, məni kəsməyə başlayanda kənara sıçrayan ilk
talaşanı götür və onu gölə at!
Qız belə də etdi. Talaşanı gölə atmışdı ki, о qızıl bir ördəyə çevrildi. Şahın kürəkəni qızıl ördəyi görən kimi onu oxla vurmaq istədi, lakin ox yan keçdi və ördək əks istiqamətə üzməyə başladı. Kürəkən ikinci dəfə də nişan aldı, amma ox yenə hədəfdən yayındı. Yalnız üçüncü dəfə oxunu atdıqda ördək suda çevrildi.
Onda kürəkən soyunub ördəyi çıxarmaq üçün suya girdi. Suya girən kimi bayaqdan özünü ölülüyə vuran ördək havaya qalxdı və kürəkənin paltarları olan yerə uçdıı. Orda о yerə enib insan şəklinə düşdü. Gənc geyindi, ox-yayını və qılıncını götürüb şəhərə getdi.
Vilayət hakimi sahilə tərəf baxdı, əvvəlki atıcısını gördü, qorxudan bağrı yarıldı və suda boğuldu.
Atıcı isə saraya yollandı. Amma keşikçilər onu yaxşı qarşılamadılar: darvaza bağlı idi, bürclərdən isə oxlar yaymağa başladı. Lakin gənc, о axı dünyada ən sərrast atıcı idi, bütün keşikçiləri qırdı və saraya daxil oldu. Şahın qızı onu görən kimi qorxuya düşdü. Ağlayıb onu çox sevdiyini söylədi. Amma atıcı onun göz yaşlarına inanmadı:
- Nə səbəbə məni dənizə atdırdın?
- Pisliyi unut, - deyə şah qızı cavab verdi. – Sən ki sağsan!
- Yaxşı, unudaram, - deyə atıcı razılaşdı. - İndi mən atanla səni dənizə atdıracam. Sağ
qalsanız danışarıq.
Əlbəttə ki, şah və qızı dənizdə batdılar, atıcı isə qulluqçu qızla evləndi və ölkəni idarə etməyə başladı. О ədalətli və xeyirxah bir şah oldu. Çox uzun müddət xalqın yaddaşında qaldı.
ZİBİL ƏVƏZİNƏ GAVALI
ZİBİL ƏVƏZİNƏ GAVALI
Bolqar nağılı
iri vardı, biri yoxdu, bir kənddə qoca yaşayardı. Bu qocanın bir bağı və bir evi vardı. Bu bağda gavalı ağacları, evdə isə oğlu böyüyürdü. Oğlanın iyirmi yaşı tamam olan kimi o evlənmək istədi. Evlənmək üçün atasından izn istədi, atası isə dedi:
- Evlənmək yaxşı işdir. Amma tələsmə, özünə yaxşı bir qız seç.
Özü isə fikirləşirdi: “Mənim oğlum zəhmətkeşdir. Ona yaraşan qızı hardan tapmaq olar?”. Az fikirləşdi, çox fikirləşdi və bir qərara gəldi. Arabasını gavalı ilə doldurub satmağa apardı. Yolla gedir və qışqırırdı:
- Gavalı var! Yaxşı gavalı var! Zibil əvəzinə gavalı!
Camaat məəttəl qalmışdı:
- Nə qəribə işdir! Zibil əvəzinə gavalı! Yəqin qoca ağlını itirib.
Lakin qadınlar, qızlar və hətta qoca qarılar evlərinə zibil süpürməyə qaçdılar. Cidd-cəhdlə süpürürdülər, nə qədər çox zibil çıxarsalar, о qədər də çox gavalı alacaqdılar. Həm də tələsirdilər, gavalı çox olsa da birdən onlara çatınaz. Bir zibil yığılmışdı ki, gəl görəsən! Kimisi torba daşıyır, kimisi zənbil gətirir, kimisi önlüyünün ətəyini doldurmuşdu.
Qoca zibili çəkir, qızları-qadınları tərifləyirdi:
- Afərin, gör nə qədər zibil yığmısız!
