admin2
Uşaqların geyimində qənaət etmək olmaz
“Geyimə görə qarşılayırlar” deyimi təkcə böyüklərə aid deyil. Psixoloqlar hesab edirlər ki, valideynlər uşaqların geyimində qənaət etməməlidir, çünki pis paltar uşağın özünü qiymətlənləndirməsinə, həmçinin onu əhatə edən uşaq və böyüklərin ona qarşı olan münasibətinə böyük təsir göstərir.
ЦЕНТР ДЕТСКОГО И ЮНОШЕСКОГО ТВОРЧЕСТВА №26 ГОРОДА БАКУ
ЦЕНТР ДЕТСКОГО И ЮНОШЕСКОГО ТВОРЧЕСТВА №26 ГОРОДА БАКУ
В подчинении Управления Образования Баку
Адрес: Баку, Бинагадинский район, поселок Баладжары, улица Мехти Гусейнзаде, 15
Телефон: (012) 401-16-78; (055) 700-23-90
Члены кружков Центра Детского и Юношеского Творчества, созданного в 1988-ом году, представляют средние общеобразовательные школы поселка Баладжары. В настоящее время здесь функционирует 20 кружков:
- Школьный театр - Художественное чтение - Народные танцы - Гармонь - Нагара - Любители музыки - Хор - Ансамбль народных музыкальных инструментов - Художественная вышивка - Художественное вязание - Модель и дизайн - Изобразительное искусство - Развлекательная физика - Ракетное моделирование - Авиамоделирование - Радиотехника - Умелые руки и т.д.
“Azərbaycanda uşaqlar həm dövlət, həm də cəmiyyətin qayğısı ilə əhatə olunub”
AŞPA komitəsində azərbaycanlı parlamentarinin hesabatı dinlənilib
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial işlər, sağlamliq və davamlı inkişaf komitəsinin iyunun 27-də keçirilən iclasında sözügedən qurumun "Uşaqlara qarşı zorakılıqla mubarizə" proqramının ölkəmizdə parlament əlaqələndiricisi Sevinc Fətəliyeva Azərbaycanda proqramın tətbiq olunması haqqında hesabat verib.
Gün.Az-ın verdiyi məlumata görə,S.Fətəliyeva hesabat zamanı bildirib ki, Azərbaycanda uşaqlara dövlət hərtərəfli qayğı göstərir və bu istiqamətdə işlər getdikcə artır..
Prezident İlham Əliyev: “Uşaqlar ya ac qalır, ya da evlərindən yemək gətirirlər. Bu, dözülməz haldır”.
“Əgər hər hansı bir bağçada yeməklə problem varsa, verilmir, ya keyfiyyətsiz verilir, valideynlər Prezident Administrasiyası, Bakı Şəhər İcra Hakimiyyəti və İqtisadi İnkişaf Nazirliyinə məlumat versinlər”
Bunu Azərbaycan prezidenti İlham Əliyev “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı yekun nitqində deyib.
TQDK sədri: “Bəzi şagirdlər imtahanda öz ad-soyadlarını da yaza bilməyib”
İndiyədək buraxılış imtahanları keçirilən şəhər və rayonlarda tam orta təhsil səviyyəsi üzrə (11 illik) 57 022 nəfər imtahan verib. Onlardan 52 127 nəfəri imtahandan müsbət nəticə ala bilib. Bakı və Sumqayıt şagirdlərinin 97 faizi bu imtahanlardan müsbət nəticə əldə edib. Ümumilikdə isə respublika üzrə indiyədək imtahan vermiş bütün 11-ci sinif şagirdlərinin 91,42 faizi müsbət nəticə göstərib”. APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi yaradılacaq
Nazirlər Kabineti Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbləri ilə bağlı bəzi məsələlər və "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi barədə qərar verib.
APA-nın qurumun saytına istinadən verdiyi məlumata görə, dəyişikliyə əsasən, Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 nömrəli Xüsusi internat məktəbi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi ilə birləşdiriləcək və onların bazasında Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi yaradılacaq.