Четверг, 07 Июнь 2012 16:02
Heydər Əliyev Fondundan daha bir xeyirxah addım
Heydər Əliyevfondununtəşəbbüsü ilə Lənkərandaxeyriyyə aksiyası keçirilib. Fondun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə aztəminatlı ailələrin uşaqları üçün xeyriyyə tədbiri - sünnət aksiyası təşkil olunub.
Xəstəxananın baş həkimi Ağabala Kəlbiyev bildirib ki, 100 uşağın qatıldığı tədbirdə tibbi əməliyyatlar xəstəxananın 7 həkim-cərrahı tərəfindən həyata keçirilib. Uşaqlar tam sağalanadək həkimlərin nəzarətində olacaqlar.
Qeyd edək ki, Fond tərəfindən keçirilən bu tədbir sayca dördüncü xeyriyyə aksiyasıdır.