Qızlar-qadınlar isə utanaraq deyirdilər:
- Hələ biz tələsirdik! Bir bu qədər də gətirə bilərdik. Bizdə zibil istədiyin qədərdir!
Bunu deyib evlərinə zibil dalınca qaçırdılar.
Qoca demək olar ki, bütün gavalılarını zibil əvəzinə verdi. Birdən gördü ki, kənarda çox qəşəng və təvazökar qız durub, əlindəki əl yaylığını didişdirir.
- Yaxın gəl, gözəl qızım, gavalı apar, - deyə qoca ona səsləndi.
Qız yaxınlaşıb əlindəki yaylığı qocaya uzatdı. Yaylıqdakı zibil heç bir ovuc da deyildi.
- Ay gözəl qız, niyə belə az zibil yığmısan? Bir çimdik zibilə görə sənə nə qədər gavalı verim?
- Əmican, - deyə qız cavab verdi, - mən özüm də zibil yığmaq istərdim, amma evimizdə yoxdur.
Bunu da qonşular evlərini süpürməyə kömək etdiyimə görə veriblər.
Belə dedi və gözlərini yerə dikdi. Qoca isə sevindi. Gördü ki, bu qız çox zəhmətkeş, təmizkar qızdır. О qızı arabasına oturdub öz evlərinə apardı. Kəndə çatan kimi toy çaldırdı.
О qoca isə indiyə kimi öz gəlini ilə öyünür.
HAVAYI ÇÖRƏK
HAVAYI ÇÖRƏK
Belorus nağılı
ir kəndli çəməndə ot biçirdi. Yorulub əldən düşdü və kolların yanında oturub dincini almaq istədi. Bağlamasını açıb yeməyə başladı. Elə bu vaxt meşədən ac bir canavar çıxdı. Gördü ki, kolların yanında bir kəndli oturub nəsə yeyir. Canavar ona yaxınlaşdı və soruşdu:
- Nə yeyirsən?
- Çörək, - deyə kəndli cavab verdi.
- Dadlıdır?
- Çox dadlıdır!
- Mənə də bir az ver dadına baxım.
- Buyur!
Kəndli çörəkdən bir parça kəsdi və canavara verdi. Çörək canavarın xoşuna gəldi. О dedi:
- Mən də hər gün çörək yemək istəyirəm. Ancaq onu hardan tapa bilərəm? Bəlkə sən bilirsən?
- Yaxşı, - dedi kişi, - mən sənə çörəyi necə əldə etməyin yolunu göstərərəm.
Bunu deyib kəndli canavarı öyrətməyə başladı:
- Əvvəlcə torpağı şumlamaq lazımdır...
- Onda çörək olcaq?
- Yox, qardaş, gözlə. Sonra torpağı şırımlamaq lazımdır...
- Onda çörəyi yemək olar? - deyə canavar sevindi.
- Hə, belə asan olsaydı, nə vardı ki. Əvvəlcə çovdar əkmək lazımdır.
- Onda çörək olacaq? - canavar dodaqlarını yaladı.
- Hələ yox. Çovdarın çıxmasını, soyuq qışın keçməsini, yazda böyüməsini, sonra sünbül bağlamasmı, sonra dən verməsini, daha sonra yetişməsini gözləməlisən...
- Ah, - deyə canavar ah çəkdi, - nəsə çox gözləməli oldum. Bəs çovdar yetişəndə mən nəhayət doyunca çörək yeyə bilərəm?
- Hələ yox, - dedi kəndli, - hələ çox tezdir! Əvvəlcə yetişmiş çovdarı biçmək, sonra dərzləri bağlamaq, bağlanmış dərzləri kiçik taya şəklində düzmək lazımdır. Külək onları sovurmalı, günəş qurutmalıdır. Sonra xırmana apara bilərsən.
- Onda çörəyi yeyəcəm?
- Sənin heç hövsələn yoxdur! Ən əvvəl dərzləri döymək, dəni torbalar yığmaq, torbaları dəyirmana aparmaq, un üyütmək lazımdır...
