Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Суббота, 22 Ноябрь 2014 13:25

Uşaqların Ümumrespublika Forumu uşaqların ictimai fəallığının artırılmasında vacib rol oynayır

3-cu-umum-respublikaBakıda Uşaqların III Ümumrespublika Forumu keçirilib.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ölkə üzrə bütün şəhər və rayonları təmsil edən 350-yə yaxın uşaq iştirak edib. Məlumatı AzərTAc yayıb.
Forumda yetişməkdə olan gənc nəsildə liderlik keyfiyyətlərinin aşılanması və uşaqların şəxsiyyət kimi formalaşmasında belə tədbirlərin əhəmiyyəti yüksək qiymətləndirilib, qeyd olunub ki, Azərbaycanda dövlət uşaq siyasəti artıq milli strategiya kimi formalaşmaqdadır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova iki ildən bir keçirilən forumun həm də hər bir uşağın onu düşündürən, narahat edən məsələləri dilə gətirməsinə, problemlərin birgə həlli yollarını araşdırmasına imkan verdiyini dedi. O bildirdi ki, məhz bu forumlar istedadlı uşaqların üzə çıxmasında vacib rol oynayır. Bu forumlar uşaqların öz bacarıqlarını nümayiş etdirmək üçün bir vasitəyə çevrilib. Həmçinin Forum uşaqların ictimai fəallığının artırılmasında, iştirak hüququnun təmin edilməsində mühüm əhəmiyyətə malikdir.
Tədbirin ən kiçik yaşlı iştirakçısı, Bakı Oksford Məktəbinin 3-cü sinif şagirdi Nigar Quliyeva özünə yeni dostlar tapdığını bildirdi. Nigar Quliyeva yalnız iştirakçı deyil, həm də beşinci qrupun nümayəndəsi olduğundan forumun sonunda Azərbaycan uşaqlarının Prezidentə ünvanladığı müraciəti ən kiçik nümayəndə kimi oxumağından məmnunluqla danışdı.

izami rayonundakı “Zəngi” liseyinin şagirdi Heydər Məmmədli, Nərimanov rayonundan nümayəndə Aysel Cəfərova və Bakının 6 nömrəli məktəb-liseyinin şagirdi Heydər Əliyev Bakıda üçüncü dəfədir ki, keçirilən bu tədbirə böyük həvəslə hazırlaşdıqlarını, onları düşündürən problemləri müzakirə edərək gələcəkdə öz həllini tapmaq üçün forumun gündəliyinə salındığını vurğuladılar. Onlar bu gün bəlkə də hər bir uşağı düşündürən məsələlərin Azərbaycanda forum səviyyəsində müzakirələrə çıxarılmasını həm də uşaqlara olan diqqət kimi dəyərləndirdilər.
Xatırladaq ki, uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək, onlara öz problemləri ilə bağlı təşəbbüslərlə çıxış etmək və təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək məqsədilə 2009-cu ildə Azərbaycan Uşaqlarının I,  2011-ci ildə II Ümumrespublika Forumu keçirilib. 

Прочитано 2025 раз