“ELS” Müstəqil Araşdırmalar Mərkəzi yeni layihəsinin təqdimatını keçirdi
Aprelin 23-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi-İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə aprelin 9-dan həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsini Beynəlxalq Mətbuat Mərkəzində təqdim etdi.
Aidiyyatı dövlət qurumları, qeyri-hökümət təşkilatları, kütləvi-informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri ELS Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova açdı. O, ilk öncə "ELS”-ın aprel ayında Bakı şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin 740 şagird və tələbələri arasında apardığı sorğunun nəticələrini açıqladı. Sorğu nəticəsində müəyyən edilmişdir ki, televiziya bu gün hər bir ailədə əsas informasiya mənbəyi və asudə vaxtın keçirilməsi üçün vasitəyə çevrilmişdir.
BƏYANAT
ELS Müstəqil Araşdırmalar Mərkəzi-İctimai Birliyi Avropa Parlamentində qəbul olunan qondarma “erməni soyqrımı” ilə bağlı əsassız və qərəzli qətnaməni qətiyyətlə pisləyir. İkili standartlardan xəbər verən və erməni lobbisinin təsiri altında bir sıra avropalı deputatlar tərəfindən qəbul olunan qətnamə əslində Avropa Parlamentinin siyasi alətə çevrilməsindən xəbər verir. Görəsən tarixi saxtalaşdıran erməni daşnaklarının müdafiəçisinə çevrilən Avropanın bu kimi nüfuzlu qurumlarının əsrlər boyu azərbaycanlılara qarşı törədilən vəhşiliklərdən xəbəri varmı? 25 ildən artıq müddətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal altında saxlaması, bir milyondan artıq dinc sakinin doğma ata-baba yurdlarından didərgin salması, yüzlərlə insanı qətlə yetirməsi faktlarını qulaq ardına vuran avropalı siyasıtçilərinin bu qərarı onsuz da həssas olan regionda yeni gərginliyə səbəb olacaq. Onlarla video, foto və sənədin olmasına baxmayaraq Xocalı soyqırımını hələ də tanımayan Avropa qurumları 100 il əvvəl sübuta yetirilməmiş “soyqırımı” necə tanıya bilər?
ELS Müstəqil Araşdırmalar Mərkəzi Türkiyə və Azərbaycan dövlətlərinə qarşı yönələn və heç bir hüququ əsası olmayan bu qətnaməni rədd edir və Azərbaycan hökümətini Avropa Parlamenti ilə münasibətlərinə yenidən baxmağa çağırır.
“Təbəssüm” Gürcüstandan qələbə ilə qayıdıb
"Təbəssüm" Uşaq Musiqili Teatrı Gürcüstanda keçirilən Vaxtanq Cabukiani adına II Beynəlxalq festival-müsabiqədə iştirak edib. Azərbaycanı bu festivalda təmsil edən “Təbəssüm” Turacı və Baskalı rəqsləri ilə I yeri qazanıb. Baskalı rəqsinin quruluşuna görə xoreoqraf Rəşidə Məmmədova 1-ci yere, “Təbəssüm” Uşaq Teatrının müdiri Əminə Musayeva isə ən yaxşı təşkilatçı kimi mükafata layiq görülüb.
Aprelin 3-5-də keçirilən festival-müsabiqə Gürcüstan Mədəniyyət Nazirliyinin dəstəyi, Gürcüstan Dövlət İncəsənət Universitetinin kafedra müdiri, məşhur xoreoqraf Natalya Diqmelaşvilinin təşkilatçılığı ilə reallaşib. Festivalda Rusiya, Gürcüstan, Türkiyə, Azərbaycan, Hollandiya, Almaniya, Ermənistan və Ukraynadan olan rəqs kollektivləri iştirak edib.
“Arşın mal alan” tamaşasının Belorusda uğuru
“Günay” üç diploma layiq görülüb
“Günay” Uşaq Teatrı Azərbaycanı təmsil etdiyi “Şaqi” (”Addımlar”) ІІІ Minsk Beynəlxalq uşaq teatr forumundan qələbə ilə Vətənə qayıdıb. Martın 25-28-də Belorus Respublikasında keçirilən bu nüfuzlu beynəlxalq foruma “Günay” Uşaq Teatrı Minsk şəhər İcra Hakimiyyətinin gənclərlə bağlı ideoliji iş və mədəniyyət üzrə Baş İdarəsi tərəfindən rəsmən dəvət olunmuşdur.
“Günay” Uşaq Teatrı Azərbaycanın teatr sənətini Üzeyir Hacıbəyovun “Arşın mal alan” musiqili komediyası ilə təqdim edib. “Günay”ın tamaşası tamaşaçıları heyrətə gətirib və münsiflər heyəti tərəfindən layiqincə qiymətləndirilib. Azərbaycanın kollektivi üç diplomla təltif edilən kollektiv olub. Gənc aktyorlar Vətənə yaradıcılıq təəssüratları, pozitiv emosiyalar, həmçinin qonaqpərvərlik, dost münasibəti və kollektivin yüksək qiymətləndirilməsinə görə Belorusa minnətdarlıq hissi ilə qayıdıblar...
31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür
Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 97 il ötür. APA-nın məlumatına görə, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın öldürülməsi ilə nəticələnib.
Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar.
Bakıda Üzeyir Hacıbəyliyə həsr olunmuş festival keçiriləcək
6-10 aprel tarixlərində Bakı Musiqi Akademiyasında “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” I Respublika festivalı keçiriləcək. BMA-dan APA-ya verilən məlumata görə, Üzeyir Hacıbəylinin anadan olmasının - 130, Bakı Musiqi Akademiyasının - 95 və BMA-nın Orta ixtisaslaşdırılmış musiqi məktəb-studiyasının - 35 illiyinə həsr olunmuşdur.
Festivalın ideya müəllifi və layihənin rəhbəri BMA-nın Orta ixtisaslaşdırılmış musiqi məktəb-studiyasının bədii rəhbəri və direktoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidovdur.
Bəstəkarlıq, xor, fortepiano, vokal, orkestr alətləri, xalq çalğı alətləri nominasiyaları üzrə iştirakçıların ifalarını Azərbaycan musiqi mədəniyyətinin görkəmli ictimai xadimləri - SSRİ və Azərbaycanın xalq artistləri, professorlar Arif Məlikov, Fidan və Xuraman Qasımovalar, Ramiz Quliyev, Sevda İbrahimova, Gülbacı İmanova, Zəhra Quliyeva, Yusif Axundov, Nəzmiyyə Abbaszadə, Tofiq Aslanov və başqaları qiymətləndirəcəklər.