- Vəssəlam?
- Yox, bu da hamısı deyil. Undan xəmir yoğurmaq, xəmirin gəlməsini gözləmək lazımdır. Sonra isti sobada bişirmək lazımdır.
- Çörək də bişəcək?
- Hə, bişəcək. Bax onda doyunca yeyə bilərsən, -deyə kəndli söhbətini tamamladı.
Canavar fikrə getdi, başını qaşıdı və dedi:
- Yox, bu iş mənə görə deyil - gec başa gəlir, zəhməti çoxdur və ağırdır. Yaxşısı budur, məni başa sal çörəyi necə havayı əldə edim?
- Nə deyirəm ki, - dedi kəndli, - əgər zəhmətli çörək yemək istəmirsənsə, havayı çörək ye. Örüş yerinə get, orda bir at otlayır. Canavar örüş yerinə getdi. Atı gördü:
- At, ay at! Mən səni yeyəcəm!
- Nə deyirəm ki, - dedi at, - ye. Amma əvvəlcə ayaqlarımdan nallarımı çıxar, yoxsa boğazında
qalar.
- Hə, düzdür, - deyə canavar razılaşdı.
О yaxınlaşıb nalları çıxarmaq istəyirdi ki, at elə bir şıllaq atdı ki, canavar havada mayallaq aşdı. Qaçıb çaya tərəf gəldi. Gördü ki, sahildə qazlar gəzişir. "Bəlkə onları yeyim?" - deyə canavar fikirləşdi. Sonra dedi:
- Qazlar, ay qazlar! Mən sizi yeyəcəm!
- Nə deyirik ki, - dedilər qazlar, - ye. Amma əvvəlcə bizim xahişimizi yerinə yetir.
- Nə xahiş? - deyə canavar soruşdu.
- Bizə bir mahnı oxu, biz də qulaq asaq.
- Hə, bunu bacararam! Mən əla oxuyuram!
Canavar bir təpənin üstündə oturdu, başını qaldırıb ulamağa başladı. Qazlar qanadlarını çalıb yerlərindən qalxdılar və uçub getdilər.
Canavar təpənin üstündən endi, qazların arxasınca baxdı və əliboş yoluna davam etdi.
Yolla gedir, özünü danlayırdı: "Gör mən necə axmağam! Axı oxumaq mənim nəyimə lazımdır! İndi qarşıma kim çıxsa yeyəcəm!"
Elə bu an gördü ki, yolla bir qoca gəlir. Canavar ona yaxınlaşdı:
- Baba, ay baba! Mən səni yeyəcəm!
- Hara tələsirsən ki? - deyə qoca soruşdu. - Gəl əvvəlcə bir tənbəki iyləyək.
- О dadlıdır?
- Dadına bax, görərsən!
- Ver!
Qoca cibindən tənbəki qabını çıxardı - özü də iylədi, canavara da verdi.
Canavar var gücü ilə bütün tənbəkini burnuna çəkdi. Sonra da elə asqırdı ki, bütün meşə lərzəyə gəldi... gözləri yaşardı, heç nə görmürdü, elə hey asqırırdı. Bir saatdan çox asqırdı. Özünə gələndə gördü ki, qocanın izi-tozu da qalmayıb.
Kor-peşman yoluna davam etdi.
Az getdi, çox getdi, gəlib qoyunlar otlayan bir çəmənliyə çıxdı. Qoyunlar otlayır, çoban isə yatırdı. Canavar ən ətli bir qoçu gözaltı edib onu tutdu və dedi:
- Qoç, ay qoç! Mən səni yeyəcəm!
- Nə deyirəm ki, - dedi qoç, - görünür taleyim belədir. О dərədə dur, ağzını da geniş aç. Mən təpəyə çıxıb özüm sənin ağzına tullanacam.
- Məsləhətinə görə sağ ol, - dedi canavar, - mən belə də edərəm.
