Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

admin2

admin2

Пятница, 08 Июнь 2012 07:26

Dəcəllər video 2

Пятница, 08 Июнь 2012 04:19

Dəcəllər video 1

07.06.2012

Bu il Azərbaycan vətəndaşı olan 3 uşaq xarici ölkə vətəndaşlarına övladlığa verilib Bu barədə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Mövsümova bildirib. Onun sözlərinə görə, uşaqlardan biri Rusiyada yaşayan azərbaycanlıya, ikincisi ABŞ vətəndaşı olan türkə, sonuncusu isə İsveçrə vətəndaşına verilib.

V. Mövsümovanın sözlərinə görə, uşaqlardan ikisi anadangəlmə qüsurlu olub və ailələri onlardan imtina edib. Rusiyada yaşayan azərbaycanlı ailəsinə verilən uşaq isə həmin ailənin qohumunun uşağı olub.


Четверг, 07 Июнь 2012 16:02

Heydər Əliyev Fondundan daha bir xeyirxah addım

FondHeydər Əliyevfondununtəşəbbüsü ilə Lənkərandaxeyriyyə aksiyası keçirilib. Fondun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə aztəminatlı ailələrin uşaqları üçün xeyriyyə tədbiri - sünnət aksiyası təşkil olunub.

Xəstəxananın baş həkimi Ağabala Kəlbiyev bildirib ki, 100 uşağın qatıldığı tədbirdə tibbi əməliyyatlar xəstəxananın 7 həkim-cərrahı tərəfindən həyata keçirilib. Uşaqlar tam sağalanadək həkimlərin nəzarətində olacaqlar.

Qeyd edək ki, Fond tərəfindən keçirilən bu tədbir sayca dördüncü xeyriyyə aksiyasıdır.

06.06.2012“Bu gün uşaqlar böyüklər üçün yazılmış mahnıları daha çox tanıyır və ifa edir, nəticə etibarılə də mənasını dərk edə bilmədikləri mahnıların sədası altında böyüyürlər”. Bunu iyunun 6-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova “Uşaq mahnıları: dünəni, bu günü, sabahı” mövzusunda keçirdiyi Dəyirmi masada bildirib.

 

Onun sözlərinə görə, zəngin uşaq mahnıları bazasına malik Azərbaycanda uşaqların mədəni formalaşmasına dövlət tərəfindən böyük diqqət göstərilsə də, rəhbərlik etdiyi Mərkəzin araşdırmaları müəyyən problemləri üzə çıxarmışdır. “Uzun illər ruhumuzu oxşayan musiqilər son zamanlar unudulmaqdadır”, - deyən İ.Yaqubovanın qənaətinə görə, problemin kökündə uşaq mahnılarına həm telekanallarda, həm də radioda efir vaxtının olduqca az ayrılması, disklərin buraxılmaması və s. amillər durur. 

FOTOQALEREYA

TQDK binaTələbə Qəbulu Üzrə Dövlət Komissiyası (TQDK) iyunun 2-də keçirilmiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən
APA-ya verilən məlumata görə, TQDK tərəfindən 2012-ci il iyunun 2-də Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin Azərbaycan və rus bölmələrində, həmçinin Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsində təhsil alan XI və IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri iyunun 5-də saat 14:20-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib.

Вторник, 05 Июнь 2012 14:56

“Uşaq mahnıları: dünəni, bu günü, sabahı”

els“ELS” Müstəqil Araşdırmalar Mərkəzi iyunun 6-da “Caspian Plaza” Biznes mərkəzinin  konfrans zalında “Uşaq mahnıları: dünəni, bu günü, sabahı” mövzusunda Dəyirmi Masa keçirəcək.

Tədbirdə gənc nəslin mədəni-mənəvi və əxlaqi cəhətdən formalaşmasında vacib rol oynayan milli uşaq mahnıları ilə bağlı mövcud vəziyyətin monitorinqi, AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ELS-in yaratdığı Uşaq İnternet Portalında ötən müddət ərzində görülən işlər, Portalın rus və ingilis versiyalarının yaradılması layihəsinin ilkin təqdimatı və həmin layihə çərçivəsində bəstəkar, uşaq mahnılarının yaradıcısı Ağabacı Rzayevanın 100 illik yubileyinin qeyd olunması və mövzu ilə bağlı təkliflər paketi təqdim olunacaqdır.

Temiz sheherİyunun 1-də «Təmiz Şəhər» ASC «EkoSfera» Sosial-Ekoloji Mərkəzi ilə birgə İçərişəhərdə və Qala qəsəbəsində 1 iyun - Beynəlxalq Uşaqlar Gününə həsr olunmuş ekoloji tədbir keçirib. APA-nın məlumatına görə, tədbir İçərişəhər və Qala qəsəbəsində tullantıların çeşidlənməsi üzrə pilot layihələrin məlumatlandırma-təşviqat proqramı çərçivəsində reallaşdırılıb. Bu tədbirin keçirilməsində əsas məqsəd interaktiv oyunlar vasitəsilə İçərişəhər və Qalanın balaca sakinlərinin ətraf mühitin mühafizəsi, tullantılatın utilizasiyası, məişət tullantılarının çeşidlənməsi və təbii resurslara qənaət kimi mövzularda məlumatlılıq səviyyəsini artırmaq olub.

imtahan ortaTələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün XI sinif üzrə Bakı şəhərində Azərbaycan və rus bölməsi, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarında isə rus bölməsi şagirdlərinin buraxılış imtahanlarını keçirir. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün Bakı şəhərində ümumilikdə 53 imtahan mərkəzi ayrılıb. 

Batumi2Batumi şəhərindəki Azərbaycanın Baş Konsulluğunun qarşısında Naxçıvan Muxtar Respublikasına səfər edəcək asma xəstəliyindən əziyyət çəkən, valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrin uşaqlarının təntənəli yolasalma mərasimi keçirilib. 
Konsulluqdan 
APA-ya veriləm məlumata görə, mərasimdə Acarıstan Muxtar Respublikası hökumətinin sədri Levan Varşalomidze, Acarıstan Muxtar Respublikasının Səhiyyə Naziri Temur Qabaidze, Nazir müavini Tamaz Karanadze və hökumət aparatının məsul işçiləri iştirak ediblər.