Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Среда, 06 Июнь 2012 12:04

Dünəni zəngin, bu günü qeyri-müəyyən, sabahı sual altında olan uşaq mahnıları....

06.06.2012“Bu gün uşaqlar böyüklər üçün yazılmış mahnıları daha çox tanıyır və ifa edir, nəticə etibarılə də mənasını dərk edə bilmədikləri mahnıların sədası altında böyüyürlər”. Bunu iyunun 6-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova “Uşaq mahnıları: dünəni, bu günü, sabahı” mövzusunda keçirdiyi Dəyirmi masada bildirib.

 

Onun sözlərinə görə, zəngin uşaq mahnıları bazasına malik Azərbaycanda uşaqların mədəni formalaşmasına dövlət tərəfindən böyük diqqət göstərilsə də, rəhbərlik etdiyi Mərkəzin araşdırmaları müəyyən problemləri üzə çıxarmışdır. “Uzun illər ruhumuzu oxşayan musiqilər son zamanlar unudulmaqdadır”, - deyən İ.Yaqubovanın qənaətinə görə, problemin kökündə uşaq mahnılarına həm telekanallarda, həm də radioda efir vaxtının olduqca az ayrılması, disklərin buraxılmaması və s. amillər durur. 

FOTOQALEREYA

“Qəribədir ki, ölkəmizdə fəaliyyət göstərən, beynəlxalq müsabiqə və festivallarda ölkəmizi böyük uğurla təmsil edən uşaq mahnı və rəqs kollektivləri, uşaq teatrları və studiyalarının çıxışlarına da efirdə çox az rast gəlmək olur. Uşaq mahnılarının bəstələnməsinə son illərdə maraq xeyli azalmış, cavan bəstəkarlar isə ümumiyyətlə bu sahəyə maraq göstərmirlər”. 

 

Uşaq mahnılarının dünəninə nəzər salan tədbir iştirakçıları Ü.Hacıbəyov, A.Zeynallı, Q.Hüseynli, S.Rüstəmov, Ə.Cavanşirov, A.Rzayeva, Q.Qarayev, F.Əmirov, T.Quliyev, O.Zülfüqarov, O.Rəcəbovun gənc nəsl üçün yaratdığı musiqi əsərlərinin neçə-neçə nəsl tərəfindən böyük məhəbbətlə ifa olunduğunu və nəinki ölkəmizdə, bütün dünyada tanındığını bildirdilər.

 

Dəyirmi masada çıxış edən millət vəkili Musa Qasımlı "Necə olur ki 50-60-cı illərdə uşaqlar üçün yazılan əsərləri zövqlə dinləyir və zümzümə edirik, amma son illərin musiqisini yadda saxlamırıq?" Onun fikrincə,  gənc nəslin formalaşmasında mühüm rol oynayan uşaq mahnılarına dövlətin nəzarəti və maliyyə dəstəyi lazımdır.

 

Bəstəkar Oqtay Zülfüqarov "Əvvəllər AzTV ayda 40 saat uşaq verilişləri yayımlayırdısa, indi efir vaxtı 10 dəfə azaldılıb və cəmi 4 saatdır. Efirlərdə elə xarici mahnılar səslənir ki, nə musiqisi var, nə fakturası", - deyə əlavə etdi. Bəstəkar Rəna Qədimovanın qənaətinə görə, uşaqların maarifləndirilməsi istiqamətində konkret işlər görülməlidir, məsələn, orta məktəblərdə bəstəkarlarla görüşlər keçirilməlidir. Bəstəkar Rəşid Şəfəq səsyazma studiyalarında uşaq mahnılarının yazılması ilə bağlı qarşılaşdığı problemlərdən söhbət açdı. O, “əvvəllər Şur uşaq musiqi nəşriyyatı var idi, Tofiq Quliyev rəhmətə gedəndən sonra isə dağıldı"- deyə əlavə etdi.

Televiziya və radio dalğalarında uşaq mahnılarının çox nadir hallarda səslənməsi iradına cavab olaraq “Space 14 FM” radiosunun baş redaktoru Əhməd Əsgər problemin kökündə iqtisadi durumun olduğunu və bu sahənin gəlir gətirmədiyini etiraf etdi. Onun fikrincə, son zamanlar uşaqlar üçün yeni mahnıların bəstələnməməsinə görə bəstəkarlar qınaq obyektinə çevrilir: “Məgər şer yazan var ki, bəstəkar da musiqi bəstələsin? Bu gün uşaq bağçalarında bayağı mahnılar, məsələn "Can-cana" səslənir”.

 

Sonda tədbir iştirakçiları uşaqlar üçün musiqi əsərləri yazan bəstəkarların yaradıcılığını cəmiyyətdə bir örnək kimi müxtəlif formalarda (konsertlər, festivallar, kitablar və s.) təbliğ etmək məqsədilə Azərbaycan milli musiqisinin inkişafında mühüm xidmətləri olan, Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayevanın 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsini təklifi ilə Prezident İlham Əliyevə müraciət etdilər.

Прочитано 2403 раз