О dərəyə düşdü, ağzını açıb gözləməyə başladı. Qoç təpəyə çıxıb buynuzları ilə canavara elə zərbə endirdi ki, onun gözlərindən qığılcımlar töküldü.
Özünə gələn canavar başını tərpədib soruşdu:
- Heç baş açmıram, mən onu yedim, yoxsa yox?
Bu vaxt kəndli biçənəkdən evə qayıdırdı.
О canavarın sözlərini eşidib dedi:
Yeməyinə yemədin, amma havayı çörəyin dadına baxdın!
ALYONKA
ALYONKA
Belorus nağılı
iri vardı, biri yoxdu, bir baba ilə bir nənə var idi. Onların Alyonka adlı bir qızları var idi. Lakin qonşulardan heç kim onu öz adı ilə çağırmırdı, hamı ona Gicitkən kəpənəyi deyərdi. "Bax, - deyərdilər, - Gicitkən kəpənəyi Boz atı otarmağa apardı". "Bax, Gicitkən kəpənəyi Lıska ilə göbələk yığmağa getdi". Alyonka yalnız bunu eşidirdi: Gicitkən kəpənəyi, Gicitkən kəpənəyi...
Bir gün о evə gəlib anasına şikayətləndi:
- Niyə, anacan, heç kim məni öz adımla çağırmır?
Anası köksünü ötürüb dedi:
- Ona görə ki, sən bizim gözümüzün ağı-qarası, bircə qızımızsan, nə qardaşın var, nə də bacın. Sən də çəpərin dibində bitən gicitkən kimi böyümüsən.
- Bəs mənim bacı-qardaşlarım hardadır?
- Sənin heç bacın olmayıb, - dedi anası, - bu doğrudur, amma sənin üç qardaşın olub.
- Anacan, bəs onlar hardadır?
- Kim bilir. Sən hələ beşikdə ikən onlar od püskürən ilanlarla - smoklarla - vuruşmağa, insanlara, özlərinə xoşbəxtlik aramağa gediblər. О vaxtdan bəri də onlardan bir soraq yoxdur...
- Anacan, mən onları axtarmağa gedəcəm, istəmirəm mənə Gicitkən kəpənəyi desinlər!
Ata-anası onu nə qədər dilə tutsalar da, Alyonka fikrindən dönmədi.
Onda anası dedi:
- Səni tək buraxa bilmərəm, belə uzaq yola tək çıxmaqçün hələ çox balacasan. Boz atı qoş, onunla get. Boz at yaşlıdır, ağıllıdır, о səni qardaşlarının yanına aparar. Amma, bax ha, qardaşlarını tapana qədər heç yerdə durma, gecə-gündüz bilmədən get!
Alyonka Boz atı qoşub, bir az çörək götürüb yola düşdü.
Kənddən təzəcə çıxmışdı ki, nə görsə yaxşıdır, onların yaşlı iti Lıska arabanın arxasmca qaçır. Alyonka onu geri qaytarmaq istəsə də, fikrini dəyişdi, qoy gəlsin, yolda darıxmaram.
Az getdilər, düz getdilər, dərə-təpə düz getdilər, bir yolayrıcına çatdılar. Boz at dayandı, arxaya baxmağa başladı. Alyonka ondan soruşdu:
- Kişnə, kişnə, mənim atım,
Söylə, söylə mənә Boz at,
De, hansı yolla mən gedim,
Qardaşlarım de hardadır?
Boz at başını qaldırdı, kişnədi, sol tərəfə gedən yolu göstərdi. Alyonka onun başını buraxdı. Güllü çəmənlərdən, qalın meşələrdən keçdilər. Qaş qaralanda six meşəliyə gəlib çatdılar. Baxanda gördülər ki, yolun kənarında bir koma durub. Alyona komaya yaxınlaşan kimi, ordan qozbel, bir dəri, bir sümük, uzun burnu olan bir qarı çıxdı. Qarı Alyonkanı saxladı və dedi:
- Ey ağılsız qız, gecənin bu vaxtı hara gedirsən? Qorxmursan, səni canavarlar yeyərlər!
