Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Четверг, 31 Май 2012 08:21

Bu gün Azərbaycanın orta ümümtəhsil məktəblərində son zəng çalındı

son zengSon zəng orta təhsili başa vuran məzunların ənənəvi bayramıdır. Son zəng dərs və tənəffüs, yoxlama işləri və ev tapşırıqlarından ibarət 11 illik yolun sonu və yeni həyatın başlanması deməkdir. Bu təkçə məzunların yox, eyni zamanda müəllim və valideynlərin də həyacan və sevinc dolu günüdür. Cünki həmin anlara bir daha qayıtmaq mümkün olmayacaq və illər sonra məktəbdə yaşadığımız hər an kövrək xatirələrlə yada düşəcək, bəstəkar Aygün Səmədzadənin dillər əzbəri olmuş və ən çox məhz bu gün səslənən “Məktəb illəri” mahnısında deyildiyi kimi:

Məktəb illəri, ömrümün ən şirin,

Duyğulu, qayğısız günləri......

FOTOQALEREYA

 

Məktəblilərin buraxılış günü kimi qeyd olunan 31 may ərəfəsində ənənəvi olaraq təhsil naziri Misir Mərdanov “Son zəng” tədbirlərinin üç saat müddətində yalnız təhsil müəssisənin ərazisində keçirilməsi haqqında əmr verir. Hər dəfə də “Son zəng”lə bağlı məktəbin ərazisindən kənarda keçirilən tədbirdə hər hansı hadisə baş verərsə, məsuliyyət təhsil ocağının deyil, valideynlərin üzərinə düşəcəyinə dair xəbərdarlıq səslənir. Buna baxmayaraq, məzunlar məktəblərdə təşkil olunan “Son zəng”dən sonra Dənizkarı Milli Parka yollanmağa üstünlük verir və “mənim polisim məni qoroyur” şüarı bu dəfə də pis işləmir. Daxili İşlər Nazirliyi keçiriləcək tədbirlərin və tədbir iştirakçılarının təhlükəsizliyini, eləcə də ictimai asayişi və hüquq qaydalarını daha etibarlı və nümunəvi təmin etmək məqsədilə məktəblərin ətrafında polisin post-patrul naryadları ilə yanaşı həmçinin şəhərə gəzintiyə çıxan məzunların də təhlükəsizliyi üçün həmin gün gücləndirilmiş iş rejimində çalışır.

Qeyd edək ki, 2011-2012-ci tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 92178 şagird bitirəcək. Qiyabi və axşam ümumi təhsil məktəblərinin XII sinfini başa vuran şagirdlərin sayının 786 nəfər olacağı gözlənilir. 2011-2012-ci tədris ilində Bakı şəhərindəki əyani ümumi təhsil məktəblərinin XI sinfini 24285, IX sinfini isə 33977 şagird bitirəcək. 

Прочитано 2148 раз