Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Четверг, 30 Август 2012 09:16

ZİBİL ƏVƏZİNƏ GAVALI

ZİBİL ƏVƏZİNƏ GAVALI

Bolqar nağılı

b
iri vardı, biri yoxdu, bir kənddə qoca yaşayardı. Bu qocanın bir bağı və bir evi vardı. Bu bağda gavalı ağacları, evdə isə oğlu böyüyürdü. Oğlanın iyirmi yaşı tamam olan kimi o evlənmək istədi. Evlənmək üçün atasından izn istədi, atası isə dedi:

-     Evlənmək yaxşı işdir. Amma tələsmə, özünə yaxşı bir qız seç.

Özü isə fikirləşirdi: “Mənim oğlum zəhmətkeşdir. Ona yaraşan qızı hardan tapmaq olar?”. Az fikirləşdi, çox fikirləşdi və bir qərara gəldi. Arabasını gavalı ilə doldurub satmağa apardı. Yolla gedir və qışqırırdı:

-     Gavalı var! Yaxşı gavalı var! Zibil əvəzinə gavalı!

Camaat məəttəl qalmışdı:

-     Nə qəribə işdir! Zibil əvəzinə gavalı! Yəqin qoca ağlını itirib.

Lakin qadınlar, qızlar və hətta qoca qarılar evlərinə zibil süpürməyə qaçdılar. Cidd-cəhdlə süpürürdülər, nə qədər çox zibil çıxarsalar, о qədər də çox gavalı alacaqdılar. Həm də tələsirdilər, gavalı çox olsa da birdən onlara çatınaz. Bir zibil yığılmışdı ki, gəl görəsən! Kimisi torba daşıyır, kimisi zənbil gətirir, kimisi önlüyünün ətəyini doldurmuşdu.

Qoca zibili çəkir, qızları-qadınları tərifləyirdi:

-     Afərin, gör nə qədər zibil yığmısız!

Qızlar-qadınlar isə utanaraq deyirdilər:

-     Hələ biz tələsirdik! Bir bu qədər də gətirə bilərdik. Bizdə zibil istədiyin qədərdir!

Bunu deyib evlərinə zibil dalınca qaçırdılar.

Qoca demək olar ki, bütün gavalılarını zibil əvəzinə verdi. Birdən gördü ki, kənarda çox qəşəng və təvazökar qız durub, əlindəki əl yaylığını didişdirir.

-     Yaxın gəl, gözəl qızım, gavalı apar, - deyə qoca ona səsləndi.

Qız yaxınlaşıb əlindəki yaylığı qocaya uzatdı. Yaylıqdakı zibil heç bir ovuc da deyildi.

-     Ay gözəl qız, niyə belə az zibil yığmısan? Bir çimdik zibilə görə sənə nə qədər gavalı verim?

-     Əmican, - deyə qız cavab verdi, - mən özüm də zibil yığmaq istərdim, amma evimizdə yoxdur.

Bunu da qonşular evlərini süpürməyə kömək etdiyimə görə veriblər.

Belə dedi və gözlərini yerə dikdi. Qoca isə sevindi. Gördü ki, bu qız çox zəhmətkeş, təmizkar qızdır. О qızı arabasına oturdub öz evlərinə apardı. Kəndə çatan kimi toy çaldırdı.

О qoca isə indiyə kimi öz gəlini ilə öyünür.

Прочитано 7441 раз