Gecəni mənim evimdə keçir, səhər sübh açılan kinıi yola düşərsən.
Bunu eşidən Lıska astadan hürməyə başladı:
Hav, hav!
Ananın sözünə bax,
Heç yerdə gecələmə,
Hav, hav!
Qarının üzünə bax,
Küpəgirən Barabax,
Sənə zərər yetirər!
Amma Alyonka Lıskanın sözünə baxmadı, komada gecələməyə qaldı.
Küpəgirən Barabax Alyonkadan hardan gəlib hara getdiyini soruşdu. Alyonka da ona hər şeyi danışdı. Küpəgirən sevincindən yerindən hoppandı: Yəqin Alyonkanın qardaşları onun bütün qohum-əqrəbasını о biri dünyaya göndərən həmin pəhləvanlardır. İndi qardaşlardan hayıfını almaq üçün əlinə yaxşı fürsət düşmüşdü...
Səhərisi gün küpəgirən toya gedirmiş kimi bəzəndi-düzəndi, amma Alyonkanın bütün paltarlarını gizlədib onu oyatmağa başladı:
- Qalx, gedək qardaşlarını axtaraq!
Alyonka durdu, gördü paltarları yoxdur...
- Bəs mən necə gedim? - deyə Alyonka soruşdu.
Qarı ona dilənçi paltarlarına oxşayan cır-cındır gətirdi:
- Al gey, - dedi o, - bu paltarlar da sənə çox yaraşacaq.
Alyonka geyindi və Boz atı qoşmağa getdi.
Küpəgirən bir bıçaq və həvəng dəstəsi götürdü, özü pani* kimi arabada, Alyonkanı isə arabaçı yerinə oturtdu.
Onlar yolla gedir, Lıska arabanın yanı ilə qaçır, yavaş-yavaş hürürdü:
- Hav, hav!
Ananın sözünə baxmadın!
Komada gecələdin!
Hav, hav!
Küpəgirən Barabax,
Pani kimi oturub,
Sənə isə Alyonka
Gürzə kimi baxır...
Küpəgirən Barabax bunu eşitdi, həvəng dəstəsini götürüb Lıskaya atdı. Lıska vəngildədi - küpəgirən qarı onun ayağını qırmışdı.
Alyonka ağlamağa başladı:
- Zavallı, yazıq, Lıska, indi necə qaçacaqsan!
- Mumla, - deyə küpəgirən ona hədə-qorxu gəldi, - yoxsa səni də onun gününə salaram!
Onlar yollarına davam edir, Lıska isə üç ayaqla dallarınca qaçırdı. Onlar yeni bir yolayrıcına çatdılar. Boz at durdu, Alyonka ondan soruşdu:
- Kişnə, kişnə, mənim atım,
Söylə, söylə mənə Boz at,
De, hansı yolla mən gedim,
Qardaşlarım de hardadır?
Boz at kişnədi, sağ tərəfə gedən yolu göstərdi.
Onlar bütün gecəni qalın meşənin içi ilə, sağ tərəfə gedən yolla getdilər. Səhərin gözü açılmamış bir çəmənliyə çatdılar. Baxıb gördülər ki, qarşılarında ipək alaçıq qurulub, alaçığın yanında isə üç at ot otlayır. Boz at sevinclə kişnədi və küpəgirənlə Alyonkanı alaçığın yanına apardı.
Alyonka sevindi:
- Yəqin mənim qardaşlarım burda yaşayır!
Küpəgirən qarı acıqla fınxırdı:
- Yaxşısı budur, ağzını yum! Burda sənin yox, mənim qardaşlarım yaşayır!
Onlar alaçığa çatdılar. Ordan üç boylu-buxunlu igid oğlan çıxdı, onlar bir-birilərinə elə oxşayırdılar ki, sanki bir-birilərinin əksi idilər.
Küpəgirən arabadan endi və onların yanına getdi:
- Əziz qardaşlarımın kefi necədir! Mənsə sizi axtarmaq üçün hər yanı ələk-vələk etmişəm, yorulub əldən düşmüşəm...
