“Qarabağ” məktəbi Kanadada Azərbaycanın bayrağını dalğalandırdı
Artıq 4 ilə yaxın Kanadanın Ottava şəhərində fəaliyyət göstərən "Qarabag" adlı Azərbaycan dili məktəbinin (Karabakh Azerbaijani Language Saturday School in Ottawa) şagird və müəllimləri burada yaşayan həmyerlilərimizlə birgə bu günlərdə Ottava şəhərində Xocalı soyqırımının 23 illiyinə həsr edilmiş etiraz aksiyası keçiriblər. Parlament binası önündə baş tutan aksiyada Xocalı soyqırımından bəhs edən plakat və şəkillərlə yanaşı Azərbaycanın bayrağı dalğalanıb.
“Qarabağ” məktəbi 2011-ci ilin sentyabr ayında Ottavada yaşayan həmvətənlərimiz Nigar Əliyeva və Vüsalə Əhmədovanın təşəbbüsü ilə təsis edilmişdir. Burada 4-14 yaş arası uşaqlara ana dilimizin tədrisi ilə yanaşı, xalqımızın adət-ənənələri, tarixi, ədəbiyyatı və dövlətimizin atributları haqqında ətraflı məlumat verilir. Qeyd edək ki, 7 uşaqla fəaliyyətə başlayan məktəbdə artıq 14 nəfər təhsil alır.
Firəngiz Əlizadənin müəllif konserti keçirildi
Heydər Əliyev Fondunun vise-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bu ilin fevral ayının 27-də Firəngiz Əlizadənin müəllif konserti baş tutmuşdur. Konsert haqqında tam təsəvvürü almaq üçün diqqətinizə əməkdar incəsənət xadimi, professor, Azərbaycan Bəstəkarlar İttifaqının Katibi Zemfira Qafarovanın məqaləsini təqdim edirik.
Öz növbəmizdə biz keçirilən beynəlxalq kampaniyaya dəyərli töhfə olan və uğurla keçirilən konsertlə Azərbaycanın xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülhməramlı Artisti və bu yaxında məşhur skripkaçı Xilari Xanın «Dentsche Grammofon» musiqi albomuna daxil edilmiş əsərinə görə “Qremmi” mükafatına layiq görülmüş Firəngiz Əlizadəni təbrik edirik və ona yaradıcılığında yeni və gözəl əsərlərin yaradılmasında uğurlar arzulayırıq!
Земфира Кафарова. На авторском вечере Фирангиз Ализаде, посвященном Ходжалинской трагедии
Azərbaycan prezidenti “Xocalı” abidəsini ziyarət edib
Azərbaycan prezidenti İlham Əliyev BakıdaXocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” abidəsini ziyarət edib. Bakıda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da ziyarətə qatılıb. APA-nın məlumatına görə, prezident abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.
Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Türkiyənin Azərbaycanda səfərdə olan xarici işlər naziri Mövlud Çavuşoğlu abidənin önünə gül dəstələri qoyublar.
Ankarada Xocalı Muzeyi və Xocalı Abidəsinin açılışı olub
Xocalı soyqırımının 23-cü il dönümü ilə bağlı Azərbaycan Türkiyədəki səfirliyi tərəfindən keçirilən silsilə tədbirlər çərçivəsində Ankaranın Kızılcahamam rayonunda yerləşən Xocalı Muzeyi və Xocalı Abidəsinin açılış mərasimi keçirilib. Səfirliyin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından Azərbaycan və Türkiyə himnlərinin oxunması ilə başlanın, ilk olaraq Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Nəcdət Ünüvarın mesajı oxunub. Mesajda Xocalı soyqırımının ağrı və acısının Türkiyə tərəfindən bölüşüldüyü qeyd olunub.
Ermənilərin Azərbaycanın Xocalı şəhərində soyqırımı törətməsindən 23 il ötür
Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 23 ili tamam olur. APA-nın məlumatına görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.
Dünyanın ən yaxşı 50 müəllimindən biri azərbaycanlı oldu
Balakən rayonundakı akademik Zərifə Əliyeva adına 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Məhəmməd Qarakişiyev ABŞ-ın sabiq prezidenti Bill Klintonun fəxri rəhbəri olduğu "Varkey GEMS" Fondu tərəfindən təsis olunmuş "Dünya Müəllimi Mükafatı"nın qalibləri sırasında. "Varkey GEMS" Fondunun yaydığı açıqlamada (www.globalteacherprize.org) bildirilir ki, mükafat fondu 1000000 ABŞ dolları olan və dünya təhsil ictimaiyyətində "məktəb müəllimləri üçün Nobel mükafatı" kimi qiymətləndirilən müsabiqənin ilkin mərhələsində dünyanın 150-dən artıq ölkəsindən 5000 müəllim iştirak edib.