Суббота, 29 Ноябрь 2014 13:24
ELS-ın monitorinqinin nəticələri İctimai Televiziyanın canlı efirində
Ötən gün, noyabrın 28-də İctimai Televiziyanın uşaqlar üçün “Addım-addım” verilişində ELS Müstəqil Araşdırmalar Mərkəzinin “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsi çərçivəsində oktyabr ayında keçirdiyi monitorinqin nəticələri müzakirə olunub. ELS-ın rəhbəri İradə Yaqubova və digər ekspertlərin iştirak etdiyi verilişdə bir ay müddətində ölkənin efir məkanında nümayiş olunan uşaq və gənclər proqramlarının monitorinqinin nəticələri, üzə çıxan problemlər, uşaq və yeniyetmələrin dünyagörüşünə, müəyyən maddi və mənəvi dəyərlərin formalaşmasına təsir göstərən amillər və digər məsələlərdən söhbət gedib. VİDEO