- Deməli bizim kiçik bacımız sənsən? - deyə pəhləvan qardaşlar soruşdular.
- Hə, əlbəttə mənəm, - dedi küpəgirən, - mən sizin doğma bacınızam...
Qardaşlar özlərini bacılarının üstünə atdılar, onu əzizləməyə, gözlərindən öpməyə, əlləri üstə gəzdirməyə başladılar. Elə sevinirdilər ki, gəl görəsən!
- Gör ha, - deyə onlar təəccüblənirdilər, - gör biz neçə vaxtdır savaşırıq: bu vaxt ərzində
bizim bacımız nəinki böyüməyə, hətta qocalmağa da macal tapıb... Amma eybi yoxdur, biz bütün düşmənlərimizin öhdəsindən gəlmişik, yalnız Küpəgirən Barabaxdan başqa. Onu da tapan kimi yandırıb külünü göyə sovurarıq, sonra evimizə qayıdarıq.
Bunu eşidən küpəgirən istehza ilə qımışdı: görərik, hələ kim kimi yandıracaq!..
- Bəs səninlə gələn bu balaca qızcığaz kimdir, bacıcan? - deyə böyük qardaş soruşdu.
- Hə bu qız mənə qulluq edir, - deyə Küpəgirən Barabax cavab verdi. - О indi mənim arabamı sürür və atımı yemləyir.
- Yaxşı, - dedilər qardaşlar, - onda qoy bizim atlarımızı da otarsın.
Küpəgirən çevrilib Alyonkanın üstünə çımxırdı:
- Nə oturmusan, Boz atı aç, otarmağa apar!
Alyonka ağladı, Boz atı açmağa başladı. Qardaşlar isə Küpəgirən Barabaxı əllərinin üstündə alaçığa apardılar, onu yedizdirməyə-içizdirməyə başladılar.
Küpəgirən Barabax yeyir-içir, özü isə fikirləşirdi: "Qardaşlar yuxuya gedən kimi, onların başını kəsəcəm..."
Bu vaxt Alyonka çəmənlikdə, atların yanında oturub ağlaya-ağlaya belə oxuyurdu:
- Canım Günəş, gözüm Günəş!
Canım Torpaq, gözüm Torpaq,
Tərtəmiz şeh damlaları,
Söyləyin anam hardadır,
İndi mənsiz nə haldadır?
Günəş və Torpaq ona belə cavab verdilər:
- Xalçalar toxuyur o,
Xalçalara qızıl sapla naxış vurur
Naxış vurur, qızı Alyonka ilə
Oğullarının yolunu gözləyir...
Kiçik qardaş alaçıqdan çölə çıxdı və mahnıya qulaq asmağa başladı.
Alaçığa girib dedi:
- Bilirsən bacı, bilirsiz qardaşlarım, balaca qızcığaz çəmənlikdə mahnı oxuyur, sanki kiçik
bir quşcuğaz civildəşir. Elə yanıqlı oxuyur ki, az qalır adamm ürəyi partlasm.
- Hə, о mənim qulluqçumdur, - deyir Küpəgirən Barabax. - О bütün biclikləri bilir, amma çox tənbəldir.
Bu vaxt ortancıl qardaş küpəgirənin etirazma baxmayaraq, qıza qulaq asmağa getdi.
О Alyonkanın yanıqlı mahnısına qulaq asdı, sonra isə Lıskanın hürməyini eşitdi:
- Hav, hav!
Küpəgirən Barabax
Alaçıqda oturub,
Özgə qardaşlarına
İlan kimi baxır,
Ləzzətlə yeyir-içir,
Kefi də sazdır,
Doğmaca bacı isə
Göz yaşları axıdır...
Ortancıl qardaş alaçığa qayıtdı və böyük qardaşa dedi:
- Sən də get, qulaq as!
Böyük qardaş da getdi, ortancıl qardaş isə xəlvəti Küpəgirən Barabaxa göz yetirirdi.
