Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Четверг, 30 Август 2012 07:11

HAVAYI ÇÖRƏK

HAVAYI ÇÖRƏK

Belorus nağılı

b
ir kəndli çəməndə ot biçirdi. Yorulub əldən düşdü və kolların yanında oturub dincini almaq istədi. Bağlamasını açıb yeməyə başladı. Elə bu vaxt meşədən ac bir canavar çıxdı. Gördü ki, kolların yanında bir kəndli oturub nəsə yeyir. Canavar ona yaxınlaşdı və soruşdu:

-     Nə yeyirsən?

-     Çörək, - deyə kəndli cavab verdi.

-     Dadlıdır?

-     Çox dadlıdır!

-     Mənə də bir az ver dadına baxım.

-     Buyur!

Kəndli çörəkdən bir parça kəsdi və canavara verdi. Çörək canavarın xoşuna gəldi. О dedi:

-     Mən də hər gün çörək yemək istəyirəm. Ancaq onu hardan tapa bilərəm? Bəlkə sən bilirsən?

-     Yaxşı, - dedi kişi, - mən sənə çörəyi necə əldə etməyin yolunu göstərərəm.

Bunu deyib kəndli canavarı öyrətməyə başladı:

-     Əvvəlcə torpağı şumlamaq lazımdır...

-     Onda çörək olcaq?

-     Yox, qardaş, gözlə. Sonra torpağı şırımlamaq lazımdır...

-     Onda çörəyi yemək olar? - deyə canavar sevindi.

-     Hə, belə asan olsaydı, nə vardı ki. Əvvəlcə çovdar əkmək lazımdır.

-     Onda çörək olacaq? - canavar dodaqlarını yaladı.

-     Hələ yox. Çovdarın çıxmasını, soyuq qışın keçməsini, yazda böyüməsini, sonra sünbül bağlamasmı, sonra dən verməsini, daha sonra yetişməsini gözləməlisən...

-     Ah, - deyə canavar ah çəkdi, - nəsə çox gözləməli oldum. Bəs çovdar yetişəndə mən nəhayət doyunca çörək yeyə bilərəm?

-     Hələ yox, - dedi kəndli, - hələ çox tezdir! Əvvəlcə yetişmiş çovdarı biçmək, sonra dərzləri bağlamaq, bağlanmış dərzləri kiçik taya şəklində düzmək lazımdır. Külək onları sovurmalı, günəş qurutmalıdır. Sonra  xırmana apara bilərsən.

-     Onda çörəyi yeyəcəm?

-     Sənin heç hövsələn yoxdur! Ən əvvəl dərzləri döymək, dəni torbalar yığmaq, torbaları dəyirmana aparmaq, un üyütmək lazımdır...

-     Vəssəlam?

-     Yox, bu da hamısı deyil. Undan xəmir yoğurmaq, xəmirin gəlməsini gözləmək lazımdır. Sonra isti sobada bişirmək lazımdır.

-     Çörək də bişəcək?

-     Hə, bişəcək. Bax onda doyunca yeyə bilərsən, -deyə kəndli söhbətini tamamladı.

Canavar fikrə getdi, başını qaşıdı və dedi:

-     Yox, bu iş mənə görə deyil - gec başa gəlir, zəhməti çoxdur və ağırdır. Yaxşısı budur, məni başa sal çörəyi necə havayı əldə edim?

-     Nə deyirəm ki, - dedi kəndli, - əgər zəhmətli çörək yemək istəmirsənsə, havayı çörək ye. Örüş yerinə get, orda bir at otlayır. Canavar örüş yerinə getdi. Atı gördü:

-     At, ay at! Mən səni yeyəcəm!

-     Nə deyirəm ki, - dedi at, - ye. Amma əvvəlcə ayaqlarımdan nallarımı çıxar, yoxsa boğazında

qalar.

-     Hə, düzdür, - deyə canavar razılaşdı.

О yaxınlaşıb nalları çıxarmaq istəyirdi ki, at elə bir şıllaq atdı ki, canavar havada mayallaq aşdı. Qaçıb çaya tərəf gəldi. Gördü ki, sahildə qazlar gəzişir. "Bəlkə onları yeyim?" - deyə canavar fikirləşdi. Sonra dedi:

-     Qazlar, ay qazlar! Mən sizi yeyəcəm!

-     Nə deyirik ki, - dedilər qazlar, - ye. Amma əvvəlcə bizim xahişimizi yerinə yetir.

-     Nə xahiş? - deyə canavar soruşdu.

-     Bizə bir mahnı oxu, biz də qulaq asaq.

-     Hə, bunu bacararam! Mən əla oxuyuram!

Canavar bir təpənin üstündə oturdu, başını qaldırıb ulamağa başladı. Qazlar qanadlarını çalıb yerlərindən qalxdılar və uçub getdilər.

Canavar təpənin üstündən endi, qazların arxasınca baxdı və əliboş yoluna davam etdi.

Yolla gedir, özünü danlayırdı: "Gör mən necə axmağam! Axı oxumaq mənim nəyimə lazımdır! İndi qarşıma kim çıxsa yeyəcəm!"

Elə bu an gördü ki, yolla bir qoca gəlir. Canavar ona yaxınlaşdı:

-     Baba, ay baba! Mən səni yeyəcəm!

-     Hara tələsirsən ki? - deyə qoca soruşdu. - Gəl əvvəlcə bir tənbəki iyləyək.

-     О dadlıdır?

-     Dadına bax, görərsən!

-     Ver!

Qoca cibindən tənbəki qabını çıxardı - özü də iylədi, canavara da verdi.

Canavar var gücü ilə bütün tənbəkini burnuna çəkdi. Sonra da elə asqırdı ki, bütün meşə lərzəyə gəldi... gözləri yaşardı, heç nə görmürdü, elə hey asqırırdı. Bir saatdan çox asqırdı. Özünə gələndə gördü ki, qocanın izi-tozu da qalmayıb.

Kor-peşman yoluna davam etdi.

Az getdi, çox getdi, gəlib qoyunlar otlayan bir çəmənliyə çıxdı. Qoyunlar otlayır, çoban isə yatırdı. Canavar ən ətli bir qoçu gözaltı edib onu tutdu və dedi:

-     Qoç, ay qoç! Mən səni yeyəcəm!

-     Nə deyirəm ki, - dedi qoç, - görünür taleyim belədir. О dərədə dur, ağzını da geniş aç. Mən təpəyə çıxıb özüm sənin ağzına tullanacam.

-     Məsləhətinə görə sağ ol, - dedi canavar, - mən belə də edərəm.

О dərəyə düşdü, ağzını açıb gözləməyə başladı. Qoç təpəyə çıxıb buynuzları ilə canavara elə zərbə endirdi ki, onun gözlərindən qığılcımlar töküldü.

Özünə gələn canavar başını tərpədib soruşdu:

-     Heç baş açmıram, mən onu yedim, yoxsa yox?

Bu vaxt kəndli biçənəkdən evə qayıdırdı.

О canavarın sözlərini eşidib dedi:

Yeməyinə yemədin, amma havayı çörəyin dadına baxdın!

Прочитано 7958 раз