“ELS” kədərlənir...
Ötən gün Pakistanda heç cür ağla sığmayan dəhşətli faciə baş verib. Milliyyəti və dini bilinməyən (terrorçunun nə milliyyəti, nə də dini olur) 9 amansız qatil Peşavar vilayətinin nüfuzlu məktəbinə basqın edərək orada qırğın törədiblər. Rəsmi məlumata görə, faciə nəticəsində 150 nəfər həlak olub, bir o qədər də insan yaralanıb və bu, əsasən...məktəblilərdir.
Amansız qatillərin əlindən həlak olan uşaqlar və yeniyetmələrin yaxınlarının vəziyyəti və kədərini təsəvvür etmək belə çətindir. Onları yaşamaq, oxumaq, gələcəyə ümidlə baxmaq hüququndan məhrum ediblər!
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi həlak olanların ailələrinə və qardaş Pakistan xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayır.
Allah rəhmət eləsin!
Bu gün bəstəkar Ağabacı Rzayevanın anım günüdür
Bu gün Azərbaycanın ilk qadın-bəstəkarı, əməkdar incəsənət xadimi Ağabacı Rzayevanın anım günüdür. Üzeyir Hacıbəyovun ilk tələbələrindən olan Ağabacı Rzayeva 1912-ci il dekabrın 15-də Bakıda musiqçi ailəsində anadan olmuşdur. Poeziyanı, şeriyyatı qözəl bildiyi ücün mahnı və romanslarında sözlərə böyuk əhəmiyyət verən bəstəkar Nizami Gəncəvi, M.Füzuli, İmaməddin Nəsimi, M.P.Vagif, X.Natəvan, M.Ə.Sabir, M.F.Axundov, Səməd Vurğun, M.Müşfiq, N.Hikmət kimi söz ustadlarının şerlərinə müraciət etmişdir.
UNİCEF: 2014-cü il uşaqlar üçün çətin il olub
2014-cü ildə öz evlərini tərk edənlər də daxil olmaqla, 15 milyon uşaq Mərkəzi Afrika Respublikası, İraq, Cənubi Sudan, Fələstin, Suriya və Ukraynadakı münaqişələrdən zərər çəkib və hazırda 230 milyon uşaq silahlı münaqişələrin davam etdiyi ərazilərdə yaşayır. APA-nın UNİCEF-in saytına istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın hesabatında deyilir.
Hesabatda bildirilir ki, 2014-cü ildə yüzlərlə uşaq məktəbə gedərkən və ya məktəbdə olarkən girov götürülüb, on minlərlə uşaq silahlı qruplaşmalara cəlb edilərək onlardan döyüşlərdə istifadə olunub. Mərkəzi Afrika Respublikasında 2,3 milyon uşaq münaqişənin ağır təsirinə məruz qalıb, 10 mindən çox uşaq silahlı qruplaşmalara cəlb olunub, 430-dan çox uşaq döyüşlərdə həyatını itirib və şikəst olub, bu isə 2013-cü illə müqayisədə 3 dəfə çoxdur.
Müsabiqənin qalib mahnısı yenidən efirdə
"ELS" Müstəqil Araşdırmalar Mərkəzinin 2013-cü ildə keçirdiyi “Yeni uşaq mahnıları-2013” uşaq mahnıları müsabiqəsinin “Laylalar” nominasiyasında qalib gələn “Ana laylası” mahnısı bu gün Space Tv-nin efirində səsləndirilib. Tanınmış şair İlyas Tapdıqın anadan olması gününə həsr olunmuş "Hər səhər" musiqili-informasiya proqramında Azərbaycanın əməkdar artisti Gülyanaq Məmmədova şairin sözlərinə bəstəkar Səadət Fərziyevanın bəstələdiyi mahnını ifa edib. Mahnı ELS-ın keçirdiyi müsabiqə üçün bəstələnmişdir və səsləndiyi gündən dinləyicilərin ürəklərini ovsunlamışdır. VİDEO
Müraciətlər dövlət başçısına göndərildi
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsi çərçivəsində cari ilin noyabrın 25-də keçirdiyi “Uşaq teleefirinin problemləri və perspektivləri” adlı Dəyirmi Masada dövlət başçısına qəbul etdiyi müraciətlər bu gün, dekabrın 4-də Prezident Administrasiyasına təqdim olunmuşdur.
Azərbaycanın tanınmış incəsənət və ictimai xadimləri, o cümlədən Fərhad Bədəlbəyli, Çingiz Abdullayev, Oqtay Zülfüqarov, Gülnaz Abdullazadə, Nazim Kazımov, Minarə Dadaşova, Vahid Əziz, Baba Vəziroğlu və digərlərinin imzaladığı müraciətlərdə uşaqların mədəni-mənəvi tərbiyəsinə dövlət qayğısının artırılmasına ehtiyacın olduğu əsas gətirilərək dövlət başçısından Dövlət Uşaq Televiziyasının açılması, Uşaq Siyasətinə dair Milli Strategiyanın qəbulu və Uşaq mədəniyyəti sahəsində Müstəqil Təşəbbüslərə Dəstək Fondunun yaradılması xahiş olunur.
Dövlət Uşaq Televiziya Kanalının açılmasına dair müraciət
Uşaq mədəniyyəti sahəsində Müstəqil Təşəbbüslərə Dəstək Fondunun yaradılmasına dair müraciət
Uşaq Siyasətinə dair Milli Strategiyanın qəbuluna dair müraciət
8 yaşlı azərbaycanlı qız Lara Fabianla duet oxuyub
Tanınmış belçikalı müğənni Lara Fabianın noyabrın 23-də Heydər Əliyev Sarayında verdiyi konsert zamanı qeyri-adi hadisə baş verib. Day.az saytının məlumatına görə, özünü Fidan kimi təqdim edən 8 yaşlı qız səhnəyə yaxınlaşaraq dünyaca məşhur müğənniyə gül dəstəsi verib və onunla "JE SUIS MALADE" mahnısını duet oxumağı xahiş edib.
Fidan “Elə indi” – deyərək Lara Fabianla fransız dilində mahnı ifa edib. Tamaşaçılar tərəfindən maraqla qarşılanan duetə aşağıda təqdim olunan videoda baxa bilərsiniz: VİDEO