Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

28.11.2014-1Ötən gün, noyabrın 28-də İctimai Televiziyanın uşaqlar üçün “Addım-addım” verilişində ELS Müstəqil Araşdırmalar Mərkəzinin “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsi çərçivəsində oktyabr ayında keçirdiyi monitorinqin nəticələri müzakirə olunub. ELS-ın rəhbəri İradə Yaqubova və digər ekspertlərin iştirak etdiyi verilişdə bir ay müddətində ölkənin efir məkanında nümayiş olunan uşaq və gənclər proqramlarının monitorinqinin nəticələri, üzə çıxan problemlər, uşaq və yeniyetmələrin dünyagörüşünə, müəyyən maddi və mənəvi dəyərlərin formalaşmasına təsir göstərən amillər və digər məsələlərdən söhbət gedib. VİDEO

Среда, 26 Ноябрь 2014 12:14

Dövlət başçısına müraciətlər qəbul olundu

25.11.2014-muracietNoyabrın 25-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsi çərçivəsində “Uşaq teleefirinin problemləri və perspektivləri” mövzusunda aidiyyatlı dövlət qurumlarının nümayəndələri, ölkədə fəaliyyət göstərən telekanalların Proqram Departamentlərinin rəhbərləri, tanınmış incəsənət xadimləri, qeyri-hökümət təşkilatları və KİV təmsilçilərinin iştirakı ilə keçirdiyi Dəyirmi Masada Dövlət Uşaq Televiziyasının açılması, Uşaq Siyasətinə dair Milli Strategiyanın qəbulu və Uşaq mədəniyyəti sahəsində Müstəqil Təşəbbüslərə Dəstək Fondunun yaradılması ilə bağlı dövlət başçısında müraciətlər qəbul olunmuşdur. Hazırda imzalanma prosesi gedir.  

Dövlət Uşaq Televiziya Kanalının açılmasına dair müraciət

Uşaq mədəniyyəti sahəsində Müstəqil Təşəbbüslərə Dəstək Fondunun yaradılmasına dair müraciət

Uşaq Siyasətinə dair Milli Strategiyanın qəbuluna dair müraciət

25.11.2014 0Noyabrın 25-də Beynəlxalq Mətbuat Mərkəzində “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsi çərçivəsində “Uşaq teleefirinin problemləri və perspektivləri” mövzusunda Dəyirmi Masa keçirilmişdir.

Dəyirmi Masa iştirakçılarını salamlayan “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova 2014-cü ilin 1 oktyabr tarixindən başlayaraq bir ay müddətində ölkənin efir məkanında nümayiş olunan uşaq və gənclər proqramlarının monitorinqinin nəticələrini açıqladı. Onun sözlərinə görə, ölkə ərazisində yayımlanan 9 ümumölkə və 9 regional televiziya kanalının proqramlarının monitorinqi 2011-ci ildən bugünədək uşaq verilişləri üçün ayrılan efir vaxtında önəmli dəyişikliklərin olmadığını üzə çıxarıb.

 Təqdimat FOTOQALEREYA 

Суббота, 22 Ноябрь 2014 13:35

Yaşasaydım 25 yaşım olardı

Ushaq-polisNoyabrın 21-də Bakıdakı 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində Ümumdünya Yol Qəzaları Qurbanlarının Xatirə Günü ilə əlaqədar “Yaşasaydım 25 yaşım olardı!” devizi altında tədbir keçirilib.
AzərTAc xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və Tərbiyə İşi Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə yol qəzalarında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

3-cu-umum-respublikaBakıda Uşaqların III Ümumrespublika Forumu keçirilib.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ölkə üzrə bütün şəhər və rayonları təmsil edən 350-yə yaxın uşaq iştirak edib. Məlumatı AzərTAc yayıb.
Forumda yetişməkdə olan gənc nəsildə liderlik keyfiyyətlərinin aşılanması və uşaqların şəxsiyyət kimi formalaşmasında belə tədbirlərin əhəmiyyəti yüksək qiymətləndirilib, qeyd olunub ki, Azərbaycanda dövlət uşaq siyasəti artıq milli strategiya kimi formalaşmaqdadır.

Понедельник, 17 Ноябрь 2014 14:42

Bakıda Azərbaycan Uşaqlarının III Forumu keçirilib

Bakıda Azərbaycan Uşaqlarının III Forumu keçirilibAPA-nın məlumatına görə, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə prezident İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxuyub. Daha sonra uşaq siyasəti ilə bağlı film nümayiş olunub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxışında bildirib ki, bu cür forumların keçirilməsi artıq ənənəyə çevrilib: "Artıq 55 ildir ki, bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi günü keçirilir. Qloballaşma şəraitində uşaqların hüquqlarının qorunması bütün bəşəriyyəti düşündürür. Biz ümid edirik ki, yer üzündə yaşayan uşaqların, o cümlədən Azərbaycan uşaqlarının hər birinin arzu və istəkləri həyata keçiriləcək və müharibədən, zorakılıqdan uzaq həyat sürəcəklər".