Böyük qardaş da Alyonkanın mahnısına, Lıskanın Küpəgirən Barabax haqqında söylədiklərinə qulaq asdı və hər şeyi başa düşdü.
Tez Alyonkanın yanına gəlib əlindən tutdu və alaçığa gətirdi.
- Bizim əsl bacımız, - dedi о qardaşlarına, - bax budur! Bu yalançı isə Küpəgirən
Barabaxdır!
Qardaşlar böyük tonqal qalayıb Küpəgirən Barabaxı oda atıb yandırdılar, külünü isə göyə sovur-dular. Sonra alaçıqlarını söküb, şad-xürrəm Alyonka ilə birlikdə öz yaşlı ata-analarının yanına qayıtdılar.
ДЕТСКО-ЮНОШЕСКАЯ СПОРТИВНАЯ ШКОЛА
ДЕТСКО-ЮНОШЕСКАЯ СПОРТИВНАЯ ШКОЛА
В подчинении Министерства Образования Азербайджанской Республики
Адрес: город Бейлаган, поселок «Новый Ходжавенд» («Йени Ходжавенд»)
Телефон: (050) 623-70-15
Спортивная Школа, функционирующая с 1994 года, представлена следующими видами спорта:
- Футбол
- Волейбол
- Вольная борьба
ДЕТСКО-ЮНОШЕСКАЯ ШАХМАТНАЯ ШКОЛА
ДЕТСКО-ЮНОШЕСКАЯ ШАХМАТНАЯ ШКОЛА
В подчинении Министерства Образования Азербайджанской Республики
Адрес: город Бейлаган, поселок «Новый Ходжавенд» («Йени Ходжавенд»)
Телефон: (051) 719-90-99
Детско-Юношеская Шахматная школа была создана в 1994 году при Отделе Образования Ходжавендского района. В настоящее время подготовкой будущих шахматистов, а их 380 человек заняты 28 тренера-преподавателя.
ЦЕНТР ТВОРЧЕСТВА ДЕТЕЙ И ПОДРОСТКОВ
ЦЕНТР ТВОРЧЕСТВА ДЕТЕЙ И ПОДРОСТКОВ
В подчинении Министерства Образования Азербайджанской Республики
Адрес: город Сумгаит, 5 микрорайон, улица Нариман Нариманова
Телефон: (018) 642-13-42
В Центре, созданного в 1957 году, функционируют следующие кружки:
- Художественное чтение
- Прикладное искусство
- Декоративно-прикладное искусство
- Художник-модельер
- Портной
- Парикмахер
- Компьютер
- Детский хор
- Ковроткачество
- Театр
- Знания о жизни
- Ансамбль народных музыкальных инструментов и др.
ДЕТСКО-ЮНОШЕСКАЯ СПОРТИВНАЯ ШАХМАТНО-ШАШЕЧНАЯ ШКОЛА
ДЕТСКО-ЮНОШЕСКАЯ СПОРТИВНАЯ ШАХМАТНО-ШАШЕЧНАЯ ШКОЛА
В подчинении Министерства Образования Азербайджанской Республики
Адрес: город Сумгаит, улица Самеда Вургуна, 112
Телефон:
В шахматной и шашечной секторах Спортивной Школы, функционирующей с 1980 года, занимается 508 учащихся средних школ города.
ДЕТСКО-ЮНОШЕСКАЯ СПОРТИВНАЯ ШКОЛА №1
ДЕТСКО-ЮНОШЕСКАЯ СПОРТИВНАЯ ШКОЛА №1
В подчинении Министерства Образования Азербайджанской Республики
Адрес: город Сумгаит, 5 микрорайон, улица Сюлх, 17
Телефон: (018) 642-13-41
E-poçt: uyym@mail.ru
Web-sayt: http://sumqayit-uyym.com
Приоритетные направления деятельности Спортивной школы, функционирующей с 1967 года:
- Бокс
- Баскетбол
- Настольный теннис
- Футбол